loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əqrəb bürcü - Sevgi
Əqrəb bürcü - Sevgi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2696
Səs ver:
Əqrəb bürcü özündən nə qədər əmin görünsə də, bəzilərində eqoistlik və təkəbbür vadır. Ancaq bu vəziyyət hisslərlə dolu olan qəlblərini saxlamaq üçün istifadə edilən bir divardır. Əqrəb bürcü insanları hər kəs kimi sevilmək istər. Azadlığına düşkün olsalar belə acı çəkən tərəfləri vardır. Müstəqilliyi müdafiə edən Əqrəb, əslində bu vəziyyətdən təkliyini gizlətmək üçün istifadə edər. Müstəqilliyə olan düşkünlüyünü saxlayar, çünki heç kəsin müstəqilliyə həddindən artıq düşkün olan bir insanı sevməyəcəyini düşünər. Sevildiyini həqiqətən hiss edən bir Əqrəb, ən ehtiraslı və güclü bir aşiq olacaq. Onlar ürəyini danışdıran bir şəxsiyyətə malikdir.

Əqrəb Bürcü Qadını Eşq həyatı
Əqrəb bürcü qadını eşq həyatında dözülməz bir təsir qüvvəsinə malikdir. İlk gündən, son günə qədər bu təsir davam edər. Olduqca cazibədar bir havaya malikdir. Yenə də eşq həyatında bəzən sirli olduqlarını söyləmək lazımdır. Zahirən eşq həyatında sərbəst olaraq görülə bilər, ancaq daxili dünyasında kövrək və həssasdırlar. Əqrəb bürcü yara almamaqdan qorxar. Əqrəb bürcü qadını aşiq olduqda olduqca qısqanc və sahiblənici ola bilər. Birlikdə olduğu adamdan güvən və sonsuz sevgi, hörmət istər. Əqrəb bürcü qadını eşq həyatında hər zaman qarşısındakı insana dəyər verər və sonsuz paylaşmalarda olmaq istər.

Əqrəb Bürcü Kişisi Eşq həyatı
Əqrəb bürcü kişisi eşq həyatında dayanılmaz bir təsirə malikdir. Qadınların asanlıqla onu rədd edə bilmədiyini söyləmək lazımdır. Cazibədar və sirli xarakteri ilə son dərəcə diqqət çəkər. Əqrəb bürcü kişisi uzun əlaqələr qurmağın tərəfdarı deyil. Aşiq olmadıqları müddətdə bu vəziyyət əsla dəyişməz. Hər münasibətini qısa müddətli olsun deyə qurar. Əslində bunun səbəbi isə, Əqrəb bürcü kişisinin yara almaq istəməməsidir. Əqrəb bürcü kişisi aşiq olduqda sadiq və uzun müddətli bir əlaqə qurar. Partnyorunu xoşbəxt etmək üçün əlindən gələni edər. Ayrıca olaraq, aşiq olduqda həddindən artıq dərəcədə məhdudlaşdırıcı və qısqanc olduğunu söyləmək lazımdır. Münasibətində partnyoru ilə hər şeyi yaşamaq istər. Cinsi əlaqə istəyi yüksək səviyyədə olan Əqrəb bürcü kişisi, bu tərz davranışları partnyorundan da gözləyər. Əslində bu mövzuda da dözülməz cazibə gücü olduğunu qeyd etmək lazımdır.

Şərhlər:
Baxılıb: 2696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz