Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız bürcü haqqında ümumi məlumat
Qız bürcü haqqında ümumi məlumat
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2544
Səs ver:

Qız bürcünün astroloji xüsusiyyətləri

 

İlk öncə nəzərinizə çatdıraq ki, qədim babillilər bu Zodiak işarəsini qızmar yayla qızıl payız arasında dayanan mülayim dövr adlandırır, göstərilən təqvimdə dünyaya gələnləri müqəddəs adam hesab edirdilər. Əslində haqqında danışdığım bürcün əsl adı hər bir astroloji mənbədə "Qız” yox, "İlahə” kimi göstərilir. Hətta rus dilində işlədilən "Deva” ifadəsi də qız mənasını vermir (ingiliscə isə "Vigro” yazılır). Eyni zamanda Göy qübbəsindən alınmış təsvirdə də adını çəkdiyimiz bürc "qanadlı qız” kimi göstərilir (aşağıdakı rəsmə baxın). Və bütün bunlar yuxarıda dediklərimizə əyani sübutdur. Bu bürcün müəyyən cizgiləri var ki, digər Zodiak işarələrindən köklü surətdə fərqlənir.

Bu Zodiak işarəsi yola saldığımız Şir bürcündən əsaslı surətdə fərqlənir. Belə ki, Qız bürcünün bərqərar olduğu dövrdə əzilənlərin oyanışı, məzlumların haqq səsi görünməz dərəcədə yüksəlir, maddi rifah halı əvvəlki bürcə nisbətən dirçəlməyə başlayır. Bu işarənin ikinci dekadasında isə (4-13 sentyabr) cinayət əməllərinin sayı xeyli artır. Deyilənlərlə yanaşı bu bürcün hakimiyyəti dövründə Baharın gəlişində olduğu kimi insanlarda canfəşanlıq, torpağa bağlılıq artır, zəhmətkeş adamlar qışa ehtiyat toplamaq üçün tarla və sahələrə çıxırlar. Bu dövr məhsuldarlığın ən yüksək mərhələyə çatdığı ərəfə kimi də yadda qalır.

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Ünsürü torpaq, planeti Merkuri, simvolları "mələk”, "kub”, düşərli günü çərşənbə, düşərsiz günü cümə axşamı, cümə, uğurlu rəngi ağ, narıncı, mavi, uğursuz rəngi göy, uğurlu daşı sarı sapfir, aqat, malaxit, mərmər, topaz, metalı qalay, mis, enerji verən çiçəyi lalə, astra, müxalif bürcü Balıqlar, talismanı "dəmirçi”, uğurlu rəqəmi 3, 5, 6, 12, 20, şanslı ölkələri isə Yunanıstan, Fələstin və Rusiyadır.

Bu Zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür.

Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur.

Bəri başdan qeyd etmək istərdim ki, bu bürcün sakinləri əksər hallarda zahirən xoşagəlməz və dəyişkən fikirli adam təsiri bağışlasalar da, daxilən pak və xeyirxah olurlar. Arıq və hərəkətdə olan bədən, enli alın, qızarmış sifət, şabalıdı və ya xurmayı saçlar, qonur gözlər, böyük çiyinlər, şiddətli səs məhz Qızlar üçün xarakterikdir. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Çünki Qızlar həddindən ziyadə əməksevər və ən ağır işlərdən belə qorxmayanlardır. Bu növ insanlar baş verən prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiyalarına və ən ədalətli qərar çıxarmalarına görə, onları 12 bürc arasında ən ağıllıları hesab edirlər. Ən az cinayət törədən və həbsxana həyatı yaşayanlar da məhz Qızlardır.

Qədim hind və Tibet astrologiyasında söhbət açdığım adamlar olduqca yüksək qiymətləndirilir, həssaslıqlarının yüksək olmasına görə, onlarda öncəgörmə, telepatik qabiliyyətlərinin mövcudluğunu bildirirdilər. Bu bürcün qadınlarında magik gücün olmasını görmək o qədər də çətin deyil. Məsələn, dünən adi, bir qədər də kifir görünən bu zərif məxluqlar bircə gündə ağlagəlməz dərəcədə gözəlləşə və hamını heyran qoya bilərlər. Əgər ətrafınızda belələri varsa, müşahidə edə bilərsiniz. Hətta onu da deyirlər ki, qadına məxsus bütün müsbət keyfiyyətlər məhz Qız bürcündə dünyaya gələn qadınlarda cəmlənib.

Mistik məsələlərdə Qızlar kifayət qədər inadkardır. Bunun da müəyyən səbəbləri var. Məhdud enerjiləri onları sarsılmaz edir, metodiki ağılları isə mümkün təhlükələrdən qaçmağa məcbur edir. Buradan da Qızların güclü intuisiyaya malik olmaları üzə çıxır. Belələrindən yaxşı münəccim çıxsa da, onlar görücülük mədəniyyətinə malik deyillər. Çünki öncəgörmə zamanı ən xırda detalları belə nəzərə almaq gərəkdir. Qızlar bədnəzərə qarşı çox dözümlüdür, lakin məhəbbət magiyasının təsiri altına çətinliklə düşürlər. Başqa bürclərdən fərqli olaraq, tilsimbənd və qoruyucular Qızlara daha çox lazımdır, xüsusən də daşdan hazırlanmış qoruyucular. Onlar əsasən evlərinin təhlükəsizliyi barədə düşünməli və sınmış güzgülərdən, qab-qacaqlardan uzaq durmalıdırlar. Əfsuslar olsun ki, Qızların ən mənfi cəhəti lazımsız güzgü və qab-qacaq sınıqlarını evdə saxlamaları və bu yolla şər qüvvələrin mənzilə daxil olmasına imkan yaratmalarıdır.

Analitik bacarıq Qızları mütləq elm sahəsinə gətirir. Onlar adətən müxtəlif mühitlərdə son dərəcə təcrübəli təhqiqatçılara çevrilirlər. Qızlar çox güclü riyazi istedada malikdirlər. Kollektiv iş zamanı onlar başqalarına nisbətən, işin başa çatdırılması mərhələsini daha uğurla həyata keçirirlər. Korrektə etmə, nəzarətçilik onların sevimli iş sahələridir. Biznesdə onlar həddən artıq praktik və ehtiyatlıdırlar. Buna görə də uğur qazanmaq onlar üçün çətin olur. Lakin bazarı sərt analiz etmə bacarığı Qızlara yaxşı iş adamı olmaq şansı verir. Uzunmüddətli əmanət proqramları onlara ən çox uyğun gələn biznes növlərindən biridir.

Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir və ətrafında olanlarla hesablaşmağı bacarırlar. Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu insan həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanır. Şəxsi rahatlıq Qızlar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, Qızlar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqcadan tədbirlər həyata keçirməyə qadirdirlər.


Qız-qadınlarla ünsiyyətdə olanlar yadda saxlamalıdır ki, bu adamlar yalnız reallığa qiymət verir və hər bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Belələri heç bir işə tərəddüdlə başlamırlar. Çünki "qəlbinin razılığı olmadan” hansısa addımı atmaq xoşagəlməz nəticələr verə bilər. Onlar istənilən adamla dil tapmağı bacardıqlarından istiqanlı və başadüşülən olurlar. Qızlarda müəmmalı və ya qapalı heç nə yoxdur. Amma bəzən yersiz, ikrah doğuran hərəkətlərə yol verməklə sadəlövh imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri haqqında az qala hamı hər şeyi bilir. Bu bürcdən olanlar nə Sutökənlər kimi romantik və xəyalpərvər, nə də Buğalar kimi materialistdirlər – onlar sanki bu iki yolun ayrıcında dayanırlar. Əgər Qızların özlərinə inamı olsa, hər bir işin öhdəsindən gələ bilirlər.


Qərb astrologiyasına görə, bu bürcdən olan adamlar üçün hər bir iş yalnız problemlərdən ibarətdir. Bəzən hətta özlərini ətraf dünyanın "problemlər obyekti” də adlandırırlar. Daima istirahətsiz fəaliyyət göstərən bu adamlar öz iş prinsiplərini məhdud çərçivədə qururlar. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.


Münəccimlər bu bürcdən olanların ən ağır dərdini və xəstəliyini həzin bir musiqi vasitəsilə dəf etməyin  mümkünlüyünü, onların çox vaxt bir məhəbbətlə kifayətlənmədiyini, cəzbedici və qəşəng olduğunu, gözəl natiqlik qabiliyyətinə malik olduqlarını da bəyan edirlər.


Adətən Qızlar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə başa düşülmələri çətin olur. Onlar bir qayda olaraq özlərindən yaşca daha böyüklərə diqqət yetirirlər. Hər şeyə fikir verən Qızlar çox xırdaçıdır. Belələri üçün sevdiyi adamın zövqlə geyinməsi, özünü yaxşı aparması çox vacibdir.


Bir qayda olaraq bu bürcdən olanlar ən müxtəlif sahələrdə fəaliyyət göstərməyi bacarırlar. Ən çox yumor hissi də məhz Qızlardadır. Yuxarıda dediyim kimi siyasətə az meylli olsalar da, pedaqoq, incəsənət, din və elm xadimləri, yazıçı, biznesmen, katib (katibə), eləcə də bağban və ferma işçisi kimi ən bacarıqlı adamlar olurlar.



Şərhlər:
Baxılıb: 2544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz