Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əqrəb bürcü haqqında ümumi məlumat
Əqrəb bürcü haqqında ümumi məlumat
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2440
Səs ver:

Əqrəb bürcünün astroloji xüsusiyyətləri

Tərəzi bürcünə nisbətən, Əqrəb işarəsi daha fəal və daha obyektiv keyfiyyətlərə malikdir. Onun Yer iqliminə maksimal dərəcədə təsir etmək gücü var. Təbiətdə baş verən kəskin dəyişikliklər məhz bu Zodiakın payına düşür. Yadda saxlamaq lazımdır ki, heç bir bürcdə Əqrəbin əhatə etdiyi dövrdəki qədər yağış və külək olmur.


Ulduzlar sistemində təqribən 500 kvadrat dərəcəlik sahəsini tutan bu bürcün tərkibinə adi gözlə görünə biləcək 100 ulduz daxildir. Bu bürcdə parlaq ulduzlar da çoxdur. Əqrəbin himayədarı olan Mars astronomik hesabla 4-cü planet sayılır. Qədim yunanlar onu müharibə allahı adlandırırdılar. Marsın radiusu 3390 km, elementi od, tərkibi quruluq və istilikdir. Pluton isə siyahıda 8-ci yeri tutur. Bu planeti Roma allahının şərəfinə belə adlandırıblar. O, 1932-ci ilin fevralında Amerika astronomları tərəfindən tapılıb. Onun radiusu 5000 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir.

Öz ünsürü su olsa da, Əqrəbin planetlərindən biri hava (Pluton), digərisə oddur (Mars). Astrologiya elminin dərin qatlarına bələd olmayanlar bilməlidir ki, su işarəsindən olan digər bürclərdən (Xərçəng və Balıqlar) fərqli olaraq Əqrəb od və hava işarəsindən olanlarla asan dil tapmağı və yola getməyi bacarır. Elə bu səbəbdən də Əqrəb bürcü altında doğulanlar güclü və maraqlı həyat tərzi keçirirlər.


Bu Zodiak işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayırlar. İkincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. Əqrəblər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə əqrəbləri "əsl sifətini maska altında gizlədən adam” adlandırırdılar.


Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, Əqrəblərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara xəyanət olunarsa, stressdən ölə də bilərlər. Müşahidələr görə, onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur, sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu Zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur.

Karmik astrologiyada Əqrəb daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşayət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. Əqrəblərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər, yoxsa başqası üçün – bilinmir. Əqrəblərin etikasının əsas xətti də məhz budur. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən Əqrəb çox asanlıqla məhrumiyyətlərə uğrayır. Karma dərəcəsinə görə, Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir.

Əqrəblərin inanılmaz dərəcədə güclü yaddaşı var. Onlar hər şeyi xatırlayırlar, xüsusən də pisliyi. Ona görə yox ki, şər onlar üçün fəaliyyət indikatorudur, ona görə ki, şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər.


Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan Əqrəblərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir. Əgər siz belələrinin rəhbərliyi altında işləyirsinizsə, yaxşı yaşamaq üçün sizin üç çıxış yolunuz var:

1) onu sadəcə zəhərləyib öldürmək;

2) ondan yuxarı orqanlara şikayət etmək və onun vəzifədən uzaqlaşdırılmasına nail olmaq;

3) sadəcə iş yerini dəyişmək. Yəqin ki, üçüncü variant daha məqsədəuyğundur.


Əqrəblər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, Əqrəblərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər.


Magiyada ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün skinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. Əqrəblər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada Əqrəblər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil.


Antik dövrün münəccimləri Əqrəbləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar.


Əqrəblərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. Qoçda baş, Şirdə ürək, Balıqlarda ayaq nahiyəsi olduğu halda, haqqında danışdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır.


Əqrəblər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur.

Amma idmandan əl çəkən kimi orqanizmlərində – əsasən də böyrəklərində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.


Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər Əqrəb müsahibinizə yalan satıb ürəyinizdə "aldatdım” deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, "çoxbilmişlikdən balaca qalıb” qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər.


Əqrəb bürcü altında doğulan adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz.


Orta əsrlərdə Əqrəblərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir.



Şərhlər:
Baxılıb: 2440
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz