Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən yaxşı sevişən bürc hansıdır?
Ən yaxşı sevişən bürc hansıdır?
Göndərən: NoName
Şərhlər: 26
Baxılıb: 28843
Səs ver:
Astrologiya həm özümüzü, həm də qarşı tərəfi anlamaq və daha yaxından tanımaq üçün əvəzolunmaz üsuldur. Bir çox mövzuda olduğu kimi, cinsi münasibətlərdə də astrologiyanın imkanlarından istifadə edərək ağıllı qərarlar vermək olar. Nəzərə alsaq ki, cinsi münasibətlərinizdən zövq almaq üçün tərəf müqabilinizlə biri-birinizi anlamağınız olduqca vacibdir, onda astrologiyanın da əhəmiyyətini anlayarsınız. Məsələn, qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı fərdi proqnoz, sevgilinizin, ya da həyat yoldaşınızın yataqda necə olduğunu öyrənmək üçün bu elm əlverişli ola bilər. İstər inanın, istərsə də, inanmayın, bu məsələdə astrologiya verdiyi məlumatlarla həyatımızı istiqamətləndirə bilərik.

Qoç bürcünün qadınları
Qoç bürcünün qadını hər mövzuda olduğu kimi, cinsi həyatda da liderliyi əldən vermək istəmirlər. Seks onun üçün bir növ məşq kimidir. Qarşısındakı kişini həm həyatda, həm də yataqda sınayır. Bu cazibədar qadının yataqdakı tərəf müqabili atletik bədənli, mərd və dürüst bir kişi olmalıdır.

Qoç bürcünün kişiləri
Seksə çox düşkün olan Qoç bürcünün kişiləri ehtiraslı davranışları ilə qarşısındakı qadını dəliyə çevirir. Bəyəndiyi qadını asanlıqla əldə edir. Seksdə eqoist və kobud davranışları ilə romantik qadınların xəyallarını puç edə bilər. Hər an hər yerdə sekslə məşğul olmağa hazırdır.

Buğa bürcünün qadınları
Buğa bürcünün əlçatmaz görüntüsünün altında olduqca alovlu qadın gizlənir. Yataqda klassik mövqeləri xoşlayır. Yataqdakı oğlanın maraqlı və təsirli olması vacibdir. Tələsik davranmağı sevmədiyinə görə, səbirsiz kişilər ondan uzaq durmalıdır.

Buğa bürcünün kişiləri
Buğa bürcünün kişiləri nə qədər ehtiraslı da olsa, yataqda nəvaziş və sevgi tələb edir. Nəvazişi və sevildiyini hiss etməyi çox xoşlayır. Seksdə yeniliklərə açıq deyil. Klassik mövqelərə üstünlük verir.

Əkizlər bürcünün qadınları
Ağlı ilə diqqət çəkən əkizlərin qadınlarının zəkasını istifadə etmədiyi yeganə yer yataq otağıdır. Seksə adi məşğuliyyət kimi baxır. Seks onun üçün yalnız bir yüngüllük vasitəsidir. Marağını seksə yönəltmək üçün erotik yazışmalar, ya da telefon danışıqlarından istifadə edə bilərsiniz.

Əkizlər bürcünün kişiləri
Əkizlər bürcünün kişiləri seksə oyun kimi baxırlar. Sevgi məsələsində o qədər də sadiq olduğu deyilməz. Çünki müxtəlif qadınlarla fərqli məkanlarda görüşməyi sevirlər. İdeal bədən quruluşuna malik olan və intellektual qadınları unuda bilmirlər.

Xərçəng bürcünün qadınları
Romantik xərçəng bürcü qadını gözəl sözlərdən və zərif toxunuşlardan çox təsirlənir. Yataqda olduqca ehtiraslı olan bu qadın, onu qoruyan kişilərə qarşı çox həssasdır. Onu ehtirasla öpüb, qulağına sevgi sözləri deməyiniz seksə təhrik edir.

Xərçəng bürcünün kişiləri
Qadınlar tərəfindən cəlbedici olan xərçəng kişiləri ana quzusu kimi görünsə də, yataqda olduqca ehtiraslı davranır və tərəf müqabilini çox təəccübləndirir. Yad məkanlarda sevişməkdən xoşlanmaz, özünü evində kimi rahat hiss etməlidir.

Şir bürcünün qadınları
Şir qadını hər kəsin diqqətini çəkir, ancaq o özü, sakit təbiətli bir kişini yatağında görmək istəyir. Tərəf müqabilinin ona heyran olması seks istəyini daha da artırır. Yataqda nəzarətin tərəf müqabilində olmasından xoşu gəlir.

Şir bürcünün kişiləri
Şir bürcünün kişiləri eynilə normal həyatında olduğu kimi, yataqda da əzizlənməyi xoşlayırlar. Yataqdakı tərəf müqabilinin cəlbedici olmasını istəyir. Erotizmi xoşlayır, buna görə üz-üzə sevişmədən daha çox həzz alırlar.

Qız bürcünün qadını
Vasvası qız bürcləri tərəf müqabilinin təmiz və baxımlı olmasını tələb edir. Bəzi qız bürcləri, hətta gigiyena düşkünü olduğu üçün, kiçik problemlərindən dolayı duşda sevişmək istəyə bilər. Vəhşi davranan kişilər əvəzinə, onlarla nəzakətli davranan kişilərə üstünlük verirlər.

Qız bürcünün kişiləri  
Qarşısındakı qadının ağıllı və təmiz olması onu seksə təhrik edir. Eynilə qız bürcü qadını kimi gigiyenik qaydalara düşkündür. Sekslə məşğul olmaq üçün qarşısındakı qadına tam güvənməsi lazımdır. Masaj onu sakitləşdirmək üçün əla vasitədir.

Tərəzi bürcünün qadınları
Tərəzi bürcünün zərif və həssas qadınları yataqda şəfqətli və nəzakətli rəftardan xoşlanır. Yataqda jarqon və söyüşlər yolverilməzdir. Sevişdikləri şərait mütləq qlamur və gözəl olmalıdır.

Tərəzi bürcünün kişiləri
Qadın gözəlliyinə çox fikir verən tərəzi bürcünün kişiləri ancaq gözəl qadınlarla görüşmək istəyirlər. Əks təqdirdə, tərəf müqabilini görməmək üçün qaranlıqda sevişməyə üstünlük verər. Yataqda hakim olmağı sevən tərəzi kişiləri nəzarəti ələ alan qadınlara da "yox” deməzlər.

Əqrəb bürcünün qadınları
Əqrəb bürcünün qadınları yataqda vamp və vəhşidir. Qaranlıqdan xoşu gəlir. Çox ehtiraslıdır. Əqrəb bürcü qadınının ehtirasına təslim olmayan kişi çox azdır. Dəlicəsinə aşiq olduğu kişi ilə məkana və zamana fikir vermədən sevişə bilər.

Əqrəb bürcünün kişiləri
Seks əqrəb kişilərinin həyatının əsas mənasıdır. Hətta ac qala bilərlər, amma sekssiz əsla! Cazibədar hesab etdiyi hər qadınla sevişir. Ancaq aşiq olduğu zaman eyş-işrətdən soyuyur. Sevişməyə hər an hazırdır.

Oxatan bürcünün qadınları
Oxatan bürcünün qadınları seksə əyləncə kimi baxırlar. Hətta bəzən söhbət etməyi seksdən üstün tutarlar. Oxatan bürcünün qadınını sevişməyə yola gətirmək üçün əvvəlcə onunla yaxşı yoldaş olmaq lazımdır. Müxtəlif fantaziyalara "Yox” deməzlər.

Oxatan bürcünün kişiləri  
Oxatan bürcünün kişiləri macəralı və ekzotik şəraitlərdə sevişməyi çox sevirlər. Alovlu ehtirası tərəf müqabilinin yataqda özünü dünyanın ən gözəl qadını hiss etməsini təmin edir. Lakin eşqbaz olduğu üçün ağlı-fikri daim digər qadınlarda olur.

Oğlaq bürcünün qadınları
Oğlaq bürcü altında doğulan qadını ancaq bir kişiyə tamamilə etibar edib ona yatağını açır. İlk vaxtlarda soyuq və məsafəli davransa da, kişiyə inamı artdıqca yataqda daha ehtiraslı qadına çevrilir. Seksdə hakimiyyətin tərəf müqabilində olmasını xoşlayır.

Oğlaq bürcünün kişiləri
Oğlaq bürcünün kişiləri adətən bir qadınla görüşür və etimad etdiyi qadınla eyş-işrət yaşayır. Tərəf müqabilinin tamamilə özünə təslim olmasından xoşu gəlir. Ciddi və yaşca özündən böyük qadınlardan xoşu gəlir.

Dolça bürcünün qadınları
Azadlıqsevər sutökən qadın üçün seksin sərbəst yaşanması lazımdır. Tək gecəlik əlaqələrə də pis baxmır. Monotonluğu xoşlamadığı üçün klassik mövqelərdən tez sıxılır. Yeniliklərə açıq olduğundan qeyri-adi fantaziyaları ilə tərəf müqabilini təəccübləndirir.

Dolça bürcünün kişiləri
Sutökən bürcünün kişiləri yaxşı anlaşdığı və dost olduğu qadınlarla görüşür. Utancaq olduqları üçün bəzən ilk addımı qadın atmalı olur. Sirli və ağıllı qadınlarla görüşməkdən həzz alır.

Balıq bürcünün qadınları
Romantik balıq qadınlarının biri ilə sevişməsi üçün ən vacib meyar o adama aşiq olmasıdır. Seks zamanı kobud və sərt hərəkətlərdən xoşu gəlmir. Tərəf müqabinə qarşı itaətkardır.

Balıq bürcünün kişiləri
Balıq bürcünün kişiləri çox tez-tez aşıq olduğu üçün sevgililəri də daim dəyişirlər. Yataqda hakimiyyətin qadında olması xoşuna gəlir. Göründüyündən daha ehtiraslıdır. Çox sevildiyini eşitmək yataqda onu hərəkətə keçirir.


Şərhlər: 26
Baxılıb: 28843
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
terezi tsk
9 mart 2015 21:27
# 26
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
burcler ne vaxtdan bu cur sozlerde deyir
8 mart 2015 20:13
# 25
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MiRA
men terezi burcuyemmm twklerrrr
7 mart 2015 23:31
# 24
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
qonaqa
Maraqlidie amma menim ucun tezdir. Teşekkürler
7 mart 2015 23:04
# 23
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
leyla_258
tereziyeeeeeeemmm,...
7 mart 2015 15:37
# 22
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ay.dan
men baliqam awkim ise xerceng duz yazilib
6 mart 2015 22:46
# 21
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Wiyinka
Oxatan bürcünün qadınları
Oxatan bürcünün qadınları seksə əyləncə kimi baxırlar. Hətta bəzən söhbət etməyi seksdən üstün tutarlar. Oxatan bürcünün qadınını sevişməyə yola gətirmək üçün əvvəlcə onunla yaxşı yoldaş olmaq lazımdır. Müxtəlif fantaziyalara "Yox” deməzlər.
.....ah bu oxatanlar yokmu))))
6 mart 2015 22:03
# 20
SEVGI DENIZIM
hele tezdi
6 mart 2015 19:12
# 19
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aynur2002
Hele cox tezdi nebilim.
6 mart 2015 19:05
# 18
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Miss_Oxatan
Burclerde de abir heya qalmiyibe sen ol.21esr bunlarada tesir edib,avropa burcleri de pozdu.besdirin aye besdirin,sizin iwiz milletin +18 vezyetlerine tamawa etmek deyil bawqa weylerdi.
6 mart 2015 18:52
# 17
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
acisko
Ekizler- bu haqda nese demek tezdi menimcun hele.
6 mart 2015 18:12
# 16
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
sia
Oglaq heleki bele cinsel heyat yawamiram
6 mart 2015 17:51
# 15
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Menim balam
Yoldaşim haqqında düz qeyd olunub. 122
6 mart 2015 17:41
# 14
BARBI
Ekizlerem heleki cinsel heyatim yoxdu deye bilmerem
6 mart 2015 17:41
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aysel Tatli
wir burcuyem
6 mart 2015 17:40
# 12
Nazan
Xərçəng bürcünün qadınları
Romantik xərçəng bürcü qadını gözəl sözlərdən və zərif toxunuşlardan çox təsirlənir.
6 mart 2015 17:35
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Сладкий Ангел
122 ayy bu bürclərdə nələr olmadi day 122
6 mart 2015 16:53
# 10
.Bir gülüşüm var Sizlərə ömür...
AYKA-ISI
yoldawim xerceng men wir ola biler
6 mart 2015 16:41
# 9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Qlamurr
Biz hər ikimiz tərəziyik....
6 mart 2015 16:22
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
qizlaaaaaaaaarrrr eys_ister nedi??

eys-isret ee bele
6 mart 2015 16:21
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Terezi burcuyem
6 mart 2015 16:11
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Melissa
cox duz yazilib her sey
6 mart 2015 15:57
# 5
naxçıvan balası
Qoç bürcüyem 09
6 mart 2015 15:56
# 4
Tomris Müslümova
ekizlerem ama eqreb kisileri oxudum 09
6 mart 2015 15:09
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
baliqlar burcuyem tam raziyam vavsem heyatdada kobud insanlari beyenmirem…)
6 mart 2015 15:03
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
arzum-aysum
bidenem qiz burcudu, həqiqətən de masaji cox xowlayir
men de eqreb burcuyem. utandim lap
6 mart 2015 15:02
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz