Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə xitab
Bürclərə xitab
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 4335
Səs ver:
Qoç bürcü
Sən seçildindəmi göndərildin bu dünyaya. Bir insan bu qədərmi düzgün, bu qədərmi proqramlı, bu qədərmi anlayışlı ola bilər. Bu `Qoç`lar var ya, IQ səviyyəsi yüksək insanların bürcüdür. Dost insan, gözəl insan. İnsan kimi insan. Allah səni başımızdan, yanımızdan əskik etməsin.Yaxşı ki varsan! Allah hər kəsə `qoç` kimi dostlar nəsib etsin inşallah.

Buğa bürcü
Ay mənim gözəllər gözəlim. Bu `Buğa'lar var ya dünya şirini, yer göy möcüzəsi, şəkərmi şəkər insanlardır. Bal bunlar bal. Bunun söhbətinə doyum olmaz. Yaxşı sevgili, yaxşı yoldaş, yaxşı, yaxşı, yaxşı ... Say say bitməz bunlar. Bir `Buğa` dünyaya əvəzdir. Onlar sanki bürc aləminin, yerə göyə sığmaz, möhtəşəm bürcüdür.

Əkizlər bürcü
Kim sənin kimi  özünə inam sahibi olmağı istəməz ki. Sən heç bir zaman unutma, səni həyatın boyunca çəkə bilməyənlər olacaqdır. Sən heç taxma o gözəl başı onlara. Sən bürclərin ən sevimlisisən. Adın `Əkizlər`dir amma, sən birdənəsən.

Xərçəng bürcü
Allah səni yaratdı, mələkləri niyə yaratdı? Bir insan hər girdiyi mühitdə bu qədər diqqəti cəlb etməyi necə bacarar? Həm də heç bir səy sərf etmədən. Yoxsa sən mükəmməlliyin yaxın mənasımısan? Kim istəməz anası `Xərçəng` bürcü olsun, həyat yoldaşı bir `Xərçəng` bürcü olsun. Sən var ya olmazsa olmazsan. Bürclərin baş tacısan.

Şir bürcü
Gözümüzün şənliyi, könülümüzün nuru. Afət-i dövran, mükəmməl-i cihan.
Sənin qədər aynalarla barışıq olan varmı bu dünyada? Sən ki gözəlliyin simvolu, yer üzünün günəşisən! Sənin bütün fallarında nəzər çıxacaqdır. Allah səni kəm gözlərdən qorusun inşallah.

Qız bürcü
Mərhəmətlim mənim. Qarışqanı belə incidə bilməyən, həssas, sevgi dolu, gözəl `qız`ım mmnim.Əfəndiliyin simvolu, nəzakətli insan. Səni izah etməyə söz tapammıram.Nəsən sən? Yoxsa qanatsız bir mələkmi? Hər kəsin yaxşılığını istəyən, vəfalı `qız`.Senin adın Qız deyil, sülhün, təmizliyin simvolu ağ göyərçin olmaliydi.

Tərəzi bürcü
Sən tarazlıqsan insanlıq üçün.Aləm budursa,kral sənsən.Sən susarsan bir səbəb, danışsaq ayrı bir səbəb vardır.Mərifətli, qabiliyyətli bürc sənsən.Söyləsənə sənin üstünə bürcmü vardır? Səndən yaxşısını bilməm, tanımam, görməm.

Əqrəb bürcü
Sənin qədər həyatına hakim, sənin qədər etdiyi işin arxasında dayana bilən neçə adam qaldı artıq. Sən bir baxışıyla buzları əridə bilən, insana sənin üçün Fərhad olub dağları deşməyi istətdirə bilən insansan.Sənə qısqanc, fəsad deyənləri görməməzlikdən gəl!

Oxatan bürcü
Sənətkar, vəfalı, doğru, dürüst insan dedikləri sən olsan gərək.Sənin həyəcan budalası olduğunu sanan bir qrup özünü bilməz, sənin o insana həyat verən enerjini çəkəməyənlərdir.Bürclər aləminin kosmik möcüzəsisən sən.Sənin havan belə yetər gözəlim. Çatlasın çəkə bilməyənlər

Oğlaq bürcü
Başqalarının sənə inadçı demələrinə kədərlənmə. Onlar sənin sabitliyinə qibtəylə baxır.Dürüstlük sənin bürc genlərində var. Bütün alimlər ümumiyyətlə `Oğlaq`dır.Oğlaq bürcü olmaq belə, tək başına bir şərəfdir.Oğlaq bürcünü birinci dərəcədən qohumu olmaq belə ayrı bir şərəfdir.Sen cəld zəkanla, onsuz da hər zaman bir sıfır öndəsən.

Dolça bürcü
Bu nə vericilik, bu nə geniş bir ürək belə. Sənə sabit fikirli deyənlər, sənin hər fikrinin bir cövhər olduğundan xəbərsiz mi? Bərabərlik sənin üçün nə qədər əhəmiyyətlidir. Ah kaş ki hər kəs sənin dörddəbiri qədər ola bilsə.

Balıq bürcü
İnsanlar elə duyğu məhrumu olmuşlar ki, sənin bu yaradılışının özü romantikliyini məsxərəyə alacaq qədər axmaqlaya bilirlər bəzən. Sən paranoyak deyilsən canım, incə fikirlisən.Mən sənin o yanağına düşən göz yaşını sevirəm, o hüzn dolu baxışını sevirəm, o sevgi dolu, sirrli ürəyini sevirəm.


Şərhlər:
Baxılıb: 4335
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz