Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürcə görə qadınların xasiyyəti
Bürcə görə qadınların xasiyyəti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7197
Səs ver:
Qoç bürcü qadını
Qoç bürcündə doğulan qadınlar dürüst, davakar, enerjili, sevdiklərinə, bir o qədər də sərbəstliklərinə bağlı olurlar. Bu bürcün əsas mənfi tərəfi onların çox qısqanc və qürurlu olmasıdır. Qoçlar hər zaman tərəf müqabillərindən tərif eşitmək istəyir, bununla yanaşı ailələrinə və yoldaşlarına sahiblənməyi və onları yönəltməyi yaxşı bacarırlar. Bu bürcdə doğulan qadınlar aqressiv, romantik və ona heyran olan kişiləri bəyənir.

Buğa bürcü qadını
Onlar yoldaşının sözünü dinləyən, lakin bir o qədər də inadkar insandırlar. Buğalar yaxşı bir ev sahibəsidirlər, yoldaşlarından da belə olmağı gözləyirlər. Əziz kişilər, əgər siz buğa bürcündən olan qadınla ailə həyatı qurmaq istəyirsinizsə, xəbəriniz olsun ki, buğalar çox ailəcanlıdırlar, evdə daima dinclik yaradır, yaxşı ana və həyat yoldaşı olurlar. Qısa olaraq, onlara ideal ev qadını da deyə bilərik.

Əkizlər bürcü qadını
Bu qadınlar asanlıqla dostluq qurmağı bacarır, lakin qüsur axtaran temperamentlərinə görə bu münasibətləri uzun çəkmir. Dəyişikliyi sevir və bunun müsbət təsiri olacağını düşünürlər. Gəzməyi, səyahət etməyi cox sevir, əgər yoldaşları mədəni və savadlıdırsa, münasibətlərindən daha çox zövq alırlar. Həyatlarında çoxlu dəyişiklik etməyi sevirlər.

Xərçəng bürcü qadını
Bu qadınlar sevgidə səmimi, yoldaşlarına bağlıdırlar. Uşaqlarını çox sevən, münasibətlərində dürüst, mədəni, nəzakətlidirlər. Fikirləri asanlıqla dəyişmir. Uşaqlarına çox yaxşı analıq edirlər. Əqrəblərin həyatı sevgi olmadığı zaman monotonlaşır. Sevgidə fədakar və sadiq olur, öz fikirlərilə yoldaşlarına tazyiq göstərmirlər.

Şir bürcü qadını
Bu qadınlar geniş ürəkli, əliaçıqdırlar. Hər işə can atır, müzakirə etməyi sevirlər. Başqalarına kömək edən, açıq fikirli, açıq sözlüdürlər. Başqalarına etdikləri yaxşılığın, göstərdikləri xoş münasibətin əvəzini gözləmirlər. Sabit fikirlər, idarə etmə arzusu, çalışqanlıq onların temperamentinin əsas özəlliyidir. Şirlər sevdikləri insanı nəzarətləri altında saxlamağı sevir, ideal, ehtiraslı sevgiləri ilə diqqət çəkirlər.

Qız bürcü qadını
Qızlar dürüst və təmiz ürəklidirlər. Kariyeradakı uğurları ilə seçilirlər. Çəkingən olduqları üçün çox vaxt sevgilərini qarşılarındakı şəxsə etiraf edə bilmirlər. Başqalarına kömək etmək, gəzmək, dəyişikliklər etmək onların temperamentinin əsas özəllikləridir. Onları çox ehtiraslı hesab etmək olmaz. Qızlar yalnız xoşbəxt və sakit bir ailə qurmağa çalışırlar.

Tərəzi bürcü qadını
Bu bürcün qadınları gənc yaşlarında evlənməyə üstünlük verirlər. Onlar ağıllı, anlayışlı, nəzakətli və ədalətlidirlər. Seks və sevgi münasibətlərində əla tərəf müqabilidirlər. Ətirləri, özünəqulluğu sevmələri, qarşı cinsə daha diqqətli olmaları onların əsas xüsusiyətlərdir. Əyləncəni, komfortlu həyatı çox sevirlər. Çox ehtiraslıdırlar, qarşılarında da belə birini görmək istəyirlər.

Əqrəb bürcü qadını
Əqrəblər öz bürclərindən olanlarla daha yaxşı yola gedirlər. Hünərli və qərarlarında möhkəmdirlər. Onları idarə etmək istəyənlərə qarşı çox aqressiv olurlar. Qarşı tərəfdən daim nəzakətli olmağı gözləyirlər. Sevgidə dinamik və enerjilidirlər. Münasibət boyunca daim onlara diqqət göstərilməsini və kompliment edilməsinə gözləyər, bunlar olmadığı təqdirdə münasibətdən bezə bilərlər. Xoşbəxtliyi yaradan və onu idarə edən insanlardır.

Oxatan bürcü qadını
Bu bürcdə doğulan qadınlar onlara əmr, göstəriş verən kişiləri sevmirlər. Bir yerdə durmağı xoşlamır, daima hərəkətli həyat tərzi sürməyə çalışırlar. Qarşı cinslə yaxın dost münasibəti qurmağı bacarırlar. İstənilən situasiyaya asan adaptasiya olmağı bacarır, daim qarşı tərəfin fikrinə hörmətlə yanaşırlar.

Oğlaq bürcü qadını
Oğlaq bürcü qadını inadkar və sözündən dönməzdir. Qarşılarına çıxan çətinliklərə baxmayaraq sonuna qədər onlarla mübarizə aparmağa çalışırlar. Nüfuzlu insan olmaq, söhrət və var-dövlət sahibi olmaq onların əsas arzusudur. Bu bürcdə doğulanlar çox böyük dost çevrəsini sevmirlər, amma onları duyğusal da hesab etmək olmaz. Münasibətlərində liderlik etməyə çox da səy göstərməzlər.

Dolça bürcü qadını
Bu bürcün qadınları ənənələrlə yaşamağı sevmirlər. Əgər yoldaşları onlara uyğun deyilsə, birdəfəlik ondan əl çəkməz, əvvəlcə dəyişdirməyə çalışarlar. Bu qadınlar ünsiyyəti, yeni insanlarla tanışlığı sevirlər. Onlar qohumlar arasında da isti münasibət olmasının tərəfdarıdırlar. Bu qadın sevgiyə və romantizmə çox da fikir verməz. O sadəcə ailəsində xoşbəxtlik, sakitlik olmasının tərəfdarıdır.

Balıq bürcü qadını
Bu bürcdən olan qadın tərəf müqabilini seçərkən onda gözəllikdən daha çox ağıl, məntiq axtarır. Bununla yanaşı onlar qısqanc və yoldaşına çox bağlı olurlar. Nisbətən dəyişkən xarakterlidirlər. Daim balıqların ətrafında böyük bir dost çevrəsi vardır, çünki insanlarla ünsiyət qurmağı yaxşı bacarırlar


Şərhlər:
Baxılıb: 7197
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz