Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
May ayının ən bəxti gətirən bürcləri
May ayının ən bəxti gətirən bürcləri
Göndərən: emis
Şərhlər: 11
Baxılıb: 1416
Səs ver:
QOÇ BÜRCÜ
Ayın birinci yarısı:
Bəri başdan diqqətinizə çatdıraq ki, bu ilıq ayın ilk yarısı sizin üçün kifayət qədər məhsuldar keçəcək. Ələlxüsus da ilk ongünlükdə nəzərdə tutduğunuz iş planlarının çoxusu öz həllini tapacaq. Buna baxmayaraq istənilən ikitərəfli əməkdaşlığa üçüncü şəxsin müdaxiləsinə yol verməməli, iş yerini dəyişməməli, pula qənaət etməlisiniz. Nəhayət ki, bu arada daimi ünsiyyətdə olduğunuz əksər şəxslərlə aranızda olan soyuqluq aradan qalxacaq. Belə proseslərdə təşəbbüskarlıq daha çox öz tərəfinizdən olmalıdır. Bu səbəbdən qohumlarla əlaqələri daha da dərinləşdirməlisiniz. Ailə-sevgi məsələlərinə gəlincə, mayın bu hissəsi kifayət qədər düşərli olacaq. Toy üçün uğurlu vaxt olmasa da, tanışlıq və elçilik üçün səmərəlidir.

Ayın ikinci yarısı:
Taleyinizdə mövcud olan hansısa uğursuzluğa görə əsəbləriniz tarıma çəkilibsə, bunu məhəbbət hisslərinə yönəltməyin. Axı qarşı tərəf belə nəticələrin baş verməsində heç bir rol oynamayıb. Odur ki, bütün məsələlərdə olduğu kimi sevgi münasibətlərində də təmkinli və mülayim olmalısınız. Ayın 14-də və 21-də aravuranlar sizə qarşı təxribat törədə bilərlər. Bu səbəbdən heç kimə inanmamalısınız. Mayın ilk yarısına nisbətən bu ərəfədə maliyyə problemləriniz daha çox olacaq. Belə ki, əldə etdiyiniz gəlir xərcinizdən çox olmayacaq. Bu baxımdan bir qədər qənaətcil olmağınıza ehtiyac var. Ayın 17-də, 24-də və 27-də hansısa pul sövdələşmələrində iştirakdan, kiməsə borc verməkdən, o cümlədən borc almaqdan imtina edin.

BUGA BÜRCÜ
Ayın birinci yarısı:
Öz bürcünüzün əhatəsində yaşadığınız üçün fəaliyyət zəminində ən çox şans sizə düşəcək. Belə ki, mayın 3-dən başlayaraq perspektivli sövdələşmələrin, işgüzar görüşlərin iştirakçısına çevriləcəksiniz. Ulduzlar fevraldan bəri yarımçıq qalmış planlarınızın da reallaşacağından xəbər verir. Ayın 6-da isə qazanmaq ehtimalınız böyükdür. Məhəbbət və gözəlliyi himayə edən planetiniz Veneranın hakimiyyətdə olması sevdiyiniz şəxsə qarşı daha səmimi davranmağınızı tövsiyə edir. İndi umu-küsü vaxtı deyil. Bacardığınız qədər görüşlərə gecikməyin. Mayın 8-də uzaqda yaşayan doğmalarınıza baş çəkin ki, sizi soyuqqanlılıqda qınamasınlar. Ayın ikinci dekadası (mayın 11-dən) toy etmək üçün sizə şanslar verəcək.

Ayın ikinci yarısı:
Başqalarının şəxsi hisslərinə müdaxilə edib "pis kişi” olmaqdansa özünüzün kifayət qədər problemli olan sevgi münasibətlərinizi qaydasına salın. Ötən yarım ayda bu istiqamətdə passivlik göstərməyiniz ulduzlara xoş getməyib. Ayın üçüncü həftəsində qarşınıza çıxan şanslardan yararlansanız, gözlənilən gərginliyi dəf edəcəksiniz. Qohumlarla soyuqluğu aradan qaldırın. Şəxsi büdcənizdə artım olacağını istəyirsinizsə, Əkizlər bürcünün gəlişini (22 may) gözləyin. Çünki o vaxta qədər ciddi məbləğdə gəlir etmək imkanınız olmayacaq. Gündəlik qayğılarınızı ödəyə bilsəniz, bu da böyük işdir. Sonrakı müddətdə isə bir neçə dəfə varlanma ehtimalınız yaranacaq. Ələlxüsus da, ayın 24-də və 29-da uğurlu gəliriniz ola bilər.

ƏKİZLƏR BÜRCÜ
Ayın birinci yarısı:
Kifayət qədər təzadlı günlərdir. Qarşılıqlı münasibətlərdə hadisələrin gedişi gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda təcrübəli və sadiq dostlarınızın məsləhətlərindən yararlanmağa çalışın. Mayın 10-dan başlayaraq yeni tanışlıqlar, uğurlu sevgi anları yolunuzu gözləyir. Amma bu ərəfə elçilik üçün məqsədəuyğun deyil, cəhdləriniz boşa çıxa bilər. Amma təzadlı ərəfə olsa da, mövcud şəraitlə ayaqlaşmaq hesabına işlə bağlı nəyəsə nail ola bilərsiniz. Düzdür, bütün göstəricilər maddi durumunuzun aşağı olacağından xəbər verir, lakin peşə fəaliyyətində ciddi uğurlarınız da mümkündür. 10-13 may aralığında qarşınıza çıxan bütün şanslardan yararlanın.

Ayın ikinci yarısı:
İxtiyarınızda olan bu müddət ərzində əsas məqsədiniz pul toplamaq olmalıdır. Boş məsrəflərə xərc çəkməyi, kiməsə borc verməyi və ya bahalı əşyalar almağı təxirə salın. Gəlirli iş yeri axtarmaq cəhdləriniz də boşa çıxa bilər. Ən azı ona görə ki, hazırda ünsiyyətdə olduğunuz və müntəzəm surətdə məsləhətləşdiyiniz adamlar sizin onlardan daha qabağa getməyinizi istəmirlər. Pulla bağlı bütün məqsədlərinizi isə gizli saxlayın. Mayın üçüncü həftəsində bir çox sahələrdə olduğu kimi sevgi münasibətlərində də uğurlarınız artacaq. Ələlxüsus da 25-31 may aralığı bu istiqamətdə bəxtinizin gətirəcəyinə şans yaranacaq. Tərəf-müqabilinizi başa düşməyə çalışın. Əsəb və gərginlik hər şeyi korlaya bilər.

XƏRÇƏNG BÜRCÜ
Ayın birinci yarısı:
Dost-tanış baxımından sizdə həmişə bolluq olur. Amma sədaqətə gəlincə, onların yalnız bir-ikisi sizi müdafiə edir. Etiraf edin ki, bunda öz günahlarınız da az deyil. Odur ki, mayın gəlişinə ülvi hisslərlə qədəm basıb, paxıllığı, ikitirəliyi bir kənara atmalısınız. Ulduzlar bu yarım ayda rəğbət qazanacağınıza da təminat verir. Digər bürclərlə müqayisədə daha çox siz işgüzar görüşlərdə iştirak edəcəksiniz. Amma bu, sadəcə görüş kimi qalmamalı, uğurlu nəticəsinə təminat alınmalıdır. Zərdüştilər demişkən: "Aldatmayın ki, sizi də aldatmasınlar”. Əgər hər şey ədalət prinsipləri üzərində qurulsa, nailiyyətləriniz bol olacaq. Hələ ki, pul atlıdır, siz piyada.

Ayın ikinci yarısı:
Bəri başdan bilməlisiniz ki, mayın bu hissəsi ailə-sevgi münasibətlərində həlledici dövr olacaq. Bu müddətdə valideyn "xərçəng”lər öz övladlarına qarşı diqqətli olmalı, onları ciddi şəkildə nəzarətdə saxlamalıdırlar. Qarşılıqlı münasibətlərdə isə sevdiyiniz kəsə bütün rəğbətinizi bəsləməməli, yersiz irad və qısqanclıqları bir kənara atmalısınız. Ulduzlar ayın 21-nə qədər azı iki dəfə gəlir əldə edəcəyinizi proqnozlaşdırır. Bu səbəbdən də boş durmamalı, pul gələn bütün ünvanlara üz tutmalısınız. Cəhdləriniz nə qədər ciddi olsa, problemlərinizin həlli istiqamətində bir o qədər uğurlarınız olar. Ötən yarım ayda reallaşdıra bilmədiyiniz iş planlarını bu arada həyata keçirə bilərsiniz.

ŞİR BÜRCÜ
Ayın birinci yarısı:
Səhhətiniz imkan versə, kifayət qədər səmərəli məqamlar yaşayacaqsınız. Ən azı ona görə ki, il girəndən yalnız bu aydan nəzərdə tutduğunuz qlobal iş planlarını reallaşdırmağa yaxın olacaqsınız. Müttəfiqlərinizlə ciddi danışığa gedin ki, "xırmanda yabalaşmayasınız”. Pulla bağlı riskli sövdələşmələrdənsə uzaq olun, ümumiyyətlə bu arada az xərcləməyə çalışın. Münasibət zəminində müəyyən qədər passiv ərəfə olsa da, təşəbbüskarlığı əldə saxlamaqla qarşılıqlı hörmət qazanmağınız mümkündür. Ümumi gərginliyinizi aradan qaldırmaq üçün köhnə – lap köhnə dostlarınızla əlaqələrinizi dərinləşdirin. Məhəbbətdə yol verdiyiniz kobudluğu isə aradan qaldırın. İndi sizə yalnız hörmət qazanmaq lazımdır.

Ayın ikinci yarısı:
Ən enerjili bürc olmağınıza baxmayaraq son vaxtlar sizə sevgi bəsləyənlərə qarşı kobudluq göstərirsiniz. Amma unudursunuz ki, bu amil gec-tez sizi gözdən sala bilər. Göy qübbəsi ayın 22-dən etibarən məhəbbət aləmində mövcud olan nüfuzunuzu bərpa etməyə kömək göstərəcək. Evliliyə namizədsinizsə, bunu gələn aya saxlayın. Maliyyə məsələlərində isə böyük sınaqlarla baş-başa qalacaqsınız. Xırda bir səhviniz sizi müflis edə, düzgün qərarınızsa şəxsi büdcənizin inkişafına səbəb ola bilər. Odur ki, hər addımı yüz dəfə ölçüb-biçməli, tələsik qərarlar çıxarmamalısınız. Ayın son beş günü aktivliyiniz azaldığı üçün tədbirli olmağı da unutmamalısınız. Qazanc üçün uğurlu günləriniz daha çox ayın 23-nə qədər olacaq.

QIZ BÜRCÜ
Ayın ikinci yarısı:
Səhhətiniz imkan versə, kifayət qədər səmərəli məqamlar yaşayacaqsınız. Ən azı ona görə ki, il girəndən yalnız bu aydan nəzərdə tutduğunuz qlobal iş planlarını reallaşdırmağa yaxın olacaqsınız. Müttəfiqlərinizlə ciddi danışığa gedin ki, "xırmanda yabalaşmayasınız”. Pulla bağlı riskli sövdələşmələrdənsə uzaq olun, ümumiyyətlə bu arada az xərcləməyə çalışın. Münasibət zəminində müəyyən qədər passiv ərəfə olsa da, təşəbbüskarlığı əldə saxlamaqla qarşılıqlı hörmət qazanmağınız mümkündür. Ümumi gərginliyinizi aradan qaldırmaq üçün köhnə – lap köhnə dostlarınızla əlaqələrinizi dərinləşdirin. Məhəbbətdə yol verdiyiniz kobudluğu isə aradan qaldırın. İndi sizə yalnız hörmət qazanmaq lazımdır.

Ayın ikinci yarısı:
Ən enerjili bürc olmağınıza baxmayaraq son vaxtlar sizə sevgi bəsləyənlərə qarşı kobudluq göstərirsiniz. Amma unudursunuz ki, bu amil gec-tez sizi gözdən sala bilər. Göy qübbəsi ayın 22-dən etibarən məhəbbət aləmində mövcud olan nüfuzunuzu bərpa etməyə kömək göstərəcək. Evliliyə namizədsinizsə, bunu gələn aya saxlayın. Maliyyə məsələlərində isə böyük sınaqlarla baş-başa qalacaqsınız. Xırda bir səhviniz sizi müflis edə, düzgün qərarınızsa şəxsi büdcənizin inkişafına səbəb ola bilər. Odur ki, hər addımı yüz dəfə ölçüb-biçməli, tələsik qərarlar çıxarmamalısınız. Ayın son beş günü aktivliyiniz azaldığı üçün tədbirli olmağı da unutmamalısınız. Qazanc üçün uğurlu günləriniz daha çox ayın 23-nə qədər olacaq.

TƏRƏZİ BÜRCÜ
Ayın birinci yarısı:
Yaxşı olar ki, mayın bu ilk yarısını daha çox istirahətə həsr edəsiniz. Çünki fəaliyyət sahəsində elə bir müvəffəqiyyətiniz gözlənilmir. Olsa-olsa adi işlərin həlli ilə məşğul ola bilərsiniz. Maliyyə məsələlərində irəliləyişlərə gəlincə, ayın 11-dən sonranı gözləyin. Yeni təkliflərdənsə imtina edin. Yersiz risklərə, dedi-qoduya və aydınlaşdırılmamış məsələlərə baş qoşmasanız, bu ərəfədən xeyli razı qalacaqsınız. Üstəlik, yadda saxlamalısınız ki, hazırda hakim planet olan Venera həm də sizi himayə edir. Deməli, dostluqda, qohumluqda və sevgidə şanslarınız daha çox olacaq. Bəxtinizdə uzaq səfərlər də var.

Ayın ikinci yarısı:
Bürcünüzü idarə edən ulduzlar bu yarım ayda kifayət qədər varlanma şansınızdan xəbər verir. Ola bilsin ki, ilk dörd gündə (16-19 may) dediklərimiz reallaşmasın. Amma sonrakı günlərdə maliyyə uğurlarına doğru inkişaf edən bütün sahələrdə bəxtiniz gətirəcək. Xüsusən də ayın 23-dən 27-nə qədər şəxsi büdcəniz daha çox artacaq. Yeni təkliflərə razılıq verin. Əsas bir şeyi yadda saxlayın: iş yerində, həmkar və dostlarınızla münasibətdə topladığınız gərginliyi ailənizə, sevdiyiniz şəxsə ötürməyin. Yoxsa bu arada eşq okeanında layiqincə üzə bilməyəcəksiniz. Nəzərə alın ki, sevən kəs hər yerdən əlini üzəndə, heç olmasa məhəbbətdən yapışır. İmkan verməyin ki, kimsə sizin sevgi məsələlərinizə qarışsın.
 
ƏQRƏB BÜRCÜ
Ayın birinci yarısı:
Həmkarlarınızla dil tapa bilsəniz, hansısa ciddi problemlə rastlaşmayacaqsınız. Çalışın ki, istənilən sövdələşmədə qarşı tərəfin ədalətli fikirlərinə hörmətlə yanaşasınız. Pulla bağlı məsələlərə isə dırnaqarası yanaşmayın. Köməyinizə ehtiyac duyan şəxslərin etimadını doğrultmağa çalışın. Axı vaxtilə sizin özünüzü də irəli çəkənlər olub. Bu ərəfə qarşılıqlı münasibətlərdə kifayət qədər mübahisəli müddətdir. Hövsələsizliyiniz, xırda və mənasız amillərə hirslənməyiniz, yersiz ittihamlarınız başınızı ağrıda bilər. Ələlxüsus da 6, 7, 11 və 15 may təqvimlərində özünüzü təmkinli aparmalısınız. Göy qübbəsinin bu tövsiyələrinə əməl etsəniz, tale üzünüzə güləcək. Nəzərə alın ki, başqaları kimi sizin də ürəyiniz var və o da sevgiyə ehtiyac duyur.

Ayın ikinci yarısı:
Həmkarlarınız sayəsində bu aralıqda maddi imkanlarınız qənaətbəxş ola bilər. Amma gərək təmasda olduğunuz insanlarla, ələlxüsus da iş adamları ilə işinizi ciddi şəkildə qurasınız. Əks təqdirdə maliyyə uğurlarından uzaq düşəcəksiniz. Ayın üçüncü ongünlüyündə fəaliyyətlə bağlı (yeni işə düzəlmək, dükan açmaq üçün və s.) müəyyən məbləğdə xərciniz çıxa bilər. Lakin gələcək perspektivlər naminə bundan imtina etməməlisiniz. Ayın 19-na qədər ümumi əhvalınızda gərginlik hökm sürdüyündən sevgi amilinə az vaxt sərf edəcəksiniz. Hiss və duyğularınızda mövcud olan sıxıntılar sonrakı müddətdə qaydasına düşəcək. Əgər məhəbbət məsələlərində anlaşılmazlıqla üzləşsəniz, qətiyyən falçı və cadugərlərə müraciət etməyin. Probleminizi özünüz həll edin.

OXATAN BÜRCÜ
Ayın birinci yarısı:
Astroloji göstəricilərə inansaq, bu yarım ayda hamıdan çox sizin gəliriniz olacaq. Bu isə əzmkarlığınızı artıracağınız təqdirdə mümkündür. Mayın 5-də, 9-da və 12-də ciddi məbləğdə gəlir əldə etmək şansınız var. Fəaliyyətə gəlincə, böyük irəliləyişlər gözlənilməsə də, işiniz sizi qane edəcək. Nüfuzlu və təcrübəli iş adamları ilə əlaqələrinizi dərinləşdirin. Amma pulu sevgi hisslərindən üstün tutmağınız sizə günah qazandıra bilər. Bunu nəzərə alıb maddiyyat həvəsinizi müvəqqəti olaraq arxa plana salın. Nəzərə alın ki, indi dost-tanış, qohum-əqraba arasında, o cümlədən sevgi qarşısında rəğbət qazanmaq ən şərəfli amildir. Bu tövsiyələrimizi eşitsəniz, mayın ilk yarısını xoş ovqatla başa vuracaqsınız.

Ayın ikinci yarısı:
May ayının bu ərəfəsi ümumi maliyyə vəziyyətiniz təxminən ötən yarım ayla eynilik təşkil edəcək. Odur ki, nə artıq, nə də əskik durumda olacağınızı düşünməyin. Sadəcə olaraq, bəzi həlledici məqamlarda təşəbbüskarlığı öz əlinizdə saxlamalı, fırıldaqçı pul dəllallarından uzaq olmalısınız. Bu arada pulsuz qalacağınızı da ehtimal etmək olmaz. Mayın 21-i və 28-i qazanc üçün şansınız daha böyük olacaq. Həyatın digər sahələrində müəyyən probleminiz olsa da, sevgi məsələləri ilə bağlı heç bir narahatçılığınız olmayacaq. Əslində 12 Zodiak işarəsi arasında ən romantik məhəbbət məqamlarını siz yaşayacaqsınız. Sadə dillə desək, eşq mələkləri düz 15 gün sizi mühafizə edəcək. Amma gərək ailə üzvlərinizlə sevdiyiniz şəxs arasında barışdırıcı bir körpü yaradasınız.
 
OĞLAQ BÜRCÜ
Ayın birinci yarısı:
Zodiakın digər işarələri ilə müqayisədə bu aralıqda sizin vəziyyət nisbətən yaxşı olacaq. Belə ki, üzərinizə düşən yeganə vəzifə Tanrıya dua etməkdən ibarətdir. Əgər hər gün dualar edib vaxtaşırı pirlərə baş çəksəniz, həm müttəfiqləriniz əleyhinizə olmaz, həm də maddi sıxıntılarınız qorxulu yuxu kimi arxada qalar. Yeni təkliflərə tələsik razılıq verməyin. Qarşılıqlı münasibətlər zəminində mayın bu hissəsi sizə düşərli olacaq. Ələlxüsus da ayın 5-dən sonra qazandığınız yeni dostlarınız sizə sevinc bəxş edəcək. Ulduzlar tövsiyə edir ki, konkret olaraq sizə dəxli olmayan məsələlərə qarışmayasınız. Bu arada yeganə uğursuz gününüz mayın 4-də gözlənilir. Sevgidə isə qarşı tərəfə qulaq asmalısınız.

Ayın ikinci yarısı:
Adətən başqalarının şəxsi işlərinə müdaxilə edib onun istiqamətini dəyişdirməyə meyllisiniz. Amma sizə məsləhət və ya nəsihət verənlərə qarşı həmişə qıcıqlanırsınız. Bəs özünüzə rəva bilmədiyinizi niyə başqasına rəva görürsünüz? Axı heç kim istəməz ki, enişli-yoxuşlu həyatda büdrəyəsiniz. Deməli, neytral mövqe seçməli, sevgi problemlərinin həllində məsləhətə qulaq asmalısınız. Səhhətinizlə bağlı ehtiyatlı olsanız, əbəs yerə heç bir xərciniz çıxmayacaq. Təbabət qoroskopuna əsaslansaq, bu arada sağlamlığınızı bərpa etmək üçün həkimlərə pul verə bilərsiniz. Əgər bu hallar baş verməsə, şəxsi büdcənizin durumu qənaətbəxş olacaq. 18-25 may aralığında isə bir neçə istiqamətdən gəlir əldə edəcəyiniz mümkündür.

DOLÇA BÜRCÜ
Ayın birinci yarısı:
Daxilinizdəki ikinci – mənfi "mən”i məğlub etmək üçün iradənizi işə salın. Çünki o, fəaliyyətinizdə passivliyə, həmkarlarla münaqişələrə, həmçinin kasıblığa zəmin yaradır. Əgər qələbə qazana bilsəniz, mayın 9-dan etibarən aktiv fəaliyyətə başlamaq üçün şanslarınız artacaq. Bu barədə ayın "nəhs” günü xüsusilə uğurlu olacaq. Sənədləşdirmə işlərində səhvə yol verməyin. Amma təəssüf ki, Şuşanın işğal gününə qədər (8 may) ünsiyyət saxladığınız şəxslərlə "aranızdan su keçə bilər”. Odur ki, istənilən söhbətdə, görüşdə və işbirliyində ehtiyatlı və tədbirli olmağınız məsləhətdir. Ayın 9-dan sonra isə hər bir hadisə ürəyinizcə olacaq. Buna baxmayaraq yeni dostlara o qədər də etibar etməyin. Bu arada tez-tez müqəddəs ziyarətgahlara baş çəkməyiniz vacibdir.

Ayın ikinci yarısı:
Bütün astroloji göstəricilər bu aralıqda üç dəfə pulla bağlı ciddi problemlərlə rastlaşacağınızı bəyan edir. Bu səbəbdən də deyilən istiqamətdə bütün işlərinizi təxirə salmalısınız. Digər ərəfədə isə heç bir sıxıntı və narahatlığınız olmayacaq. Yeni iş təkliflərinə razılıq verməyə tələsməyin. Yeri gəlmişkən, astrologiyada bildirilir ki, "sutökənlər məhəbbət haqqında nağılların qəhrəmanıdır”. Əgər nəzərə alsaq ki, bu arada məhəbbət məsələlərində ideal məqamlar yaşayacaqsınız, deməli, mayın bu arakəsməsi toy-bayram etməlisiniz. Ən azı ona görə ki, ayın 24-dən etibarən Tanrı sevgi problemlərinizin həlli istiqamətində sizə yardım edəcək.
 
BALIQ BÜRCÜ
Ayın birinci yarısı:
baliq burcuBaşqa səbəblərdən doğan gərginliyiniz istər-istəməz iş prinsipində də özünü büruzə verəcək. Çalışıb hövsələli və obyektiv olmaq lazımdır. Ulduzlar iş yerini və ya iş üslubunu dəyişməyin vaxtı çatdığını bəyan edir. Planınızda belə bir şey varsa, konkret addımlar atın. Vəzifəli adamlara o qədər də bel bağlamayın. Ayın 8-də və 13-də varlanma ehtimalınız var. Münasibətlər zəminində isə hər şey özünüzdən asılı olacaq. Odur ki, bütün davranışlarınıza kənardan göz qoyun. İlk baxışdan xoşunuza gəlməyən, ağlınız kəsməyən adamlarla əlaqələri davam etdirməyin. Qohumlarınızla soyuqluğu dəf etməyə səy göstərin. Ailə-sevgi münasibətləri isə ötən ayla müqayisədə normal keçəcək. Yaxınlarınıza yalan vədlər verməyin.

Ayın ikinci yarısı:
Bəri başdan əmin olun ki, may bürcünüzün elçilik və nişan tədbiri üçün ideal ərəfədir. Hətta incə münasibətlərinizi qaydasına salmaq naminə fəaliyyət və karyeranızı müəyyən qədər passivləşdirə də bilərsiniz. Ulduzlar xəbərdar edir ki, əgər ürəyinizdə iki sevgi gəzdirirsinizsə, bu 15 günü sıxıntı içində yaşayacaqsınız. Daxili dünyanızda böyük seçim edin. Qeyd edək ki, mübahisəli olsa da, bu arada fəaliyyətinizi genişləndirmək imkanınız da artacaq. Ola bilsin ki, yeni iş üslubuna da keçəsiniz. Amma büdcənizdə olanları qənaətlə xərcləməyə çalışın. Çünki maddi durumu yüksəltmək üçün düşərli vaxt deyil. Ayın son həftəsində ağlınıza gətirmədiyiniz adamlardan sizə böyük kömək dəyəcək.


Şərhlər: 11
Baxılıb: 1416
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
sakit-sesiz kecdi, insallah bu ay yaxsi kecer
7 iyun 2015 21:16
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Turkan Abbasova
Ne bilim. Yaxsi keçmədi sanki. Amma bugunede sukur
7 iyun 2015 21:07
# 10
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Rusi
deyilenlerin yarisi duz idi
7 iyun 2015 19:44
# 9
Tomris Müslümova
EKZILER ama bele proqnozlara inanmiram xeyirlisi olsun hami ucun
7 iyun 2015 16:27
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
May ayi menimcun ela kecdi cunki ad gunum idi
7 iyun 2015 15:12
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
Evveli yaxshi 29mayi cixmaq serti ile pis deyildi
7 iyun 2015 15:12
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Saytda olan bəzi problemlərə görə xəbərlər ikinci dəfə yayımlanır (bəziləri). Artıq iyun ayıdır buna baxmayaraq hansı ayda olsaq da təki uca yaradan bizə xeyirlisini nəsib etsin amin.
7 iyun 2015 15:11
# 5
Antikvar
May ayı mənim üçün elədə xoş keçmədi.İnşallah iyun ayı yaxşı olar.Təşəkkür.
7 iyun 2015 15:07
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
WiRiN BaLaM
artıq iyun ayıdı
7 iyun 2015 15:05
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Dosta_inam
Boy may ayina geri dönürük,bu server meselesi bizi ne güne qoyur,birce tam düzelseydi yaxşi olardi,ha birde may ayi mene göre yaxşi ela keçdi.
7 iyun 2015 15:04
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Baharim ol
Iyun ayidi axi may ayinin burcleri niye verilir?
7 iyun 2015 15:02
# 1
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz