Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftəlik Bürc Proqnozları 30 Mart – 5 Aprel 2015- ci il
Həftəlik Bürc Proqnozları 30 Mart – 5 Aprel 2015- ci il
Göndərən: NoName
Şərhlər: 24
Baxılıb: 25009
Səs ver:
QOÇ BÜRCÜ– Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki aprelin 1-dən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin. Axı indi "hakim” bürc sizsiniz. Martın 30-nu isə barışıq gününə çevirin.

BUĞA BÜRCÜ- Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa, astroloji göstəricilər ayın 4-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə isə yenidən baxın. Əgər təmkinli olmağı bacarsanız, əsəbləriniz xeyli müalicə olunacaq.

ƏKİZLƏR BÜRCÜ – Bütün işlərinizin qaydasında gedəcəyini bildirən Göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda mənzərəli guşələrdə, təbiət qoynunda sakitləşməyə çalışın. Aprelin 1-də və 3-də sürprizlərin şahidi olacaqsınız və çox güman ki, bu, ayın sonuna kimi ovqatınızı xoş edəcək.

XƏRÇƏNG BÜRCÜ- Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Aprelin 4-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Amma bütün hallarda təşəbbüskarlığı əlinizdə saxlayın.

ŞİR BÜRCÜ- Həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar. Astroloji göstəricilər istənilən uzaq səfəri təxirə salmağınızı məsləhət görür. Aprelin 3-də mübahisələrdən yayının.

QIZ BÜRCÜ – Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da martın 31-də və aprelin 4-də özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalı, qidanıza ciddi fikir verməlisiniz. Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan həmin gün boş oturmayın. Bu həftə istənilən səfəri təxirə salsanız, yaxşıdır. Əks təqdirdə bəzi planlarınız pozulacaq.

TƏRƏZİ BÜRCÜ -
"Nə ətdir, nə balıq” misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir, lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Ayın 2-də varlana bilərsiniz.

ƏQRƏB BÜRCÜ- Aprelin gəlişi hamıdan çox sizi sevindirməlidir. Çünki enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Ailə-sevgi müstəvisində də uğurlarınız artacaq. Sizə verilən sirlərə xəyanət etməyin, ayın 2-də isə mübahisələrdən qaçın – ən azı xoş gələcəyiniz xatirinə.

OXATAN BÜRCÜ – Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftəboyu şad-xürrəm olacaqsınız. Daşınmaz əmlak alqı-satqısını təxirə salın.

OĞLAQ BÜRCÜ – Bütün vacib işlərinizi ayın 2-nə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli, bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyə tələsməməlisiniz. Bazar günü bacardığınız qədər savablarınızın sayını artırın.

SUTÖKƏN BÜRCÜ – Əgər aprelin bu ilk həftəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, bacardığınız qədər evdə az olun. Bununla siz stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olmayıb. Siz də dərinliklərə varmayın.

BALIQLAR BÜRCÜ – Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər analiz qabiliyyətinizi fəallaşdırsanız, həftə boyu ciddi maneələrlə üzləşməyəcəksiniz. Ulduzlar uzaq yola çıxmağınızın əleyhinədir. Yaxşı olar ki, səyyar işlərdən də aralanasınız. Martın 31-də aldığınız işgüzar təkliflərə razılıq verin, amma öz məsuliyyətinizi də dərk edin.


Şərhlər: 24
Baxılıb: 25009
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
ehh hec duz cixmadida hec yaxsi hesne esidmedim hecnede olmadi hemiseki kimi.
7 aprel 2015 00:46
# 24
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nazan
xerceng duzdu
31 mart 2015 23:07
# 23
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
lale.veliyeva19
ayy da goresen ne olacaq qarnima qurd dusdu girl_impossible
31 mart 2015 22:03
# 22
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

angel H-va
Xerceng burcuyem xeyirlisi inwallah bu hefte menim ucun cetin bir heftedir.Allah komeyimiz olsun
30 mart 2015 12:08
# 21
leyla_258
aaaayyyyyyyyy insallah
30 mart 2015 11:24
# 20
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
emis
TƏRƏZİ BÜRCÜ -"Nə ətdir, nə balıq” misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir, lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Ayın 2-də varlana bilərsiniz.


texmin edirem ayin 2 de neter varlanmagimi 08
29 mart 2015 23:25
# 19
Melissa
men qizam oxudum...
29 mart 2015 22:34
# 18
Catwoman666
*XƏRÇƏNG BÜRCÜ- *Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Aprelin 4-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Amma bütün hallarda təşəbbüskarlığı əlinizdə saxlayın

coxxx sevdim bu xeberi. ele men de nedense aprelin 4nu gozleyirem. birce bu hefte de kecseydi.....
29 mart 2015 22:31
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
ekizler ve eqreb heart
29 mart 2015 22:29
# 16
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
Rebbim komeyimizde olsun her gunumuzu ilimizi dahda gozel etsin Amin insallah
29 mart 2015 21:48
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu hefte menimcun esebi ve gergin kecdi umidimiz gelen hefteyedir
29 mart 2015 21:30
# 14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
inwallah yaxwi olar :)
29 mart 2015 21:25
# 13
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
neri
Ayin 2SI VARLANA BILEREM OOOO
29 mart 2015 21:24
# 12
Sert
Gultekin.A
qiz-am twkler.emel ederem
29 mart 2015 20:45
# 11
..
Qlamurr
Rəbbim nə xeyirlidirsə,onu nəsib etsin.
29 mart 2015 20:28
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Rama
dolça.inşallah yaxşı olar.
29 mart 2015 20:07
# 9
Bir gulusu var..deyil varimi yoxumu...dunyani sataram...
Nazan
tewekkurler hec hevesim yoxdu heyata
29 mart 2015 20:05
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
SENSİZ
tereziyem tsk
29 mart 2015 20:04
# 7
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nezka
Əkizlərəm gəl indi aprelin 1-ni və 3-nü gözdə
29 mart 2015 20:01
# 6
İçimi görsən mənə aptek alarsan.
RamiLya )))
qiz burcu -" Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan həmin gün boş oturmayın." 126
29 mart 2015 20:00
# 5
Luna-90
Xercengem.deyilenleri men artiq yasamisam.mistik yuxu o gun gormusdumki prezident bize qonaq gelim.ondanda bir nece gun evvel ziyaretleri gezmisdim
29 mart 2015 19:26
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aliceWOnDer
QİZ burcu...hec də qenayet bexsli olmadı...xeyrlisi insallah
29 mart 2015 19:24
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Gələn həftə səfərə çıxıram, inşAllah xeyirlisi olar..
29 mart 2015 19:23
# 2
sima
gorecikde nolacagnii ama yazilanlardan hecne anlamadim mene aid deyil sankiiii 06
29 mart 2015 19:22
# 1
23.09 25.09 melek melek melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz