Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin keçmişə baxışları
Bürclərin keçmişə baxışları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4380
Səs ver:
Qoç - Onlar üçün keçmişləri hər zaman açıq kitabdır. Keçmişlərində heç bir şeydən qorxmadıqları üçün həmişə açıq söyləyəcək cəsarətə sahibdirlər. Özlərini dərindən yaralamadıqca heç bir xəta beyinlərini uzun müddət məşğul etməz, keçmişi keçmişdə qoyub, yeni mübarizələrə hazır olarlar. Lakin Qoç bürcünə keçmişlə bağlı davamlı sual vermək də bir xətadır, bu onları əsəbləşdirə bilər.

Buğa - Bu bürclər yaxşı başa düşürlər ki, əgər keçmişdə etdikləri böyük səhvlər varsa, bu səhvlər nə olursa olsun, onların başında uzun müddət qalmamalıdır. Bir Buğanın xəta olaraq qəbul etdiyi ən əsas hadisə xəyanətə uğramasıdır. Keçmişdən dərs almağı yaxşı bilirlər, amma yaralarını heç vaxt tamamən bağlaya bilməzlər. Keçmişi xatırlamaz və onlara keçmişi xatırladacaq bir söhbəti həmin dəqiqə dəyişdirməyə çalışarlar. Dərdlərini ətrafa büruzə verməzlər.
 
Əkizlər - Əkizlər keçmişlərini həyatlarının bir parçası olaraq görürlər. Ancaq bunun həyat tərzlərinə təsir etməsinə imkan verməzlər, çünki çox vaxt başları başqa şeylə məşğul olur. Amma bəzi vaxt durduq yerə Əkizlərin davranışları tam tərsinə dönərsə ya da birdən-birə xasiyyətlərində bir dəyişiklik olarsa, bunun altında yatan birinci səbəb, ətrafındakı birinin onlara keçmişdəki bir səhvini xatırlatmasıdır.

Xərçəng - Emosioanal Xərçənglər keçmişlərindən heç cür əl çəkə bilmirlər,keçmişdə problem olan şey indi də problemdir. Xərçənglər pis bir hadisədə olan səhvlərini qəbul edənə qədər, o hadisədə olan hər kəsi uzun müddət günahlandıracaqlar. Lakin ən sonda günah özlərindədirsə, bunu boyunlarına alacaq və keçmişin onlara daha az təsir etməsinə çalışacaqlar.

Şir - Şirlər keçmişin keçmişdə qalmasının tərəfdarı olmalarına rəğmən, münasibətlərində dramı sevirlər. Bərabər olduqları insanlarla davaları zamanı "Sən də eynisən" tipli cümlələr qura bilərlər. Bunu qarşı tərəfə zərər vermək üçün yox, yaşadıqları emosianal yoğunluğu hiss etmək üçün edərlər. Keçmişləri barədə sual verilməsindən xoşları gəlmir.
 
Qız - Qızlar keçmişlərində ən çox səhv buraxan bürclərdir. Bunun səbəbi isə xoş niyyətlərinin
sui-istifadə edilməsi və nə olursa olsun insanlara qarşı hiss etdikləri inamdır. Lakin keçmişdən dərs almaq mövzusunda bir az ağırdılar.
Eyni xətanı bir neçə dəfə təkrarladıqdan sonra dərs alamaq barədə düşünürlər.

Tərəzi - Tərəzilər məntiqli düşünməyi və hər şeyin tarazlıqda olmasını bir məqsəd halına gətirdikləri üçün, keçmişdə yaşadıqlarından dərs alma barədə inanılmaz bacarıqlıdırlar. Hisslərindən çox məntiqi ilə hərəkət edən Tərəzi səhvi bir dəfə edər, onu öz üsulunca həll edər və eyni səhvi təkrarlamaz.
 
Əqrəb - Əqrəblər üçün keçmiş, həyatlarında unutmayacaqları bir dərslər bütünüdür. Onlar keçmişi unutmamağı seçərlər. Bunu eyni insanlarla təkrar qarşılaşdıqları zaman o insanların ona etdiklərini unutmamaq üçün edərlər.
 
Oxatan - Oxatan bürcü keçmişi sadəcə zamanında etdikləri səhvi bir daha etməmək üçün xatırlayırlar. Rəqabəti sevirlər, ona görə də səhv etmələri təbiidir, amma eyni səhvi təkrarlamazlar, yoxsa yarışı uduzarlar. Hansı mövzuda olursa olsun öz etdikləri səhvi ağıllarından çıxarmazlar. Səhvlərini xatırlamaq onları zəiflətməz, əksinə daha güclü edər.
 
Oğlaq - Oğlaqlar keçmişi çox xatırlamazlar. Onlar üçün zamanı gələndə xatırlanacaq tək pis xatirə tipi işləri ilə bağlı olmalıdır. Uğursuzluqlarını unutmazlar, həyatdakı məqsədlərini ilk günkü kimi təzə saxlayarlar.

Dolça - Dolçalar hava elementinin soyuq və kəskin zəkasına sahib olsalar belə, eyni qrupun digər üzvləri kimi keçmişlərini bir rəfə qaldırmazlar. Əvvəllər yaşadıqları hadisələrdən həmişə bəhs edərlər, lakin bunu edərkən həm özləri gülər, həm də başqalarını güldürərlər. Halbuki onlar ağlayan "klounlardır". Pis xatirələri onların canını çox yandırır, lakin onlar özlərini, insanlara həmişə güclü göstərməyə məcbur hiss edərlər.

Balıqlar - Balıqlar bücünün qəlbləri nə vaxt qırılar və onlar bu vəziyyətlərdə necə davranırlar, bunları hamımız bilirik. Balıqlar su elementinin həssasiyyətinə sahib olduqları üçün tez qırılırlar. Bu da onların pis xatirələrinin çox olduğuna işarə edir. Amma onlar bunu özlərinə saxlayırlar. Özlərini incidən şəxslə əlaqələrini tamamən qoparacaq qədər güclü deyillər, lakin işin pis tərəfi onlara edilən pisliyi əsla unutmayacaqları və bağışlamayacaqlarıdır.


Şərhlər:
Baxılıb: 4380
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz