Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsl azərbaycanlı qoroskopu
Əsl azərbaycanlı qoroskopu
Göndərən: guler19
Şərhlər: 41
Baxılıb: 6511
Səs ver:
Qoç
Bu qədim azərbaycanlının bariz nümunəsidir..
Əgər Qoç məmurdursa o bürokratdır,nə qədər istəyir sakitcə verin getsin.Çünki onunla sövdələşmə aparmağa heç bir şansınız yoxdur.Qiymətdə düşməyəcək.
Onunla uzun müddət söhbət etmək bezdiricidir-saatlarla danışa bilər ki onun çeşka mercedesi necə krutoydur,o trenajorda dünən nə qədər məşq edib,ya da Zağulbada qızlar ona necə baxırdı.
Özünün haqsız olduğunu etiraf etməyi qətiyyən bacarmır.Hətta səhv etdiyini açıq aşkar bilsə də.Kimsə ona ehtiyatsızlıq edib desə ki nepravsan,ya da çaşdın ala-vəssalam.Ətrafda nə varsa hamısını məhv etmə arzusu işə düşür.Onu yalnız ağır küt alətlə saxlamaq olar.
Əgər Buta Palasda qızla rəqs etmək şansı yaranıbsa bunu kədər dolu sifətlə qarşılayacaq,çünki ürəyində fikirləşəcək ki bu şans bir də ələ düşməyəcək.
Əgər Qoç məhlə uşağıdırsa onunla söhbət çürütməyin.Əvvəl sizi düz başa düşməyəcək,sonra ilişdirəcək,sonra da sınmış burnunuza baxıb üzr istəyərək deyəcək:Adım Tofiqdir,kim sənə sataşsa de ki Tofiqin dostuyam.
Gənc Qoçlara pul verməyin.Son model Black berry alacaq,səhəri gün peşman olub gedib yenidən İphone alacaq.
Qoç kişilər hər şeydə birinci olmağı sevir,bu alınmayanda depressiyaya düşür.
Qoç qadınlar prinsipial və düzgündürlər.Əgər sizin hansısa eyibiniz varsa o çəkinmədən yaxınlaşacaq və bunu sizin üzünüzə deyəcək,hətta bu barədə zarafat etməyi də unutmayacaq.Paltar sərmək üçün ən üzdə olan ip onundur,Yeni ulduza baxmaq istəyirsə,kişisi isə futbola baxmağa hazırlaşırsa fərqi yoxdur,kişi onunla Yeni ulduza baxacaq.Əgər yeni kofta alıbsa 5 dəqiqədən sonra bu haqda bütün tanışlar biləcək.Bircə dəfə Parisə və ya Antalyaya gedibsə bütün ömrü boyu bundan danışacaq.

Buğa
Bütün Zodiak işarələri içərisində ən azərbaycanlısı.
Çayxanada dostları ilə oturaraq deyəcək ki,bu gün heç,sabah mütləq Guccidən 250 dollarlıq köynəyi alacaq.
Rəfiqəsinə kompliment demək istəsə arıqlamısan deməyəcək.Deyəcək ki,iki ay byndan əvvəl kök idin.Yox?
Çox inadkardır,tündməcazdır,xırdaçıdır.
Xasiyyətcə sakit görünsələr də,əsəbləriylə oynayanda və ya məzələnmək istəyəndə dəli olur.Əgər buğa sürücüdürsə Rəşid Behbudov küçəsində tıxacda qalıbsa bütün zamanı siqnal verərək ətyrafdakıları dəli edəcək.
Onu tələsdirmək və ya nəyəsə məcbur etmək olmaz.Əks halda siz vazasız,lyustrasız,qapısız qalmalı olacaqsınız.Hamısını sındıracaq.
Buğa oğlanlar qıza Facebook-da oturmağı qadağan edəcək,msn sildirəcək və ümumiyyətlə internətdən istifadə etməyə qoymayacaq. Bütün bunlardan sonra da qisqanclıq edəcək,hətta divara vurulmuş Timberlake-in şəklinə görə də dava salacaq.
Buğalar manatın xışıltısından sonra avronun xışıltısını sevirlər.İki km artıq gedərlər təki dönərə 20 qəpik az pul versinlər.Bu xarakterləri onlara biznesdə çox kömək edir.Əgər siz ondan 100 manat borc almısınızsa tez qaytarmağa çalışın,çünki həmin andan sizi öz qulu hesab etməyə başlayacaq.
Buğalar dadlı yeməkləri sevirlər.Lülə kabab,basdırma,hətta dolmanı əla bişirə bilirlər.
Buğa qadınlar güclü şəxsiyyətdir.O həm tək ana ola bilər,həm də qəhrəman ana.Qaynana filmindəki qaynana obrazı –bu onların obrazıdır.Onlar insanlara xoş təəssürat bağışlamağı sevirlər.Qəşəng geyimlərə xüsusi həvəs var.Həm də qəşəng yaşamağa.Pulu sevir,Park bulvarda gəzməyi ,Okeanda oturmağı sevir.
Onun üçün sabitlik əsasdır,əgər külək kimi dəyişkənsinizsə yəqin ki sizə deyəcək:”Azpetrol,yaxşı yol!”

Əkizlər
Məhlədə belələrini söhbətfırladan adlandırırlar.Çünki yalnız onlar qırmızı işıqda keçərək qəza törədib,sonra da sübut edə bilərlər ki hər şeydə günahkar yol polisidir.
Aranı qızışdırmağı sevirlər.Bir kəlmə söz atıb çəkilsinlər kənara.
Öz xeyrinə görə əkizlər fikirlərini asanlıqla dəyişə bilərlər.Deyə bilər ki Ədalət Şükürovun fanatıdır,rocka terpet edə bilmir,Alatoranlıq filmini dünya kino sənətinin şedevri hesab edir.
Hər şeydən başı çıxır,hər işlə məşğul ola bilir.Dahilikdən onları ayıran yeganə səbəb tənbəllikdir.Onlar bütün oktyabrı qalın odeyal altında yata bilərlər,halbuki ayağa durub nəfəsliyi bağlamaq kifayətdir.
O başqalarından yaxşı görür,eşidir,hiss edir.Onları hər şey maraqlandırır-Mekshika körfəzindəki qalapaqos tısbağalarından tutmuş futbol,dəb,dinozavrlar.
Onlar hər şeyi bilir.Əgər siz diskotekada əkizlər oğlanı gətirdiyiniz qzla tanış etmək istəsəniz,əmin olun ki o həmin qızı çoxdan tanıyır və onun haqqında sizin təsəvvür belə etmədiyiniz şeyləri bilir.
Facebook-da 5000 dost yığmağa çalışır,alınarsa BUNDAN VƏHŞİCƏSİNƏ QÜRUR DUYUR
Əkizlər qadının dırnağı sınıbsa,pulunu itiribsə,ya metro kartı işləmirsə onda şaxsey-vaxsey sizə sakitliyin rəmzi kimi gələcək.Burda baş verənləri heç nə ilə müqayisə etmək olmaz.
Həmişə öz aləmində olur,öz evinin həyətində aza bilər.Amma əkizlər qadın həmişə ağıllıdır,müxtəlif məsləhətlər verməyi sevir,hətta bunlardan bəziləri işə yarayır.

Xərçəng
Çox vasvasıdırlar,tez panikaya düşürlər.Barmağına iynə batsın qışqıracaqlar ki ay mama ölürəəəm!Ayağı büdrəsin təcili yardım çağıracaqlar.
Həmişə bir neçə addım irəlini fikirləşirlər.Onlar üçün qəfil heç nə yoxdur.Hətta qapını döyən qışqırırsa ki "Su puluuu”, xərçənglər sakitdir.”Su pulu” çay içmək üçün gəlib.
Təsərrüfatçı kimi görünsələr də əslində yemək hazırlamaqdansa nahara zavod çörəyi,ayran və rolton almaq daha rahatdır onlar üçün.
Ciddi hisslər üçün onlara uzun zaman lazımdır.Ona görə də ikinci görüşdən sonra gözləməyin ki sizə mən səni sevirəm deyəcək.Opüşmək üçün isə 3 ay gözləməli olacaqsınız.Ondan tez alınmayacaq.
Xərçənglər energetik vampirlərdir.O sizə uzun müddət danışacaq ki,Ayka necə pisdir,Sayka ondan da pisdir,o daha yaxşısına layiqdir.Bu şəhər də heç ona layiq yer deyil.Hamı çuşkadır,şəhər də çuşlandiyadır,bircə o yaxşıdır və daha bununla bacara bilmir.
Xərçənglər isterikdir,amma bunu çox vaxt sakitliklə edirlər.Necə deyərləır-kim bilir,qəlbimin ağrısını kim bilir?
Onlar məqsədyönlüdürlər.Əgər qərara alıbsa ki onun Hummeri olmalıdır,onlar Hummerin salonunda acından öləcəklər.
Xərçəng qadınlar tənqidi sevmirlər.Onu tənqid etsələr o Kill Bill-dəki Uma Turmanın qəhrəmanına çevrilir.Qılıncı Tefal və ya Lui Vittondan olan sumka əvəz edir.Amma bununla belə həmişə özünə dəyər verməməkdən əziyyət çəkir,ona elə gəlir ki kifayət qədər qəşəng deyil,kifayət qədər gənc deyil,kifayət qədər ağıllı deyil...Fərqi yoxdur- ağlı BDU-nun riyaziyyat kafedrasının zavkafedrasının ağlında daha yüksək olsa da,özü Butik jurnalının üz qapağında olan qızdan qəşəng olsa da.
Əgər o sizdən inciyibsə onsuz da səbəbini heç vaxt bilməyəcəksiniz.Bu həm ola bilər ki siz onun sevimli müğənnisinə demisiniz ki bu Gaga deyil tovuzquşudur,ya da onun anasına təbrik mesajı yazmağı unutmusunuz

Şir
Şirlər elə bilir ki onlar rəisdir.Bu belə olmasa da onlara deməyin,bu onların "incə ürək”lərini qıra bilər.
Şirlərdə eqo hədsiz yüksəkdir.İstəsəniz ki Şir sizin olsun onu tərifləyin-deyin ki,Bakıda onun kimi ikinci bir full oglan yoxdur,olmayacaq da,o Faiq Ağayevdən yaxşı oxuyur,rəqqasə Fatimədən qəşəng oynayır.
Zənglərə cavab vermirsə ürəkli olun,onu Emporiumda,Həzzdə axtarın.Hardasa oralarda olacaq.
Şirlər pullarının çox hissəsini əyləncəyə və zövqə xərcləyirlər.Hətta yeyib içməkdən,rəqsdən sonra çox vaxt evə piyada qayıda bilərlər,çünki taksiyə pulları qalmayacaq.
Şirlər hər kəsə borc verir,hətta özünün pulu olmayanda başqasından borc alıb kiməsə verə bilər-"kişiyəm yoxsa yox?!”
Şir üçün tamaşaçı çox vacibdir.Onu dinləyin və effekt göz qarşısında olacaq.Fərqi yoxdur nə haqda danışır:məhlədəki razborkadan,12 minə aldığı maşından,Antalyadan,mobil telefondan.Sadəcə qulaq asın.
Şir kişilər çox qısqancdır.Bunu heç vaxt unutmayın.Onsuz hansısa qonaqlığa getmək istəyirsinizsə,yaxşıca yedizdirin,və çoxlu tərifləyin.
Şir sizə deyəcək necə geyinmək lazımdır,saç düzümünüz necə olmalıdır,hansı kitabları oxusanız yaxşı olar,hansı dostlar sizinçün uyğundur...ona vacibdir bilsin ki niyə Mangoda bu qədər vaxt keçirdin,niyə telefonu ilk qudokdan açmadın,niyə telefona onun adını sevgilim kimi yazmamısan.Güzəştə gedin və o sizindir.
Şir qadınlar sentimentaldır.
Bir gün görə bilərsiniz ki,Nabranda keçmiş sevgilisi ilə çəkdirdiyi şəkilləri saxlayır,fanatlarından gələn smsləri silıməyib,məktəbdə yazdığı gündəliyi hələ də oxuyur.Düşünməyin ki, o nə vaxtsa tamamilə sizin olacaq.Sizinlə danışır və sizə yanında olmağa icazə verirsə artıq bu sizinçün şərəfdir.
Əgər tanış olmaq üçün işlətdiyiniz ilk cümlə "salam,necəsən?” olacaqsa o sizə cavab verməyəcək.Bir az fərqli olun.Məsələn:qəşəng qız,sizin səsiniz bulvardakı qağayıların səsi qədər qəşəngdir,sizin gözləriniz Bakı nefti kimi qaradır,ayaqlarınız aeroport yolu kimi düzdür,səsiniz Südabə xalanın bişirdiyi mürəbbələr kimi şirindir.

Qız
O əsl mülkiyyətçidir.Həm də bu lap körpəlikdən onlarda inkiişaf edib-o zamanlardan ki,bələyi açanda yaş əskilərini hətta yumağa götürməyə icazə verməzdi.
Qızlar heç vaxt icazə verməyəcək ki,onların dönərindən bir dişlək alasınız,onların təsbehini bircə dəfə oynadasınız,onların maşınına oturasınız.Münasibətlərdə despotdurlar,sevgililərinə evdən tək çıxmağa belə icazə vermirlər.
Hədsiz təmizkardırlar.Üstlərində hər zaman "kisə” gəzdirirlər.Hər ehtimala qarşı.
Restoranda yeməyə başlamazdan əvvəl priborları spirtlə silirlər.Nadir halda əl ilə görüşürlər.Öpüşməyin adını belə çəkməyin.Çox səliqəlidirlər.Onların evində heç vaxt Röyanın diskinin içərisində meyxana diski  və ya əksinə olmayacaq.Hər şey öz yerindədir.
Gecikməyi sevmirlər.Tıxacda ilişib qalmısınızsa yaxşı olar ki görüşü ləğv edəsiniz,onsuz da gecikmiş halda gəlsəniz burnunuzdan gətirəcək.
Qızlar illərlə gözləyə bilərlər-hisslərinin qarşılığını görmək üçün.Güllər,şokoladlar,yumşaq oyuncaqlarla silahlanıb hücuma keçirlər.Yəqin ki deməyə ehtiyac yoxdur ki,onlar şəhərdəki bütün gülsatanları,romantik kafeləri və parkları tanıyır.
Qızlar nadir hallarda qısqanclığa bəhanə verir.Hətta Qız bürcündən olan oğlan gecəni bir sarışınla bağlı otaqda qalsa da onlar bütün gecəni Kantın fəlsəfəsini müzakirə etməklə keçirəcəklər.
Qız qadınlar səliqə cəhətdən Qız kişilərdən elə də fərqlənmirlər.Bu bürcün zərif nümayəndəsinə aşiq olmusunuzsa gündə iki dəfə üzünüzü qırxacaqsınız,iki dəfə də düş qəbul edəcəksiniz.
Qızlar çox xeyirxahdır.Onunla Malakan bağından keçməyin.Yoxsa hər küçə pişiyinin yanında dayanacaq və onu əzizləyəcək.
Qız qadınlar statistikanı sevir.Onlar həmişə sayır neçə qaşıq şəkər istifadə etdiniz,neçə dolma yediniz,neçə dəfə asqırdınız.

Tərəzi
Mega super giper rasionaldırlar.Romantikliyi beşiyində boğurlar.Qərarsızdırlar.Tərəzi kişi qıza sevirəm deməyi qərara alanacan həmi qız üç dəfə ərə gedir,5 uşaq dünyaya gətirir və nəvələrini görür.
Tərəzilər analiz etməyi sevir.Onlar üçün axşam bulvarda öpüşmək-bu "xüsusi əkilmiş ağac və kolların yanında ağız vasitəsilə mikrob və bakteriyaların dəyişdirilməsi” prosesidir görsəniz təəccüblənməyin.
Əgər siz əqrəbə xoş söz demək istəsəniz-məsələn "siz bu gün çox stilni geyinmisiniz”-o bunu yaltaqlıq kimi qiymətləndirəcək.Əqrəblər sarkazmı sevirlər.Hansısa dostlarla olan party-yə gələndə görsəniz ki hamı ona düşmən kimi baxır,deməli o artqı bu xasiyyətindən istifadə edib-birinə deyib ki onun burnu Abşeron yarımadasına oxşayır,digərinə söz atıb ki,yubkana baxanda məlum olur ki,evdə pərdə qalmayıb,üçüncüyə də deyib ki onun ağlı Gürcüstan kimidir-yaxın.Uzağı fikirləşə bilmir.
Əqrəb qadınlar klasshik sterva obrazını sevirlər.O oğlanı iki saat gözlədə bilər,yalnız ona görə ki o bilsin ki kim evdə kişidir.
Yaxın rəfiqəsinin toyunda gəlinin bokalına gizlincə qarın işlədici tökə bilər,yalnız ona görə ki,o bir neçə il əvvəl qonaqlığa bunun paltarının eynisini geyinmişdi.
Mübahisələrdən prav çıxmaq onun üçün həyat əhəmiyyətli məsələdir,bunun üçün nəyə desən gedə bilər.
Əgər Əqrəb qadın sizi sevirsə təklikdə elə dava edər ki hətta əlinin izi qalar,amma kompaniyada sizi son ana qədər müdafiə edəcək.

Oxatan
Oxatan optimistdir.Hətta Papanində pis məqsədlə toplaşan kütlə ilə əhatə olunsa da yaxşı sonluğa inanacaq,şüarı da bu olacaq "Rebyata davayte jit drujno”
Onun maşınını oğurlasalar,deyəcək ki onsuz da tıxaclardan bezmişdi,maşın nəyinə lazımmış ki.Sözü üzə deyən,səbirsiz,heç bir ədəb ərkan qaydalarını gözləməyi sevməyəndir.Rəisi haqda elə sözlər deyə bilər ki başqaları onu heç pıçıltı ilə də deməyə ürək eləməz.Buna görə də çox vaxt "pis gündə olur”,amma yenə də ayağa qalxmağı bacarır,yeni oblomlara hazır olur.
Oxatanlar həyatda ən vicdanlı insanlardır.Yolda 100 manat tapsa bu barədə qəzetdə elan verdirəcək və gözləyəcək ki pulun sahibi nə vaxt gələcək.
Əgər oxatan məmurdursa deməli bu yeganə növ məmurdur ki rüşvət götürmür.Onlar söhbət etməyi sevir.Hər şey haqda və çox.Çox vaxt tamada və ya reklam agenti olurlar.
Oxatan qadınlar-bunlar müasir amazonkalardır.Düzgün və açıq.Belələri tanışlıq üçün birinci yaxınlaşır,çatda özü birinci yazır,avtobusda və kafedə onun əvəzinə pul ödəməyə icazə vermirlər.Anadangəlmə səmimiliyə və yalanı sevmədiyinə görə oğlanı elə alçalda bilər ki "bişmiş toyuğun da gülməyi gələr”
Oxatan qadınlar avtoritet olurlar.Onların yanında məsləhət almaq üçün həmişə növbə olur.İş seçəndə prestij işlər seçirlər,stilni geyinirlər.Belələrini məhlədə full qız adlandırırlar.

Oğlaq
Planetin ən zəhmətkeş hissəsidir.Oğlaq hər yerdə və hər şəraitdə işləyə bilər.Hətta evdə televizorda bütün səsi ilə Toy olsun gedəndə,yoldaşı paltaryuyan maşını işə salanda,uşaqlar da çex servizi ilə boulinq oynayanda belə o fikrini yayındırmadanHeisenbergin kvant tənliyini həll edə bilər.
Onlarda hər şey planladır.Özünün analoqu olmayan toyunu,Türkiyəyə məzuniyyəti,Zarada şoppingə qədər hər şey.Onların pulu nadir hallarda qurtarır,çünki kənara həmişə qara gün üçün pul qoyurlar.Oğlaqlar metrodakı kassirlər kimi həmişə sakitdirlər.Həm də bütün çətinlikləri keçə bilirlər,Yasamaldakı  211 nömrəli marşrut kimi
Onlar ailəni sevir,amma despotdurlar.Oğlaq kişinin həyat yoldaşı evdə sakit oturacaq,qonaqlara çay gətirəcək,uşaqları tərbiyə edəcək.Bir sözlə "namus –qeyrət”
Oğlaqların yumor hissi heç vaxt olmayıb,ona görə də zarafat edəndə düşün ki hər zaman şapalaq yeyə bilərsən.
Oğlaq qadınlar işdə həmişə uğur qazanır.Bu biznes xanım bilir ki necə,kiminlə,nə qədər danışmaq lazımdır.Belə qadınlardan isterika və qışqırıqlar gözləməyin.Qonşular ona hörmət edir,rəis onunla məsləhət edir.Onlar inadlar və məqsədyönlüdürlər.Çox vaxt onlar ailə saxlayan olurlar.
Hətta oğlaq qadın Xırdalan şossesində tək otaqlı evdə böyüyübsə də kənardakılarda elə fikir yaranır ki o fransız kralının sarayında tərbiyə görüb və özü də zadəgan nəslindəndir.

Dolça
İndividualdırlar.Əgər dolça hesab edirsə ki,idman şalvarını ağ çorabın içinə salaraq küçəyə çıxmaq və ya işdən əvvəl sarımsaqlı xingəl yemək adi haldır-özünüzü yormayın,bunun əksinə onu inandırmağı onsuz da  bacarmayacaqsınız.
Onunla istənilən gözlənilməzliyə hazır olun.O universitetdəki ən kleviy maskanı atıb Göyçayın Yekəxana  kəndindən gətirdiyi Güldəstəyə evlənə bilər.
Onlar hər şeylə maraqlanır,sirləri açmağı sevir.Əsas da o halda ki  sirr barədə heç səs də yoxdur.Onlar Şerlok Holms-ın macəralarını oxumurlar,Çünki kitabın lap əvvəlindən bilirlər ki qatil kimdir.Puaronun detektivləri onun əlindən heç su içməyə də yaramırlar.
Dolçalardan bahalı hədiyyələr gözləməyin-onlar salfetkadan düzəldimiş gülü sizə elə təqdim edə bilərlər ki sanki dünyanın ən qiymətli hədiyyəsidir.
Dolçalar emosional həyəcanları xoşlamır.Həyasızlıq onlar üçün ölümcül günahdır.Hətta öz uşağının doğulmasında elə emosiya göstərir ki Konservatoriyanın qarşısında Hacıbəyovun heykəlinin emosiyası ondan güclü görünə bilər.
Dolça qadınlar çox açıqgözlü və bəsirətlidirlər.Gələcəkdə baş verəcək hadisələri dəqiqliklə görə bilirlər.Orta əsrlərdə belə qadınlar inkvizisiyanın qurbanı olurdu.İndi onların çoxu falçı olur.Özləri isə buna inanmırlar.
Münasibətlərdə uzunçuluğu sevmir.İl yarın kinoya aparıb şokoladlar hədiyyə etməkdənsə ,sadə və əminliklə ona deyin ki "el bilir ki sən mənimsən!”
Ailədə dolça qadın sizi hər zaman eşidəcək,bununla belə hər zaman da öz bildiyi kimi edəcək.Məsələn-ona siqaret çəkməyi qadağan eləsən səninlə mübahisə etməyəcək.Həm də sən bir də onun siqaret çəkdiyini görməyəcəksən.Sənin yanında.Rəfiqələri ilə görüşəndə isə o siqaret çıxaracaq və bunu gizlətmədən edəcək.
Onun dost seçməyi ilə barışmalı olacaqsınız.Onun dostları hər təbəqədən ola bilər.Onu heç vaxt qısqanmayın,bu sizin münasibətlərin sonuna çıxacaq və o "durna kimi uzaqlara uçacaq”

Balıqlar
Balıq kişilər ən xeyirxah və  qayğıkeş insanlardır.Buna görə də onların çayxanada,masaj salonlarında,prokuraturada və demək olar ki hər yerdə tanışları var.Bütün başqa bürclər üçün balıqlar sığınıb keyfiyyətli və uzun müddət ağlaya biləcəkləri etibarlı çiyindir.Ürəyinizdə nə varsa tökə bilərsiniz.Onlar o qədər nəzakətlidirlər ki hər kəs onu qucaqlayıb demək istəyir "qardaşımsan eee”
Balıqlar üçün ailə qurmaq ikinci dərəcəli məsələdir.Onlar elə oğlanlardır ki qayğıkeş anaları hər məclisdə onlara "ev qızı” axtarır,çünki özləri heç vaxt həyat yoldaşı axtarmağı qərara ala bilmir.Özləri isə bir həyat yoldaşı kimi   bacarıqsızdırlar:sabahı düşünməyi bacarmırlar.Onlar aylıq maaşı 2 günə xərcləyə bilər,heç ağlına da gəlməz ki sabah məktəbdə oğlu fond pulu verməlidir,yoldaşına iki ildir palto almağa söz verib,telefon pulunu keçirmədiyi üçün bir həftədir telefon bağlıdır.
Balıq qadınları öz aləmlərində yaratdıqları bir dünyada yaşayırlar.Arzular və ümidlərlə dolu bir dünyada.Onlar günlərlə seriallara baxa bilər,qlamur jurnalları vərəqləyər,Mopassanın və Zolyanın romanları ilə qidalanarlar.
Həyatda konfliktlərdən qaçırlar,mübahisə və davalardan qorxurlar.Ciddi söhbətdən yan qaçırlar.


Şərhlər: 41
Baxılıb: 6511
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_damla_
Əkizlər
Məhlədə belələrini söhbətfırladan adlandırırlar.Çünki yalnız onlar qırmızı işıqda keçərək qəza törədib,sonra da sübut edə bilərlər ki hər şeydə günahkar yol polisidir.
Aranı qızışdırmağı sevirlər.Bir kəlmə söz atıb çəkilsinlər kənara.
Öz xeyrinə görə əkizlər fikirlərini asanlıqla dəyişə bilərlər.Deyə bilər ki Ədalət Şükürovun fanatıdır,rocka terpet edə bilmir,Alatoranlıq filmini dünya kino sənətinin şedevri hesab edir.
Hər şeydən başı çıxır,hər işlə məşğul ola bilir.Dahilikdən onları ayıran yeganə səbəb tənbəllikdir.Onlar bütün oktyabrı qalın odeyal altında yata bilərlər,halbuki ayağa durub nəfəsliyi bağlamaq kifayətdir.
O başqalarından yaxşı görür,eşidir,hiss edir.Onları hər şey maraqlandırır-Mekshika körfəzindəki qalapaqos tısbağalarından tutmuş futbol,dəb,dinozavrlar.
Onlar hər şeyi bilir.Əgər siz diskotekada əkizlər oğlanı gətirdiyiniz qzla tanış etmək istəsəniz,əmin olun ki o həmin qızı çoxdan tanıyır və onun haqqında sizin təsəvvür belə etmədiyiniz şeyləri bilir.
Facebook-da 5000 dost yığmağa çalışır,alınarsa BUNDAN VƏHŞİCƏSİNƏ QÜRUR DUYUR
Əkizlər qadının dırnağı sınıbsa,pulunu itiribsə,ya metro kartı işləmirsə onda şaxsey-vaxsey sizə sakitliyin rəmzi kimi gələcək.Burda baş verənləri heç nə ilə müqayisə etmək olmaz.
Həmişə öz aləmində olur,öz evinin həyətində aza bilər.Amma əkizlər qadın həmişə ağıllıdır,müxtəlif məsləhətlər verməyi sevir,hətta bunlardan bəziləri işə yarayır.
19 avqust 2015 18:21
# 41
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
vipbetul
duz soze ne deyesen
10 mart 2015 22:58
# 40
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
men hemise qerarsiz oluram,oxudum hamisi duz alinibdiirrr,ellerinize sagliiiqqqq.
7 mart 2015 15:35
# 39
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ismayilova ulker
Mən indiyə qədər öz nürcümü oxuyub bu qədər gülməmişdim122
Maraqlı oldu.
6 mart 2015 01:56
# 38
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Nazan
Xərçəng
Çox vasvasıdırlar,tez panikaya düşürlər.Barmağına iynə batsın qışqıracaqlar ki ay mama ölürəəəm!Ayağı büdrəsin təcili yardım çağıracaqlar.
122 122 122
4 mart 2015 20:17
# 37
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
My sun
Tərəzi düzdü təşəkkür.
Məndə bir az hərdəmxəyalam.Dostuna deyirəm səhər sizə gələcəm yada zəng vuracam unuduram23
4 mart 2015 09:15
# 36
Bağışla gözlərim,mən sevdim sən ağladın.
EsmaNur
eeesl azerbaycanli qoroskopu o deqiqe hiss olunur 122
3 mart 2015 21:44
# 35
Nergizz
xerceng burcuyem ama yazilanlardan hecbiri duzgun deyil,eksine hayci kuycu yox hec bildirmeremki haram agryr,burclere inanram ama burdaki xarakter xercengden tamam uzaqdi,sefdi bu,
3 mart 2015 19:59
# 34
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Luna-90
Xercengem düzdü ancaq 2cümleden basqa agriya dozumluyem küycü deyilem
3 mart 2015 19:46
# 33
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ece uslu
gulmeli qoroskopdu
3 mart 2015 00:29
# 32
aziz a
Men ozumden bas acmadime Valah men ara vuran, oz xeyirime arani qatan ves bele deyilem ,tam eksinedi..belkede deyerlerki yaxsi sey yazilan kimi deyirriki tam bizik, menfi xususiyyetler olanda
tekzib edirik.neise..
2 mart 2015 23:52
# 31
Qelbim doludu !!!!
ayan97
Baliqlar kiside deyilen sozlederde mende var burcumu cox sevirem amma hacan oxumusam yazilibki iki defe aile qurur
2 mart 2015 23:09
# 30
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
gulunnn
Elesi duz geldi twk
2 mart 2015 22:42
# 29
MiRA
terezi dogru yazilib twk
2 mart 2015 21:45
# 28
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
Little girl
Dolcalari cox gozel anlatmisiniz.Birebir duzdur.
2 mart 2015 21:22
# 27
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
rəmsə
Buğaları lap təhqir ediblər23
2 mart 2015 20:17
# 26
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
xeyalperest
Ekizler burcu ne qeder gulmeli olsada bir o qederde duz ifade edib 122
2 mart 2015 20:00
# 25
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Sevgi Meleyi
xerceng marqli idi 122
2 mart 2015 19:09
# 24
love love love
my_angel
Facebook-da 5000 dost yığmağa çalışır,alınarsa BUNDAN VƏHŞİCƏSİNƏ QÜRUR DUYUR 122

Amma əkizlər qadın həmişə ağıllıdır,müxtəlif məsləhətlər verməyi sevir,hətta bunlardan bəziləri işə yarayır. 08
2 mart 2015 18:47
# 23
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
krisa
MEN BALIQ BURCU,YOLDASIM XERCENG BURCU.HERDASA UYGUN GELDI.MESELEN MENIM ARZULARLA,UMIDLE DOLU BIR DUNYAM VAR,MEN DAVADAN,MUBAHISEDEN QORXURA,YOLDASIMA DA HARDASA UYGUN GELDI.MESELEN HUMMERI OLMASI,LAP UYGUN GELDI.
2 mart 2015 18:14
# 22
Rusi
Arzular və ümidlərlə dolu bir dünyada.duzdu raziyam
2 mart 2015 17:48
# 21
neri
Terezi hemdemxeyalam ama mesuliyetim var.
2 mart 2015 17:45
# 20
Sert
Menim balam
Bezileri ile razı qalıram. Facebook zad yoxdur mende, olsa moderator olardım.

Əkizlər
Məhlədə belələrini söhbətfırladan adlandırırlar.Çünki yalnız onlar qırmızı işıqda keçərək qəza törədib,sonra da sübut edə bilərlər ki hər şeydə günahkar yol polisidir.
Aranı qızışdırmağı sevirlər.Bir kəlmə söz atıb çəkilsinlər kənara.
Öz xeyrinə görə əkizlər fikirlərini asanlıqla dəyişə bilərlər.Deyə bilər ki Ədalət Şükürovun fanatıdır,rocka terpet edə bilmir,Alatoranlıq filmini dünya kino sənətinin şedevri hesab edir.
Hər şeydən başı çıxır,hər işlə məşğul ola bilir.Dahilikdən onları ayıran yeganə səbəb tənbəllikdir.Onlar bütün oktyabrı qalın odeyal altında yata bilərlər,halbuki ayağa durub nəfəsliyi bağlamaq kifayətdir.
O başqalarından yaxşı görür,eşidir,hiss edir.Onları hər şey maraqlandırır-Mekshika körfəzindəki qalapaqos tısbağalarından tutmuş futbol,dəb,dinozavrlar.
Onlar hər şeyi bilir.Əgər siz diskotekada əkizlər oğlanı gətirdiyiniz qzla tanış etmək istəsəniz,əmin olun ki o həmin qızı çoxdan tanıyır və onun haqqında sizin təsəvvür belə etmədiyiniz şeyləri bilir.
Facebook-da 5000 dost yığmağa çalışır,alınarsa BUNDAN VƏHŞİCƏSİNƏ QÜRUR DUYUR
Əkizlər qadının dırnağı sınıbsa,pulunu itiribsə,ya metro kartı işləmirsə onda şaxsey-vaxsey sizə sakitliyin rəmzi kimi gələcək.Burda baş verənləri heç nə ilə müqayisə etmək olmaz.
Həmişə öz aləmində olur,öz evinin həyətində aza bilər.Amma əkizlər qadın həmişə ağıllıdır,müxtəlif məsləhətlər verməyi sevir,hətta bunlardan bəziləri işə yarayır.
2 mart 2015 17:38
# 19
Aysel Tatli
Wir burcuyem cox gulmeli
2 mart 2015 17:26
# 18
aLoNe AnGeL
baliqlar twk heart

davadan coxxxxxxx qorxuram duzdur agla
2 mart 2015 17:24
# 17
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
SEVGI DENIZIM
Oxatan tamamile dogrudur
2 mart 2015 17:15
# 16
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Wappuw
Ekizler dogrudu))))
2 mart 2015 17:12
# 15
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Baharim ol
Həyatda konfliktlərdən qaçırlar,mübahisə və davalardan qorxurlar.Ciddi söhbətdən yan qaçırlar..duzdu.hec sevmirem dava dalasi.
2 mart 2015 16:55
# 14
Ama yenede
acisko
Ekizler- demek olar coxu duzdu 122
2 mart 2015 16:52
# 13
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Tomris Müslümova
ekizler ne deyiremki raziyam 09
2 mart 2015 16:49
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz