Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əqrəb bürcü uyğunluğu
Əqrəb bürcü uyğunluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2142
Səs ver:
ƏQRƏB - QOÇ
%40 Əqrəb bürcü ilə Qoç bürcü uyğunlaşmasında hər iki tərəf  çoxbilmişdi. Çaşmadan  həmişə bir birini  üstələmək  səyi içində olarlar. Əqrəb bürcü  çətin güvənən, hər vaxt öz istəklərinin olmasını istəyən bir bürc olduğundan yenə eyni xüsusiyyətlərə sahib Qoç bürcü ilə razılaşmaqda bir az çətinlik çəkəcək. Qoç ağıllı və şəndir.  Xüsusilə də məhdudlaşdırılmaqdan və idarə olunmaqdan xoşlanmaz. Və  Qoç bürcünün ikili əlaqələrdə sədaqət problemi vardır. Asan asan bağlanmaqdan xoşlanmaz. Əqrəb isə qısqancdır və hökm etməyi sevər. Xülasəylə bu iki bürc arasında uyğunlaşma çox söz mövzusu deyil.

ƏQRƏB - BUĞA
%80 Əqrəb bürcü ilə Buğa bürcü bir-biriylə tam bir bütündürlər. Hər iki bürc  çox ictimai olmadığından əlaqələrinə daha çox vaxt ayıra bilərlər. Əqrəb bürcü sahiblənici və qısqancdır, bu nöqtədə Buğa bürcü də eyni xüsusiyyətləri daşıdığından bir-birlərini anlarlar. Əqrəb bürcünün hirsləndiyi zamanlarda, səbirli olan Buğa bürcü hirsinin keçməsini gözləyər və onu sakitləşdirər. Bu da bir əlaqə üçün əhəmiyyətli bir detaldır. Bu əlaqə Əqrəb bürcünün hirsinə, Buğa  bürcünün isə səbrinə söykənərək  uzun ömürlü bir əlaqə olacaq.

ƏQRƏB - ƏKİZLƏR
%70 Əqrəb bürcünün qaranlıq və sirrli tərəfləri ilə Əkizlər bürcünün işıqlıq və hava tərəflərinin bir araya gəlməsi çətin kimi görünsə də qeyri-mümkün deyil. Əqrəb bürcü və Əkizlər bürcü ikilisi heç bir zaman klassik bir əlaqə olmayacaq. İkisinin arasındakı ən böyük fərqlərdən biri Əqrəb bürcünün əkizlər bürcü qədər konuşkan olmamasıdır. Əqrəb bürcü heç kimlə danışmadan günlər keçirə bilərkən, bu Əkizlər bürcü üçün  haradasa qeyri-mümkündür. Əgər Əkizlər kişisi, Əqrəb qadınının ona hökm etməsindən narahatlıq duymazsa və ipləri onun əlinə versə mükəmməl və uyğun bir əlaqələri ola bilər.

ƏQRƏB - XƏRÇƏNG
%90 Əqrəb və Xərçəng arasında uyğun bir əlaqə ola bilər. Hər iki bürc də su qrupundandır. Bu səbəbdən ortaq xüsusiyyətləri olduqca çoxdur. Xərçəng həssas və romantikdir. Əqrəb isə ehtiraslı, ağıllı, romantik və açıq sözlüdür. Özünə olduqca güvənər. Təsir edici bir xarici görünüşü vardır. Əgər sevsə ehtiraslı bir aşiq olacaq. Xərçəng bürcü olduqca anlayışlı olduğundan Əqrəb bürcünün hirsinin keçməsini səbirlə gözləyəcəkdir. Xüsusilə Əqrəb qadınının qarşı qoyulmaz bir seksual cazibəsi vardır. Bu səbəblə uyğun bir əlaqə tutmaları mümkündür.

ƏQRƏB - ŞİR
%80 Şir bürcü, sıx duyğularla dolu və ehtiraslı bir aşiq olan Əqrəb bürcünün cadusuna tez qapılacaq. Bu iki bürcün əlaqələrinin ən əhəmiyyətli nöqtəsi hər ikisinin də sabit fikirli olması və qərarlarından imtina etməməsi olacaq. Əqrəb bürcü sevdiyi zaman bütün mənliyi ilə sevdiyindən bu vəziyyət Şir bürcünün çox xoşuna gələcək. Bir döyüş anında hər iki tərəf də qərarlarından imtina etmədiyindən barışmaları bəzən çətin olacaq, ancaq hər iki tərəf də sevdiyinə sadiq olduğundan uzun ömürlü bir əlaqə ola biləcəkdir.

ƏQRƏB - QIZ
%70 Qız bürcü və Əqrəb bürcünün birlikdəliyi çox sirrli ola bilər. Qız  bürcü Əqrəb bürcünü tanıdığını sanar. Ancaq onu ən çox tanıdığını  sandığı anda əqrəb bürcü onu çaşdıracaq. Əqrəb hökm etməyi sevər. Lakin Qız  bərabərlikçi bir quruluşa sahib olduğu üçün bu vəziyyəti asan asan qəbul edə bilməyəcək. Anlaşılmazlıqlar yaşanması ola biləcəkdir. Seksual baxımdan Əqrəb çox arzulu və ehtiraslıdır. Lakin Qız üçün prioritet romantizmdir. Aralarında gerçək bir sevgi varsa uzun davamlı bir əlaqə ola bilər.

ƏQRƏB - TƏRƏZİ
%50 Bu iki tip təbii cazibələrindən ötəri bir-birini çox çəkər. Əqrəb qadını ehtiraslı, romantik, hərəkətli və cazibədardır. Tərəzi isə mehriban, gəzməyi sevən, zərif və romantikdir. Əqrəb sahiblənici və məhdudlaşdırıcıdır. Qısqanclığı ilə Tərəzini özündən çıxara bilər. Tərəzi bürcü tək buraxılmağa dözməz. Təsəllini başqa qollarda axtaracaq. Bu da sevgilisinə dərs vermək istəyən əqrəb bürcünün çox da xoşuna gəlməyəcək. Bu səbəblə Əqrəb bürcü əgər bir Tərəzi bürcüylə birlikdə olmaq istəyirsə həyat tərzini bir az dəyişdirməsi gərəkdir. Yenə də bir-birlərini sevirlərsə hər şey mümkündür.

ƏQRƏB - ƏQRƏB
%80 Əqrəblər arasında uyğun bir əlaqə ola bilər. Bu iki tip arasında bir çox ortaq xüsusiyyət olduğu kimi bir çox ziddlik də ola bilər. Lakin bir-birlərini çox yaxşı anlarlar. Hər ikisi də ehtiraslı, romantik, hərəkətli və cazibədardır. Həyatı dolu dolu yaşamaqdan kef alarlar. Qısqanclıq və sədaqət bu əlaqənin təməllərini meydana gətirər. Əqrəb bürcü qarşısındakının hisslərini və instinktlərini yaxşı bilər. Bu da qarşısındakı Əqrəb bürcünü anlamasını təmin edər. Bu əlaqədə tərəflər danışmadan yalnız gözləriylə də  razılaşa bilər. Əqrəb bürcü sevdiyinə tam olaraq bağlı olduğundan uzun ömürlü bir əlaqə bu cütün qədəri olacaq.

ƏQRƏB - OXATAN
%40 Əqrəb bürcü bir baxışda qarşısındakının gözlərini oxuya bilən, praktik zəkalı və hiyləgərdir. Oxatan bürcü isə optimist və başqalarının asanca təsirində qala bilən bir bürcdür. Oxatan bürcü səyahət etməkdən çox xoşlanar, buna qarşılıq əqrəb bürcü də evdə oturmaqdan böyük kef alar. Oxatan bürcü mərhəmətsizcə dürüstdür, əqrəb bürcü isə su qrupunda olduğundan romantikdir. Oxatan bürcü qarşısındakı Əqrəb bürcündən, sözlərini saxlamayacaq. Onun bu şərhləri də bəzən Əqrəb bürcünü bezdirəcək. Zidd qütblərin bir-birini çəkməməsi halında birlikdəliyi o qədər də mümkün deyil.

ƏQRƏB - OĞLAQ
%90 Oğlaq intizamlı və nizamlıdır. Bu vəziyyətdə Əqrəb ilə problemsiz bir əlaqələri olacaq. Lüksü və yaxşı bir işi sevən Oğlaq bürcü, Əqrəb bürcü ilə çox yaxşı razılaşacaq. Hər iki tip də sadiqdir. Hər iki tərəf də arzulu və ehtiraslıdır, lakin Əqrəb bürcü özəliklə Oğlaq bürcünün bu tərəfini ortaya çıxarması və onu dəstəkləməsi lazımdır. Uzun ömürlü uyğun və gözəl bir əlaqə tutmaları mümkündür. Əqrəb bürcü ilə Oğlaq bürcü cismani baxımdan da olduqca uyğundur. Baxımına düşkün olan hər iki tərəf də bir-biriylə bir uyğunlaşma içərisində olacaq.

ƏQRƏB - DOLÇA
%40 Əqrəb bürcü romantikdir və hissləriylə hərəkət edər. Buna qarşılıq Dolça romantik deyil, çox bağlanmağı sevməz. Əqrəb bürcü isə dərin duyğular yaşamağı, ehtirası və maraqlanılmağı çox sevər. Bu əlaqədə tərəfləri bir-birindən ayıran ən əhəmiyyətli nöqtə bura olacaq. Əqrəb bürcünün romantikliyi daha ağırlıq təşkil edər. Dolça məntiqlidir. Duyğularını çox bildirməz. Bu səbəbdən Əqrəb romantik təminsizlik yaşaya bilər. Bu iki tipin uzun vəd edə uyğun bir əlaqə tutması çətindir.

ƏQRƏB - BALIQ
%90 Hər ikisi də su qrupu olduğundan bu birlik olduqca gözəl bir birlik olacaq. İki tərəfində ruh həyat yoldaşını tapmış olması qüvvətlə ola biləcəkdir. Əqrəb bürcü bir çox bürc arasında Balıq bürcünə özünü çox yaxın hiss edəcək. Hissləriylə hərəkət edən və qarşısındakının içini gözlərindən oxuyan Əqrəb bürcü, Balıq bürcünün saf və təmiz iç dünyasıyla qarşılaşınca çox xoşbəxt olacaq. Qısqanc Əqrəb bürcünü, Balıq bürcü səbirlə özünə güvəndirmək üçün məşğul olacaq. Seksual baxımdan romantik və arzuludurlar. Uzun ömürlü  çox uyğun və xoşbəxt bir əlaqələri olacaq.


Şərhlər:
Baxılıb: 2142
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz