Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əkizlər bürcü uyğunluğu
Əkizlər bürcü uyğunluğu
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 2930
Səs ver:
ƏKİZLƏR - QOÇ
%70 Aranızda qızdırmalı və uyğun bir əlaqə ola bilər. Əkizlər qadınının yerində dayana bilməyən, hərəkətli, ağıllı bir kişiyə etiraz etməsi qeyri-mümkün kimidir. Bir-birinizi anlamağa çalışdığınız və birbinizə hörmət etdiyiniz müddətcə yaxşı dolana bilərsiniz. Lakin Əkizlər qadınının başındakı qarma-qarışıq hallar  zamanla Qoç kişisinin özünü çətin vəziyyətlər içində tapmasına və qısqanclıq böhranı yaşamasına səbəb ola bilər. Əkizlər bu mövzuda həssas və incə düşüncəli davranmazsa bir-birlərindən sürətlə uzaqlaşarlar.

ƏKİZLƏR - BUĞA
%70 Zodiyakda hər bürc bir əvvəlki bürcün əskikliyini tamamlayar. Əkizlər bürcü Buğadan sonra gəlir və Buğanın əskikliklərini tamamlayar. Əkizlər qadını praktikliyi və enerjisiylə Buğanı  tamamlayır. Buğa  kişisinin Əkizlərin ruhi duyğu dəyişmələrini anlaması çətin olsa da qarşılıqlı anlayış ilə əlaqələrini rahatca davam etdirə bilərlər. Əgər cinsi baxımdan da uyğunlaşmanı tutarlarsa bir ömür boyu xoşbəxt ola bilərlər. Seksual baxımdan Buğa bürcü Əkizlərdən  daha arzuludur. Əgər Əkizlər də onun qədər ehtiraslı olmazsa əlaqələri təhlükəyə girə bilər.

ƏKİZLƏR - ƏKİZLƏR
%80 Bu iki xarakter bir-birinə çox bənzər. İki tərəf də çox doludur və zamanları yoxdur. Ayrıca ikisi də mehriban, hərəkətli və səmimidir. Dəyişik mühitlərə girməyi və yeni insanlarla tanış olmağı sevərlər. Azadlıqçı bir dünyagörüşünə sahib olduqları üçün bir-birlərinə hörmət edərlər və məhdudlaşdırmalar etməzlər. Bir çox mövzuda razılaşdıqları üçün  çox mübahisələri  olmaz, amma bir müddət sonra bir-birlərinə bu qədər bənzəmələri əlaqənin darıxdırıcı hala gəlməsinə səbəb ola bilər.

ƏKİZLƏR - XƏRÇƏNG
%50 Xərçəng kişisi üçün Əkizlər qadını çox şən və hərəkətlidir. O, duyğulu, çalışqan, məsuliyyət sahibi və müvəffəqiyyətə əhəmiyyət verən bir quruluşdadır və bundan başqa cox  evcanlıdır. Evi sanki onun qalası kimidir. Özünü evində rahat və xoşbəxt hiss edər. Sevdiyi adamı maraq. və sevgisiylə nazlamağı çox sevər. Ona kifayət qədər maraq və zaman ayırmadığınızda onu sevmədiyinizi düşünə bilər. Əgər ona sadiq qalar və sevginizi sıx bir şəkildə ifadə  edə bilsəniz onunla bir ömür boyu xoşbəxt ola bilərsiniz.

ƏKİZLƏR  - ŞİR
%80 Hər zaman təriflənməyə  ehtiyac duyan və heç bir zaman geri planda qalmaq istəməyən Şir kişisi, etibarlı və sadiq bir sevgilidir. Əkizlərin şən və ağıllı rəftarlarından asanca təsirlənən bu kişinin sevdiyi adam üçün etməyəcəyi fədakarlıq yoxdur. Qoruma motivləri inkişaf etmiş və çalışqan Şir kişisi nümayişə və lüksə düşkündür. Aranızda uyğun bir əlaqə ola bilər. Şəxsiyyət xüsusiyyətləri baxımından əhəmiyyətli bir ziddlik yaşamasanız onunla birlikdə çox xoşbəxt ola bilərsiniz.

ƏKİZLƏR - QIZ
%40 Əkizlər qadını söhbətcil  və praktikdir. Qız kişisi isə həqiqi və məntiqli… Hadisələrə hər vaxt məntiq çərçivəsindən baxan  bu kişi ilə aranızda çox uyğun bir-birlikdəlik olmaz. Qızın hər şeyi planlı və proqramlı bir şəkildə təşkil etməsi Əkizləri  sıxacaq. Bu ikilik seksual baxımdan da uyğun bir cüt meydana gətirməz. Əkizlər çox istəkli və ehtiraslıdır, Qız  kişisinin isə prioritetləri başqa ola bilər.

Əkizlər - Tərəzi
%90 İki bürc də hava ünsürü  olduğundan aralarında uyğun bir əlaqə ola bilər. Ümumi mənada ikisi də  dəyişəndir. İkisi də azadlığına düşkündür. Bunun yanında Tərəzi kişisi daha mehriban və romantikdir. Əkizlər qadını isə ağıllı və söhbətcildir. Bu xüsusiyyətləriylə Tərəziyə asanca təsir edər. Tərəzi xırdaçı  olduğundan gözünə xoş görünən  baxımlı qadınlardan xoşlanar. İki tərəf də seksual baxımdan arzulu və ehtiraslıdır. Əgər sədaqət mövzusunda problem yaşamazlarsa əyləncəli bir-birlikdəlik yaşaya bilərlər.

ƏKİZLƏR - ƏQRƏB
%40 Əqrəb kişisinin qısqanclığı, Əkizlər qadınını hövsələdən çıxaracağı üçün əlaqə bir az çətin olacaq. Ancaq bu iki tip təbii cazibələrindən ötəri bir-birlərini çox çəkər. Əqrəb kişisi romantik, ehtiraslı və cazibədardır. Güvən və sədaqət onun üçün çox əhəmiyyətlidir. Güvəninin sui-istifadə edildiyini hiss etsə qarşı tərəfə acı  çəkdirmək üçün əlindən gələni edər. Bu əlaqənin davam etməsi  üçün Əkizlərin Əqrəbin hökm edici rəftarlarınıdan narahatlıq duymaması çox əhəmiyyətlidir. Əks halda əlaqə qısa ömürlü ola bilər.

ƏKİZLƏR - OXATAN
%80 Əkizlər qadını praktik zəkası və şən rəftarlarıyla Oxatan kişisinə asanca təsir edər. Oxatan kişisi də söhbətcil  və qaynayıb qarışan bir xarakterə malikdir. Əkizlər və Oxatan ümumi mənada yaxşı razılaşar və uyğun bir cütlük  olar. Ancaq  müstəqil şəxsiyyətlərindən ötəri bir-birlərindən qopma ehtimalları çox yüksəkdir. Əlaqədə iki tərəf də bağlanmaqdan qorxar. Eşq əlaqələri bitsə belə dostluqları mütləq davam edəcək.

ƏKİZLƏR - OĞLAQ
%40 Əkizlər və Oğlaq arasında çox uyğun bir əlaqə söz mövzusu olmaz. Oğlaq kişisi, Əkizlər qadınını çəkəcək xüsusiyyətlərə sahib deyil. Xüsusilə  Oğlağın  narahat və əsəbi quruluşu Əkizləri çox narahat edə bilər. Oğlağın qısqanc rəftarları Əkizlərin özünü məhdudlaşdırılmış hiss etməsinə səbəb olar. Yoldaş olaraq çox yaxşı razılaşacaq bu cütlük , sevimli olunca ancaq aralarındakı eşqin çox qüvvətli olması şərtiylə əlaqəni uzada  bilər. Əks halda bu əlaqə olduqca çətin olacaq.

ƏKİZLƏR - DOLÇA
%100 Hər iki bürc  hava qrupundandır və aralarında uyğun bir əlaqə olacaq. Əkizlər qadını kimi Dolça  kişisi də dəyişən və şəndir. Ayrıca ikisi də azadlığına düşkündür və məhdudlaşdırılmaqdan xoşlanmaz. Bu iki tip bir-birini olduqca cazibədar tapar və yaxşı yoldaşlıq qurar. Seksual baxımdan da olduqca uyğundurlar. İstək və arzularını bir-birlərinə ifadə etməkdən çəkinməzlər.

ƏKİZLƏR - BALIQ
%20 İlk başda hərəkətli və həyəcan verici bir-birlikdəlik kimi görünsə də Əkizlər və Balıq arasında çox uyğun bir əlaqə olmaz. Əkizlər qadını qaynayıb qarışan və söhbətcildır. Balıq kişisi isə  romantik və xəyalpərəstdir. Balıq kişisi, çox söhbətcil  deyil və Əkizlər bürcünün marağını çəkə biləcək mövzular haqqında danışmağı çox bacara bilməz. Seksual istiqamətdən də bir-birlərinin istəklərini qarşılaya bilməzlər.


Şərhlər: 14
Baxılıb: 2930
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NURANE
qoc eqreb maraqlidi
12 sentyabr 2015 18:29
# 14
zalimin zulmu varsa seveninde Allahi var
Melek5
Əkizlər - Tərəzi

Dogru idi yazilanlar
30 avqust 2015 10:41
# 13
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
leyla_258
terezi-terezi ni gozleyirem.
29 avqust 2015 14:07
# 12
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
vipbetul
bele seylere hec inanmazlar
28 avqust 2015 23:12
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzu gunes
menim yoldawim ekizler ozumse qiz burcuyem axi neden her defesinde qiz burcunu cox temizliyi sevdiyi ucun danlayirlar?cox isderdimki ekizler burcunun kiwileri ile qiz burcunun qadinlari arasindaki uygunluqdan yazardiniz
28 avqust 2015 22:16
# 10
Tomris Müslümova
ƏKİZLƏR - ƏQRƏB


doğrudur
28 avqust 2015 19:29
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
ƏKİZLƏR - XƏRÇƏNG %50

ekizlər bürcünün nümayəndələri ilə normal yola gedə bilirəm)

...666...
28 avqust 2015 19:05
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Sevincka
Əkizlər Dolça ən yaxşı əlaqə qurduğum bürcdür dost olaraq
28 avqust 2015 18:26
# 7
my_angel
Əkizlər-Tərəzi... evlilik münasibətini deyə bilmərəm,lakin dostluq münasibəti 100%`dir 01 Buna əminəm.
28 avqust 2015 17:49
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Dosta_inam
Ekizlər və balıq hardasa uyğunluq var.
28 avqust 2015 17:23
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
ƏKİZLƏR - QIZ
%40 Əkizlər qadını söhbətcil və praktikdir. Qız kişisi isə həqiqi və məntiqli… Hadisələrə hər vaxt məntiq çərçivəsindən baxan bu kişi ilə aranızda çox uyğun bir-birlikdəlik olmaz. Qızın hər şeyi planlı və proqramlı bir şəkildə təşkil etməsi Əkizləri sıxacaq. Bu ikilik seksual baxımdan da uyğun bir cüt meydana gətirməz. Əkizlər çox istəkli və ehtiraslıdır, Qız kişisinin isə prioritetləri başqa ola bilər

of lan of alinmaz demeli ciyy
28 avqust 2015 16:38
# 4
Don't trust anyone ∆
aylin24
elaaa
28 avqust 2015 16:28
# 3
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
Fialka
Əkizlər bürcü görünür özü kimi digər iki hava ünsürlü bürclərlə daha çox uyğunlaşır))
28 avqust 2015 15:06
# 2
BARBI
En anlasmadigim burcler baliq ve qoc burcleridir. Hec vaxt yola gede bilmirem
28 avqust 2015 15:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz