Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə qadınların sirri
Bürclərə görə qadınların sirri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4169
Səs ver:
Hansı bürcdən olan qadına aşiqsinizsə, onun xüsusiyyətlərini oxuyub, addımlarınızı ondan sonra atın.

"Qoç” qadını sevirsinizsə...

Əvvəla, bir məqsədiniz və hədəfiniz olmalıdır. Çalışqan və cəsur olmalısınız. Hər şeyin öhdəsindən gələ bilən kimi bir xüsusiyyətiniz olmalıdır. Yəni asan əldə edilən bir kişi olmamalısınız.

Onu dəstəkləyin, ancaq səhv etdiyində bunu ona birbaşa deyin. Qoç qadınlar dürüstlük və şəffaflığı xoşlayırlar. Nə deyəcəksinizsə birbaşa açıqca deyin.

İddialı bir qadınla olduğunuzu unutmayın. Yeri gələndə sizin acıqlandıracaq da. Aktiv, özü ilə barışıq, sərhədsiz düşünə bilən kişilər onun üçün özəldir.

Yenilikləri izləyin, macəraçı düşünün. Hədəflərində onu dəstəkləyin. Nəyəsə əsəbiləşəndə, üstünə getməyin, sakitləşməsini gözləyin. Ana quzusu olmayın, kimliyinizi ön planda tutun. Onu təzyiq altına salmayın, azadlığına hörmət edin. Öz qərarlarını özünün verməyinə hörmət edin.

Sizə qarşı çıxanda qarşısında əyilməyin, qorxmayın, bunu, nə dərəcədə güclü olduğunuzu sınamaq üçün edir.

İkiüzlü olmayın. Heç vaxt yalan danışmayın, ağıllı bir qadınla olduğunuzu heç vaxt unutmayın.

Sıxıcı bir sevgilidir. Digər həmcinsləri kimi başqa dərdlər haqqında fikirləşmir, karyera arxasınca gedir. Ona görə özünüzü hazırlayın. Sosial fəaliyyətlərinə, dostlarına fikir verin. Özünüzü inkişaf etdirin, illər boyu eyni adam kimi qalmayın. Tutduğunuzu qopardan biri olun. Bu, sizə heyran qalmağına səbəb olacaq.

Kobud davranmayın. Onun azad bir dişi olduğunu, asan ram edilən biri olmayacağını bilin. Şəhvəti eşqin bir parçası olaraq görün, ancaq sadəcə bunun bəs edəcəyini düşünməyin. Həyatda sadəcə eşq üçün yaşayacağını düşünməyin.

"Buğa” qadını sevirsinizsə...

Dişilik xüsusiyyəti güclü olan bu qadını aldatmağı düşünməyin. Əks təqdirdə, nəticəsi faciəli ola bilər.

Baxımlı bir kişi olun, özünüzə qarşı diqqətli olun. Şəhvətə diqqət verin, qadınınızla yaxından maraqlanın.

Mütləq bir işiniz olmalıdır, gəlir sahibi olan kişilər Buğa qadını üçün hər zaman ön plandadır. Sizə sadiq olan bu qadınları başqaları ilə müqayisə etməyin, çünki o çox özəldir. Gözəl bir qadınla olduğunuzu unutmayın. Ona görə davranın.

Narahatlıq yaratmayın, hələ də mübahisə və davalarla onu mat edəcəyinizi düşünməyin.

Geyimi, gözəlliyi, baxımı, özü ilə əlaqəli hər şeyə fikir verin.

Güclü bir kişi olun. Çörəyinizi daşdan çıxarmağı bacaracaq qədər cəsur olun.

Onu qısqandığınızı bəlli edin, ancaq bunu kobud sözlər və ya davranışlarla göstərməyin.

Əlaqənizi ciddi bir şəkildə davam etdirməyə çalışın. Qeyri-ciddi bir sevgi Buğa qadınına uyğun deyildir. Verdiyiniz sözləri tutun.

Kökəlməyinə icazə verməyin, gözəlliyini ondan qabaq fikirləşin.

Lazımsız zarafatlar etməyin, ciddi olun.

Adətlərə fikir verin, onun dəyərlərinə və sahib olduğu şeylərə fikir verin.

"Keşkə həmişə səninlə yaşasam və səninlə qocalsam, səni heç itirməsəm” - deməyiniz sizə olan sevgisini dəfələrlə artmasına səbəb ola bilər. Səmimi, sakit davranın, onunla bir dünya qurun. Planlarınızı onunla birlikdə qurmağa və onunla birlikdə etməyə çalışın. Sizə güvənməyi üçün elinizdən gələni edin. Onu xəyal qırıqlığına düçar etməyin.

Pulunuzun qədrini bilin, amma eyni zamanda keyfiyyətə də fikir verin.

Səbrini tükətməyin.

Onu toxunun, qoxulayın, qucaqlayın və qulaqlarına onu çox sevdiyinizi söyləyin.

"Əkizlər” qadını sevirsinizsə...

Bu qadının ağlına xitab etməyinizi unutmayın. Məntiqli sözlər söyləyin, mədəniyyətinizi inkişaf etdirin, hər sahədə bilgi əldə etməyə çalışın. Məntiqli davranın, harada necə davranacağınızı bilin. Həyata geniş baxın və yaradıcı olun. Hər hansı bir sualın cavabını dava ilə deyil, ağlınızla həll etməyə çalışın.

Sizə heyran olmasını istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin.

Bildiklərinizlə, ağlınızla onu özünüzə bağlamağınız mümkündür.

Azadlığını əlindən almayın, əsasən də marağında olduğu mövzularda onu tənqid etməyin.

Onu dəli etmək istəyirsinizsə, sizinlə maraqlanmasını təşkil edin. Arada bir sirli davranın.

Telefon və ya internet ilə onunla danışmağa indidən özünüzü alışdırın.

Onu çox diqqətlə dinləyin, ancaq özünüz az danışın.

Həvəsli olun, onu canlandırın, əhvalını güclü tutmağa çalışın.

Qardaşlarına, yaxınındakı adamlara heç vaxt qısqanmayın.

Daim danışmağına çalışın. Unutmayın ki, səssiz "əkizlər” heç çəkilməz. Onlara danışmaq yaraşır.

Sizinlə dostluq etməyi, sirlərini paylaşmağı xoşlayan bu qadın, eyni şeyləri də sizdən gözləyir.

Ona təzyiq etməyi düşünürsünüzsə, yanılırsınız.

Səyahətlərdən zövq almağa çalışın, həftəsonları qısa gəzməklər üçün sürprizlər təşkil edin.

Televizor izləmək, film izləmək, son texnoloji aparatları yaxından izləmək bu qadın üçün son dərəcə önəmlidir.

Sakitlik axtarırsınızsa, səhv yolda olduğunuzu göstərər. Aktiv olan bu qadın, sizi necə yola gətirəcəyini yaxşı bilir. Dili ilə, şirinliyi ilə, zəkası ilə əldə edə bilməyəcəyi kimsə yoxdur.

Ayrılmaq istəyəndə nəmli gözlərlə "getmə, nə olar, dayan” deyəcəyini hesab etməyin. O sizə nə qədər güvənməyi bilir. Ayrılıb gedəcək bir adam olub-olmadığınızı o ən başdan bilir.

Təhsil həyatınıza diqqət verin. Bu ağıllı qadın, oxuyan, karyer sahibi adamlardan yetərincə təsirlənir.

Dəyişik əhvalı olan bu qadına lazım olduğunda dəstək olmağı bilin. Ağıllı qərarlar taparaq, onu təsəlli etməyə çalışın.

Sizə sağ ol deyirsə, əlaqəni davam etdirməyi heç vaxt düşünməyin. Çünki buna fikir verməz. Açıq sözlüdür və sizin xoşbəxt olmağınız üçün bir əlaqəni davam etdirməyi heç vaxt düşünməz.

"Xərçəng” qadını sevirsinizsə...

İstiqanlı, dürüst və xoş niyyətli olmağa çalışın. Ailəsinə dəyər verin, ona aid olanlara qiymət verməyə çalışın. Vərdişləri onun hər şeyidir. Onlardan imtina etməsinə çalışmayın.

Həssas olduğu mövzularda zarafat etməyin, tənqid etməyə çalışmayın.

Sədaqətinə heç vaxt şübhə etməyin. Əgər sizi sevirsə, sizə bir ömür boyu sadiq qalacaq.

Adətlərə qarşı diqqətli olun.

Onun duyumu çox güclüdür. Aldatmağa çalışmayın. Axırda möhtəşəm bir qadınla olduğunuzu və həyatınızda birdə bu cür qadınla rastlaşmayacağınızı unutmayın.

Əgər niyyətiniz ciddi deyilsə, onun həyatına girməyin.

Ona elə davranın ki, sizdən ayrılması mümkün olmasın. Özünü güvəndə hissetməsini təşkil edin. Onun dərin duyğularına fikir verin. Diqqətsizliyiniz onu çox incidə bilər.

Ətrafınızdakı adamlar haqqında dediyi fikirlərdə sizə uyğun olmayan nöqtələr varsa, bunları ona sakit bir şəkildə dilə gətirin, onun kimi fikirləşmədiyinizi, ancaq onun fikirlərinə hörmət etdiyinizi deməyə çalışın.

Onun düşməni ilə dost, dostu ilə düşmən olmayın. Xoşlamadığı və danışmaq istəmədiyi mövzularda onu tək buraxın. Müzakirə etməyin.

Qısqanc olan bu qadını şübhələndirəcək hərəkətlər etməyin.

Ailənizə, eynən onun kimi dəyər verin.

Xatirələri, köhnə əşyaları, köhnə həyəti, dostları və bütün keçmişini dəyərli saxlayan bu qadının bütün xatirələrinə hörmət edin.

Səssiz dayanmasına baxmayın. Bəzi mövzularda bir kənara çəkilib, fikirləşə bilər. Belə zamanlarda onun nə fikirləşdiyini öyrənmək üçün məcbur etməyin.

"Şir” qadın sevirsinizsə...

Duruşu ilə, danışıqları ilə, hal və hərəkətləri ilə özünə olan güvəni açıqca meydanda olan bu qadınla birlikdə olmaq, həyatın bir hədiyyəsi olduğunu unutmayın.

Azadlığına hörmət edin.

"Nə edərsən, onu da görərsən” məsəlinə uyğun olaraq, hərəkətlərinizə fikir verin.

Dürüst olun. Heç vaxt yalan danışmayın.

Dostlarınızı diqqətli seçin. Çünki bu mövzuda çox seçicidir. Hər kəslə dostluq etməyinizdən xoşu gəlməyə bilər.

Şir qadın bir şeyə qərar verdisə, bu qərardan onu heç nə çəkindirə bilməz.

Onu hər dəfə əvvəlkindən daha xoş, gözəl görməyiniz mümkündür. Çünki özəldir və asan qarşılanacaq bir qadın deyil.

Xoş niyyətindən heç vaxt sui-istifadə etməyin. Qiymətini bilən bir kişi olmağa cəhd göstərin.

Canlı, nəşəli, enerjili və yaradıcı olmağa çalışın.

Ona bir kraliça kimi davranın. Qüruru ilə oynamağa çalışmayın. İntiqamı qorxunc ola bilər. Evlənsəniz də işləməyinə icazə verin. O, aktiv bir qadındır. Şir bürcündən olan qadınlar güclü kişilərdən xoşları gəlir. İş mövzusunda onu dəstəkləyin, yaradıcılığının ortaya çıxmasında ona kömək edin. Başqa qadınlarla müqayisə etməyin. Çünki, sizin qadınınız onsuzda özəldir. Bunu heç vaxt unutmayın. Kobud davranmayın. Cəsur olun.

Sizdən uzaqlaşanda üstünə getməyin. İnadkar olmayın. Əgər dönmək istəsə, bunu onsuz da edəcək.

Əmr etmək, istəklərini qəbul etdirmək bu qadınlarda ön plandadır. Bu hərəkətlərinə mütləq öyrəşin.

"Qız” qadını sevirsinizsə...

Sevgi mövzusunda bəzən çəkingən və hüzursuz olan "Qız” ın inamını sarsıdacaq davranışlar etməyin.

Hər şeyi təhlil etməyinə səsinizi çıxartmayın. Mübahisə edərkən, əgər səhviniz varsa, bunu qəbul edin. Zəkalı və bacarıqlı bir qadınla bərabər olduğunuzu unutmayın. Zəif olacaqmış kimi ağıl verməyə çalışmayın.

Ağlına xitab etməyə çalışın, çünki onun üçün ağıl duyğulardan daha öndə gəlir.

Dərin düşüncəli və mərd olmağa çalışın. Bir sevgi münasibətində hər cür problemin öhdəsindən gələ biləcək qədər ağıllıdır. Ancaq mənim məsləhətim dava etməməyinizdir.

Sağlığına əsasən diqqət yetirin. Hər hansı bir narahatlığı olanda yanında olun.

Onunla hər mövzuda əlaqədə olmağa çalışın. Aranızda problem varsa, bunu başqalarına deməyin. Əsəblərini korlamayın.

İçindən çıxa bilmədiyiniz problemləri ona danışıb, həll etməyə çalışın. "Sənin ağlına ehtiyacım var” - desəniz, sizə lazım olan dəstəyi verəcək.

Sadiq olun. Aldatdığınız anda əlaqənizi kəsəcək.

Narahat olanda onu rahatlatmağa çalışın.

"Tərəzi” qadını sevirsinizsə...

Ağıllı, hüzurlu bir insan olun. Rahatlığına diqqət verən bu qadına təzyiq etməyin.
Onun gözəlliyini tərifləyin. Sakit davranmağa çalışın. Onunla birlikdə olmağın nə qədər qiymətli olduğunu mütləq ifadə edin.

Aranızdakı problem nə olsa da paylaşmağa davam edin.

Sosial bir insan olun.

Sevgiyə önəm verin, ancaq bir o qədərdə məntiqli olmağa çalışın. Məşhur olan bu qadının daim evdə oturmağını gözləməyin.

Ətrafında bir çox insanın olmağı, özünü yaxşı hiss etməsinə səbəb olacaq. Onun yaxın dostu olun. Sizin ilə dərdləşməyinə çalışın. Əsasən də ilk görüşünüzdə özünüzə olan güvən duyğusunu ön plana çıxardın. "Tərəzi” qadınlar güclü kişilərlə birlikdə olmaqdan böyük zövq alırlar.

Romantik olmağa çalışın. Sevgidə ağılla davranan bu qadın, duyğu dənizində boğulmamağa çalışacaq.

Münasibətinizin əvvəlində sakit olan bu qadın sizə öyrəşməyə başladıqca yavaş-yavaş açılacaq. Ona görə də səbirli olun.

Yalnız qalmağı sevməyən bu qadınları dostlarınızdan uzaq tutmağa çalışmayın.

Onunla birgə edə biləcəyiniz hobbilər qurun, sənətlə bağlı.

"Əqrəb” qadını sevirsinizsə...

Hiss etmə qabiliyyəti güclü olan bu qadını aldatmağa çalışmayın. Əgər sizinlə birlikdədirsə bilin ki, sevdiyi və dəyər verdiyi üçündür.

Qərarlı və güclü, sağlam iradəli olan bu qadının təzyiqlərdən heç xoşu gəlmir.

Özəl olmağa səy göstərin. Çünki "Əqrəb” qadın üçün kişisi ilə olan əlaqələr hər zaman dəyərlidir.

Qarışıq vəziyyət içində qalanda, diqqətinizlə, sevginizlə onu dəstəkləyin, ancaq ona ağıl verməyin. Ona o problemi də həll edəcəyini, güclü olduğunu deyin. Bu qürurla tez zamanda o özünü toplayacaq.

Güclü və qərarlı bir kişi olmağa çalışın. Çünki əqrəb qadınlar hədəfini seçmiş və özünə bir yol seçmiş kişiləri bəyənirlər.

Çox da hissə qapılan biri olmayın. Tam əksinə, nə olsa da ayaqda dura bilən bir adam olmağınız onun diqqətini çəkər.

Onu sevginizlə qucaqlayın. Əgər zəif iradəli, çox romantik, passiv biri olsanız, ona yaxınlaşmayın. Çünki o, birlikdə olduğu insanın qeyri-adi bir insan olmasını istəyər.

Onun axtardığı dəlicəsinə sevə biləcəyi bir kişidir.

Gələcəyini fikirləşən bir kişi "Əqrəb”in gözündə qalxar. Qeyri-ciddi bir sevgi axtarırsınızsa, onun yaxınından da keçməyin.

Ona diqqət verməlisiniz, diqqət verildikcə o parlayacaq.

Onun sizə inanması bir az zaman ala bilər.

"Oxatan” qadın sevirsinizsə...

Aktiv, bilgili, fəlsəfi bir qadın bürcüdür. Bu xüsusiyyətlərə malik bir bürcə sahib olmaq üçün siz də aktiv olmalısınız.

Kəşf etməyi xoşlayan bu özəl qadının mədəni kişilərdən xoşu gəlir. Onu nə qədər diqqətini cəzb etsəniz də, o yenə də öz bildiyini etmək istəyəcək.

Hər görəndə fərqli bir yönünü kəşf etdiyiniz bu qadının içində bir qız uşağı var. Onu hissiz saymayın. Sizə bəlli etməsə də ətrafındakı hadisələrdən təsirlənir. Gülüb keçər, ancaq heç vaxt unutmaz.

Sizi daim sınamağa çalışar.

Elmə önəm verən bu qadın, həyat haqqındakı fikirlərini oxuyaraq, ətrafı izləyərək, əlaqədə olaraq, nəticəyə gələr. Ən azı onun qədər savadlı olmalısınız, yoxsa münasibətiniz heç tutmaz.

O, fərqli insanlarla danışmaqdan, yazışmaqdan, gəzməkdən xoşu gəlir. Heç bir yerdə özünü yad hiss etməz.

Sözləri ilə sizi asan yolla əldə edə bilər.

Azadlığının əldən alınmasına heç vaxt razı olmaz.

Bu qadının içində az da olsa pislik yoxdur. Nə etmək istəsə, onu edər, nə demək istəsə, onu deyər.

Tərs olan "Oxatan” qadınlar əlaqələrində bəzən problem yaşaya bilərlər. Bunu qəbul edirsinizsə, bu əlaqə davam edə bilər. Yox, əgər ikiüzlü olsanız, bunu bilsə, sonu çox pis olar.

Yeni bir dünya kəşf etmək istəyirsinizsə, onda "Oxatan” qadın sizə görədir.

Danışıqlarını diqqətlə dinləyin. Əgər sizi sevirsə, bunu açıq şəkildə dilə gətirəcək. Sevmədisə də bunu da açıq şəkildə deyə bilir.

"Oğlaq” qadını sevirsinizsə...

Güclü "Oğlaq” qadınla birlikdə olmağın ən əsası bu qadın tərəfindən dəstəklənməkdir. "Oğlaq” qadın yoldaşına çox bağlıdır. Əgər sizə güvənibsə, dünyaları ayaqlarınızın altına sərə biləcək qədər ehtirasla sevə bilir. Az müddətli bir əlaqədənsə uzun ömürlü bir bərabərlik istəyər.

Qabiliyyətli olduğunu sizdən eşitmək istəyər. Bacardıqca ona işində və problemlərində dəstək olun. Buna sevinər.

Kişinin güclü və nə istədiyini bilən bir kişi olması onun üçün son dərəcədə əsasdır.

Bir kişidə axtardığı ən əsas xüsusiyyətlər güvənmək, bağlılıqdır.

Qısqanc olan "Oğlaq” qadın birlikdə olduğu adamdan şübhələnibsə, bunu sübut etmək üçün axıra qədər savaşar, tam öyrənmədən əl çəkməz. Əgər sizə güvənirsə, heç bir problem olmaz və sizin onu sevdiyinizdən əmin olar.

Ondan heç vaxt yüngüllük, qeyri-ciddi davranış gözləməyin.

İdarə etməyi, öz əlinizdə tutmağı xoşlayan biri insansınızsa, "Oğlaq” qadın buna heç vaxt icazə verməyəcək. Sizə uyğun olmağa çalışsa da yeri gələndə əmir etməyi biləndir.

Xaricdən baxıldığında sakit olan bu qadın, əsəbiləşsə, hissini həmən dəqiqə göstərəcək.

Verdiyiniz sözləri mütləq tutun. Etmədiyiniz təqdirdə, bilin ki, sizə həmişəki kimi güvənməyəcək. "Oğlaq” qadın evdə bir çiçək kimi sola bilər. O iş həyatında da zövq alır.

Bir məqsədiniz olmalıdır. Bu, oğlaq qadınlar üçün çox vacibdir. Əlaqəniz ciddiləşsə, o, qaranlıq yolda işığınız olacaq.

Ailə qurumunu əsasən qiymətləndirən "Oğlaq” qadın, yoldaşını hər zaman yanında istər. O, təkdir, daim sadiqdir, uzaqlara getməyinizi istəməyəcək.

Hər sahədə olduğu kimi, sevgi sahəsində də ciddi olan bu qadının əldə etmək çox çətindir. Əgər sizi istəmirsə, ona sahib olmağınız heç vaxt mümkün deyil. Ancaq sizə aşiqdirsə, sizi istəyirsə, dünya dağılsa da sizdən imtina etməz. Yüksəlməyiniz üçün əlindən gələni edər.

"Dolça” qadını sevirsinizsə...

"Dolça” qadın hər zaman ağıllıdır. Sizə baxanda görülməsi lazım olanları deyil, gerçəkləri görür. Özünüzü gizlətməyə çalışsanız da, o sizi rahat kəşf edə bilir. Yəni ondan çox da gizlənə bilməzsiniz.

Azaddır. Heç vaxt əyilməz. Sizdən də eyni şeyləri gözləyər. Xəyallara həyatında yer yoxdur.

Həyatdakı yeriniz, məqsədləriniz düzgün olmalıdır. O, heç vaxt adi bir insanla yaşaya bilməz. Seçicidir. Məntiqlidir. Duyğularının əsiri olmaz. Gələcək haqqında pozitiv fikirləşir. Ancaq bu baxışı bəzi hadisələrdə böyüyür və ya azalır.

Bir problem qarşısında tez çarə tapır. Passiv insanlardan xoşu gəlmir. Hər zaman keyfiyyətə diqqət verir. Son moda ilə geyinir.

Dövrə uyğun sevgi qurmaqdan xoşu gəlir. Öz ağlında biri olmasa, münasibət uzun çəkmir.

Gözlənilməyən sürprizlərin qadınıdır. Sizin də onu təəcübləndirməyinizi istəyər. Əgər evə bağlı birisinizsə, "Dolça” qadın bu münasibəti çox da uzun sürdürməyəcək.

Qərarlarını özü almağı xoşlayan bu qadın, idealist, gələcəklə bağlı planları olan bir şəxsiyyətə malikdir. Qəddar biri deyilsinizsə, "Dolça” ilə münasibət qura bilərsiniz.

Nəşəli bir bürcdür. Dostluğa diqqət verən biridir. Əgər siz də bu cürsünüzsə, xoşbəxt bir həyat qura bilərsiniz.

Maddi sahədə çox da diqqətli olmayan "Dolça” qadının xəsis bir kişi ilə heç sözü tutmaz.

Romantikdir. Dərin hislərə malikdir. Dəyişik və fərqli olmağı sevər. Sevgi münasibətinin də bu cür olmağını istəyər. Həyata dair hər şeyi paylaşmağı sevir.

"Balıq” qadın hirsli, tutduğunu qopardan, çəkici və xoş xüsusiyyətləri ilə diqqəti çəkər. Əgər soyuq, məsafəli bir kişisinizsə, sizinlə yola getməsi çox çətindir. Romantikdir. Evinə bağlıdır. Özünü evdə rahat və sakit hiss edər. Ancaq eyni zamanda yoldaşı ilə birlikdə gəzməyi də çox sevir.

"Balıq” qadınların hissləri güclüdür. Ondan nə isə gizlətmək mümkün deyil. Ona görə də onunla dürüst olmaq lazımdır.

Gözəl olan hər şeyi və rahatlığını çox sevir. Cəmiyyət içində diqqəti çəkmək istəyər və özü ilə fəxr edər. İncə ruhludur və sənətə düşkündür.

Qısqancdır və hər şeydə ən yaxşı olmaq istəyər. İstədiyi hər şeyə çatmaq istəyər və bunun üçün də səy göstərər. Cəmiyyət içində nəşəli hərəkətləri ilə diqqəti çəkər. Geyinməyə, bəzənməyə diqqət edir. Həmçinin sizin də özünüzə diqqət etməyinizi istəyər. Baxımsız, özünə fikir verməyən bir adamla birlikdə olmağı mümkün deyildir.

"Balıq” qadın çəkicidir.
Gözəl və zərifdir. Sevgiyə fikir verər və çox romantik hisslərə malikdir. Onun xəyalında yaratdığı bir adam var. Əgər siz o xəyala uyğun deyilsinizsə, o, sarsılacaq.

Astrologiyada "Balıq” bürclərinin özəl bir yeri var. Zamanla kökəlsələr də onların dərilərinin və üzlərini gözəlliyi həqiqətən də asan rast gəlinilən deyil. Məsələn, əfsanəvi aktrisa Liz Teylor "Balıq” idi. İllərcə eyni adamla böyük bir eşq macərası yaşadı. Ayrıldılar, təkrar barışdılar. "Balıq” qadınlar sevdiyi insandan asan əl çəkmirlər. Kiçik bir ümid işığı da onlara yetərlidir. Onlara sahib olmaq üçün sevginizin qiymətini bilməniz lazımdı. O, bunun qarşılığını sizə qaytaracaq...


Şərhlər:
Baxılıb: 4169
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz