Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərə təsir etmənin astroloji sirrləri
Kişilərə təsir etmənin astroloji sirrləri
Göndərən: NoName
Şərhlər: 21
Baxılıb: 6233
Səs ver:
Qoç kişisinə təsir etmənin yolları
Son dərəcə ehtiraslı, dinamik və cazibəli olan Qoç kişisini əldə  etməkdə onun  marağını davamlı tutmaq  çox  vacibdir.
Duyğularından çox məntiqiylə  hərəkət  edən  Qoçdan  romantic  sevgi  nümayişləri  gözləməməli  və ona  da  belə  davranmamalısınız. Təcavüzkar  qadınlardan  heç  xoşlanmaz,  amma  kiçik  etirazlar və nazdan  xoşlanar.
Onu əldə etmək istəyirsinizsə hər zaman marağını ayıq  tutun.
Onun üçün oxunmamış  bir  kitab  kimi  olun. Dinamik Qoçun diqqətində olmaq  üçün  sağlam,  güclü,  dinamik  və  təbii  görünməyə  diqqət  edin.  Artıq o sizindir!

Buğa kişisini təsir etmənin yolları
Buğa kişisinin bir qadında axtardığı ən əhəmiyyətli şərt  gözəllik,  zövq  sahibi  olmaq və baxımdır.  Maddi dəyərlərə son dərəcə əhəmiyyət verər.
Şirin sözlər   eşitdiyində bir pişik kimi   xoşallanan  Buğa,  çox  yaxşı  və  sadiq  bir  aşiqdir.  
Ən pis xüsusiyyətlərindən biri isə yataqda belə yeyə biləcək  qədər  boğazına  düşkün olmasıdır.
Ümumiyyətlə, sakit və iş həyatını  təyin etdiyi qaydalar çərçivəsində nizamlı bir şəkildə icra edən Buğa kişisi  asan  asan  əsəbiləşməz.
Ancaq işinə qarışıldığı və tənqid edildiyində  burnundan tənəffüs alan  qorxunc üzü ortaya çıxar.
Onun sizi əldə etmək üçün hərəkətini gözləməyin.
Çünki o başqalarının arxasınca  qaçmaqdansa  onun  arxasınca  qaçanları  çox  qonaqpərvərliklə evində qonaq seçər.

Əkizlər kişisinə təsir etmənin yolları
Dəyişən, hava və qərarsız  bir kişi olan Əkizləri əldə etmək çox vaxt asan kimi  görünə bilər.  Ancaq hörmətini və diqqətini qazanmaq çox çətindir.  Çünki o  intellektual,  ağılını və məntiqini yaxşı istifadə edə bilən  qadınlardan  xoşlanar.
Bir qadına sahib olduğunu bilmək istəməsinə rəğmən  onun üzərində  mütləq  hakimiyyət  qurduğunu  hiss etdiyi  anda   marağını  itirər.  
Ona özünüzdən  bəhs edərkən həmişə hər şeyi deməyin.  
Təkliyə  nifrət edən  Əkizlər kişisinə lazım olduğunda  qardaş,  dost,  sevgili  və ana olmağı bacara bilsəniz onu  ələ  keçirə  bilərsiniz.
Ancaq indidən özünüzü onu başqalarıyla paylaşmağa və qısqanmamağa alışdırın.
Çünki sadiq olmayan bu  kişi eyni zamanda qısqanclığı da heç bilməz.

Xərçəng kişisinə  təsir etmənin yolları
Mühafizəkar və kövrək Xərçəng kişisinə çatmaq istəyirsinizsə,  əvvəl onun   anasının  ürəyini  fəth  lazımdır.  
Çünki  o gerçək bir ana quzusudur. Ayrıca evinə çox düşkündür və bəzən xəstəlik dərəcəsində vasvası ola bilər.  Passiv bir kişi olan Xərçəngə ürkütmədən yaxınlaşıb sevgi göstərməli, onun marağını tutaraq  onu  təhrik  etməlisiniz.  Bir əlaqəyə girdiyinizdə isə son dərəcə sadiq və dürüstdür. Buna görə onu qısqanmanıza heç ehtiyac  yoxdur.
Ancaq son dərəcə kövrək olan Xərçəng kişisinin sizə güvənməsi üçün onu dürüstlüyünüzə inandırmaq  lazımdır.  
Ehtiraslı və nəvazişli qadınları sevər.

Şir kişisinə  təsir etmənin yolları
Mərd, tərifdən  sonsuz zövq alan Şir  kişisi comərdliyi ilə tanınır.
Hər zaman  maddi  dəyərlərə çox  əhəmiyyət verər.  Qarşısındakına təsir etmək  üçün bütün  hünərini  sərgiləyəcək.
Və ən diqqətli olmanız lazım olan istiqamətlərindən  biri də rol qabiliyyətidir.
Hər zaman sizi əldə etməyə çalışacaq. Ona  istədiklərini  verirmiş kimi davranın.
Onu  öpün,  oxşayın, fövqəladə sevgi  nümayiş etdirin, amma əsla aşiq olduğunuzu bildirməyin.  
Beləcə o davamlı  sizi əldə  etmə  səyi  içində olacaq ki, bu da sizə dəyər verməsini təmin edər.
Daima dəbdəbəli  və baş  çevirici olun,   o  zaman  sizin  üçün dəli olacaq.

Qız kişisinə  təsir etmənin yolları
Duygusallıqdan uzaq, eşqdən qorxan bir kişidir.
Onlar olduqca passiv,  başqa  insanlarla özünü  paylaşmaqdan  qorxan, Sadə və sadəlövh kişilərdir.
Bir Qızın sizdən xoşlanıb - xoşlamadığını  təhqirlərindən  və yersiz  tənqidlərindən   anlaya bilərsiniz.  
Bir Qız kişisiylə bərabərkən çox pul xərcləməz.  Təmiz,  qəşəng  və səliqəli olsanız   onun  sevgisini qazana bilərsiniz.
Əgər onun bitmək bilməyən xəstəliklərinə və vasvasılığına  dayana bilsəniz, sevgi göstərəcəyi günlərin xəyalı ilə  yaşaya  bilərsiniz.

Tərəzi kişisinə təsir etmənin yolları
Bürclər qurşağının ən centlmen, çaşdırıcı, hiyləgər kişisiylə  birlikdə olmağa  adaysanızsa  indidən  passiv  bir  rol  boynunuza götürməyi qəbul  etməniz lazımdır.
Son dərəcə nəzakətli, zərif, qəşəng və sehirli bir havası olan  Tərəzi kişisi  öyünməkdən  və məğrur görünməkdən  zövq duyar.
Ədəb qaydalarını yaxşı bilir və tətbiq edirsinizsə,  fiziki gözəlliyiniz  onun üçün  əhəmiyyətini  itirər.
Sədaqətinizə,  eşqinizə  əmin olduğu müddətcə  sizinlə olmaq  istəyəcək. Onu əldə edə bilmək  üçün  zərif,  səssiz  və  gözəl  olmalısınız.  Tərəzi  kişiləri  güclü,  təcavüzkar,  basqın  xarakterli  qadınlardan xoşlanmazlar.
Az danışan,  hərəkətləri  və  sözləriylə  onu təsdiqləyən  qadınlarla birlikdə  olmağı  seçərlər.

Əqrəb kişisinə  təsir etmənin yolları
Olduqca enerjili olan Əqrəb kişisi hər istiqamətiylə son dərəcə güclüdür.
Təcavüzkar,  sadist ola bilər,  bəzən  də heç danışmaz , amma  tam tərsinə  mehriban  bir aşiq olur.  
Seksual  performansı hər zaman   öndə  olan Əqrəb  kişisini  əldə etmək  istəyirsinizsə   baxımlı,  ehtiraslı,  itaətkar  və  sadiq biri  olmanız lazımdır.
Son dərəcə qısqanc  olduğu  üçün onunla birlikdə olmaq  çətindir.
Yaradıcılığınızı, anlayışlı quruluşunuzu ön plana çıxardaraq  onun  diqqətini çəkə bilərsiniz.

Oxatan  kişisinə  təsir etmənin yolları
Ön fikirli, açıq fikirli, zarafatlı və candan bir quruluşu olan Oxatan kişisi,  sizə çox  maraq göstərdiyi  bir anda  ortadan  yox  ola bilər.  Çünki özgüriüğünə  son dərəcə düşkündür.
Əgər onu əldə etmək istəyirsinizsə  əsla  ciddi  bir  məqsədlə  yaxınlaşdığı  hissini oyandırmayın və sorğular, hesab soruşar  tərzdə  danışmayın.
Bu onu  hirsləndirər. Onunla  əvvəl yoldaş olun, problemlərinizi, zövqlərinizi  paylaşın.  
Ən əhəmiyyətlisi göz oxşayan,  görkəmli,  canlı  və hərəkətli  olmanız  lazım olduğunu  unutmayın.
Azadlığını qətiliklə azaltmayacağınızdan  əmin olmasını da təmin edin.
Bütün bunları edə bilsəniz bu şən kişilə  birlikdə  olma şansını  tuta bilərsiniz.

Oğlaq kişisinə  təsir etmənin yolları
Eynilə simvolu kimi inadçı, davamlı plan  quran, vicdanı məsuliyyəti  son dərəcə  güclü bir kişidir.
Pulu  çox  sevər, xərcləyərkən  bütün diqqətini bu mövzu üzərində  sıxlaşdırır.
Uzun uzun danışmaqdan, nitq  söyləməkdən  xoşlanar.  
Əgər bir Oğlaq kişisini əldə etmək istəyirsinizsə, əvvəlcə onu heyranlıqla dinləməyə və səhər gözünü açar - açmaz  puldan  danışmağa başlamasına  alışmanız  lazımdır.
Bir Oğlaq kişisi üçün  qadındakı  ən  əhəmiyyətli  xüsusiyyət, tutumlu və qənaətcil olmasıdır.
Məsuliyyətdən  qorxan bu kişinin  ən böyük kabusu evlilikdir.
Mühafizəkar, mehriban, xanım  kimi  çox nizamlı olsanız  onun marağını  çəkərsiniz.

Dolça kişisinə təsir etmənin yolları
Bir Dolça kişisindən xoşlanmısınızsa çox diqqətli olmanız lazımdır.
Çünki  azadlığına   olduqca düşkündür və  davamlı yer dəyişdirmək istər. Ağlını istifadə edərək  əldə  edəcəyi  hər  şeydən  həzz duyar.
Buna görə onu əldə edə bilmək  üçün  əvvəlcə duygulanızı gizləməyi öyrənməlisiniz.
Onun sizi araşdırmasını, maraq  etməsini təmin etməniz  lazımdır. Ancaq sizi çözəməzsə  uzaqlaşmağa başlayar,  buna diqqət edin.
Yalana  nifrət edən  Dolça  kişisinin  bir  başqa  xüsusiyyəti də  şişirdilmiş  bir şəkildə özünü  bəyənməsidir.  Bir adamdan asılı olması çətindir.

Balıq kişisinə təsir etmənin yolları
Comərd bir aşiq, hər an romantizmin qoynunda  yaşayan bir  xəyalpərəst...  
Son  dərəcə həssas bir kişi olan Balıq, bütün bu gözəl xüsusiyyətlərinin  yanında  ehtirasları   səbəbiylə  çəkilməz  bir  insan ola bilər.
Onu əldə etmək  istəyirsinizsə  dayanmadan maraq və sevgi göstərməli, tez-tez sevdiyinizi söyləməli, eşqi  üçün  təşəkkür  etməlisiniz. Eniş –çıxışlarına  anlayış göstərməlisiniz.  Çünki romantik və cüt xarakterli balıqlar çox  sürüşkəndir.
Əlinizdən sıçrayar, üzüb gedər.


Şərhlər: 21
Baxılıb: 6233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur k-off
men ozum buga burcuyem kiwim yoxdur hele 122
19 may 2015 16:21
# 21
SVETA
emis
Dolça kişisinə təsir etmənin yolları
Bir Dolça kişisindən xoşlanmısınızsa çox diqqətli olmanız lazımdır.
Çünki azadlığına olduqca düşkündür və davamlı yer dəyişdirmək istər. Ağlını istifadə edərək əldə edəcəyi hər şeydən həzz duyar.
Buna görə onu əldə edə bilmək üçün əvvəlcə duygulanızı gizləməyi öyrənməlisiniz.
Onun sizi araşdırmasını, maraq etməsini təmin etməniz lazımdır. Ancaq sizi çözəməzsə uzaqlaşmağa başlayar, buna diqqət edin.
Yalana nifrət edən Dolça kişisinin bir başqa xüsusiyyəti də şişirdilmiş bir şəkildə özünü bəyənməsidir. Bir adamdan asılı olması çətindir.
18 may 2015 11:14
# 20
Ulkər__
Məncə düzdü

Elədi
17 may 2015 21:22
# 19
Catwoman666
oxumaga burc tapmadim)))mecbur elnur huseynovun burcunu (baliq burcu) oxudum
17 may 2015 17:28
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
leyla_258
duz deyir terezi haqda,terezi burcu celb edici, gozel ve havali olmagi sevir,men ozumden bilirem.
17 may 2015 01:24
# 17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Aydan Habili
Axi qiz burcu çox pul xərcləyir hele bunu atamdan görmüşəm sonra da 1neferden
17 may 2015 00:38
# 16
Nergız33
Xerceng burcudu coxu düzdü.
17 may 2015 00:01
# 15
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
ALESSANDRA
məən əkizlərəm)))
16 may 2015 20:20
# 14
Don't trust anyone ∆
Melek5
Ayyyy vallahi dogru
16 may 2015 18:25
# 13
Məndən cox uzaqlarda olsanda hec kimin ola bilməyəcəyi qədər ürəyimdə və hər Zaman ağlımdasan
GünƏşimƏ_AiD_
Shir odu buga men
Otursun bashima dolansin.qedir aqaci eksin 122
16 may 2015 16:53
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Antikvar
Romantikanın r-sıyla belə əlaqəsi yok))Nədənsə sonuncu bürclərə romantikadan danışırlar amma heç uyğun gəlmir.Demək hər insan öz bürcünün tamı tamına xarakterini daşıya bilməz)Çox nazıyla oynasam başımın mərkəzində yer alıb oturacaq istəməm necə varamsa elədə olmağa sonacan davam edəcəm.Süniliklə işim olmaz reallıq və təbiilikdən yanayam və belə olaraqda davam edirəm))
16 may 2015 16:52
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Mence hec bir elaqesi yoxdur burclerde olan kisilerin hamisinin xususiyyeti eyni deyil bele seylere uygun hereket etmerem
16 may 2015 16:29
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
burclerden asili hec bir wey yoxdu insanlar muxtelif oldugu kimi xasiyyetleri de muxtelifdi burcler filan bow weydi
16 may 2015 16:28
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
WiRiN BaLaM
düz yazilib..anasinada özünede yalansa 122 saiqliyi doğru yazilmayib birce ........
16 may 2015 16:02
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Luna-90
Eqreb kisisini ele almisam problem yoxdu
16 may 2015 15:41
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
isveç.de
Həyat yoldaşım xərçəng burcu. Çox duzgun qeyd edilib anasına duşkundu.
16 may 2015 15:35
# 6
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Tomris Müslümova
ƏQRƏB di o heart
16 may 2015 15:34
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
kisimiz terezidi.ne bilim heqqide yazilanlarda doggruluq var

kisimiz terezidi.ne bilim heqqide yazilanlarda doggruluq var
16 may 2015 15:21
# 4
Fialka
Bu təsir etmə bürclərə və yaxud da nələrdənsə öyrənib etməklə deyil sənin varlığın bir insanın daxili aləminə təsir edirsə bu səndən asılı olmamalı özü özlüyündən yaranmalıdır bu da qarşındakı insandan və sənin onun ürəyinə yatmağından asılıdır ..odur ki, bu proqnoz mənlik olmadı))
16 may 2015 15:19
# 3
vipbetul
bu cur astroloji burclere inanmiram
16 may 2015 15:18
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
ekizlere aid son cumleni ozune oxuyacam)))men hec uzerimde hakimiyyet qurmasina icaze verirem ki hele bir maragini da itirsin?onu paylawmaq ve qisqanmaq.hmm,bir oxatan qadini ucun de bu cok sacma bi cumle oldu.razvod versin sonra butun qadinlar onun olsun.menim erim meni aldatsa papagimi yere soxmuw olar,bowarim o an onu. 23
16 may 2015 15:10
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz