Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qoç bürcü haqqında ümumi məlumat
Qoç bürcü haqqında ümumi məlumat
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 3142
Səs ver:

Qoç bürcünün astroloji xüsusiyyətləri


Torpağın oyanışı ilə üst-üstə düşən Qoç bürcü hər şeydən əvvəl insanlara xeyir-bərəkət, çal-çağır və ən əsası barışıq gətirir. "Avesta” təqvimi ilə yeni ilin başlanğıcı hesab olunan bu Zodiak işarəsi hər bir kəsdə yüksək əhval-ruhiyyə, əzəmət və işlərində sürətli inkişaf təlqin edir. Lakin Balıqlar dövrü ilə müqayisədə 31 günlük müddəti əhatə edən Qoç bürcü sanki çılğın situasiyaların, gərgin proseslərin məntiqi davamıdır. Çünki tarixi xronologiyaya nəzər salanda ən böyük ixtişaşların daha çox bu dövrə düşdüyünün şahidi oluruq. Təkcə məmləkətimizdə baş verən iki böyük faciə yuxarıda dediyimizə əyani sübutdur: Bakıda ermənilər tərəfindən 15 min azəri türkünün qətlinə səbəb olan soyqırım (31 mart, 1918- ci il) və Kəlbəcərin işğalı (2 aprel, 1993-cü il). Bütün bunlara baxmayaraq Qoç dövrünün özünəməxsus gözəllikləri də istisna deyil. Belə ki, elmitexniki tərəqqi, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələrdə inkişaf da Qoçların əhatəsindədir. Mətbuat sahəsində fəaliyyət göstərən həmkarlarımızın nəzərinə çatdırmaq istərdik ki, Qoç bürcünün gəlişi onlar üçün daha düşərli olur. Ən azı ona görə ki, həmişə jurnalistikanın ən əzəmətli inkişafı da məhz göstərilən ərəfəyə düşür.

Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü təqribən martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Günəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və ametistdir

Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın şimal yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edilən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həlledici məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, itkilər, uğursuzluqlar və s.

O ki qaldı Mars planetinə, ilk öncə qeyd etmək istərdik ki, bu planet astronomik hesabla 4-cü sırada yerləşir. Qədim yunanlar onu müharibə allahı Marsın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu 3390 km, elementi od, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiya mütəxəssisləri 2000-ci ildən Günəşi də Qoç bürcünün planeti kimi göstərirlər. Bu nəhəng kosmik obyekt astronomiyaya görə sıravi planet hesab olunur. Onun adını qədim dünya dövlətləri həmişə yaxşılığa çəkiblər. Hətta müqəddəs dinimiz olan zərdüştilikdə də Ulu Hörmüzü bəzən Günəş Allahı adlandırırdılar. Bu parlaq obyektin radiusu 696 min km, elementi od, tərkibi quraqlıq, xarakteri isə hakimlikdir.

Haqqında söhbət açdığımız Qoç işarəsi altında dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz şərəflərini qorumağı bacarır və onu hər şeydən üstün tuturlar. Bu Zodiakın himayəsində doğulanlar ətraflarında cərəyan edən hadisələrə hamıdan tez reaksiya verir, daima müasir dövrlə yaşayırlar. Sadə dillə desək, ömrü boyu kommunist olan "qoç”lar indi ən demokratik bir lider də ola bilir. Bu işarənin himayəsində olan adamların böyük əksəriyyəti şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər. Əgər kənardan kimsə istiqamətləndirməsə, Qoçlar heç vaxt xoşbəxt olmurlar. Çünki onların maksimal romantikliyi çətinliklə baş-başa qalanda köməklərinə çatmır. Bu adamlar genişqəlbli olduqları qədər də eqoistdirlər. Belələri sevgidə nadir hallarda yanılır, həmişə özlərinə layiqli tərəf-müqabil seçirlər. Amma başqalarının təhriki ilə evlənib qəlblərinin ziddinə gedəndə bədbəxt də olurlar.

Qoça enerji verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən düşür. Lakin adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya baxımından ona daha çox yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır. Depressiyada olan Qoç əsasən belə düşünür: "Mən orijinal birisi deyiləm, heç kim məni görmür, heç kim məni olduğum kimi görə bilmir, görmək istəmir”.

Nifrət, əsəbilik və qəzəb partlayışları isə daha çox primitiv Qoç üçün xarakterikdir. Ali Qoç primitiv Qoçdan son dərəcə fərqlənir. Adi Qoç kobud, primitiv, bir sözlə, əsl əsgərdirsə, Ali Qoç daha çox ordunu böyük savaşlara ruhlandıran və aparan generaldır. Ali Qoçda nə kobudluq var, nə də vəhşilik. Bu xüsusiyyətlər onda anlaşma və müdrikliklə əvəz olunub. Böyük işləri həyata keçirməyə qabil olan güclü enerji isə dəyişməz qalır. Ali Qoçu allahlardan odu oğurlayıb insanlara bağışlayan Prometeylə müqayisə etmək olar. Eynilə Prometey kimi o da öz enerjisini insanlarla bölüşür.

Qoçlar şəxsi ideyalarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu səbəbdən də haqqında danışdığım Zodiak bürcü demək olar ki, heç vaxt ürəkdən gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onların gözləri həmişə kədərli olur. Göz demişkən, bir şeyi də diqqətinizə çatdırmaq istərdik: Qoç bürcünün nümayəndələri yüksək intuisiya, hissetmə, öncəgörmə qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər. Onların gözlərində güclü hipnoz bacarığı da olur. Hətta bu səbəbdən orta əsrlərdə belə adamları cadugərlikdə günahlandırıb inkvizisiya tonqalında yandırırdılar. Yeri gəlmişkən, mart ayında doğulan Qoçlarla apreldə dünyaya gələn Qoçların arasında da ciddi fərqlər var. Belə ki, birincilər digərlərinə nisbətən daha tez məşhurlaşır, daha çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vurğun, İsmayıl Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.), ikincilər isə bir qədər radikal, əsəbi və siyasət həvəskarı olurlar (Etibar Məmmədov, Ramiz Mehdiyev, Ramil Usubov, İsgəndər Həmidov, Tofiq Qasımov və b.). Bu adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər ki, "dağı dağ üstünə” qoysunlar.

Bu işarə altında dünyaya gələnlər adətən ortaboylu, orta çəkili, uzun boyunlu, ala və ya qəhvəyi gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və almacıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq, ifadəli baxışlar Qoçlar üçün xarakterikdir.

Seyers və Vinni adlı astroloqların "Qoroskopdan pis xəbərlər” kitabında Qoçlar haqqında belə yazılıb: "Əgər siz Qoç bürcündən heç olmasa bir nəfər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və qüvvətin nə olduğunu görərsiniz. Kişi-Qoçlar paxıl, lakin sona qədər mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi məsələlərdə çoxluq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 faizi bütün ömrü boyu "ana uşağı” kimi qalırlar”.

Əksər Qoçlar rüşvət verməyi xoşlamadığı kimi, almağı da sevmirlər. Yalnız haqq-ədalət tərəfdarı kimi tanınan belələri bunun naminə hətta güclü təzyiqə, ölümə də tuş gəlirlər. Əgər metroda və ya avtobusda hansısa bir qıza xuliqanlar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə etsə, bilin ki, o, mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə bu adamları ən aqressiv və dağıdıcı kimi qələmə verirdilər.

Acıdil, çoxdanışan, "Həmişə öz fikrim həqiqətdir” düşüncəsində olan Qoçlar başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir guşəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh düşkünlüyünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar.

Qoçlar digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar baş verən hər bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət kəsilirlər. Qoçlar təzadları sevir, "Necə varamsa, o cür də qəbul et!” prinsipinə üstünlük verirlər.

Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi hələ qədimlərdə bu bürc altında doğulanlara ilahi bir varlıq kimi yanaşırdılar. Elə bu səbəbdən də Qoçlara həmişə yüksək peşələrdə çalışmağı tövsiyə edirdilər. Müasir astrologiya bu adamlardan daha çox ədəbiyyat və incəsənət xadimləri yetişdiyini bildirsə də, antik və orta əsr münəccimləri onların siyasət, hərb və səhiyyə sahələrində daha yararlı olduğunu vurğulayırdılar


Şərhlər: 11
Baxılıb: 3142
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NURANE
mende qoc burcuyem
16 sentyabr 2015 16:34
# 11
zalimin zulmu varsa seveninde Allahi var
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
14 avqust 2015 23:15
# 10
Melek5
1-2 tanisim var cox arxadan vuran burcler olurlar coxx hec sevmirem ona gore bu burcleri qadin qoclarla yox esk cinsi ilede biraz yola gede bilirem
14 avqust 2015 20:59
# 9
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Catwoman666
ayyy bu qoçlarrr r63 Çoxxx əəsblərimlə oynayır bu QOÇ bürcü hysteric Hətta bir dəfə bürclərə aid bir xəbər var idi. Şəkil formasında. Xərçəng bürcünün sevdiyi:QOç yazılmışdı. Amm qoçlarla əslində anlaşa bilmirəm. Düzü qarşıma indiyə kimi 1 2 nefer qoç bürcündən olan adam çıxıb)) Amma yenə də Xərçəngin düşmənidir Qoç dv

...666...
14 avqust 2015 19:48
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
qoc bürcünden olanlari hec ama hec sevmirem...
14 avqust 2015 17:56
# 7
Don't trust anyone ∆
BARBI
Qoc burcu kisileri inadkar ve dediyim dedik insanlardi. O qederde anlasdigim soylenemez
14 avqust 2015 16:52
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
meni_gozle
men Qoc burcuyem...demek olar ki yazilanlar xarakterime uygundur
14 avqust 2015 16:46
# 5
vipbetul
qeyri adi yaziydi
14 avqust 2015 16:24
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Maraqli melumatdir, ancaq qoc burcunden tanisigim yoxdur.
14 avqust 2015 16:16
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
Qardaşım Qoçdu deyilənlərin əksəriyyəti düzdür
14 avqust 2015 15:17
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
teri meri
mənim anam qoç bürcüdü hər şeyə tez əsəbləşən sözünü deyib sonra düşünən tutduğu işi axıra qədər aparan mehriban həm də sərt kimə necə lazımdı elə də rəftar edən biridir Qoçlar digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. bunlarla qəti razı deyiləm çünki bunun tam tərsidir
14 avqust 2015 15:14
# 1
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz