Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər yanvar ayında nə vəd edir? - 2015
Bürclər yanvar ayında nə vəd edir? - 2015
Göndərən: NoName
Şərhlər: 79
Baxılıb: 97318
Səs ver:
Qadınlar.Biz saytı 2015-ci ilin yanvar ayı üçün astroloji proqnozu təqdim edir:
 
 Qoç
 
2015-ci ilin Yanvar ayı Qoç bürclərinin romantik həyatları üçün həyəcan verici ay olacaq. Eşq planeti və eyni zamanda Qoç bürcünün evlilik evinin idarəçisi olan Venera Qoç bürcünün 11 ci evində olacaq və siz insanlarla bir araya gəlib əylənməkdən zövq alacaqsınız. Üstəlik Venera planetini ərköyün Merkuri planeti izləyəcək və Qoç bürcünün ehtiras evində yerləşən Yupiter planeti də sizi hərəkətli olmağa təşviq edəcək. Qısacası siz sevdiyinizlə birlikdə çox gözəl, xoşbəxt bir ay keçirəcəksiniz. Sizin romantik təbiətiniz və eşqbazlıq etməyə istiqamətli olmanız yeni əlaqənizi sona çatdıra bilər. 2015-ci ilin Yanvar ayı siz özünüzü məsuliyyət daşıyacaq biri kimi hiss etməyəcəksiniz, əksinə daha rahat əlaqə istəyəcəksiniz, bütün ictimai və mənəvi qaydalardan uzaq bir əlaqə istəyəcəksiniz. Qoç bürcləri üçün 2015-ci ilin Yanvar ayı ehtimallarla dolu bir ay olacaq. Qoç bürclərinin karier evinin idarəçisi olan Saturn planeti yaxşıca dəstəklənir və Günəş də düz bu evdən keçməkdədir, sizin işlərinizə işıq tutacaq və sizi çələng və alqışla mükafatlandıracaq. Merkuri və Venera planetləri sizə şöhrət gətirəcək, sizi qrupunuza inteqrə edəcək və lazım olduğu zaman başqaları sizə kömək edəcək. Bəzi proyektlər dəstəkləniləcək və digərləri isə gələcəkdə ilk dəfə olaraq ortaya çıxarılacaq. 2015-ci ilin Yanvar ayının ilk həftəsi yaxşı şans sizin tərəfinizdə olacaq və ayın ikinci yarısı daha gizli olacaq. 2015-ci ilin Yanvar ayı siz yaxşı pul qazanacaqsınız, lakin diqqətli olmanızda fayda var çünki sizdə pulu boşuna xərcləmə vərdişi var, ayın ikinci yarısı partnerinizin maliyyə işlərində bank işlərində və ya borclarda yanlış başa düşülmə olacaq. 2015-ci ilin Yanvar ayının birinci yarısı Qoç bürcləri yorulmayacaq və güclü bünyəyə sahib olacaqlar. Ayın ikinci yarısı sizin enerjiniz görünər şəkildə azalacaq, lakin sizin hələ işlərinizi yerinə yetirmək üçün lazım olduğu qədər enerjiniz olacaq. Lakin yoluxucu xəstəliklərə tutulma, zəhərlənmə, əzələ problemləri və ya yanma təhlükəsi ilə qarşılaşma riskiniz olacaq. Diqqətsizlik bütün bunlara səbəb ola bilər.

Buğa
2015-ci ilin romantik əlaqələrinə gəlincə Buğa bürclərinin bunun üçün yüksək nizamları olacaq, xüsusilə ayın birinci yarısı. Partnerinizden gözləmələriniz çoxalacaq, yaxşı mövqedə olan və şöhrətə  sahib olan insanlarla əlaqə içinə girəcəksiniz və sizin romantik həyatınız ictimai və professional həyatınızla birləşəcək. Partnerinizin əhəmiyyətli bir şeylə məşğul olacağı və sizin müvəffəqiyyətə çatmanız üçün sizi dəstəkləyəcəyi mümkündür. 2015-ci ilin Yanvar ayının ikinci dövrü Buğa bürcləri üçün daha çox romantik bir ay olacaq, Buğa bürcünün evlilik evinin idarəçisi Mars planeti ilə Neptun planeti birləşəcək və əlaqənizin xəyal qırıqlığı ilə nəticələnmə riski çox yüksəkdir. Naməlum, hiyləgər və ya ümidsiz vəziyyətlərdən uzaq qalmanız tövsiyə olunur.  Buğa bürcünün əlaqələri ilə maliyyə vəziyyəti arasında mənfi müdaxilələrin yaranması mümkündür. Buğa bürcləri üçün ən mükəmməl dövr müvəffəqiyyət və bacarığın təsdiq olunduğu dövr olacaq! 2015-ci ilin Yanvar ayının ilk dövrü Buğa bürcünün karieri bu bürcün karier evində reallaşan Venera- Merkuri birləşməsi tərəfindən yaxşıca dəstəkləniləcək və yaxşı əlaqə üçün iki planet də sizin karier evinizin idarəçisi ilə birlikdə karier evində olacaq. Siz ümumiyyətlə öz taktikalarınızla, düşüncələrinizlə, intellektual performansınızla və əlaqəyə girmə bacarığınızla gözə dəyəcəksiniz. Sizin cazibədarlığınız, zərifliyiniz və ictimai bağlarınız inkişafınıza təsir edəcək. 2015-ci ilin Yanvar ayının ikinci dövrü müvəffəqiyyət üçün fürsətlər doğulacaq, Buğa bürcünün karier evi Günəş tərəfindən işıqlanacaq və siz tək öz gücünüzə güvənəcəksiniz və başqa insanların vədlərinə inanmayacaqsınız. 2015-ci ilin Yanvar ayı Buğa bürcünün maliyyə problemləri ilə əlaqəli hər hansı bir mövzuda sağlam fikir lazımdır. Ayın ikinci dövrü zərər, aldatmaca,  və ya itki təhlükəsi daha çox olacaq. Siz ümumiyyətlə yaxşı bir zehni və fiziki görünüşə sahib olacaqsınız. İlk 20 gün Günəş sizi dəstəkləyəcək, Mars isə sizi ayın ikinci yarısı dəstəkləyəcək və Venera Buğa bürcünün idarəçisi 2015-ci ilin Yanvar ayı boyunca güclü, sabit mövqedə olacaq.  Venera bir azcıq fəsad etməyə meylli olsa da, bunu zərər vermək üçün etməyəcək. Yanvar ayının son günləri xüsusilə 27 Yanvardan sonra Buğa bürcünün sağlamlığı zərər görə bilər, bu səbəblə özünüzə diqqət yetirməniz lazımdır.

Əkizlər
Əvvəlki ayın sonuna doğru Əkizlər bürcü insanları daha dərin və daha ciddi əlaqələrin olacağı həyat dövrünə addımlayacaqlar. 2017 ci ilin sonuna qədər siz analiz tələb edən fərqli vəziyyətlərdən, seçkilərdən və qərarlardan keçəcəksiniz. Bu dövrün sonunda əlaqələrdən nə istədiyiniz, partnerinizden gözləmələriniz, nələri təklif etdiyiniz və cütlər arasında məsuliyyətlərin necə paylaşılacağı və sair sizə aydın olacaq. Əkizlər bürcünün evlilik həyatı sabit, uzun vədəli proyektləri daşımaq üçün uyğun olacaq. Əgər təksinizsə, yeni əlaqə indi ortaya çıxa bilər və davam etməsi gözlənilir. 2015-ci ilin Yanvar ayının son dövrü sizə gərginlik gətirəcək, əgər ona zarafatla yaxınlaşsanız, öhdəsindən gələ bilərsiniz. Əkizlər bürcünün karier evinin idarəçisi olan Yupiter Aslan bürcündə olacaq və Saturn, Uran və Ay düyünü ilə yaxşı əlaqələr içində olacaq. Siz müvəffəqiyyət qazanma arzusu içində olacaqsınız və güclü olacaqsınız hətta əhəmiyyətli fürsətləri tutma riskiniz də olacaq. Əkizlər bürcünün idarəçisi olan Merkuri sizin yüksək təhsil, mədəniyyət, səyahət evinizdə uzun müddət(5 Yanvar/ocaq-13 Mart 2015) qalacaq, bu mövzular indi əhəmiyyət qazanacaq, üstəlik Yanvar ayının 12 nə qədər Mars Merkuri planetinin tərəfində, 3 və 7 Yanvar/ocaq aralığında Venera planeti Merkuri tərəfində və 2015-ci ilin 20 Yanvar/ocaq tarixindən etibarən isə Günəş bu planetin tərəfində olacaq. Hansı sahədə şansın və mübarizənin olacağı aydındır. 2015-ci ilin Yanvar ayının ikinci dövrü Mars və Venera planetlərinin Əkizlər bürcünün karier evində Neptün planeti ilə birləşməsi qarışıqlığa səbəb olacaq lakin eyni zamanda həvəsləndirici və uyğun bir səyahətə də səbəb ola bilər. Maliyyə baxımdan Əkizlər bürcü insanlarının elmli və sağlamfikirli olması lazımdır. 2015-ci ilin Yanvar ayı Əkizlər bürcü insanları mükəmməl bir quruluşa sahib olmayacaqlar. Amma onların yaxşı ruh halı və optimist fikirləri olacaq. Enerjili olduğunuz üçün gücünüzü ağıllıca istifadə edin. İmmun sisteminizi qüvvətləndirmək üçün vitamin istifadə etsəniz, sizə zərər verməz, ifratdan qaçının. 2015-ci ilin Yanvar ayının ikinci yarısı sağlamlıq problemi ortaya çıxa bilər, bu səbəblə özünüzə diqqət yetirməniz lazımdır.

Yengəc (Xərçəng)
Pluton planetinin səbəb olduğu enerji konsentrasiyasına əlavə olaraq Yengəc bürcünün evlilik həyatı mövzusunda edəcəkləri var və Günəşin bu bürcdən keçişi və tam ay bu mövzuda sizə köməkçi olacaq. Yengəc bürcünün evlilik həyatı 2015-ci ilin Yanvar ayı həssas mövzu olacaq, çünki siz buna çox əhəmiyyət verirsiniz, hər şeyin çox yaxşı olması üçün çalışırsınız bu da hər şeyin sizin arzuladığınız kimi olmadığını göstərir. İş, öhdəçilik və maliyyə eyhamları sizi əlaqənizə təzyiq etməyə istiqamətləndirəcək və nəticə xəyal qırıqlığı ilə bitəcək. Digər tərəfdən çox kədərlənəcəksiniz və kədərdən saçlarınızı yolacaqsınız. 2015-ci ilin Yanvar ayının ikinci yarısı Yengəc bürcləri üçün birinci yarısından daha həssas olacaq. 2015-ci ilin Yanvar ayı maliyyə baxımdan Yengəc bürcləri üçün əhəmiyyətli olacaq. Yengəc bürcünün pul evləri Yupiter, Mars, Venera, Merkuri və Günəşin keçişi səbəbiylə davamlı enerji axınına uğrayacaq. Beləcə yeni gəlir qaynağı tapmağa, sığortaya istiqamətli xüsusi maraq yaranması mümkündür. Hərəkətlərinizə diqqət yetirin, işlərinizi yoluna qoyun çünki Merkuri planeti geri gedəcək və bu da bir sıra problemlərə gətirib çıxaracaq! Bundan başqa hər şey yolunda gedəcək və digər aylardan daha çox qazanacaqsınız və sizin proyektin işə yaradığı açıq-aşkar ortada olacaq. 2015-ci ilin Yanvar ayının ikinci dövrü Yengəc bürcü insanları üçün intizam, gerçək və ayıq olmaq tövsiyə olunur. Uzaq məsafəli iş əlaqələrində, səyahət edərkən, işlərdə və mədəni işlərdə ayıq olmanız lazımdır. 2014-cü ilin Dekabr ayının sonunda Saturn planeti Yengəc bürcünün xəstəliklər evinə girir və orada 2017-ci ilin Dekabr ayına qədər qalacaq. Bu dekabrda sağlamlığınıza laqeyd yanaşmamalısınız və hər hansı bir problemi tam ciddiliklə müayinə etdirməniz lazımdır. 2015-ci ilin yanvar ayı Yengəc bürclərinə ifratdan qaçınmaq və ayı ikinci dövrü sağlam fikirli və ayıq olmaları tövsiyə olunur.

Aslan
2015-ci ilin Yanvar ayı Aslan bürcünün evlilik evi çox canlı, şən olacaq. Onun qapıları Mars, Venera, Günəş və Merkuri planetlərinə geniş açıqdır, bu planetlər uyğun zamanlarda evlilik evinə girib çıxacaqlar. Və Merkuri planeti sizin evlilik evinizi tərk etdikdən sonra sıradakı evə girmək yerinə qərarını dəyişdirərək bir daha geri dönəcək. 2015-ci ilin Yanvar ayı bu səbəblə ehtiraslı, isti ay olacaq, güclü romantik ruh halı və ya başqası ilə əlaqə içində olmaq üçün güclü arzu və istək doğulacaq içinizdə siz tək bu insanla duyğularınızı deyil hərəkətlərinizi və proyektlərinizi də paylaşacaqsınız. Əlaqə Aslan bürcünün evlilik həyatının bir küncündə olacaq: bu hər şeyi birləşdirəcək və hər şeyi ayıracaq, amma bu sizə tələ də qura bilər. Nə və nə qədər şey söyləyirsiniz və mesaj və maildə nə yazırsınız, bu mövzuda diqqətli olun! Doğru zamanda təhlil edilməyi gözləyən köhnə işlər müzakirə mövzusu olacaq. Pul və dostlar Aslan bürcünün evlilik həyatına hər zamankindən daha çox təsir edəcək. Aslan bürcündə yerləşən Yupiter Saturn və Uran tərəfindən dəstəkləniləcək və siz 2015-ci ilin ilk dövrü böyük işlər edəcəksiniz. 2015-ci ilin Yanvar ayı Günəşin Aslan bürcünün iş evindən keçməsi sizi məşğul  edəcək və sizə professional keyfiyyətinizi göstərmək üçün fürsətlər təqdim edəcək və sizi göz qarşısında tutacaq. İş həyatınızda azadlığınız olacaq və siz öz bacarıqlarınızdan  mükəmməl bir şəkildə istifadə edəcəksiniz. Müştərilər və məsləhətçilər ön planda olacaq və iş yoldaşlığının 2015-ci ilin Yanvar ayı boyunca Aslan bürcləri üçün xüsusi bir əhəmiyyəti olacaq. Yeni kontraktların və təkliflərin ortaya çıxması mümkündür, lakin siz çox diqqətli olmalısınız çünki hər şey heç də göründüyü kimi olmaya bilər. Pul mövzusunda maksimum diqqət lazımdır! Qarışıqlıq, gecikmə və ya zərər riski var. 2015-ci ilin Yanvar ayı Aslan bürcünün sağlamlığı maraq mövzusu olacaq, xəstəlik riski bu dövr çox yüksək olacaq və siz tibbi araşdırma, müayinə ilə məşğul olacaqsınız. 2015-ci ilin Yanvar ayı bəzi kiçik problemlərlə məşğul olmanız üçün uyğun dövrdür. Diqqətli olun özünüzü qoruyun!

Qız
2015-ci ilin Yanvar ayı Qız bürcünün romantik həyatı əsrarəngiz və ziddiyətli olacaq. Digər tərəfdən Qız bürcünün əlaqələr evinin idarəçisi rahat, xüsusi atmosfer seçir, bir azcıq sirli mühit istəyir və Qız bürcünün evlilik planeti Venera da kölgədə olacaq. Digər tərəfdən Günəş Qız bürcünün eşq və ehtiras evində olacaq və sizi ehtiraslı davranmağa məcbur edəcək və Mars planeti də Qız bürcünün evlilik evinə girəndən etibarən 2015-ci ilin 12 Yanvar tarixindən sonra eyni meyli göstərəcək. Qız bürcünün romantik və cinsi gücü xeyli yüksək olacaq, lakin hərəkətləri nizamsız, naməlum və ya hətta xəyal qırıqlığı ilə tamamlanacaq. Hiyləgər şeylərə qarşı çox da həvəsli olmamağa diqqət yetirin! 2015-ci ilin Yanvar ayı boyunca Qız bürcünün şəxsi həyatı iş həyatı ilə sıx bağlanacaq. Bəlkə də siz partnerinizlə birlikdə hər hansı bir proyekt üzərində çalışacaqsınız. 2015-ci ilin Yanvar ayı Qız bürcləri üçün professional mənada uyğun ay olacaq. Qız bürcünün idarəçisi olan Merkuri Qız bürcünün iş evində olacaq və burada hər zamankindən daha çox zaman keçirəcək, çünki geri getməyə də burada başlayacaq. Qız bürcünün diqqəti çətinliklə irəliləyən və ya təşkil edilməsi lazım olan bəzi əhəmiyyətli işlərə fokuslanacaq. Bəzi köhnə iş proyektləri yenidən ön planda olacaq. Hər halda Venera planetinin Qız bürcünün iş evində olmasından etibarən siz bəlkə də etdiyinizdən məmnun olacaqsınız. 2015-ci ilin Yanvar ayı komanda işi Qız bürcünün ilk seçimi olacaq. Lakin əməkdaşlıq, iş yoldaşlığı sakit və gəlirli olacaq: onlar müqavilə bağlayacaqlar, xüsusilə maliyyə razılaşmaları müsbət olacaq. 2015-ci ilin Yanvar ayı Qız bürcünün sağlamlığı üçün daha gözəl aydır. Birdən çox planet Qız bürcünün xəstəliklər evində məşğul olacaq və onların arasında Merkuri planeti də vardır (Qız bürcünün idarəçisi) ki, o da eyni zamanda geri getməyə başlayacaq. 2015-ci ilin Yanvar ayının ikinci yarısı iti Mars planeti Qız bürcünün xəstəliklər evinin idarəçisi ilə gərgin əlaqə içində olacaq və əsla etibarı təzələməyəcək. Sizə tövsiyəmiz, özünüzə diqqət yetirməniz və hər hansı bir nizamsızlığı ciddi araşdırmanızdır.

Tərəzi
Tərəzi bürclərinin eşq evi 2015-ci ilin Yanvar ayı da aktiv olaraq qalacaq. Tələskən Mars 12 Yanvara qədər sizə canlılıq və ehtiras verməyə davam edəcək və başdan çıxardıcı Venera 3-27 Yanvar aralığında sizə əlavə həssaslıq verəcək. Üstəlik Tərəzi bürcünün eşq evində 5 Yanvar 2015 tarixindən etibarən ərköyün Merkuri olacaq. Belə bir dəstəkçilər qrupu ilə Tərəzi bürcünün romantik həyatı güc və rəng qazanacaq. Eşqbazlıq, başdan çıxarma və maksimum erotik yaradıcılıq zamanıdır. Partnerler arasında yaxınlıq indi böyüyəcək və ya vəziyyətə görə yeni bir eşq yarana bilər. Bu şən romantik atmosfer ayın ikinci yarısı pozulacaq, partnerinizin bəzi öhdəçilikləri və ya sağlamlıq problemlərinin ortaya çıxması buna səbəb olacaq. 2015-ci ilin Yanvar ayı Tərəzi bürcü insanlarının səbir tələb edən işlərlə məşğul olması üçün çox yaxşı olacaq, həm də yazılarda, diqqət tələb edən yaradıcı işlərdə müvəffəqiyyətli olacaqlar. Bu çərçivədə köhnə proyektlərə geri dönməniz mümkündür. Nə edərsinizsə edin 2015-ci ilin Yanvar ayı sizin kifayət qədər xammal və vəziyyətiniz olacaq. Əgər müvəffəqiyyətə çatmaq istəyirsinizsə, hərəkətə keçməniz, nizamlı işiniz, səmərəsiz işlərə və əyləncəyə zaman ayırmamalısınız. Professional səviyyədə 2015 ili Tərəzi bürcünün karier evinde 5 Yanvarda Tam Ayın olması ilə başlayacaq və 12 Yanvardan etibarən sarsılmağa başlayacaq. Əməkdaşlıq və komanda işi bütün Yanvar ayı boyunca Tərəzi bürcünün işləri arasında ən zirvədə olanı olacaq. Maliyyə baxımdan Tərəzi bürcləri 2015-ci ilin Yanvar ayının ikinci yarısı tətikdə olmalıdırlar. Tərəzi bürcünün xəstəliklər evində Mars planeti ikinci on günlükdə Neptün planeti ilə və ayın sonuna doğru Tərəzi bürcünün idarəçisi Venera planeti ilə birləşir və problem yarana bilər. Birinci olaraq xəstəliklərə tutulmaqdan, infeksion xəstəliklərdən, zəhərlənmədən qaçınmalısınız. Problemlər hər istiqamətdən gələ bilər. Özünüzə diqqət yetirməniz tövsiyə olunur, risk və ifratdan qaçının. Həkimə gedin və əhəmiyyətli olduqda ikinci seçki haqqınızı da istifadə edin!

Əqrəb
İndi hər zamankından daha çox sizin gizliliyə və təhlükəsizliyə ehtiyacınız var, siz bunu ailənizdə, evdə, etibarlı və isti bir insanda, xüsusi və rahat bir mühitdə tapa bilərsiniz! Nostaljik duyğular sizə əzab verəcək, köhnə sevgilinizin xatirələri sizə əzab verəcək. 2015-ci ilin Yanvar ayının ikinci on gündəliyi iqlim yumşalacaq: Mars Əqrəb bürcünün eşq evinə girəcək, cinsi instinktinizi, romantik həssaslığınızı artıracaq. Siz sehrli anları yaşayacaqsınız, lakin ideal olmağa doğru istiqamətlənirsiniz! Ağılsız davranışlar sərgiləyə bilərsiniz, sizə təsir edən, xüsusiyyətsiz insanlara və ya fikirlərə etimad edəcəksiniz. Eşqi açıq qollarla qarşılayacaqsınız, lakin eyni zamanda gözlərinizi geniş açmanız lazımdır! Yupiter, Uran və Saturn Əqrəb bürcünün karierini güclü bir şəkildə dəstəkləyəcək. Ümumiyyətlə etdiyiniz işlərdə müvəffəqiyyət qazanma şansınız yüksək. 2015-ci ilin Yanvar ayı ümumiyyətlə intellektual işlər, əlaqə, səyahət və yığıncaqlar üçün uyğundur. Qaynaqlarınız bol olacaq və yeni işlərə başlayacaqsınız, fərqli proyektlərlə məşğul olacaqsınız. Evdən iş görəcəksiniz və ailənizi dəstəkləmək üçün gəlir təmin edəcəksiniz. Mal mülk, torpaq və ya daşınmaz mal varlığına qarşı sizdə maraq yaranacaq və siz təmir və digər işlərlə məşğul olacaqsınız. 2015-ci ilin Yanvar ayının 12 sindən sonra Əqrəb bürclərinin yaradıcı tutumu və hisslərini ifadə etmə gücü açıq aşkar olacaq. Maliyyə baxımdan qazancın kifayət qədər olmasına baxmayaraq ayın ikinci yarısı səhv başa düşülmə və zərər riski olacaq. Enerjiniz çoxalacaq və sizin bu enerjini intizamlı bir şəkildə istifadə etməniz lazım olacaq. İndi idman əvvəlkindən daha çox sizə lazım gələcək, bunu müxtəlif şəkildə piyada gəzərək, bağçada işləyərək və ya rəqs edərək  edə bilərsiniz. Səy və istirahət arasında balans yaradacaqsınız və istirahət etmək üçün zamanınız olacaq. Əgər sağlamlıq problemləri ortaya çıxarsa, onları görməməzlikdən gəlməyin və laqeyd yanaşmayın!

Oxatan
Oxatan bürcünün əlaqələrinin əlaqə və səyahət kimi zehini məşğul edən vəziyyətlərlə güclü bağlılığı var. 2015-ci ilin Yanvar ayı siz intellektual fəaliyyətlə məşğul olarkən (kursda və ya imtahan zamanı) biri ilə tanış olacaqsınız və həmişə romantik anlar yaşayacaqsınız (mail ilə eşq həyəcanlı olacaq), sevdiyinizi görmək üçün səyahət edəcəksiniz. Oxatan bürcünün evlilik evinin idarəçisi az qala bütün ay boyunca Venera planeti ətrafında olacaq və təsir və romantika çoxalacaq. Bütün bunlara baxmayaraq, heç də hər şey asan olmayacaq. Oxatan bürcünün evlilik evinin idarəçisi Merkuri geri getməyə başlayacaq və Oxatan bürcünün ehtiras evinin idarəçisi Mars planeti romantik lakin başı qarışıq Neptün planetinə daha da yaxınlaşacaq. Ayın ikinci yarısı bəzi qarışıqlıqlarla məşğul olmağa hazır olun! Oxatan bürcündə yerləşən Saturn sizə sabit və dayanıqlı bir şeylər etmək üçün kömək edəcək lakin səbirlə və zamanında hər işi görməniz lazımdır. Əgər hələ intizamın nə olduğunun öyrənə bilməmişsinizsə (Oxatan bürclərinin çoxunun lüğətində olmayan söz), gələcək üç ildə siz bunu öyrənməli olacaqsınız- əks halda heç bir şey edə bilməyəcəksiniz. 2015-ci ilin Yanvar ayı əlaqə, iş və başqa intellektual fəaliyyətlər, səyahət və ticarət ön planda olacaq sizə məmnunluq və eyni zamanda problemlər gətirəcək. Bəzi düyünlər və gecikmələrin qabağına keçmək üçün əhəmiyyətli qərarlar almaq məcburiyyətində qalacaqsınız. Sakit olun, hər şeyi üsulu ilə həll edin! Maliyyə baxımından 2015-ci ilin Yanvar ayı Oxatan bürcləri üçün aktiv və məhsuldar ay olacaq, lakin ayın ikinci yarısı hesablamalar, danışıqlar, kağızlar və transferlər üçün uyğun olacaq. Oxatan bürcləri üçün heç bir sağlamlıq problemi ön görülməməkdədir. Lakin əgər belə bir vəziyyət ortaya çıxsa, ayın sonuna doğru ortaya çıxacaq. 2015-ci ilin Yanvar ayı sizi fiziki dayanıqlılığınız yaxşı olacaq və kifayət qədər enerji qaynağınız olacaq. Hər şeyi böyütməyə və ifrata çatmağa meylli olacaqsınız, bu səbəblə idarəli davranmağa çalışın. Uzun vədədə Oxatan bürcündə Saturn olacaq və vədlər sizə ölçmə gücü verəcək. Və istəsəniz  o sizə artıq kilonuzu atmaqda kömək edə bilər.

Oğlaq
Venera Oğlaq bürcünün pul evinə getməzdən əvvəl bir az da 2015-ci ilin Yanvar ayına qədər Oğlaq bürcündə qalacaq. Romantik təzahürlər azalacaq və Oğlaq bürcünün evlilik həyatı hər zamanki halına geri dönəcək. Oğlaq bürclərinin fikirləri daha praktik olacaq, əlaqələr gəlirlilik və məhsuldarlıq süzgəcindən keçəcək. Yanınızdakı insan sizə həm romantik həm də maddi baxımdan dəstək olacaq. Siz hədiyyə və dəstək alacaqsınız və ya problemlərinizi, maliyyə proyektlərinizi partnerinizlə bölüşəcəksiniz. Pul və romantik inkişafın yanında, Əlaqə, səyahət, məlumat nümayişi, kəskin zəkaya sahib olacaqsınız. 2015-ci ilin təqribən 5 Yanvar tarixində Tam Ay Oğlaq bürcü insanlarına gərgin və ya uyğun hadisələr gətirəcək. Günəşin Oğlaq bürcündə olmasıyla 2015-ci ilin ilk 20 günlüyü siz imtiyaz qazanacaqsınız. Günəş öz parlaqlığının bir parçasını sizə verəcək və sizin böyümənizi dəstəkləyəcək, sizə hörmət və heyranlıq gətirəcək, sizin liderliyə və təşkilata olan qabiliyyətinizə işıq tutacaq sizin ayaqda dayanmaq arzunuzu, bu işıqdan zövq almaq istəyinizi hərəkətə keçirəcək. 2015-ci ilin Yanvar ayı maliyyə problemləri üzərində fokuslanacağınız bir ay olacaq. Mars, Venera, Merkuri və Günəş Oğlaq bürcünün pul evindən bir neçə dəfə keçəcək. Yeni işlərə başlayacaqsınız, hesablamalar edəcəksiniz və qazanmaq üçün çalışacaqsınız. İş yoldaşlarınız da sizə kömək edəcəklər bəlkə də sizin partneriniz də sizə kömək edə bilər. Əlavə pul qazanacaqsınız, lakin diqqətli olun xərcləriniz arta bilər, ödəmələriniz gecikə bilər, fərqli qarışıqlıqlar yarana bilər. Oğlaq bürcünün xəstəliklər evinin idarəçisi Merkuri planeti geri getmə dövrəsində olacaq. Beləcə 2015-ci ilin Yanvar ayı sağlamlıq problemləriniz ola bilər, tibbi sahədəki bütün qarmaqarışıqlıqlar sizi tapa bilər. Həll edilməmiş bəzi köhnə problemləri həll etmək üçün yaxşı bir dövr olacaq. Bunu da bir az pulla həll edəcəksiniz.

Dolça
Dolça bürcləri üçün 2015-ci ilin ən gözəl aylarından biridir Yanvar ayı! Dolça bürcünün evlilik evində Yupiter planetinin olmasıyla 2015 ili Avqusta qədər vədlərlə dolu bir il olacaq. Yupiter sizə romantik əlaqələrdə şans gətirəcək, eşq üçün uyğun fürsətlər yaradacaq. 2015-ci ilin Yanvar ayı Yupiter planetinin yaxşılıqlarının yanında siz Venera planetinin də yaxşılıqlarından faydalanacaqsınız, bu planet 3-27 Yanvar aralığında Dolça bürcündə olacaq. Venera sizə eşq üçün, eşqbazlıq və romantizm üçün yaxşı bir ruh halı verəcək sizi daha həssas və seksual edəcək. Evlilik həyatı içində daha təsir və anlayışdan zövq alacaqsınız, və əgər siz təksinizsə (və hətta deyilsinizsə belə!) yeni təkliflər ola bilər. Köhnə eşqiniz də yenidən fəaliyyətə keçə bilər. 2015-ci ilin Yanvar ayı Dolça bürclərinə şöhrət, əməkdaşlıq, komanda proyekti, yaradıcılıq və təxəyyül baxımından vədlər verəcək. Bu ay ictimailəşmək üçün, müştərilər baxımından mükəmməl bir aydır. 2015-ci ilin Yanvar ayının ilk və son on günlükləri ən mükəmməl olacaq. İlk on günlük məhsuldar, dinamik olacaq. Son on günlük təqdimat və qiymətləndirmə baxımından mükəmməl olacaq. 2015-ci ilin Yanvar ayı Dolça bürclərinin intellektual fəaliyyəti, yazı, danışma, hesablama işləri böyük maraq görəcək, lakin bu ay həm də səyahət, əlaqə və dokumentasiya baxımından da belə olacaq. Bu səbəblə bu sahələr həssas olacaq çünki onlar əhəmiyyətli olacaqlar. 2015-ci ilin Yanvar ayının ikinci və üçüncü on günlükləri maliyyə baxımdan çox aktiv olacaq. Sağlam fikir, mənən tövsiyə olunur. Əks təqdirdə zərər riski vardır. 2015-ci ilin Yanvar ayının ilk dövrü sizin çox enerjiniz olacaq, lakin siz həm də çox narahat olacaqsınız və tərəddüdlü  və ya ayıq olacaqsınız. İkinci on günlük Dolça bürclərinə daha az güc gətirəcək, lakin son on günlükdə bunu artıqlamasıyla geri alacaqsınız. 2015-ci ilin Yanvar ayı ola biləcək problemlər bunlardır: əsəbilik, yoluxucu xəstəliklərə tutulma, diqqətsizlik, qəza riski, yanma təhlükəsi və yeməklərdən zəhərlənmə ehtimalı. Avtomobildən istifadə edərkən və səyahət edərkən diqqətli olun!

Balıqlar

Balıq bürcü insanları üçün romantik baxımdan çox da iç açıcı bir dövr olmayacaq. Eşq planeti olan Venera Balıq bürcünün 12 ci evində naməlum və qaranlıq bir sahədə olacaq və hətta Balıq bürcünün idarəçisi də burada olacaq.  Üstəlik geri getməyə başlayacaq. 2015-ci ildə Balıq bürcünün əlaqələri xeyli çətin mərhələdən keçəcək, bəlkə də sizin partneriniz çətin anlar yaşayacaq (iflas, xəstəlik).  Sizə də təsir edəcək ailə probleminin içinə girəcəksiniz. Eşqbazlıq və əyləncəyə zamanınız olmayacaq. Bir dənə istisna var: 2015-ci ilin Yanvar ayı düzülüşü sizə sirli eşq vəd edir, köhnə zamanlarda əlaqə içində olduğunuz birini sizin həyatınıza geri gətirəcək. Diqqətli olun xəyal qırıqlığı və təklik riski yüksəkdir! 2015-ci ilin Yanvar ayı Balıq bürcləri üçün professional baxımdan yaxşı ay olacaq. Çox insanları və təşkilatları əhatə edən qrup fəaliyyətləri sizə şöhrət gətirəcək. Bunu tək başına imzaladığınız kontraktlar, iş görüşmələri üçün söyləmək olmaz, bu baxımdan xəyal qırıqlığı sizi gözləyir. 2015-ci ilin 12 Yanvar tarixində Mars planeti Balıq  bürcünə girir bu da sizi çox dinamik edəcək, rəqabət etmək istəyəcəksiniz, yeni işlərə başlayacaqsınız, cəsarətli olacaqsınız. Üstəlik Mars Balıq bürcünün pul evinin idarəçisi olduğuna görə sizə pul da qazandıracaq. Hər vəziyyətdə 2015-ci ilin Yanvar ayı maliyyə işləri ön planda olacaq, sizi hərəkətə keçirəcək. Nəzəri olaraq, Yupiter Böyük Xeyirxah Balıq bürcünün xəstəliklər evində yerləşəcək və sizi mühafizə edəcək. Yupiter həm də bu bürcün idarəçisidir və sizin sağlamlığınızla yaxından maraqlanacaq. 2015-ci ilin Yanvar ayı Balıq bürclərinin tibbi vəziyyəti başqa planetlər tərəfindən də idarə olunacaq, bu planetlərin içində Merkuri də vardır ki bu planet geri getməyə başlayacaq. Problem hər tərəfdən gələ bilər. Maksimum diqqət!


Şərhlər: 79
Baxılıb: 97318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yaxsi oldu
10 mart 2015 21:52
# 79
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fiorella
Sitat: Svetoklana
İnşəAllah hər bir şey xeyirli olar...

Svet,sen ne burcusen bilmey olar?
29 yanvar 2015 15:36
# 78
merii
wukur yanvari bir qriple yola verdik
29 yanvar 2015 10:44
# 77
DELIWKAA
INWALLAH her wey ela olar
23 yanvar 2015 13:02
# 76
Sevgi Meleyi
xerceng. 06
22 yanvar 2015 21:13
# 75
love love love
aynur2002
Dogrusunu desem basa dusmedim. akk
17 yanvar 2015 21:56
# 74
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Сладкий Ангел
twk qiz burcune
16 yanvar 2015 20:13
# 73
.Bir gülüşüm var Sizlərə ömür...
roksi1995
terezi twkler
15 yanvar 2015 22:06
# 72
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
12 yanvar 2015 19:37
# 71
111222
Aydan Habili
Oxatan artıq kilo duz deyir az yede yemesemde olmaz axi öf ya
11 yanvar 2015 12:02
# 70
Nazan
yaxwiliq
11 yanvar 2015 01:47
# 69
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
gunel123
dolca burcuyem
8 yanvar 2015 20:11
# 68
Vuska I-va
qoc.ama yoldawim yanimd deil axi nece romantik olacag mene maraglidi:((
7 yanvar 2015 12:35
# 67
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
arzu gunes
men qiz burcuyem odaki men ev xanimiyam prosdaki imtahana gedirem ne iw goruwmesi olacaq?
5 yanvar 2015 23:02
# 66
Anuka
Inwallah yaxwi olar yanvar ayinda Allahin izni ile sevineceyem inwallah)))twk
3 yanvar 2015 20:36
# 65
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
leyla_258
terezi burcuyem, men inanmiram,men hemise bele weylere inanirdim,amma indi inanmiram,yaxwi deyek yaxwi olsun..........
3 yanvar 2015 17:33
# 64
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Fialka
Hələki yanvarın ilk on günlüyü super kecir inşallah axıracan yaxşı olar))
3 yanvar 2015 15:29
# 63
Sara035
Oxatan kilo atsaydim09
3 yanvar 2015 01:37
# 62
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Little girl
Dolça
Dolça bürcləri üçün 2015-ci ilin ən gözəl aylarından biridir Yanvar ayı! Dolça bürcünün evlilik evində Yupiter planetinin olmasıyla 2015 ili Avqusta qədər vədlərlə dolu bir il olacaq. Yupiter sizə romantik əlaqələrdə şans gətirəcək, eşq üçün uyğun fürsətlər yaradacaq. 2015-ci ilin Yanvar ayı Yupiter planetinin yaxşılıqlarının yanında siz Venera planetinin də yaxşılıqlarından faydalanacaqsınız, bu planet 3-27 Yanvar aralığında Dolça bürcündə olacaq. Venera sizə eşq üçün, eşqbazlıq və romantizm üçün yaxşı bir ruh halı verəcək sizi daha həssas və seksual edəcək. Evlilik həyatı içində daha təsir və anlayışdan zövq alacaqsınız, və əgər siz təksinizsə (və hətta deyilsinizsə belə!) yeni təkliflər ola bilər. Köhnə eşqiniz də yenidən fəaliyyətə keçə bilər. 2015-ci ilin Yanvar ayı Dolça bürclərinə şöhrət, əməkdaşlıq, komanda proyekti, yaradıcılıq və təxəyyül baxımından vədlər verəcək. Bu ay ictimailəşmək üçün, müştərilər baxımından mükəmməl bir aydır. 2015-ci ilin Yanvar ayının ilk və son on günlükləri ən mükəmməl olacaq. İlk on günlük məhsuldar, dinamik olacaq. Son on günlük təqdimat və qiymətləndirmə baxımından mükəmməl olacaq. 2015-ci ilin Yanvar ayı Dolça bürclərinin intellektual fəaliyyəti, yazı, danışma, hesablama işləri böyük maraq görəcək, lakin bu ay həm də səyahət, əlaqə və dokumentasiya baxımından da belə olacaq. Bu səbəblə bu sahələr həssas olacaq çünki onlar əhəmiyyətli olacaqlar. 2015-ci ilin Yanvar ayının ikinci və üçüncü on günlükləri maliyyə baxımdan çox aktiv olacaq. Sağlam fikir, mənən tövsiyə olunur. Əks təqdirdə zərər riski vardır. 2015-ci ilin Yanvar ayının ilk dövrü sizin çox enerjiniz olacaq, lakin siz həm də çox narahat olacaqsınız və tərəddüdlü və ya ayıq olacaqsınız. İkinci on günlük Dolça bürclərinə daha az güc gətirəcək, lakin son on günlükdə bunu artıqlamasıyla geri alacaqsınız. 2015-ci ilin Yanvar ayı ola biləcək problemlər bunlardır: əsəbilik, yoluxucu xəstəliklərə tutulma, diqqətsizlik, qəza riski, yanma təhlükəsi və yeməklərdən zəhərlənmə ehtimalı. Avtomobildən istifadə edərkən və səyahət edərkən diqqətli olun!
Yaxsi olacaq diyesen.
2 yanvar 2015 22:17
# 61
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Chalikushu
yasayariq gorerik
2 yanvar 2015 19:16
# 60
men ne vaxt boyudum ki qelbler qirdim(
Glamurka Nemiska
Oxatana necede duz yazibeee
2 yanvar 2015 14:20
# 59
#Narminintheskywithdiamonds
Melek5
vallah elede basa dusmedim,nese insallah yaxsi olar
2 yanvar 2015 12:18
# 58
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
sima
oxatannn maraglidirr gorey nece olacaggg
2 yanvar 2015 12:01
# 57
23.09 25.09 melek melek melek
canr
Nese inanmadim
2 yanvar 2015 10:56
# 56
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
AYKA-ISI
wir burcu 2015 xeste girdim
2 yanvar 2015 10:07
# 55
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
rəmsə
Buğa üçün tşk.yanvarın 27-sindən sonra diqqətli olmalıyam zərər ola bilər
2 yanvar 2015 09:44
# 54
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
xeyalperest
Kecen ayki sehv cixmişdi twk
2 yanvar 2015 07:59
# 53
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Gultekin.A
men qiz hecde duz yazmayib hecne
2 yanvar 2015 02:09
# 52
..
emis
insallah bu il hamimiza duserli olar
2 yanvar 2015 02:07
# 51
leyla_258
2015 ci il hami ucun ugurlu,qedemli olsun inwallah,''amin''
2 yanvar 2015 01:38
# 50
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz