Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aprel ayının ən şanslı bürcləri
Aprel ayının ən şanslı bürcləri
Göndərən: ayka
Şərhlər: 39
Baxılıb: 10154
Səs ver:
QOÇ BÜRCÜ

Ayın birinci yarısı:
Məlumunuz olduğu kimi aprelin bu hissəsi hakimiyyətdə öz bürcünüz olacaq. Bu isə əksər sahələrdə olduğu kimi karyeranızda da müsbət çalarlar meydana gətirəcək. Ələlxüsus da aprelin 6-dan sonra qarşınızdakı bağlı qapılar açılacaq. Yeni dost və tərəfdarlarınız planlarınızın icra olunmasında əhəmiyyətli rol oynayacaqlar. Maliyyə vəziyyətiniz isə ayın 9-dan sonra düzələcək. Bu yarım ay ərzində maddi durumunuzun qismən yaxşılaşması ətrafdakılara münasibətinizə də təsirini göstərəcək. Əgər kimisə aldatmasanız və ya əmin olmadığınız məsələlər barədə tərəddüdlü vədlər verməsəniz, özünüzə qarşı hansısa kobudluq görməyəcəksiniz. Aprelin 4-də və 6-da maraqlı insanlarla görüşləriniz mümkündür. Ailə üzvlərinizin qayğısına qalın.

Ayın ikinci yarısı:
Göy qübbəsi hörmət qazanmağınız üçün ilk növbədə səmimiyyət hissinizi artırmağı təvəqqe edir. Kiməsə yalan satmaq, sadəlövhlüyündən istifadə etmək indiki çətin zəmanədə yaramaz. Əksinə, elə etməlisiniz ki, insanları çətinlikdən xilas edəsiniz. Sevgi münasibətlərində ciddi olun. Xeyir işlərə hazırlaşmaq fikriniz varsa, təcrübəli adamlardan məsləhət alın. Şəxsi büdcənizi artırmaq istəyirsinizsə, qətiyyən səyyar biznes fəaliyyətinə həvəs göstərməməlisiniz. Ən azı ona görə ki, siz daha çox oturaq işlərdə müvəffəqiyyətə yetişə bilərsiniz. Astroloji göstəricilər bu müddətdə ciddi məbləğdə xərcinizin çıxacağını bəyan edir. Amma narahatçılığa əsas yoxdur. Çünki bu xərc xeyirxah məqsədlərə xidmət edəcək.

BUĞA BÜRCÜ

Ayın birinci yarısı:
Ötən üç ayda səbr nümayiş etdirən ulduzlar deyəsən apreldən iş və karyera ilə bağlı bütün planla­rınızı reallaşdırmaq istəyir. Bu səbəbdən də boş oturmamalı, bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. İş yerini dəyişmək, vəzifədə yüksəlmək, yeni müttəfiqlər əldə etmək üçün şanslarınız birə-beş artacaq. Xüsusən də aprelin 4-dən başlayaraq bu istiqamətdə uğurlarınız bol olacaq. Pulsuz qalacağınızı isə düşünməyin, sadəcə, səbrli olun. Çünki əsəblərinizin pozulması ətrafda sizə qarşı ikrah hissi yarada bilər. Özünüzü ələ alın. Əgər az da olsa, bunu bacarsanız, hər kəs sizin nurlu gözlərinizə tabe olacaq. Sevgidə ikili oyunlara baş vurmayın. İş yerində kiminsə arxasınca danışmayın. Aprelin 9-da müqəddəs ziyarətgahlara baş vurun.

Ayın ikinci yarısı:
Bürclərin əksəriyyəti ilə müqayisədə aprel ayının ikinci yarısı sizin üçün daha perspektivli olacaq. Yeni təkliflər, iş üslubunda nəzərəçarpacaq irəliləyişlər ovqatınızı, o cümlədən şəxsi büdcənizi kifayət qədər yüksəldə bilər. Ayın 21-dən start götürən bürcünüz şanslarınızı daha da artıracaq. Amma iş yerini dəyişmək haqqında düşünməməlisiniz. Əgər insanlardan razı deyilsinizsə, bunun günahını cəmiyyətdə axtarın, konkret olaraq bir neçə nəfərdə yox. Çünki cəmiyyətin mənfi istiqamətdə formalaşması sizi rahat buraxmır. Amma ruhdan düşmək yox, sona qədər ətrafınızda olanlara həqiqəti anlatmağa çalışmalısınız. Məhəbbət amili bu aralıqda sizin başlıca xilas mənbəyiniz olmalıdır.

ƏKİZLƏR BÜRCÜ

Ayın birinci yarısı:
Təəssüf ki, düşdüyünüz mühit ovqatınızın yüksəlməsinə mane olur. Oturub yaxşı-yaxşı düşünün: "Mən nə edirəm?”, "Niyə hamı mənə qarşı sərtdir?”, "İnsanlar nə vaxt düzələcək?”. Bu kimi suallara cavab tapmaq üçün insanlara münasibətinizi dəyişin və bir də bizim saytı oxuyun. Ümumiyyətlə, yaxşı olar ki, bu 15 günlük ərəfədə qətiyyən təkbaşına riskə getməyəsiniz. Əgər bu yönümdə inad etsəniz, uğurlarınız əlinizdən çıxacaq. Mütləq məsləhətlərə qulaq asmalı, təcrübə toplamalısınız. Aprelin ilk üç günündə büdcənizdə kifayət qədər artım da gözlənilir. 5-6 aprel tarixlərində isə istənilən mübahisədən qaçın.

Ayın ikinci yarısı:
Əvvəlcədən bildirək ki, aprelin 21-dən sonrakı ərəfə biznes fəaliyyətiniz üçün çox uğurlu ərəfədir. Hansısa riskli sövdələşmələrdən, ağlabatmayan müqavilələrdən uzaq ola bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Bu arada üç dəfə – 19, 21 və 24 aprel tarixlərində büdcənizi artırmağa yaxın olacaqsınız. Ayın 27-də isə əsəblərinizi qorumalısınız. Astroloji göstəricilər neçə vaxtdan bəri yığılıb qalmış daxili süstlüyünüzün məhz bu arada səngiyəcəyindən xəbər verir. Belə olduqda isə istər ailə-sevgi, istərsə də digər münasibətlərdə vəziyyətiniz müsbətə yaxınlaşacaq. Bu arada doğmalarınızla bağlı sevindirici xəbərlər də eşidəcəksiniz. Sevdiyiniz şəxslə qarşılıqlı güzəşt zəminində davranın.

ƏKİZLƏR BÜRCÜ

Ayın birinci yarısı:
Təəssüf ki, düşdüyünüz mühit ovqatınızın yüksəlməsinə mane olur. Oturub yaxşı-yaxşı düşünün: "Mən nə edirəm?”, "Niyə hamı mənə qarşı sərtdir?”, "İnsanlar nə vaxt düzələcək?”. Bu kimi suallara cavab tapmaq üçün insanlara münasibətinizi dəyişin və bir də bizim saytı oxuyun. Ümumiyyətlə, yaxşı olar ki, bu 15 günlük ərəfədə qətiyyən təkbaşına riskə getməyəsiniz. Əgər bu yönümdə inad etsəniz, uğurlarınız əlinizdən çıxacaq. Mütləq məsləhətlərə qulaq asmalı, təcrübə toplamalısınız. Aprelin ilk üç günündə büdcənizdə kifayət qədər artım da gözlənilir. 5-6 aprel tarixlərində isə istənilən mübahisədən qaçın.

Ayın ikinci yarısı:
Əvvəlcədən bildirək ki, aprelin 21-dən sonrakı ərəfə biznes fəaliyyətiniz üçün çox uğurlu ərəfədir. Hansısa riskli sövdələşmələrdən, ağlabatmayan müqavilələrdən uzaq ola bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Bu arada üç dəfə – 19, 21 və 24 aprel tarixlərində büdcənizi artırmağa yaxın olacaqsınız. Ayın 27-də isə əsəblərinizi qorumalısınız. Astroloji göstəricilər neçə vaxtdan bəri yığılıb qalmış daxili süstlüyünüzün məhz bu arada səngiyəcəyindən xəbər verir. Belə olduqda isə istər ailə-sevgi, istərsə də digər münasibətlərdə vəziyyətiniz müsbətə yaxınlaşacaq. Bu arada doğmalarınızla bağlı sevindirici xəbərlər də eşidəcəksiniz. Sevdiyiniz şəxslə qarşılıqlı güzəşt zəminində davranın.

XƏRÇƏNG BÜRCÜ

Ayın birinci yarısı:
8-10 aprel aralığını nəzərə almasaq, bu yarım ayın bütün günləri sizə xüsusi zövq verəcək. Hətta bəzi məqamlarda uğurlarınız gözləmədiyiniz istiqamətlərdən peyda olacaq. Ötən ay reallaşdıra bilmədiyiniz maddi və fərdi planlarınızın əksəriyyəti öz həllini tapacaq. Bələd olmadığınız işlərdənsə qaçmalısınız. Astroloji göstəricilər ayın yalnız ikinci dekadasında (10-15 aprel) qarşılıqlı münasibətlərinizin gərgin şəraitdə keçə biləcəyini bəyan edir. Həmin günlərdə aldanma ehtimalınız da yaranacaq. Dostlarınızı sınaqlarda yoxlayın. Onu da yadda saxlayın ki, bu arada ən uğurlu günləriniz sevgidə keçəcək. Ayın 2-də, 11-də və 14-də qazanma ehtimalınız var.

Ayın ikinci yarısı:
Nə qədər ki Qoç bürcü hakimiyyətdədir (16-20 aprel), hansısa normal münasibətlərdən danışmaq yersizdir. Çünki göstərilən müddətdə az qala hamı sizə qarşı olacaq, üstəlik, orqanizminizdə xoşagəlməzlik mümkündür. Amma ruhdan düşməyə dəyməz. Ən azı ona görə ki, Buğanın gəlişi ünsiyyətdə olduğunuz şəxslərlə, xüsusən də sevdiyinizlə münasibətlərinizi qaydasına salacaq. Bizneslə bağlı böyük işlərə isə yalnız aprelin 24-nə qədər başlamağınız məsləhətdir. Yalnız bu halda şəxsi işlərinizdə müəyyən dönüş yaratmaq mümkündür. Çoxdan bəri planınızda olan müştərək fəaliyyətlə bağlı konkret addımları isə may ayına saxlayın. Aprelin son həftəsində riskli pul sövdələşmələrinə müdaxilə etməyin.

ŞİR BÜRCÜ

Ayın birinci yarısı:
Bəri başdan öz layihələrinizi təyin edin. Belə ki, aprelin 5-nə qədər əsas enerjinizi maliyyə problemlərinin həllinə, sonrakı müddəti isə yalnız fəaliyyət prinsiplərinə sərf etməlisiniz. Aprelin 9-dan etibarən olduqca perspektivli təkliflər alacağınızı xəbərləyən Göy qübbəsi ən xırda şansdan belə yararlanmağınızı məsləhət görür. Onu da bilməlisiniz ki, sağlamlıqla bağlı problemlərinizin mövcudluğu insanlara qarşı münasibətinizə xələl gətirməməlidir. Çünki xəstəlik ötəri, münasibət isə əbədidir. Ulduzlar bu arada əsəblərinizin sa kitləşməsinə, sevgidə daha ləyaqətli olmağınıza zəmin yaradacaq. Bu fürsətdən maksimum yararlanın.

Ayın ikinci yarısı:
Astroloji göstəricilərə nəzər salsaq, bu müddətdə ən varlı Zodiak işarəsinin məhz "şirlər” olduğunu təyin edə bilərik. Ən azı ona görə ki, ayın 19-dan etibarən qarşınıza kifayət qədər şanslar çıxacaq və siz onların böyük əksəriyyətindən yararlana biləcəksiniz. Azı üç dəfə gəlir əldə edəcəksiniz. Amma boş məsrəflərə də pul xərcləməməlisiniz. Aprelin 17-ni, 24-nü və 29-nu nəzərə almasaq, bu yarımaylıq müddət qarşılıqlı münasibətlər zəminində sizə böyük sevinc verəcək. Yeni tanışlarınız sayəsində bilmədiyiniz mühüm məsələlərdən xəbərdar olacaq, həyatın müəyyən sahələrində aktivlik əldə edəcəksiniz. Sevgi münasibətləri isə ideal səviyyədə olacaq. Hövsələsiz olmayın.

QIZ BÜRCÜ

Ayın birinci yarısı:
Gəlin, elə ilk cümləmizdən sizi sevindirək. Çünki proqnozlarınızı hazırlamaq üçün istifadə etdiyimiz bütün mənbələr bu aralıqda hamıdan varlı bürc olacağınızı göstərir. Özü də ən azı üç dəfə qazanmaq ehtimalınız var. İş barəsində isə hər şey köhnə səpkidə olacaq. İş yerini dəyişməyiniz yolverilməzdir. Ayın ilk dekadasında (1-10 aprel) qəlbinizdə kifayət qədər sevincli məqamlar olacaq. Bu isə münasibətdə olduğunuz insanların sizə qarşı mülayim mövqe nümayiş etdirməsindən irəli gələcək. Çalışın ki, eyni münasibəti siz də qarşı tərəfə nümayiş etdirəsiniz. Necə deyərlər: sevin ki, seviləsiniz.

Ayın ikinci yarısı:
İxtiyarınızda olan aprel ayının 23-ü və son üç günü istisna olunmaqla qalan müddətdə maliyyə məsələləri ilə bağlı qarşınıza çoxsaylı problemlər çıxa bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müəyyən məbləğdə xərc də çəkə bilərsiniz. Amma şhtiyatlı olun ki, sonda aldadılmayasınız. Son vaxtlar deyingən, qeybətcil adamlar arasında çox olmağınız xarakterinizə müəyyən təsirlər etməkdədir. Odur ki, dardüşüncəli şəxslərdən uzaqlaşıb həyata daha nikbin nəzərlərlə baxmalısınız. Xırdaçılığa yol verməyin. Axı sizin arzularınız hamınınkından çoxdur. Ayın 30-da müqəddəs ziyarətgahlara getməyiniz məsləhətdir.

QIZ BÜRCÜ

Ayın birinci yarısı:
Gəlin, elə ilk cümləmizdən sizi sevindirək. Çünki proqnozlarınızı hazırlamaq üçün istifadə etdiyimiz bütün mənbələr bu aralıqda hamıdan varlı bürc olacağınızı göstərir. Özü də ən azı üç dəfə qazanmaq ehtimalınız var. İş barəsində isə hər şey köhnə səpkidə olacaq. İş yerini dəyişməyiniz yolverilməzdir. Ayın ilk dekadasında (1-10 aprel) qəlbinizdə kifayət qədər sevincli məqamlar olacaq. Bu isə münasibətdə olduğunuz insanların sizə qarşı mülayim mövqe nümayiş etdirməsindən irəli gələcək. Çalışın ki, eyni münasibəti siz də qarşı tərəfə nümayiş etdirəsiniz. Necə deyərlər: sevin ki, seviləsiniz.

Ayın ikinci yarısı:
İxtiyarınızda olan aprel ayının 23-ü və son üç günü istisna olunmaqla qalan müddətdə maliyyə məsələləri ilə bağlı qarşınıza çoxsaylı problemlər çıxa bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müəyyən məbləğdə xərc də çəkə bilərsiniz. Amma şhtiyatlı olun ki, sonda aldadılmayasınız. Son vaxtlar deyingən, qeybətcil adamlar arasında çox olmağınız xarakterinizə müəyyən təsirlər etməkdədir. Odur ki, dardüşüncəli şəxslərdən uzaqlaşıb həyata daha nikbin nəzərlərlə baxmalısınız. Xırdaçılığa yol verməyin. Axı sizin arzularınız hamınınkından çoxdur. Ayın 30-da müqəddəs ziyarətgahlara getməyiniz məsləhətdir.

TƏRƏZİ BÜRCÜ

Ayın birinci yarısı:
Ulduzlar hər şeydən əvvəl səbirli və təmkinli olmağınızı təvəqqe edir. Bunu bacarmasanız, bu ilıq bahar ayında fəaliyyət və biznes sahəsində qazandıqlarınızı itirə bilərsiniz. Özünüzdən böyük və təcrübəlilərə qulaq asın və bir də işlə bağlı üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk edin, riskdən uzaq olun. Yalnız bu halda uğurlarınız arta bilər. Amma aprel ayı qarşılıqlı münasibətlər zəminində sizə gərginlik də gətirə bilər. Bu, daha çox maddi problemlərdən irəli gəldiyi üçün günahsız adamları ittiham etməyə çalışmamalısınız. Səbəbləri daha çox özünüzdə axtarın. Sevgi hisslərinə biganə yanaşmaq sizi günaha sürükləyə bilər. Aprelin 3-də sürprizlərə hazır olun.

Ayın ikinci yarısı:
Ulduzların düzümü çox məsul görüşlərdə iştirak edəcəyinizi bəyan edir. Ola bilsin ki, iki rəqib tərəf arasında sülh yaratmaq cəhdində də bulunasınız. Hər halda, savab işinizə görə Tanrı sizi mükafatlandıracaq. Xeyir işlərə başlamaq planlarınızı isə sürətləndirməyə çalışın. Ayın 25-də və 28-də bələd olmadığınız adamlarla dərin ünsiyyət qurmayın. Aprelin bu hissəsində biznes işlərinizin ləng getməsi sizi süstləşdirməməlidir. Çünki qarşıdan gələn isti may ayında paralel olaraq bir neçə istiqamətdə fəaliyyət göstərməyiniz şəxsi büdcənizə də birbaşa təsir göstərəcək. Amma bu müddətdə kiməsə borc vermək və ya almaq fikrinə də düşməməlisiniz. Yeni işlərə başlamaq istəyirsinizsə, mütləq məsləhətləşmələr aparın.

ƏQRƏB BÜRCÜ

Ayın birinci yarısı:
Ötən ay ətrafınızda olan adamlara qarşı inamınızın azalması hər kəsə ehtiyatla yanaşmağınıza zəmin yaradacaq. Lakin bu davranışı qətiyyən düşmənçilik müstəvisinə çıxarmamalısınız. Sevgi görüşlərinə yubanmamağınızı tövsiyə edən Göy qübbəsi alicənablıq göstərməyinizi məsləhət görür. Çünki nə qədər təzadlı ərəfə olsa da, reallığı düzgün qiymətləndirməklə çox şey əldə edə bilərsiniz. Sizə yeni qoşulan həmkarlarınıza o qədər də bel bağlamayın. Ən azı ona görə ki, onlar sizi kifayət qədər tanımırlar. Yalnız özünüzə etibar edin, işlə bağlı problemlərinizin həllini öz üzərinizə götürün. Bu ərəfədə pulsuz qalmayacaqsınız. Amma ayın ilk günlərində səhhətinizin qayğısına qalın.

Ayın ikinci yarısı:
İlk günlər insanlarla yolagəlməzliyiniz mübahisələrlə nəticələnsə də, aprelin 21-dən başlayaraq hər şey qaydasına düşəcək. Amma çalışmalısınız ki, adət etdiyiniz yalan vədlərə son qoyasınız. Əks təqdirdə sizə qarşı mövcud olan hörmət bircə anda qeybə çəkilər. Sevdiyiniz adamların daxili problemlərinə biganə qalmayın. Məhəbbət amilinə hər şeydən ciddi yanaşın. Ayın 23-dən sonra böyük bizneslə məşğul olmağınız məsləhət görülmür. Odur ki, yalnız adi işlərlə başınızı qatmalı, gündəlik tələbatınızı təmin edə biləcək gəlirlə kifayətlənməlisiniz. Ən ciddi planlarınızı isə aprelin 23-nə qədər olan ərəfəyə təyin edin. Çünki həmin ərəfədə ulduzlar varlanmağınıza təkan verəcək. Aprelin 18-də və 26-da səhhətinizə fikir verin.

OXATAN BÜRCÜ

Ayın birinci yarısı:
Astroloji göstəricilər ayın birinci həftəsini ideal səviyyədə başa vuracağınızı bildirir. İstər işgüzar sövdələşmələrdə, istər fərdi işlərinizdə, istərsə də şəxsi büdcənizi artırmaq istiqamətində ağlagəlməz irəliləyişlərə yiyələnəcəksiniz. Əlbəttə ki, bunun üçün boş oturmamalı, əzmkarlığınızı artırmalısınız, ikinci həftədə isə riskli işlərdən qaçın. Ümumi yanaşsaq, aprelin bu hissəsi davranışlannızın tənzimlənməsində əhəmiyyətli rol oynayacaq. Təzə dostlar, yeni müttəfiqlər ovqatınızı yüksəldəcək. Ayın yalnız iki təqvimində – 10 və 12 aprel günlərində mübahisəli situasiyalara cəlb oluna bilərsiniz. Sevgi münasibətləriniz Kosmonavtika günündən sonra qaydasına düşəcək.

Ayın ikinci yarısı:
Müəyyən çalarlarına görə gərgin ərəfə olduğundan qarşılıqlı münasibətlər zəminində daha tədbirli və daha ehtiyatlı olmalısınız. Çünki səmimi ünsiyyət qurduğunuz şəxslərlə aranıza girənlər artacaq və hər vəchlə sizi düşmənə çevirmək istəyəcəklər. Başqa şeyə gücünüz çatmasa, heç olmasa sevginizi qoruyun. Bunun üçün 18, 25 və 30 aprel tarixləri daha önəmlidir. Göy qübbəsi bu arada iqtisadi maraqlarınızda hansısa risk etməyin lüzumsuz olduğunu bəyan edir. Əks təqdirdə ciddi problemlərə mübtəla ola bilərsiniz. Aprelin 28-dən sonra şəxsi büdcənizin azalmasına imkan verməyin. Yaxından bələd olmadığınız adamlarla pul sövdələşmələri aparmayın. Fəaliyyətinizdə yenilik etmək üçün 18, 19, 22 və 24 aprel tarixlərindən yararlanın.

OĞLAQ BÜRCÜ

Ayın birinci yarısı:
Peşəyönümlü fəaliyyətdə müəyyən müsbət gedişlərə nail olsanız da, bu ay pulla bağlı hansısa böyük müvəffəqiyyət gözlənilmir. Əksinə, ünsiyyətdə olduğunuz həmkarlarınız tərəfindən maliyyə fırıldaqlarına və ya müflisliyə cəlb oluna bilərsiniz. Hər halda ehtiyatlı olmağınız məsləhətdir. Bütün planlarınızı ikinci dekadaya (11-15 aprel) saxlayın. Şəxsi münasibətlərdə isə təəssüf ki, aprelin 6-na qədər bəzi neqativ hallarla rastlaşa bilərsiniz. Özünüzü təmkinli aparın və hər dedi-qoduya əhəmiyyət verməyin. Əgər çətin məqamlarınızda kimsə sizə arxa olmursa, bu barədə özünüzü qınamayın. Çünki "dünyanın üzü tərsdir” deyirlər. Ailə-sevgi məsələlərinə geniş aspektdən yanaşın. Uzaq səfərləri ayın ikinci həftəsinə salın.

Ayın ikinci yarısı:
Ümumi ovqatınızın aşağı olması bəzi problemlərlə baş-başa qalacağınıza səbəb olacaq. Lakin ölçülü-biçili davranmaqla mövcud situasiyaları xeyrinizə yönəldə bilərsiniz. Ələlxüsus da 23 apreldən sonra şanslarınız birəbeş qat artacaq. Həmin günlərdə aktiv karyeraya qədəm qoya biləcəksiniz. Ciddi gəliriniz olmasa belə, kasıblamayacaqsınız. Qəlbinizdə yer ayırdığınız insanların ümidlərini boşa çıxarmayın. Çalışın ki, davranışlarınızla onlarda özünüzə qarşı rəğbət hissini artırasınız. Bu amil həm dostluq-yoldaşlıq prinsipində, həm də ailə-sevgi münasibətlərində özünü daha qabarıq büruzə verməlidir. Ayın 24-dən sonra hər kəsdən xoş münasibət görəcəksiniz.

SUTÖKƏN BÜRCÜ

Ayın birinci yarısı:
Əgər əsəblərinizi cilovlaya bilsəniz, bu 15 gün ərzində hər kəs tərəfindən böyük rəğbət qazanacaqsınız. Ulduzlar yalançı dostlardan uzaq olmağı, sizə aidiyyəti olmayan pozulmuş münasibətləri aradan qaldırmağa çalışmamağı tövsiyə edir. Əsas enerjinizi məhəbbət amilinə yönəldin. Sevgilinizə qarşı mülayim olun. 13-15 aprel tarixlərini nəzərə almasaq, bu yarım ayın bütün günlərində karyera və biznesdə kifayət qədər irəliləyişə nail olacaqsınız. Yeni işlərə başlamaq üçün ən uğurlu ərəfəniz 5-11 aprel aralığına düşür. Ulduzların yaratdığı bu imkandan yararlanın. Şəxsi büdcəniz nəzərdə tutduğunuz qədər olmasa belə, pulsuz qalmayacaqsınız. Lazımsız məsrəflərə pul xərcləməyin.

Ayın ikinci yarısı:
Qoç bürcünün son gününə qədər (20 aprel) qarşınıza çıxan bütün şanslardan maksimum istifadə edin. İstər fəaliyyətdə, istərsə də şəxsi büdcənizin artırılmasında bütün imkanlarınızı səfərbər edin. Ayın son həftəsində isə yalnız adi işlərin həlli ilə məşğul olmalı, daha çox səhhətinizə fikir verməlisiniz. Aprelin 28-də və 30-da aldığınız işgüzar təkliflərə razılıq verin. Aprelin 20-də, 22-də və 25-də sağlıq durumuzla bağlı problemləriniz gözlənilir. Həmin günlərdə maksimum təmkin nümayiş etdirib hər kəsə xoş münasibət göstərin. Qalan günlərdə isə müxtəlif məclis və görüşlərdə iştirak etməkdən zövq alacaqsınız. Ailə-sevgi məsələlərində hər şey ürəyinizcə olacaq.

BALIQLAR BÜRCÜ

Ayın birinci yarısı:
Aprelin ilk həftəsində istər qohumluq, istər yoldaşlıq, istərsə də sevgi münasibətlərində hansısa perspektivin olacağı ağlabatan görünmür. Odur ki, mülayim münasibət yaratmaq üçün yollar aramalısınız. Sonrakı müddətdə isə hər şey qaydasına düşəcək. Sevdiyiniz şəxsi aldatmayın. Bu ərəfəni istər biznesdə, istərsə də fəaliyyətdə bürcünüz üçün uğurlu zaman kəsiyi hesab etmək olar. Düzdür, göstərilən dekadalarda maddi durumunuz zəif olacaq, lakin fəaliyyətlə bağlı ötən üç aya nisbətən daha böyük uğur qazanacaqsınız. Ayın 10-da və 13-də isə ciddi məbləğdə qazanacağınız mümkündür. Ünsiyyətdə olduğunuz hər adama sirr verməyin.

Ayın ikinci yarısı:
Astroloji göstəricilər aprelin bu hissəsində kifayət qədər maraqlı insanlarla təmas quracağınızdan xəbər verir. Ələlxüsus da 19-22 və 28-30 aprel təqvimlərində əlverişli məqamlarınız çox olacaq. Səmimiyyət üzərində qurulan bu ünsiyyət ovqatınızı yüksəldəcək. Fəaliyyətlə bağlı kifayət qədər irəliləyişlərə nail olacağınız da şübhəsizdir. Hətta iş üslubunda bəzi müsbət gedişlərə də yetişəcəksiniz. Sadəcə olaraq, müttəfiqlərinizlə aranızda yaranmış xırda anlaşılmazlıqlar planlarınızı yubada bilər. Odur ki, ixtiyarınızda olan bu zaman kəsiyində əsas diqqəti bu amilə yönəltməlisiniz. Sevgidə isə müəyyən passivlik nəzərə çarpacaq. Qarşı tərəfin obyektiv fikirlərinə güzəştə gedin.


Şərhlər: 39
Baxılıb: 10154
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
xeyirlisi olsun ne deyim
21 aprel 2015 00:42
# 39
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
gunel123
Dolca
19 aprel 2015 09:11
# 38
leyla_258
insallah bu ay hamimiz ucun ugurlu ve xeyirli olar.
15 aprel 2015 00:44
# 37
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
acisko
Bu ay yaxwi bawliyib menimcun inwAllah belede davam eder.
14 aprel 2015 01:30
# 36
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Antikvar
Allah her birimize komek olsun insallah.
14 aprel 2015 01:20
# 35
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
Rebbim her zaman yanimizda olub komek etsin her zaman uquru bizim kolgemiz etsin insallah
13 aprel 2015 23:19
# 34
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Acigi inanmiram burclere,insallah her sey yaxsi olar. Tereziyem
13 aprel 2015 22:11
# 33
Kadın derin ama adam yüzme bilmiyor...
SENSİZ
terezi burcuyem insallah yaxsi olar
13 aprel 2015 21:57
# 32
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Little girl
Su tokene ele de yaxwi demedi.Inwallah Allahin komekliyi ile her wey yaxwi olar.
13 aprel 2015 20:11
# 31
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
GünƏşimƏ_AiD_
Buga burcuyem.amma is axtariiram tapilsa ela olar..rahatdasaram biraz.heqiqtenen lazumdi mene.burcum yazaydidaa is baresindee pff ((((
Goreydee inssAllah ugurlu geler mene.
13 aprel 2015 19:19
# 30
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Bestoş
Şir bürcü xeyirlisi
13 aprel 2015 19:10
# 29
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
arzum-aysum
bu cur proqnozlara inanmıram
13 aprel 2015 18:32
# 28
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Marta
yoldasimda mende baliqlar burcuyuk xeyirlisi..
13 aprel 2015 18:28
# 27
Немного терпения, и у тебя все получится..
Tomris Müslümova
EKIZLER bele proqnozlara inanmiram,her seyin xeyirlisi
13 aprel 2015 18:02
# 26
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ell.nell
Balıq inşallah yaxşı olar herşey
13 aprel 2015 18:01
# 25
Qlamurr
Rəbbim nə xeyirlidirsə onu nəsib etsin))heç vaxt bürclərə görə plan qurmamışam,qurmuyacamda,xeyirlisi.
13 aprel 2015 17:28
# 24
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Meleknur
tereziyem qroskopa inanmiram amma maraga oxudum tewekkurler
13 aprel 2015 16:39
# 23
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
qanadli melek
Tereziyem burclere o qederde inanmiram.insallah ayinan gununen asili olmayaraq herzaman wansli olariq
13 aprel 2015 16:30
# 22
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Rusi
Inwallah her wey yaxwi olar dua
13 aprel 2015 16:23
# 21
meni_gozle
Qoc burcu...tewekkurler
13 aprel 2015 16:21
# 20
emis
teki hersey yaxsi olsun. mendede ayin evveli elede yaxsi kecmedi deyesen ayin evveli qabaqca verilmisdi indi ayin 2 ci yarisiinda yene verilib. ayin 2 ci yarisina yazilanlara inaniram dusunurem ki ele burda yazildigi kimi olacaq. herkesin isi yag kimi getsin tesekkurler
13 aprel 2015 16:20
# 19
Miss_Angel
twk buga
13 aprel 2015 16:17
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
ayan97
Baliqlar burcuyem tam raziyam ayin evveli pis oldu maddi cetinliklerim oldu amma bu gunlerde stepeniyani buraxacaglar tam raziyam sevgide bextim getirmedi, ve unsiyyetde oldugum her kese sirrimi verirem. Tam raziyam, hec bele duz ciamisfi. Bu gunnem sonra baxag na olacagg...
13 aprel 2015 16:07
# 17
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Melek5
TƏRƏZİ BÜRCÜ

Ayın birinci yarısı:
Ulduzlar hər şeydən əvvəl səbirli və təmkinli olmağınızı təvəqqe edir. Bunu bacarmasanız, bu ilıq bahar ayında fəaliyyət və biznes sahəsində qazandıqlarınızı itirə bilərsiniz. Özünüzdən böyük və təcrübəlilərə qulaq asın və bir də işlə bağlı üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk edin, riskdən uzaq olun. Yalnız bu halda uğurlarınız arta bilər. Amma aprel ayı qarşılıqlı münasibətlər zəminində sizə gərginlik də gətirə bilər. Bu, daha çox maddi problemlərdən irəli gəldiyi üçün günahsız adamları ittiham etməyə çalışmamalısınız. Səbəbləri daha çox özünüzdə axtarın. Sevgi hisslərinə biganə yanaşmaq sizi günaha sürükləyə bilər. Aprelin 3-də sürprizlərə hazır olun.

Ayın ikinci yarısı:
Ulduzların düzümü çox məsul görüşlərdə iştirak edəcəyinizi bəyan edir. Ola bilsin ki, iki rəqib tərəf arasında sülh yaratmaq cəhdində də bulunasınız. Hər halda, savab işinizə görə Tanrı sizi mükafatlandıracaq. Xeyir işlərə başlamaq planlarınızı isə sürətləndirməyə çalışın. Ayın 25-də və 28-də bələd olmadığınız adamlarla dərin ünsiyyət qurmayın. Aprelin bu hissəsində biznes işlərinizin ləng getməsi sizi süstləşdirməməlidir. Çünki qarşıdan gələn isti may ayında paralel olaraq bir neçə istiqamətdə fəaliyyət göstərməyiniz şəxsi büdcənizə də birbaşa təsir göstərəcək. Amma bu müddətdə kiməsə borc vermək və ya almaq fikrinə də düşməməlisiniz. Yeni işlərə başlamaq istəyirsinizsə, mütləq məsləhətləşmələr aparın.

Ne deyek insallah ki yaxsi olar bu ay her birimize amin
13 aprel 2015 16:05
# 16
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Miss_Oxatan
InwAllah bu ay menim en boyuk arzumun reallawmasi ile yadimda qalar.Amin:)
13 aprel 2015 16:04
# 15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Menim balam
Eyyy hemişe eyniyem men düzelen insan deyilem. Nece gelmişem evvelden axıra kimide ele gedecem.
13 aprel 2015 16:00
# 14
WiRiN BaLaM
InsAllah Allahin komekliyi ile yaxsi olar her sey
13 aprel 2015 15:59
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Luna-90
Her sey yaxsi olsun insallah
13 aprel 2015 15:54
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Insallah bu ay ureyimizce olar
13 aprel 2015 15:52
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Qeyd olunan proqnoz çox güman başqa əkizlərə aiddi mənə yox))
Xeyirlisi nədirsə o olsun inşAllah.
13 aprel 2015 15:42
# 10
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz