Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Avqust ayının ən şanslı bürcləri
Avqust ayının ən şanslı bürcləri
Göndərən: WiRiN BaLaM
Şərhlər: 31
Baxılıb: 11137
Səs ver:
Qoç
2015 Avqust ayının ilk dövrü Qoç bürcünün eşq və cinsilik evi çox məşğul olacaq. O əlaqələrində iki çox əhəmiyyətli planetin mövcudluğundan faydalanacaq: eşq planeti olan Venera və ehtiras planeti olan Mars. Günəş və Merkuri planeti də Qoç bürcünün eşq evindən keçəcək. 2015-ci ilin 11 Avqustuna qədər Yupiter burada güc sahibi olacaq. O indi Aslan bürcündə bir ilini tamamlayacaq (Qoç bürcünün 5-ci evi). Beləcə 2015-ci ilin Avqust ayı erotik baxımdan təhrik edici ay olacaq. O Qoç bürclərinə əfsanəvi, romantik və gözlənilməz ehtiras gətirəcək (çünki nə edəcəyi müəyyən olmayan Uran Qoç bürcündədir). Digər tərəfdən Venera (Qoç bürcünün evlilik evinin idarəçisi) geri gedəcək. Beləcə Avqust 2015 yandırıcı, qovurucu olmaqla birlikdə, qarmaqarışıq və bəzən hətta əsəb pozucu da ola bilər. 2015-ci ilin Avqust ayı Qoç bürcləri üçün vəhşi macəra və unudulmaz yay tətili olaraq xatırlanacaq. Lakin əgər çalışmaq məcburiyyətindəysəniz, narahat olmayın bunun da öhdəsindən gələcəksiniz. Qoç bürcünün iş evinin idarəçisi Merkuri tam bu evdə olacaq. O professional işlərdə və təbiətlə əlaqədar işlərdə məhsuldarlığı qarantiya altına alacaq; lakin zəka, yaradıcılıq, bacarıqlılıq, hesablama, birja və əlaqə tələb edən işlərdə xüsusilə işləriniz zəmanətli olacaq. Sizin fokuslanmanız və müqavimətiniz Merkuri planetinin Qoç bürcünün karier evində olan Pluto planeti ilə meydana gətirdiyi uyğun birləşmələrlə möhkəmlənəcək. Üstəlik siz şans və uyğun şərtlərdən faydalanacaqsınız. Siz öz keyfiyyətinizi və parlaqlığınızı necə artırmaq lazım olduğunu yaxşı bilirsiniz. Yaxşı pul qazanırsınız, lakin kooperasiya və ya yoldaşlıqlar maliyyə problemləri başlada bilər. 2015-ci ilin Avqust ayı Qoç bürcləri enerji ilə dolub daşacaq. Onlar havaya ehtiyac duyurmuş kimi adrenalinə ehtiyac duyacaqlar. Çalışın, rəqs edin, gəzintiyə çıxın. Və ya maraqlandığınız, etməyə istəkli olduğunuz şeylər edin. Tibbi problemləri həll etmək, araşdırmaq, müayinə olunmaq, hətta diyet etmək üçün uyğun zamandır. Siz də 2015-ci ilin 7 Avqustundan etibarən həyat tərzinizi yenidən nizamlayın.

Buğa
2015 2 Avqust Saturn planeti Buğa bürcünün evlilik evində geri getmə hərəkətini sonlandıraraq xətti hərəkət etməyə başlayacaq. Bu Buğa bürclərinin ev, ailə, torpaq və ya sevgilinizin qaçınılmaz problemləri ilə əlaqəli olacaq. Saturn planetinin sərt, bürkülü, əsəb pozucu təsiri olacaq, hətta bu təsir ağıllı həllər gətirəcək. Saturn planetinin təsiri 2015-ci ilin Sentyabr ayının ortalarına qədər sürəcək və bu zaman o Buğa bürcünün evlilik evini tərk edəcək. Lakin sizin həm də sevinmək üçün səbəbiniz olacaq: Böyük xeyirxah Yupiter Buğa bürcünün eşq və cinsilik evinə 2015-ci ilin Avqust ayının 11-i girəcək. Sizin bir il boyunca yüksələn ehtiras, uyğun eşq şərtləri, həmişə erotik həyatınız olacaq və bundan faydalanacaqsınız. Buğa bürcləri professional imtahanlar və təkamül mərhələsindən keçəcək. Əsas məqsədlərinizə və iş vasitələrinizə çatacaqsınız, ətrafınızı və birlikdə iş gördüyünüz yoldaşlarınızı və s. nəzərdən keçirəcəksiniz. Yeni proyektlərə başlamaqdansa, gələcəkdəki hərəkətlərinizi təşkil etmək və gələcəkdəki planları reallaşdırmaq üçün zəmin yaratmaq baxımından 2015-ci ilin Avqust ayı Buğa bürcləri üçün uğurlu ay olacaq. Əgər bizneslə, iş yoldaşlığı və ya əməkdaşlıq ilə əlaqəli problemləriniz varsa, hər şeyi radikal olaraq analiz etməli və hər şeyi öz yerinə yerləşdirəcək, düzəldəcək qərarlar qəbul etməlisiniz. Ev, torpaq və uzun zaman istifadə edilə bilən əşyalar Buğa bürclərinin fokuslanması lazım olan nöqtələr olacaq və sağlamfikirli yanaşma tələb edəcək. Buğa bürcünün idarəçisi Venera planeti 2015 ili 6 Sentyabra qədər geri getməyə davam edəcək. Həm də bu planet Saturn planeti ilə kvadrat meydana gətirəcək və 2015-ci ilin 9 Avqustundan etibarən Venera həm də Mars planetinə yaxınlaşacaq. Siz bu səbəblə təzyiq altında qalacaqsınız, bu dövr həm də çox riskli bir dövr olacaq, beləcə özünüzə diqqət yetirməniz lazım olacaq. Diqqətsizlikdən çəkinin! Lakin indi siz sağlamlığınızla əlaqəli köhnə problemlərlə məşğul ola bilərsiniz.
 
Əkizlər
Əkizlər bürcünün əlaqələrinin melodiyası 2015-ci ilin Avqust ayı dəyişəcək. 11 Avqustda Əkizlər bürcünün əlaqə evinin idarəçisi Yupiter Aslan bürcünü tərk edərək, Qız bürcünə girəcək və orada bir il qalacaq. Əkizlər bürcünün münasibətləri zamanla dəyişəcək və ailə bağları güclənəcək. Evlə bağlı problemləri, evlə əlaqəli fəaliyyətləri paylaşacaqsınız və uzun vədəli sərmayələr edəcəksiniz. Lakin indi siz sevdiyinizə daha çox zaman ayırmalı və onunla əlaqə içində olmalısınız. Köhnə sevgilinizlə görüşməmək haqqında söhbət gedə bilməz. 2015-ci ilin Avqust ayı intellektual düşüncələr, gündəlik işlər, əlaqə və səyahət üçün uyğundur. Bu hətta bəzən stressli ola bilər və ya problemlər yarada bilər. İndi Əkizlər bürclərinin zəkaları çox güclüdür və onlar münaqişə etmə qabiliyyətləri ilə məğlub olunmazdır. Əgər siz iş yoldaşlarınızla və ya müştərinizlə iş görmək istəyirsinizsə, sakit başla və lazım olduğu qədər taktika quraraq danışmanız bu mövzuda əhəmiyyətlidir. Əkizlər bürcünün karier və əlaqələr evinin idarəçisi Yupiter 2015-ci ilin Avqust ayının 11-də Aslan bürcündən Qız bürcünə keçəcək. Gələn 12 ay Yupiter məhsuldarlıq və mükəmməllik üçün işıq tutacaq. Lakin bu yol hədəflərin və kolleqalarınızın dürüstlüyünə bağlıdır. Qarışıqlıq və naməlumluq zərərli ola bilər. Əkizlər bürcünün əhvalı yaxşı olacaq, lakin zehni olaraq çox iş görmək və ya yüklənmək riski yüksələcək. Əkizlər bürcünün sağlamlığı 2015-ci ilin Avqust ayı çox da güclü olmayacaq. Əgər özünüzə diqqət yetirməsəniz və gəzintiyə çıxmasanız, bəzi sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz. Avtomobil sürərkən diqqətli olun, xüsusilə alətlərlə və əşyalarla məşğul olmaq potensial təhlükə yarada bilər!

Xərçəng
Xərçəng bürcünün evlilik evinin idarəçisi Saturn Yengəc bürcünün erotizm evinə son bir dəfə uğradıqdan sonra geri getmə dövrəsini bitirib, doğru düzgün hərəkət etməyə başlayacaq. Beləcə 2015-ci ilin Avqust ayı əlaqələr baxımından Yengəc bürcləri üçün əhəmiyyətli ay olacaq. Köhnə əlaqələrə gəlincə onları tamamilə həyatınızdan silib atacaq və ya evliliyinizlə əlaqədar köhnə problemləri həll edəcəksiniz. Bəlkə də siz maneələrin, qorxu və ya cinsi gücün öhdəsindən gələcəksiniz. Və ya bəlkə də siz əlaqələr və ya partnerinizlə əlaqədar ehtiyaclarınızı daha yaxşı anlayacaqsınız. 2015-ci ilin Avqust ayı duyğularla dolub daşacaq, lakin praqmatik olaraq qalacaq. Pul və ya maddi mülkiyyət Yengəc bürclərinin eşq həyatının təkamül edən, gözlə görünən əhəmiyyətli faktoruna çevriləcək, söhbət mövzusu ediləcək və ya sizi hərəkətə keçirəcək. Əvvəlcə və ilk olaraq bunu söyləyə bilərik ki 2015-ci ilin Avqust ayı yüksək maliyyə gəlir gətirəcək. Yengəc bürcünün pul evi Yupiter, Günəş, Mars və ən çox indi geri gedən Venera tərəfindən təhrik ediləcək. Bu dövr elə bir dövr olacaq ki siz ya çox pul qazanıb çox da xərcləyəcəksiniz, sərmayə qoyacaqsınız ya da maliyyə gəliriylə bağlı bir sıra problemlər yaşayacaqsınız. Pul sizi dizə gətirəcək və karier və ya statusunuzda dəyişikliklər etməyə məcbur edəcək. Başqa bir əhəmiyyətli nöqtə isə intellektuallıq və əlaqədir. 2015-ci ilin 11 Avqust tarixində Yupiter Qız bürcünə girəcək və Yengəc bürcləri üçün informasiya almaq, öyrənmək, iş görmək , yazılı və ya şifahi işlərlə xatırlanacaq. Sizin fiziki aktivliyiniz artacaq və bu səbəblə səyahət edəcəksiniz. 2015-ci ilin Avqust ayının ikinci yarısı Yengəc bürclərinin sağlamlıqlarına diqqət yetirməsi lazım olacaq. Və bu uzun zaman yəni bir il uzana bilər. Siz tibbi müayinənizi etdirməli və əgər hər hansı bir problemlə qarşılaşsanız, B planını tətbiq etməlisiniz. Bədən funksiyanıza gəlincə sizin ruh halınız, düşüncə tərziniz və stress burada əhəmiyyətli rol oynayacaq.
 
Şir
Venera planeti Şir bürcündə qalıb qalmamaqda qərarsızdır, çünki bu planet geri gedir, beləcə 2015-ci ilin Avqust ayında gərəksiz vəziyyətlər meydana gətirəcək. O Şir bürclərinə gözlənildiyindən fərqli şərtlər təqdim edəcək və çox vaxt bunlar heç də ümid verici şərtlər olmayacaq. Eşq və əlaqələr zirvədə olacaq, lakin 2015-ci ilin Avqust ayı sizə dərs alacağınız bir vəziyyət təqdim edəcək və beləcə sizin evlilik həyatınız gələcəkdə daha yaxşı olacaq. Və ya bu sizi qərar və seçim üçün hazırlayacaq. Davranışınızı dəyişdirmək zamanı gəlib çatıb. 2015-ci ilin Avqust ayında edəcəyiniz ən yaxşı şey eqonuza məğlub olmamaq və özünə istiqamətli olmamaq. Əlaqənizi səbirlə, elmli olmaqla və ağılla inkişaf etdirməkdir. 2015-ci ilin Avqust ayının ilk 20 günlüyü Günəş Aslan bürcündə olacaq, sizə irəli addım atmaq və müvəffəqiyyətli olmaq üçün kömək edəcək. O sizə yaxşı bir nüfuz verəcək, arzularınızı və rəhbərlik bacarıqlarınızı reallaşdıracaq. 2015-ci ilin 9 Avqustunda Mars planeti Aslan bürcünə girəcək və özü ilə birlikdə başlanğıclar və hərəkət gətirəcək. Sizin məhsuldarlığınız artacaq, itmiş zamanı kompensasiya edəcəksiniz, yeni proyektlər ortaya çıxacaq. 2015-ci ilin 11 Avqustunda keçən il sizin tərəfinizdə olan Yupiter planeti Aslan bürcünü tərk edəcək. Fürsətlər artıq hər vaxt sizə təqdim edilməyəcək və son 12 ay boyunca böyüyən bəzi vəziyyətlər normala dönəcək. İndi məqsədlərinizi bir daha ölçmək üçün mükəmməl zamandır. Aslan bürclərinin yoldaşlıqlarına indi daha çox diqqət yetirmələri lazımdır. 2015-ci ilin Avqust ayı Aslan bürclərinin fiziki görünüşü çox yaxşı olacaq. Sizin indi idman və gündəlik fiziki fəaliyyətlərə xərcləyəcək çox enerjiniz vardır. Lakin siz təhrik edilsəniz, tez inciyərsiniz və əgər sağlamlıq problemləri artsa, onlar ifratdan və tədbirsizlikdən doğulacaq. Sizin uyğun bir əlaqə içində olmanız lazımdır, çünki münaqişələr sizə düşündüyünüzdən daha çox təsir edəcək.
 
Qız
Hər şey ya dolaşıq yumağa dönəcək ya da eləcə dolaşıq qalacaq. Səbirli olmanız lazım olacaq. Hələlik eşq və əlaqələr planeti olan Venera Qız bürclərinin evlərində qeyri müəyyən vəziyyətdə olacaq və geri gedəcək, maneələr və boş fəaliyyətilə bilinən Saturn planeti ilə kvadrat meydana gətirəcək. 2015-ci ilin Avqust ayında Qız bürclərinin eşq həyatında əskik olan obyektivlik olacaq. Bəlkə də dürüstlük də əskik qalacaq. Azadlıq və ya hərəkətlilik də əskik ola bilər. 2015-ci ilin 11 Avqustu Qız bürcünün evlilik evinin idarəçisi olan Yupiter sizi çox əhəmiyyətli bir addım atmağa məcbur edəcək: o Qız bürcünə girəcək və orada bir il zaman keçirəcək. Bu Qız bürclərinin əlaqələri üçün çox əhəmiyyətli olacaq və eşq vəd edəcək, ürək bağlarını möhkəmləndirəcək, həm də özü ilə lazım olduğu qədər mübarizə gətirəcək. Yalnız Qız bürcünün idarəçisi deyil, həm də bu bürcün karier evinin idarəçisi olan Merkuri planeti Qız bürcündə mükəmməl bir şəkildə yerləşmişdir. Bu sizin bacarıqlarınızı gücləndirəcək və məhsuldarlıq və müvəffəqiyyət vəd edəcək. İnkişaf addım-addım görünəcək, çünki Merkuri ehtiyatlı olacaq: 11 Avqustda, Yupiter Merkuri planetinə qatılacaq və 23 Avqustda isə Günəş Merkuri planetinə qatılacaq. Beləcə ilk on günlük yaxşı, ikinci daha yaxşı, üçüncü isə ən yaxşı olacaq, lazım olduğu qədər müvəffəqiyyət potensialı, müvəffəqiyyətə layiq olma, inkişaf iyerarxiyası ilə birlikdə. Böyük Xeyirxah kimi tanınan Yupiter planeti Qız bürcünə geri dönəcək: bu planet Qız bürcündə bir il qalacaq və bu müddət ərzində o sizi daha cəsarətli edəcək və inkişafın yeni ölçülərini göstərəcək, maliyyə sahələrini də əhatə edən müvəffəqiyyət və reallaşdırmağa şahid olacaqsınız. Bu vaxt 2015-ci ilin Avqust ayı pul ilə əlaqədar mövzularda diqqətli olmanız lazımdır. Qız bürclərinin enerjisi addım-addım artacaq və 2015-ci ilin Avqust ayında maksimuma çatacaq. Siz planetlərin Qız bürcünü qorumasından faydalanacaqsınız: Merkuri, sonra Yupiter və Günəş. Yenə də Venera Qız bürcünün sağlamlıq hissələrindən birində geri gedəcək və bu da böyrək və ginekoloji problemlərə, qan dövranı xəstəliklərinə, qanda şəkərin miqdarına, zəhərlənməyə və asılılığa səbəb olacaq. Mars planeti də riski artıracaq.

Tərəzi
Tərəzi bürcünün əlaqələri 2015-ci ilin Avqust ayında əhəmiyyət daşıyacaq. Tərəzi bürcünün əlaqələr evinin idarəçisi Mars planeti sizin doğum xəritənizin ən yüksək nöqtəsində olacaq. Bu səbəblə hər şey daha gözə dəyən və daha əhəmiyyətli olacaq. 2015-ci ilin Avqust ayının ilk on günlüyü üçün sizin ümidləriniz böyük olacaq, məşhur, güclü və ya yaxşı vəziyyətli biri sizin diqqətinizi çəkəcəkdir. Sizin karier və əlaqələriniz bir-biri ilə uyğun gələcək. Bu haradasa stressli, lakin həyəcan verici on günlük olacaq. İkinci və üçüncü on günlük daha rahat olacaq. Tərəzi bürclərinin eşq həyatı ictimailəşmə, məşhur hadisələr, nizam, tərtiblə, ictimailəşmə və yığıncaqlarla əlaqədar fəaliyyətlər tərəfindən hərəkətə keçiriləcəkdir. Keçmişinizlə əlaqədar biri ilə əlaqə qura bilərsiniz. Bu Avqustun sizin üçün hazırladığı istisna bir sürpriz də deyil. 2015-ci ilin Avqust ayını hər şey planladığınız kimi getməyəcək, Venera planeti (Tərəzi bürcünün idarəçisi) geri getmə dövrəsində olacaq. Bəzən özünüzü sıxışmış kimi hiss edəcəksiniz, iş görmək istəməyəcəksiniz. Düşüncənizi və istiqamətinizi dəyişmə gərəyi duyacaqsınız. Bununla belə 2015-ci ilin Avqust ayı köhnə proyektləri geri almaq, tərk etmək və ya təxirə salmaq üçün xeyirli ay olacaq. Xüsusilə əgər onlar intellektual fəaliyyətləri, əlaqə, əməkdaşlıq və ya qrup işi fəaliyyətlərini əhatə edirsə. Lakin əgər siz hər hansı bir işə başlamaq istəyirsinizsə, Avqust ayı nə qədər qarmaqarışıq olursa olsun -heç bir şey sizə maneə ola bilməz. Ən əhəmiyyətli şey aydın məqsədlərin olmasıdır. Maliyyə baxımdan bəzi qopmalar olacaq, lakin hər şey sizin istədiyiniz kimi çəhrayı olmayacaq. Tərəzi bürcünün idarəçisi olaraq Venera planeti geri getmə hərəkəti sağlamlıq problemləri də hesaba qatılmaqla 2015-ci ilin Avqust ayının hər dövrəsi hiss olunacaq. Yorğun olacaqsınız, köhnə sağlamlıq problemləri su üstünə çıxacaq və sair. Digər tərəfdən sağlamlıq həssas mövzu olacaq. Çünki Tərəzi bürcünün xəstəliklər evinin idarəçisi Yupiter 2015-ci ilin 9 Avqust tarixində zərərli evə girəcək. Bu planet az qala bütün il boyu sizə əlverişsiz vəziyyət təqdim edəcək. Bu səbəblə diqqətli olun!
 
Əqrəb
 
Şübhəsiz 2015-ci ilin Avqust ayı eşq həyatı baxımından Əqrəb bürcləri üçün əhəmiyyətli ay olacaq. Əqrəb bürcünün evlilik evinin idarəçisi Venera planeti geri gedəcək. Bu sizin doğum xəritənizin köhnə-kürüş yerlərində deyil, ən əhəmiyyətli nöqtəsində inkişaf edəcək. Beləcə sizin eşq həyatınızın ən kövrək, həssas və əhəmiyyətli nöqtələri işıqlandırılacaq. Bu həm də sizin karierinizlə, ictimai statusunuzla, arzularınızla və ya professional məqsədlərinizlə bağlı ola bilər. Bəzi nöqtələrdə siz bəlkə də bir sıra qərarlar qəbul etməli olacaqsınız. Lakin bu ay bunun üçün uyğun deyil. 2015-ci ilin Avqust ayı analiz etmək üçün uyğundur və sizin keçəcəyiniz yol heç də xoş olmayacaq, sizə hər şeyi yaxşıca anlamaqda, istədiyiniz yerdə dayanmaqda kömək edəcək. Çox ehtiraslı olmaq anlama müddətini təxirə salacaq. Venera planetinin geri getmə dövrəsi Əqrəb bürcünün karier evindən keçərək kooperasiya və təşkilatlara fokuslanmanız lazım olduğunu göstərəcək. Venera planetinin sizin karier evinizdə geri getməsi sevdiyiniz insanlar da daxil olmaq şərtiylə ictimai və professional sahədə yoldaşlıqlarınıza təsir edəcək. Bu həm də qabiliyyətinizi sərgiləmək, yaradıcılıq, şöhrət və müvəffəqiyyət üçün uyğun olacaq. Siz ehtiraslı olduğunuz, karierinizə təsir edən mövzu haqqında düşünməyə başlayacaqsınız. Əməkdaşlıq təklifləri yenidən su üzünə çıxacaq. 2015-ci ilin Avqust ayının birinci dövrü pul sizin üçün problem olmayacaq, Əqrəb bürcləri üçün bu dövr məhsuldar ola bilər, lakin xərclərinizə diqqət yetirməniz lazım olacaq. Hətta pul yığmanız tövsiyə olunur. Çünki Əqrəb bürcünün maliyyə evinin idarəçisi Yupiter 11 Avqustda səf dəyişdirəcək və bu da bir il davam edən qarmaqarışıqlığa səbəb olacaq. Avqust ayının ilk on günlüyü Əqrəb bürcləri yaxşı vəziyyətdə olmayacaqlar. 2015-ci ilin 9 Avqustundan etibarən Əqrəb bürcünün ənənəvi idarəçisi Mars planeti Aslan bürcünə girəcək. Lakin siz 2015-ci ilin Sentyabr ayının sonuna qədər, Günəş Əqrəb bürcündə olduğu müddətcə sağlamlığınıza diqqət yetirməlisiniz.

Oxatan
2015-ci ilin Avqust ayının ilk həftəsi eşq mövzuları baxımından hər vaxt xatırlanacaq, çünki Oxatan bürcünün evlilik evinin idarəçisi Mars planeti Venera və Yupiter planetləri ilə birləşəcək. Bu bəlkə də keçən həftələrin təkamülünün zirvəsidir ki, Venera(eşq planeti) və Yupiter (Oxatan bürcünün idarəçisi) planetləri arasında əlaqənin təsiri altındadır. Bu həftələr qarışıq, indi təhlil edilmiş və nəticələnmiş əhəmiyyətli eşq həyatı hadisələri ilə vurğulanacaq. 2015-ci ilin Avqust ayının qalan günləri də Oxatan bürcləri üçün maraqlı olacaq, çünki Venera və Yupiter bir-birinə yapışacaq. Lakin melodiya ola bilsin ki dəyişəcək, çünki Venera və Yupiter bürc və ev dəyişikliyi edəcək. Hər şey daha görünən bir hal alacaq, daha rəsmi və daha pragmatik olacaq. Bu heç də hər vaxt hamar bir yol olmayacaq. Oxatan bürcünün karier evində böyük hadisələr reallaşacaq. Bu evin idarəçisi Merkuri planeti 2015-ci ilin 7 və 27 Avqustunda burada yerləşəcək. Bu planet hər şeyin sizin istədiyini kimi olmasına istiqamətləndirmə qabiliyyətinə malikdir. Böyük Xeyirxah Yupiter planeti 11 Avqustda Oxatan bürcünün karier evinə cəsarətli bir şəkildə daxil olacaq. Bu planet şans, inkişaf və böyük proyektlər planetidir və bir il boyunca burada qalacaq. Yupiter planeti Oxatan bürcünün karier evində 2015-ci ilin Avqust ayından 2016-cı ilin Sentyabr ayına qədər qalacaq, yeni fürsətlər və açılımlar gətirəcək, inkişaf, irəliləmə, müvəffəqiyyət qeyd edəcək. 2015-ci ilin 23 Avqustunda şöhrət və nüfuz planeti parlaq Günəş Oxatan bürcünün karier evinə girəcək. Beləcə indi bütün sürətlə irəli getmə zamanıdır, çünki Avqustda siz böyük inkişaf yaşayacaqsınız. Mali mükafat yaxın zamanda sizin olacaq. Oxatan bürcünün xəstəliklər evinin idarəçisi Venera planeti geri gedəcək, zəifləyəcəksiniz və kaprizli olacaqsınız. Bu səbəblə sizin sağlamlığınız 2015-ci ilin Avqust ayı sizə problem yaşadacaq. 9 Avqustda Venera planetinin yanına enerjili və pis xasiyyətli Mars gələcək, bu planet hirslilik, səbirsizlik, münaqişə və qəza nəzərdə tutur. Diqqətsizlik və ifratdan uzaq dayanmaq və özünüzə diqqət yetirməniz lazımdır.
 
Oğlaq
Oğlaq bürcünün eşq həyatından gözləmələri bu bürcün 8. evində Venera planetinin geri getməsi ilə çox yaxşı şeylər vəd etmir. Venera 8. evdə geri getdiyi üçün azadlıq məhdudlaşdırılacaq və mübarizə, qarma-qarışıqlıq başlayacaq və bütün narahatlıqlar sizin əlaqələriniz və ya partnerinizlə bağlı olacaq. Mükəmməlliyətçiliyə meylli olmaq Oğlaq bürcünün xarakterindədir və bu xarakter 2015-ci ilin Avqust ayı daha qabarıq olacaq. İnsanlar sizə yaxınlaşmaqda çətinlik çəkəcək və siz həyatınızda əhəmiyyət vermədiyiniz kiçik şeylərdən kədərlənəcək və ya məmnun olacaqsınız. Bəzi problemlər, cütlərin və ya partnerin maliyyə vəziyyəti böyük narahatlığa səbəb olacaq. Lakin 2015-ci ilin Avqust ayı sevdiyinizin psixologiyasını analiz etmə və dərindən araşdırmaq və onları daha yaxşı anlamaq və tanımaq üçün uyğundur. Günəş, Merkuri, Mars və Venera (geri gedəcək!) tək-tək ya da birlikdə Oğlaq bürcünün iş yoldaşları, bank, sığorta və bir çox pulu və ya bir çox adamın pullarını idarə edən təşkilatlarla əlaqədar maliyyə evlərindən birində olacaq. Beləcə 2015-ci ilin Avqust ayı sizə boşanmaq, varislik və ya malların geri alınması, borclanma, sponsor olmaq, maliyyə işlərini idarə etmək və ya bu kimi şeylərdə təzyiq olacaq. Siz satın alma və ya sərmayə qoyma işi reallaşdıracaqsınız. Hər şey qarma-qarışıq ola bilər, beləcə yaxşı düşünün və tələskənlik etməyin! Digər tərəfdən 2015-ci ilin Avqust ayı işlər, mədəniyyət və səyahət üçün uyğundur. 2015-ci ilin Avqust ayı Oğlaq bürcünün fiziki görünüşü yaxşı olacaq, lakin onlar enerji və ya coşğunluqla bütün bunların öhdəsindən gələ bilməyəcək. Bu dövr boyunca Oğlaq bürclərinin ruh halı mükəmməl olmayacaq. Oğlaq bürcləri narahat, qorxmuş və bədbin olmağa istiqamətli olacaqlar. İstirahət etmək sizin üçün çətin olacaq, lakin siz istirahət etməlisiniz, rahatlamaq və işə ara vermək üçün özünüzü məcbur edəcəksiniz. Kitab oxumaq, səyahət, ictimailəşmək, mədəni baxımdan ruhani insanlarla əlaqə yaratmaq sizin üçün yaxşı olacaq.
 
Dolça
2015 Avqust ayında Dolçanın cütlər evində hərəkətlilik görünür. Bir çox planet gəlib gedəcək və Venera da tam burada öz retrograd hərəkətini başladacaq. Günəş Dolçanın cütlər evini 2015 23 Avqusta qədər vurğulayacaq. 9 avqustdan etibarən Mars da Dolçanın cütlər evini enerjiylə təchiz edəcək. Avqustun ikinci on günlüyü ehtimalla daha dinamik və daha çox fəaliyyətlə dolu olacaq. Lakin Veneranın retrograd hərəkət içində olması bütün ay boyunca mürəkkəb problemlərə, vəziyyət, istiqamət və düşüncə dəyişikliklərinə səbəb ola bilər. Harmoniya və tarazlığı saxlamaq çətin ola bilər. Avqust 2015 boyunca enerjinizi cütlər üçün ortaq hərəkətlər, hədəflər istiqamətində istifadə etmək ən doğrusu olacaq. Əgər doğru istiqamətləndirilməzsə bu enerji qarşıdurmalara səbəb olacaq. 2 Avqust 2015də Saturn Dolçanın karier evindəki xətti hərəkətinə qaldığı yerdən davam edəcək və bu 18 Sentyabra qədər sürəcək. Maneələr qalxacaq, məhsuldarlıq artacaq. Avqust 2015 köhnə və ya daha çətin proyekti bitirmək üçün ya da yeni uzun vədəli strategiyalar üçün uğurlu bir dövrdür. Son 3 ildə işinizlə bağlı şeyləri analiz etməli və uyğun nəticələr təyin etməlisiniz. 11 Avqust 2015də digər əhəmiyyətli bir hadisə daha reallaşır: Yupiter Dolçanın pul evinə keçəcək və il boyu sürəcək maliyyə fürsətləri mərhələsini başladacaq, belə ki, əgər tutumlu olub etibarlı yolları seçsəniz pulunuz arta bilər. Bundan başqa Avqust 2015də kooperasiya və ortaqlıqlarla əlaqədar çox diqqətli olmalısınız. 2015-ci ilin Avqust ayının ilk on günlüyü Mars Dolça bürcünün sağlamlıq evində təzyiqə davam edəcək. Qəza, yanma və ya yoluxucu xəstəliklərin təsirinin yüksəlmə riski artacaq. 1-8 Avqust aralığı tibbi müayinə proseduraları üçün uyğundur. 2015-ci ilin Avqust ayı boyunca gərgin ola bilərsiniz. İstirahət edin!
 
Balıq
Balıq bürcünün evlilik həyatı 2015-ci ilin 7-27 Avqust aralığında bu bürcün evlilik evinin idarəçisi Merkuri planetinin burada olmasından faydalanacaq. Hər şey idarə altında olacaq və qətiliklə problem yaratmayacaq. Venera planeti Balıq bürcünün iş evində geri gedəcək və bu da kolleqa və iş yoldaşları ilə gizli əlaqəni gücləndirəcək. 2015-ci ilin 11 Avqustunda əhəmiyyətli bir şey reallaşacaq: Böyük Xeyirxah Yupiter Balıq bürcünün evlilik evinə girəcək. Yupiter planetinin Balıq bürcündən keçişi bir il - 2016-cı ilin Sentyabr ayına qədər - sürəcək və eşqdə yaxşı şans, əlaqədə uyğunlaşma, bəlkə də bu əlaqənin rəsmiləşdirilməsi ola bilər. Yupiter romantik fürsət və təklif gətirəcək, əgər əlaqə çətin və sərt olsa, bu ayrılmağa səbəb ola bilər. Saturn planeti Balıq bürcünün 9-cu evində yenidən doğru düzümün hərəkətinə geri dönəcək. İş, tənzimləmə, əməkdaşlıq və ya əlaqələ bağlı problemi işıqlandırmağa kömək edəcək. Professional olaraq 2015-ci ilin Avqust ayı Balıq bürcləri üçün çox aktiv ay olacaq. İş əlaqələri, artistik qabiliyyət, yaradıcılıq, yeni işlərə başlamaq və nüfuz əhəmiyyət daşıyacaq. Siz çox pul qazanmaq üçün köhnə proyektlərə geri dönəcəksiniz. Professional olaraq edəcəyiniz işlər çoxdur, beləcə məsuliyyətlərinizi diqqətlə planlamanız lazımdır. Balıq bürclərinin pul qazancı 2015-ci ilin Avqust ayı kifayət qədər olacaq, lakin bunun yenilənməsi, strategiyalarınızın yenidən təşkil edilməsi lazımdır. 2015-ci ilin Avqust ayı Balıq bürclərinin sağlamlığı baxımından yaxşı bır aydır. Köhnə sağlamlıq problemlərinizi həll etməniz lazımdır, yarım qalmış problemlərlə yenidən maraqlanmanız lazımdır. Əgər lazımdırsa ginekoloq və ya diş həkiminizlə tibbi proseduraları planlayın. Hər şeyi araşdırın, təhlil edilməmiş sağlamlıq problemi qalmasın!


Şərhlər: 31
Baxılıb: 11137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_damla_
Əkizlər
Əkizlər bürcünün əlaqələrinin melodiyası 2015-ci ilin Avqust ayı dəyişəcək. 11 Avqustda Əkizlər bürcünün əlaqə evinin idarəçisi Yupiter Aslan bürcünü tərk edərək, Qız bürcünə girəcək və orada bir il qalacaq. Əkizlər bürcünün münasibətləri zamanla dəyişəcək və ailə bağları güclənəcək. Evlə bağlı problemləri, evlə əlaqəli fəaliyyətləri paylaşacaqsınız və uzun vədəli sərmayələr edəcəksiniz. Lakin indi siz sevdiyinizə daha çox zaman ayırmalı və onunla əlaqə içində olmalısınız. Köhnə sevgilinizlə görüşməmək haqqında söhbət gedə bilməz. 2015-ci ilin Avqust ayı intellektual düşüncələr, gündəlik işlər, əlaqə və səyahət üçün uyğundur. Bu hətta bəzən stressli ola bilər və ya problemlər yarada bilər. İndi Əkizlər bürclərinin zəkaları çox güclüdür və onlar münaqişə etmə qabiliyyətləri ilə məğlub olunmazdır. Əgər siz iş yoldaşlarınızla və ya müştərinizlə iş görmək istəyirsinizsə, sakit başla və lazım olduğu qədər taktika quraraq danışmanız bu mövzuda əhəmiyyətlidir. Əkizlər bürcünün karier və əlaqələr evinin idarəçisi Yupiter 2015-ci ilin Avqust ayının 11-də Aslan bürcündən Qız bürcünə keçəcək. Gələn 12 ay Yupiter məhsuldarlıq və mükəmməllik üçün işıq tutacaq. Lakin bu yol hədəflərin və kolleqalarınızın dürüstlüyünə bağlıdır. Qarışıqlıq və naməlumluq zərərli ola bilər. Əkizlər bürcünün əhvalı yaxşı olacaq, lakin zehni olaraq çox iş görmək və ya yüklənmək riski yüksələcək. Əkizlər bürcünün sağlamlığı 2015-ci ilin Avqust ayı çox da güclü olmayacaq. Əgər özünüzə diqqət yetirməsəniz və gəzintiyə çıxmasanız, bəzi sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz. Avtomobil sürərkən diqqətli olun, xüsusilə alətlərlə və əşyalarla məşğul olmaq potensial təhlükə yarada bilər![hide][/hide]
19 avqust 2015 15:21
# 31
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
Catwoman666
Düzü yazılanlardan tam olaraq bir şey anlamadım. İnşallah xeyirlisi olar.

...666...
11 avqust 2015 17:04
# 30
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Gorek de, basimiza ne is gleir..
11 avqust 2015 15:05
# 29
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayka
Şir
Venera planeti Şir bürcündə qalıb qalmamaqda qərarsızdır, çünki bu planet geri gedir, beləcə 2015-ci ilin Avqust ayında gərəksiz vəziyyətlər meydana gətirəcək. O Şir bürclərinə gözlənildiyindən fərqli şərtlər təqdim edəcək və çox vaxt bunlar heç də ümid verici şərtlər olmayacaq. Eşq və əlaqələr zirvədə olacaq, lakin 2015-ci ilin Avqust ayı sizə dərs alacağınız bir vəziyyət təqdim edəcək və beləcə sizin evlilik həyatınız gələcəkdə daha yaxşı olacaq. Və ya bu sizi qərar və seçim üçün hazırlayacaq. Davranışınızı dəyişdirmək zamanı gəlib çatıb. 2015-ci ilin Avqust ayında edəcəyiniz ən yaxşı şey eqonuza məğlub olmamaq və özünə istiqamətli olmamaq. Əlaqənizi səbirlə, elmli olmaqla və ağılla inkişaf etdirməkdir. 2015-ci ilin Avqust ayının ilk 20 günlüyü Günəş Aslan bürcündə olacaq, sizə irəli addım atmaq və müvəffəqiyyətli olmaq üçün kömək edəcək. O sizə yaxşı bir nüfuz verəcək, arzularınızı və rəhbərlik bacarıqlarınızı reallaşdıracaq. 2015-ci ilin 9 Avqustunda Mars planeti Aslan bürcünə girəcək və özü ilə birlikdə başlanğıclar və hərəkət gətirəcək. Sizin məhsuldarlığınız artacaq, itmiş zamanı kompensasiya edəcəksiniz, yeni proyektlər ortaya çıxacaq. 2015-ci ilin 11 Avqustunda keçən il sizin tərəfinizdə olan Yupiter planeti Aslan bürcünü tərk edəcək. Fürsətlər artıq hər vaxt sizə təqdim edilməyəcək və son 12 ay boyunca böyüyən bəzi vəziyyətlər normala dönəcək. İndi məqsədlərinizi bir daha ölçmək üçün mükəmməl zamandır. Aslan bürclərinin yoldaşlıqlarına indi daha çox diqqət yetirmələri lazımdır. 2015-ci ilin Avqust ayı Aslan bürclərinin fiziki görünüşü çox yaxşı olacaq. Sizin indi idman və gündəlik fiziki fəaliyyətlərə xərcləyəcək çox enerjiniz vardır. Lakin siz təhrik edilsəniz, tez inciyərsiniz və əgər sağlamlıq problemləri artsa, onlar ifratdan və tədbirsizlikdən doğulacaq. Sizin uyğun bir əlaqə içində olmanız lazımdır, çünki münaqişələr sizə düşündüyünüzdən daha çox təsir edəcək.


baxaq de her weyin xeyirlisi
11 avqust 2015 13:16
# 28
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
pozitiv
Rebbim ozu komek olsun
11 avqust 2015 04:26
# 27
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
EsmaNur
yaxwi olar In Sha Allah
11 avqust 2015 01:48
# 26
KRALİCEM
Sitat: saniyy
Ya qismət.Allah özü köməyimiz olsun.♎ yə ürək acan bir şey yazılmayıb
10 avqust 2015 23:39
# 25
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Melek5
"TeReZi" anladilan hecde yaxsi kecmeyecek gorunurki mene yaramayacaq bu ay esasda saglamliq problemleri cixacaq Allah ozu komek olsun
10 avqust 2015 22:02
# 24
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
aLoNe AnGeL
Baliq cox gozel ay olacagini bilirem ozumu sen ve enerji dolu hiss edirem heart
10 avqust 2015 20:32
# 23
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
guzellik
qwiz qiz burcu
10 avqust 2015 20:03
# 22
sade semimi merbandan kino medcezir
meni_gozle
QOC BURCU...dogrudanda avqust ayi menim ucun vehwi macera dolu pis yay tetili oldu
10 avqust 2015 19:57
# 21
Denizimm
haqqimizada xeyirlisi olsun inwallah
10 avqust 2015 19:38
# 20

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
MODABAZ
Xercemg- evlii deyiləm axii
10 avqust 2015 19:37
# 19
Heyata daim gulmek lazimdii
emis
Of bu xestelikler off bezdim iyne dermandan girl_cray bu ayin baslangicindan beri olanlar yadimda qalmayib bilmirem burcumde yazildigi kimimi olub ama innen sonra fikir verecem gorum duzmu cixacaq tesekkur.
10 avqust 2015 19:08
# 18
Ela
Wır ınwallah yaxsı olar
10 avqust 2015 18:10
# 17
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Milawka18
gorekde wir burcu yaxwi yazilib gorek bawimiza ne gelir yaxwi olar umid edirem
10 avqust 2015 18:01
# 16
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
ALESSANDRA
əkizlərəm
ilahi hələdə şokdayam
nə?! aslan oz yerini qıza verecek)))
bu gun verdide elə
ayy cooox sevincliyəm)
xeyirlisi
10 avqust 2015 17:50
# 15
Don't trust anyone ∆
Dj_Vampir
Hadi hayirlisi
10 avqust 2015 17:26
# 14
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Little girl
Dolca burcuyem.İnsallah her sey yaxşı olar.
10 avqust 2015 16:33
# 13
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Dosta_inam
Ekizler burcu elede pis deyil, Allah xeyirlisi ne ise onu etsi; hr kese
10 avqust 2015 16:24
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
Rebbim ozu biz qullarina her daim komek olsun Amin insallah
10 avqust 2015 16:23
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Xerceng bürcüyem haqqımızda xeyirlisi olar inşAllah.
10 avqust 2015 16:19
# 10
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
GünƏşimƏ_AiD_
bugayam demeli buna gore avqust gireni cox aqresivleshmishem.dehteshet
10 avqust 2015 16:12
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ell.nell
Xeyirlisi.mencun o emli aydı bu ay..
10 avqust 2015 16:10
# 8
yasemin
Çox uzun yazılıb sebrim çatmadı oxumağa… hər kəs üçün xeyirlisi nədirsə oda olsun
10 avqust 2015 15:56
# 7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
VIP
Ya qismət.Allah özü köməyimiz olsun.♎ yə ürək acan bir şey yazılmayıb
10 avqust 2015 15:24
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
...AdaDunyam``
qiz burcuyem,insAllah haqqimizda xeyirlisi olar
10 avqust 2015 15:22
# 5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Niquw Abdulayeva
Her sey Allahin elindedir. Qurban olduqum nece meslehetdi elede ededek
10 avqust 2015 15:10
# 4
Sevgi Meleyi
xərçəng bürcüyəm xeyirlisi inşallah..ama bir azda qorxdume axırda deirki saölamlığınızda problem offf bu 1 il çəkə bilər yaaa bu ne be agla
10 avqust 2015 15:09
# 3
love love love
♥ KaMa ♥
Oglaq bürcüyəm İnşAllah yaxşı olar 123
10 avqust 2015 15:08
# 2
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz