Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə saç rənginiz
Bürclərə görə saç rənginiz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6954
Səs ver:
Burcunuzun xüsusiyyətləri; xarakterinizə və vərdişlərinizə təsir edər. Yaxşı, saç rənginizə təsir etdiyini bilirsinizmi? Beleliklə, bürcünüzə görə sizə ən uyğun saç rəngləri …

Qoç bürcü qadını; hərəkətli, təşəbbüskar və söhbətcildir. Cazibədar, narın və zərif bir bədən quruluşuna malikdir. Cəmiyyət içərisində cazibə və fərqliliyi ilə diqqətləri üzərinə çəkər. Maraqlı Qoç bürcü qadınının saçları üçün qırmızının bütün tonları uyğundur.
 
Buğa bürcü qadını; romantik baxımdan həssas və kövrəkdir. Bir insana dəyər verdiyində onu xoşbəxt etmək üçün əlindən gələn hər şeyi edər. Kənardan soyuq görünsə də kövrək  və yumşaq ürəklidir. Narın Buğa bürcü qadınının saçları üçün sarı və qırmızı tonları uyğundur.
 
Əkizlər bürcü qadını; şən, hərəkətli və enerjilidir. Praktik, ağıllı və maraqlıdır. Düşüncələri davamlı dəyişər bu səbəblə əkizlər bürcü qadınını anlamaq bir az çətin ola bilər. Xarakterini saç rənginə əks etdirmiş Əkizlər bürcü qadınları üçün röfleli və kölgəli saçlar uyğundur.
 
Xərçəng bürcü qadını; evinə bağlı, istiqanlı, dürüst və xoş niyyətlidir. Romantizmi, ailəsini və evini sevər. Vərdişlərindən imtina etməsi çətindir. Romantik Xərçəng bürcü qadının saçları üçün bal köpüyü və açıq qumral rənglər uyğundur.
 
Şir bürcü qadını; özünə güvənər, cəsur, enerjili və şəndir. Simpatik, xoş danışmaları və fərqli görünüşüylə maraqlıdır. Dostluqlarına əhəmiyyət verən, sevgi dolu Şir bürcü qadının saçları üçün açıq fındıq qabığı rəngi çox uyğundur.
 
Qız bürcü qadını; məsuliyyət sahibi, nəzakətli, həssas və detalçıdır. Təmizlik və başqalarının görməməzlikdən gələcəyi detallara əhəmiyyət verər. Xarici görünüşünə əhəmiyyət verən Qız bürcü qadınlarının saçları üçün açıq sarı və kahverengi tonları uyğundur.
 
Tərəzi bürcü qadını; cazibəli, həyat dolu və gözəl bədən quruluşu ilə diqqət çəkər. Ətrafındakı insanlarla gözəl ünsiyyət qurar və bundan həzz alar. Gözəlliyinə əhəmiyyət verən Tərəzi bürcü qadınıüçün qumral tonları uyğundur.

Əqrəb bürcü qadını; baxışlarıyla diqqət çəkər, əzmli, planlı və hissləri qüvvətlidir. Olduğu çevrədə mütləq fərq edilər. Maraqlı Əqrəb bürcü qadını üçün qara ya da sarı kimi rənglər uyğundur.

Oxatan bürcü qadını; cazibədar, ağıllı, mədəni və yumor hissinə malikdir. Həssas və kövrək ürəyi var. Utancaq və tez bezən bir xarakterə malikdir . Nə qədər əsəbləşmiş,incimiş olsa da asanca bağışlaya bilər. Zərif Oxatan bürcü qadınlarının saçları üçün qumral tonlar uyğundur.

Oğlaq bürcü qadını; şən, çalışqan, ehtiraslı xarakteri ilə diqqət çəkər. Məlumat və mədəniyyət zənginliyinə əhəmiyyət verər. Danışmağı sevər. Yeniliklərə açıq Oğlaq bürcü qadınlarının saçları üçün torpaq rəngləri uyğundur.
 
Dolça bürcü qadını; azadlığına düşkün, bacarıqlı və qərarlıdır. Şən və nəşəli bir xarakterə malikdir. Dostluğa böyük əhəmiyyət verər. Həyatı sevən Dolça bürcü qadınları üçün dəqiq qırmızı tonları uyğundur.
 
Balıq bürcü qadını; ehtiraslı, cazibədar, simpatik və mülayim xasiyyətlidir. Romantik  bir quruluşu vardır. Evində olmağı sevər. Girişdiyi hər işdə müvəffəqiyyətli olar. Romantik Balıq bürcü qadınlarıtorpaq tonları uyğundur.


Şərhlər:
Baxılıb: 6954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz