Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə anaların xüsusiyyəti
Bürclərə görə anaların xüsusiyyəti
Göndərən: Fialka
Şərhlər: 32
Baxılıb: 4518
Səs ver:
Anaların uşaqlarına duyduğu sevgi qarşılıqsız sevginin yeganə nümunəsidir. Hər bir ana uşağı üçün ən yaxşısını istəyir. Amma anaların uşaqlarına verdiyi tərbiyə üsulları fərqlidir. Bu məsələdə bürclərin də rolu var.

Qoç bürcü: Uşaqla uşaq olan, yaradıcı bir anadır. Cəza vermək istəsə də, hirsi tez soyuyur. Qoç bürcündən olan analar övladlarına ilk növbədə cəsarətli olmağı öyrədirlər. Həyatın çətinlikləri və hər cür maneələri qarşısında iradəli olmağı, uşaqlarına ürəkli olmağı, heç bir şeydən qorxmamağı, həm də gücdən istifadə etməyi öyrədirlər. Qoç bürcünün anaları uşaqlarına istedadlarından istifadə etmək üçün şərait yaradırlar. Onlar övladlarını hər şeyin ən yaxşısı ilə təmin edir, həyatını ən yaxşı şəkildə qurmasına çalışırlar.
Onlar övladlarının azadlığını məhdudlaşdırmadan izləyir və nələr baş verdiyini kənardan müşahidə edərək özünü lazımi yerdə göstərməyə üstünlük verirlər. Övladlarını səhv seçimlərinə görə qınamırlar, ədalətli şəkildə mühakimə edir və səbəblərini öyrənməyə çalışırlar. Onların yeganə arzusu övladının ürəkli və dürüst olmasıdır.

Buğa bürcü: Uşaqları böyüdükcə yarıciddi, yarıdost olsa da, bu analar şəfqətli və qoruyucudur. Buğa bürcündən olan analar övladlarını hər çətin vəziyyətdə sakitləşdirməyi bacarır, ailədə sakitliyi və rahatlığı qoruyurlar. Daxili inamın nə qədər əhəmiyyətli olduğunu övladlarına aşılamağa çalışırlar. Uşaqlarının təhlükəsizliyini təmin etmək üçün əlindən gələn hər şeyi edirlər. Uşaqlarının gələcəyi naminə onları maddi və mənəvi hər şeylə təmin etməyə çalışırlar.
Övladlarının hər işi ilə maraqlansa da, işinə qarışmamağı və müdaxilə etməməyə üstünlük verirlər. Pulunuzu çox xərclədiyiniz və yaxud səhv addımlar atdıqda baş verənlərə sakit reaksiya göstərirlər. Eyni zamanda, sakit şəkildə doğru yolu göstərirlər. Onların yeganə arzusu uşaqlarını özünəinamlı böyütməkdir.

Əkizlər bürcü: Onun üçün uşaqları  çox önəmlidir. Əkizlər bürcündən olan analar uşaqları ilə yaxşı ünsiyyət qururlar. Uşaqları hər məsələdə anaları ilə məsləhətləşir. Bu, Əkizlər bürcündən olan anaların xoşuna gəlir.
Onlar uşaqlarının dünyanı görməsini, ölkələri gəzməsini və hər şeyin ən yaxşısını yaşamasını istəyirlər. Uşaqlarının təhsil həyatında son dərəcə uğurlu olması üçün ən yaxşı məktəblərə yollayırlar. Dil öyrənmək məsələsinə xüsusi əhəmiyyət verirlər. Sirrini onunla bölüşməyi, nəsə baş verdikdə birlikdə çıxış yolu tapmağı öyrədirlər. Yeni fikirlərə açıq olduğu üçün mühafizəkar analardan deyillər. Övladının ənənəvi qaydalardan daha çox dövrün tələb etdiyi bütün yeniliklərdən istifadə etməsi üçün əlindən gələni edərlər.

Xərçəng bürcü: Fədakar anadır. Uşaqları üçün dəridən-qabıqdan çıxar, həm də güvənilcək bir sığınacaqdır. Xərçəng bürcündən olan analar uşaqlarına qarşı inanılmaz dərəcədə qayğıkeş olurlar. Amma bəzən həssas və emosional rəftar edirlər. Uşaqlarının həyatına düzgün istiqamət verməyə çalışırlar. Bundan başqa, zehnini inkişaf etdirmək üçün təzyiq göstərərək dəstək olmağa çalışır.
Onun ən əhəmiyyətli xüsusiyyəti duyğusal olmasıdır. Onu nə qədər çox sevdiyinizi eşitmək, bilmək və hiss etmək istəyirlər. O da eyni şəkildə sizə olan sevgisindən tez-tez bəhs edir. Həyatın hər gözəlliyini hiss etməyiniz üçün uşaqlarına daim dəstək olur. Uşaqlarına aid xüsusi guşə düzəldirlər. Onlar övladlarının sağlam və ailədə əmin-amanlıq şəraitində xoşbəxt olması üçün çalışırlar.

Şir bürcü: Uşaqlarına görə öz həyatını yaşamaqdan heç vaxt vaz keçməzlər. Həyatını iş və uşaq prinsipi əsasında qurarlar. Şir bürcünün anaları üçün uşaqlarının hamıdan birinci olması, hər kəsdən fərqlənməsi, cəmiyyətdə bəyənilmiş, seçilmiş və ön planda olan adam olması çox əhəmiyyətlidir. O lider ruhlu qadın olduğu üçün balasının da hər yerdə parıldamasını arzulayır. Karyerada yüksəlmək üçün uşaqlarına hər cür dəstəyi göstərirlər. Bunlarla yanaşı, uşaqlarının özünü inkişaf etdirməsi üçün çox çalışırlar.
Uşaqları ilə həyat haqqında bütün məlumatları və öz təcrübələrini bölüşürlər. Şir bürcünün anaları üçün həm məktəbdə, həm universitetdə, həm  həyatda sayılıb-seçilən bir şəxsiyyət olmaq qədər qürurverici başqa bir şey ola bilməz. Həyatın gözəlliklərini və bütün nemətlərini dadmaq üçün çox çalışmağı tələb edirlər.

Qız bürcü: Çox erkən yaşlarda uşaq sahibi olmazlar, amma ana olduğu zaman ciddi və intizamlı olurlar. Uşaqları ona güvənir və onları sevdiyini bilir. Qız bürüncündən olan analar üçün uşaqlarının saf və təmiz hisslər ağuşunda böyüməsi çox mühümdür. Onlar uşaqlarını hər zaman səliqəli, səbirli və işgüzar görmək istəyirlər. Qız bürcləri son dərəcə vasvası olduğu üçün uşaqlarından da təmizkar olmağı tələb edirlər. Uşaqlarının dolaşıq və gizli işlərə baş qoşmasını dərhal hiss edirlər.
Övladlarının qarşısına qoyduğu məqsədə çatmaq üçün onlardan dəstəklərini əsirgəmirlər, hətta bir nöqtəyə gələnə qədər də rahat olmurlar.

Tərəzi bürcü: Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir, amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda isə sərtdir. Uşaqları həyat yoldaşının sözünə baxmayanda çox hirslənirlər. Tərəzi bürcündən olan analar üçün ailədə əmin-amanlıq və sevgi mühitinin olması çox əhəmiyyətlidir. Sakit mühitdə yaşamaqdan xoşu gələn bu aparıcı qadın tipləri üçün uşaqlarının sakitliyini təmin etmək əsasdır. Uşaqlara məntiqli və ədalətli olmağı öyrədirlər. Həyatın çətinlikləri qarşısında nə olursa olsun, sakitliyi mühafizə edir və uşaqlarının hər problemini həll edir.
Siz kədərlənəndə problemin öhdəsindən gəlmək üçün düzgün yol göstərirlər. Uşaqları ilə birlikdə öyrənməkdən və gəzməkdən böyük zövq alırlar. Olduğu hər yeri dəyişdirməyə və gözəlləşdirməyə çalışır. Uşaqlarına qarşı çox diqqətlidirlər, onları tez-tez hədiyyələrlə sevindirirlər. Uşaqları öz istəklərini həyata keçirsə də, anası ilə məsləhətləşməyi xoşlayırlar. Uşaqlarının rahat həyatının olmasını və  ayaqları üstündə görməyi arzulayırlar.

Əqrəb bürcü: Uşaqlarını sevsə də, sevgisini ifadə etməyə və göstərməyə bilər. Uşaqlarının yüksək hədəflərinin olmasını istəyirlər, amma onların qüsursuz olmasını istəyirlər. Əqrəb bürcünün anaları üçün uşaqlarının harada olması çox önəmlidir. Uşaqlarının gələcəyinin yaxşı təhsildən asılı olduğunu düşünürlər.
Hissləri son dərəcə güclü olduğundan uşaqlarının hərəkətlərindən hansı işin sonunun nə ilə bitəcəyini çox yaxşı bilirlər. Əgər övladının səhv addım atdığını anlasa, dərhal müdaxilə edir və uşağı idarə edir. Hər dəqiqəni sanki son dəqiqə kimi yaşamağı sevdiyindən uşaqlarının daim şən olması üçün əlindən gələni edirlər.

Oxatan bürcü: Uşaqları ilə çox yaxşı dostdur. Uşaqlarını özü kimi pozitiv ruhda böyüdürlər. Oxatan analarının uşaqları çox aktiv olur. Dünyanı gəzən, səyahətlərə meylli, bir neçə xarici dil bilən, macəraçı insanlar olurlar. Bu isti, müsbət enerjili qadınlar uşaqlarının inkişafı üçün çox çalışırlar.
Onlar uşaqlarının daim yeni biliklər əldə etməsindən və bilik ehtiyatını inkişaf etdirməkdən böyük zövq alırlar. Sevgisini hədsiz göstərməkdən xoşu gəlir və qarşılığını gözləyirlər. Uşaqlarının sərbəstliyinə, müstəqilliyinə mane olmurlar.

Oğlaq bürcləri: Uşaqları ilə çox maraqlanırlar.  Bundan başqa, uşaqlarının sərbəstliyinə çox qarışırlar. Oğlaq anaları üçün də uşaqlarının ictimai həyatda uğur və status qazanması çox mühümdür. Uşaqları kiçik yaşlardan etibarən həyata hazırlayır və həyatın çətinliklərinə öyrətməyə çalışırlar. Onlar duyğusal deyil, uşaqlarına qarşı ciddi olurlar.
Uşaqlarının həddindən artıq həssas olması, ən xırda bir çətinlikdə qorxması və hər şeydə təşvişə düşməsini heç xoşalmırlar. Uşaqları ilə öz həyat təcrübələrini bölüşürlər, ancaq səhvlərdən də məntiqli nəticə çırxartmağı da öyrədirlər.
Amma uşaqları uğurlu ola bilməyəndə, yaxud tənbəl olanda baş verənlərə duyğusal tərəfdən baxıb dəstək olmurlar. Bu zaman uşaqlarına  etdiklərinin nəticələrinə dözmək lazım gəldiyini deyirlər. Oğlaq bürcündən olan analar uşaqlarını iddialı və prinsipləri olan insan kimi görmək istəyirlər.

Dolça bürcü: Dolça bürcündən olan analar övladları ilə hələ uşaqlıqdan dostluq əlaqələri qurmağa çalışırlar. Sərbəstliyinə düşkün olan Dolçalar uşaqlarını da mümkün qədər sərbəst böyütməyə çalışırlar. Uşaqlarının müstəqilliyinə hörmətlə yanaşırlar. Dolça bürcünün anaları uşaqlarının qoyduğu məqsədə doğru irəliləməsi üçün əlindən gələni edirlər.
Onlar uşaqlarının həmişə ön sıralarda yer almasından böyük zövq alırlar. Dolça bürcləri övladları ilə ana-bala deyil, dost münasibətlərində olurlar.  Lakin nə qədər yoldaşcasına yanaşsa da, bir ana olduğunu heç zaman unutmur. Lazım olduqda övladını cəzalandırır. Eyni zamanda, uşaqlarına kömək edən, əyləncəli insanlardır.

Balıqlar bürcü: Uşaq vaxtlarında özlərinin məhrum qaldığı hər bir şeyə onların sahib olmasını istəyirlər. Həddən artıq mülayim olması nizam-intizam qurmasına mane ola bilər.
Balıqlar bürcünün anaları üçün uşaqların həyatlarının şən və firavan keçməsi çox əhəmiyyətlidir. Son dərəcə fədakar ana olduğu üçün uşaqların tələbləri və ehtiyacları öz istəklərindən öndə gəlir. Hədsiz həssas insan olan Balıqlar uşaqlarının hər problemini, hətta böyüdükdən sonra da özləri həll etməyə çalışırlar. Uşaqlarının mövqeyi, qərarları onlar üçün çörək və su kimidir. Nə olursa olsun, uşaqlarının arxasında olurlar. Övladı səhv olsa belə, müdafiə edirlər. Ən xırda problem olduqda hədsiz dərəcədə kədərlənir və qollarını çırmalayıb problemi həll etməyə çalışırlar.
Bütün analar kimi Balıqlar da sevgi doludur, hisslərini hədsiz dərəcədə göstərməkdən xoşları gəlir. Uşaqlarının xoşbəxtliyi naminə hər şeydən imtina edə və onlar üçün etməyəcəyi şey yoxdur. Balıqlar susuz yaşaya bilmədiyi kimi, bu bürcdən olan analar da övladları olmadan yaşaya bilməzlər.


Şərhlər: 32
Baxılıb: 4518
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Men bugayam yazilanlar dogrudu nece varamsa ele de yazilib
18 iyun 2015 19:27
# 32
emis
mamam dolca burucudu yazilanlarda uygunluq var mamam ele de etmek isteyir ama men imkan vermirem yeni mamam mennen yaxin olmaq isteyir mende xosuma gelmir mamanan dost kimi olmaq.
31 may 2015 13:45
# 31
_BELOSNEJKA_
Men oglaqam ogluma dair cox hessasam ve duygusalam cox onu cox sevirem omenim uyasama sebebimdir Allah onu mene cox gormesin amin
29 may 2015 13:39
# 30
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
leyla_258
Tərəzi bürcü: Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir, amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda isə sərtdir. Uşaqları həyat yoldaşının sözünə baxmayanda çox hirslənirlər. Tərəzi bürcündən olan analar üçün ailədə əmin-amanlıq və sevgi mühitinin olması çox əhəmiyyətlidir. Sakit mühitdə yaşamaqdan xoşu gələn bu aparıcı qadın tipləri üçün uşaqlarının sakitliyini təmin etmək əsasdır. Uşaqlara məntiqli və ədalətli olmağı öyrədirlər. Həyatın çətinlikləri qarşısında nə olursa olsun, sakitliyi mühafizə edir və uşaqlarının hər problemini həll edir.
Siz kədərlənəndə problemin öhdəsindən gəlmək üçün düzgün yol göstərirlər. Uşaqları ilə birlikdə öyrənməkdən və gəzməkdən böyük zövq alırlar. Olduğu hər yeri dəyişdirməyə və gözəlləşdirməyə çalışır. Uşaqlarına qarşı çox diqqətlidirlər, onları tez-tez hədiyyələrlə sevindirirlər. Uşaqları öz istəklərini həyata keçirsə də, anası ilə məsləhətləşməyi xoşlayırlar. Uşaqlarının rahat həyatının olmasını və ayaqları üstündə görməyi arzulayırlar.

bizlerin nece ana oldugumuzu hec kim bilie bilmez.ALLAH qismetimizi nece yazibsa elede olacaq...... 08
28 may 2015 20:06
# 29
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
teri meri
elə bil anamla danışıb yazıblar hamısı düzdü

anam qoçdu
28 may 2015 14:15
# 28
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Adsiz Gozel
wir duzduuu
28 may 2015 11:14
# 27
acisko
duz qeyd olunub
27 may 2015 22:39
# 26
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Tomris Müslümova
ƏKİZLƏR dogru
27 may 2015 21:56
# 25
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Xercengem duzdu
27 may 2015 19:52
# 24
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
yarpaq33
Tereziyem nece varam elede yazilib
27 may 2015 19:35
# 23
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Heyatimda canimdan çox sevdiyim anam baliq-dir düz yazilib.
Mense ekizler oda düz qeyd edilib İnşaallah istediyim kimi olar.
27 may 2015 18:55
# 22
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Marta
Mama qizdi duzdu yazilannar.mende baliq ana olmagi cox istiyirem usaqlari cox sevirem...
27 may 2015 18:45
# 21
Немного терпения, и у тебя все получится..
gulka azeri
anam qiz burcu demek olar duzdu men ise buga orda da duz olanlar var tewekkur cox maraqliydi
27 may 2015 17:59
# 20
kama99
menim anam oglaqdi ama bunlarin tam eksinedi
27 may 2015 17:42
# 19
Catwoman666
xercengem amma men umumiyyetle usaqlari sevmirem...
27 may 2015 17:21
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
Melek5
Tərəzi bürcü: Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir, amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda isə sərtdir. Uşaqları həyat yoldaşının sözünə baxmayanda çox hirslənirlər. Tərəzi bürcündən olan analar üçün ailədə əmin-amanlıq və sevgi mühitinin olması çox əhəmiyyətlidir. Sakit mühitdə yaşamaqdan xoşu gələn bu aparıcı qadın tipləri üçün uşaqlarının sakitliyini təmin etmək əsasdır. Uşaqlara məntiqli və ədalətli olmağı öyrədirlər. Həyatın çətinlikləri qarşısında nə olursa olsun, sakitliyi mühafizə edir və uşaqlarının hər problemini həll edir.
Siz kədərlənəndə problemin öhdəsindən gəlmək üçün düzgün yol göstərirlər. Uşaqları ilə birlikdə öyrənməkdən və gəzməkdən böyük zövq alırlar. Olduğu hər yeri dəyişdirməyə və gözəlləşdirməyə çalışır. Uşaqlarına qarşı çox diqqətlidirlər, onları tez-tez hədiyyələrlə sevindirirlər. Uşaqları öz istəklərini həyata keçirsə də, anası ilə məsləhətləşməyi xoşlayırlar. Uşaqlarının rahat həyatının olmasını və ayaqları üstündə görməyi arzulayırlar.

Dogrudur hele ana olmamisam amma yeqinki olsamda ele yazildigi kimi olaram bilmirem
27 may 2015 16:51
# 17
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
SEVGI DENIZIM
OXATAN BURCUYEM INSALLAH QISMET OLSA TAM DOGRU YAZILIB
27 may 2015 16:26
# 16
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Happy
Qiz burcuyem. Burclere inanmasamda, merakdan oxudum. Duz chixmiyanda oldu.
27 may 2015 16:10
# 15
guler19
Mənim canım anam buğa bürcüdü.tşk
27 may 2015 16:01
# 14
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ALESSANDRA
mənim anam dolçadı..yaman elə...heç vaxt qoymuyubki sərbəst olam

(((

əkizlər hələ ana deyiləm.Ama inşALLAH olanda uşaqlarmla həm dost həm ana olacam.sərbəstliy vericəm))))
27 may 2015 16:00
# 13
Don't trust anyone ∆
SENSİZ
terezi burcuyem amma birinci yazilanlarla razi deyilem her ikisi menim ucun onceliklidi
27 may 2015 15:54
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
BARBI
Ozum ekizlerem hele ana deyilem insallah ana olanda ilk once usaqlarima qaygi sevgi durustulk asilayacam.
27 may 2015 15:49
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Buğayam düzdü uşaqlarımın yarıdost,yarıciddi qoruyucu analarıyam.Təhlükəsizliklərini də daim təmin etmək istəyirəm,ama maləsəf bir dəfə qoruya bilmədim qızımı təhlükədənciyyƏsas odur Allah qorusun balalarımızı təhlükələrdən.
27 may 2015 15:49
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Anam balıqlar bürcüdü və düzgün qeyd olunub xarakteri Allah bütün analara sağlıqlı uzun ömür nəsib eləsin amin.
redaktə edənə təşəkkür.
27 may 2015 15:49
# 9
BARBI
Anam qiz burcudur cox vasvasi temizlik xestesidir menide ozune benzedib.
27 may 2015 15:48
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Sitat: ``AdaDunyam`
anam qoc burcudur...
canim annem

Aynen
27 may 2015 15:47
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
GünƏşimƏ_AiD_
Menim mamam ekizlerdi.shukurki ele anam var.her bir sheyde yanimda olur ve mene dayaq olur.
Amma nese olanda hiiiii Bax,ayaraqki 17yashim var taxta qasiqla menide qardashmida doyur...
Men Buga burcuyem insaAllah yaxxhi ana ola bilerem.
27 may 2015 15:43
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Nergız33
Xerceng bürcü. Fedakar ana. Düzdü balalarıma canım qurban. : yavrum:

yavrum men her zaman deyirem olara ne ise olacaqsa mene olsun
27 may 2015 15:29
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Antikvar
Tərəzi bürcü: Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir, amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda isə sərtdir. Uşaqları həyat yoldaşının sözünə baxmayanda çox hirslənirlər. Tərəzi bürcündən olan analar üçün ailədə əmin-amanlıq və sevgi mühitinin olması çox əhəmiyyətlidir. Sakit mühitdə yaşamaqdan xoşu gələn bu aparıcı qadın tipləri üçün uşaqlarının sakitliyini təmin etmək əsasdır. Uşaqlara məntiqli və ədalətli olmağı öyrədirlər. Həyatın çətinlikləri qarşısında nə olursa olsun, sakitliyi mühafizə edir və uşaqlarının hər problemini həll edir.
Siz kədərlənəndə problemin öhdəsindən gəlmək üçün düzgün yol göstərirlər. Uşaqları ilə birlikdə öyrənməkdən və gəzməkdən böyük zövq alırlar. Olduğu hər yeri dəyişdirməyə və gözəlləşdirməyə çalışır. Uşaqlarına qarşı çox diqqətlidirlər, onları tez-tez hədiyyələrlə sevindirirlər. Uşaqları öz istəklərini həyata keçirsə də, anası ilə məsləhətləşməyi xoşlayırlar. Uşaqlarının rahat həyatının olmasını və ayaqları üstündə görməyi arzulayırlar.


Birinci deyim ilə o qədərdə razılaşmıram.Heç bir tərəf mənim üçün birinci gəlmir.Hər ikisi (istər yoldaşım olsun ,istərsədə oğlanlarım)eyni tərəzidədirlər.Amma düzgün qeyd edilib uşaqlarım atalarının sözünə baxmadıqda əsəbləşirəm,elə şərait yaradıramki,atalarından çəkinsinlər çünki,indiki zamanda uşaq böyütmək çətindi təməlinidə uşaqlıqdan qoyuram,böyüdükdə əsasda yaş dövründə bir səhf addım atmaq istədikdə bilsinlərki,evdə çəkinəcəkləri zəhmli ataları var.Qız övladları nisbətən böyüdüyü zaman bir çox mənsuliyyəti anaya düşür amma oğlan uşaqlarında tam əksi daha çox çəkindikləri ataları olur təbii ilk qoyduğun tərbiyədən aslıdır.Rusiyada tərbiyəsiz,içki içən,siqaret çəkən,narkaman,tabletkalar ilə yaşayan uşaqların içində uşaq böyütmək iki qat çətinləşirki,buna əsaslanaraq uşaqlarıma qarşı ən çox olmaz ,yox sözləri ilə böyütməyə çalışıram.Hər istədiyini indidən etsəm ,böyüdükcə başına hər qoyduğunu edəcək...)
Hər nəysə yazılanların hər biri doğrudu bir tək birinci yazını çıxmaqla...tşk.
27 may 2015 15:26
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Sara035
Oxatan elediki var inwallah pozitiv ehval ruhiyyede boyuyerler
27 may 2015 15:08
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz