Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin bəzək əşyası
Bürclərin bəzək əşyası
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 4852
Səs ver:
Koko Şanel deyirdi ki, "Zinət əşyaları bütöv bir elmdir!” Bu, doğrudur. Çünki hər bir daşın, qızılın və gümüşün öz tarixi, öz xüsusiyyətləri var.

Qiymətli daşlar və bürclər arasında əhəmiyyətli əlaqə barədə hər birimiz oxumuşuq. Bəzi daşlar bürclər üzərində güclü təsirə malikdir. Beləliklə, Qadınlar.biz bu yazıda oxucuları bürclərə uyğun gələn bəzək əşyaları ilə tanış edəcək.

Qoç bürcündən olanların ən uyğun zinət əşyası
Astroloqlar qoçlara iri zinət əşyalarından imtina etməyi və daha incə zərgərlik nümunələrinə nəzər salmağı tövsiyə edirlər.  Müxtəlif rəngli metalların vəhdəti od işarəsi olan Qoçları daha səbirli olmağa səsləyir.  Bu bürcün nümayəndələrinə yaqut qaşı olan hər hansı bəzək əşyasından imtina etmək tövsiyə olunur.

Buğa bürcü altında doğulanların ən uğurlu zinət əşyaları
Zümrüd kulon Buğa bürcü altında doğulan sahibini mənfi enerjidən qoruyacaq və işdə problemlərdən qaçmağa kömək edəcək. Bəzək əşyası alarkən onun dizaynına mütləq diqqət yetirin. Kəskin və həndəsi formalardan çəkinin. Sizin üçün ən yaxşı variant çiçək və ya damcı formasında olanlardır.

Əkizlər üçün uğurlu bəzək əşyası
Əkizlər üçün ən düzgün seçim qırmızı qranat daşıdır. Güclü enerjiyə malik olan qırmızı qranatın beynin işləməsini stimullaşdırdığı, zədələnmiş dəri və digər orqanları regenerasiya etdiyi, həmçinin,  baş ağrılarını kəsmək xüsusiyyəti olduğu deyilir. Bunlardan başqa, qırmızı qranatlar immuniteti yüksəldir və sifətin rəngini yaxşılaşdırır. Qranat sahibinin emosiya və hissiyatını gücləndirməklə yanaşı, onu qələbəyə ruhlandırır, qarşısında yeni perspektivlər açır. Qranat həm də məhəbbət talismanı kimi məşhurdur.  Qırmızı qranatlar qələbə qazanmağa kömək edir, zirvələri fəth etməyə "yardımçı” olur, səyahətlərdə təhlükədən "qoruyur”. Bu bəzək əşyası sizə fikrinizi cəmləməyə imkan verəcək. Qırmızı daş sayəsində siz daxili rahatlıq və əminlik qazanacaqsınız.

Xərçəng bürcündən olanlara uyğun gələn bəzək əşyası
Xərçənglərə gümüşdən zinət əşyaları taxmaq məsləhət görülür. Çünki bu metal sizin emosional vəziyyətinizə və sağlamlığınıza müsbət təsir göstərir. Gümüş qolbaq xərçəng bürclərinə sabitlik və əmin-amanlıq, mühüm qərarların qəbulu zamanı, həmçinin, gündəlik qayğıların həllində uğur gətirəcək.

Şirlərin bəzək əşyası
Əzəmətli dişi Şirlər qızılın himayəsi olmadan keçinə bilməzlər. Onlara daş-qaş seçimində ən önəmli məsləhət odur ki, iri bəzək əşyalarını bir-biri ilə uyğunlaşdırmaqdan qorxmasınlar. Məsələn, qızılın yaqutla birləşməsi olduqca effektli görünür. Yaqut Şir bürcündən olanların karyeradakı yüksəlişinə və məqsədlərinə çatmaqda kömək edəcək. Qızıl isə şəxsi münasibətlərdə uğur gətirəcək.

Qız bürcündən olanlara uyğun gələn bəzək əşyası
Təcrübəli Qızlar zövqünə uyğun olan mənalı bəzək məmulatları seçə bilərlər. Astroloqlar Qızlara gümüş qolbaq üzərində dayanmağı məsləhət görürlər. Onların fikrincə,  simvolik işarələrdən hazırlanan bəzək əşyaları Qız bürcü altında doğulanların özünə inamını artıracaq.  Məhəbbət gətirən, maliyyə vəziyyətini yaxşılaşdıran və ya uğurlu evliliyə sövq edən talismanı öz istəyinizə görə müəyyən edin.

Tərəzi bürcü altında anadan olanlara uyğun gələn bəzək əşyası
Tərəzilərə çiçək dizaynları seçmək tövsiyə olunur. Çiçək işarəsi hələ qədim dövrlərdən rahatlıq  və isti ocağın rəmzi kimi istifadə olunub. Gül şəklində bəzədilmiş zinət əşyaları öz sahibinə ailə daxili rahatlıq gətirəcək. Astroloqların fikrincə, Tərəzi bürcü altında dünyaya gələnlər mavi, göy və ya yaşıl rəngli daşlarla işlənmiş zinət əşyaları üzərində dayanmalıdır.

Əqrəb bürcündən olanlar üçün müəyyən olunmuş bəzək əşyası
Əqrəblər qiymətli daşların təsirinə daha çox məruz qalır, ona görə də talisman seçimində çox diqqətli olmaq lazımdır. Şərq astrologiyasında əqrəblər üçün kristal, malaxit və topaz daha əlverişli hesab olunur. Münəccimlər Əqrəb bürcündən olanlara böyük bəzək məmulatlarından imtina etməyi, nənələrinizdən miras qalan hər hansı zinət əşyalarını taxmağı məsləhət görürlər.

Oxatan bürcündən olanlar üçün müəyyən olunmuş bəzək əşyası
Mirvariylə hazırlanan bəzəklər oxatan bürcü altında doğulanların ən uğurlu, dəyişməz zinət əşyasıdır. Oxatanlara sağlamlıq və sabitlik gətirən daş onlara özünü təkmilləşdirmək yolunda kömək edir. Unutmayın ki, nəinki ağ, həm də qara inci seçə bilərsiniz.

Oğlaq bürcündən olanların bəzək əşyası
Astroloqlar Oğlaq bürcünün nümayəndələrinə  firuzəylə  işlənmiş zərgərlik nümunələri taxmağı məsləhət görürlər. Firuzə daşı maliyyə işlərində müvəffəqiyyətli olmağa imkan verəcək, şəxsi münasibətlərdə səhvlərdən qaçmağa kömək edəcək, təbii fəlakətlərdən qoruyacaq, eyni zamanda, onların bəsirət gözünü açacaq.

Dolça bürcü altında doğulanlar üçün müəyyən olunmuş bəzək əşyası
Dolçalar üçün ən düşərli metal ağ qızıl və ya gümüşdür. Talismana gəldikdə isə astroloqlar Dolça bürcünün nümayəndələrinə kəpənək dizaynında zərgərlik nümunələri taxmağı tövsiyə edirlər. Yeri gəlmişkən qeyd edək ki, kəpənək xoşbəxtlik və azadlığa işarədir. Gözəllik və mənəvi yenilənmə simvolu olan kəpənək həyata yeni nəzərlə baxmağa imkan verəcək, həmçinin, uzun illər həyata keçməyən planların reallaşmasında kömək edəcək.  Kəpənək şəklində üzük, sırğa və ya sancağı nəinki vacib görüşlərə, həm də işə taxmaq tövsiyə olunur.

Balıqlar bürcü üçün müəyyən olunmuş bəzək əşyası
Balıqlar bürcünün ən uğurlu daşı ametistdir. Ametist mənfi enerjini yox etməyə qadirdir, eyni zamanda romantik münasibətlər üçün əlverişli mühit yaradır. Ametist daşı ilə işlənmiş qızıl zinət əşyası intuisiyanı gücləndirir ki, bu da işdə və şəxsi həyatda yaranmış bir çox problemlərin qarşısını almaqda kömək edir. Qızıl ilə ametistdən düzəldilən bəzək əşyası zehni əməklə məşğul olanlar üçün ən ideal seçimdir.


Şərhlər:
Baxılıb: 4852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz