Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansi Burc tanisliq saytinde ne eder?
Hansi Burc tanisliq saytinde ne eder?
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 2950
Səs ver:
QOÇ
Sevimli qoç bürcləri ümumiyyətlə messengerdən çıxmırlar. Qoç bürcündən olan qız messengerdən super ər tapacağı xəyalı ilə yaşayır. Bütün yoldaşlıq saytlarında qoç bürclərini görmək mümkündür. Dostluqları möhkəmdir. Virtual dünyada xoşbəxt ailə arzuları ilə yaşayırlar. Qoç bürcü qadının messenger mesajında ''Məşğulam '' yazısını tez-tez gördüyümüz kimi, qoç bürcü kişisinin nə dinləyirəm bölməsində ?Polad-Mənimlə evlənərsənmi?? mahnısına tez-tez rast gələrik.

BUĞA
Buga bürcü msndən çox da ləzzət almaz, bunun əvəzinə inter netdə nəfəs almadan pul qazanmağın yollarını axtarır.

ƏKİZLƏR
Əkizlər bürcü isə Zodiakın ən netpərəst bürcüdür. Varsa yoxsa forumlarda rep arxasında qaçan həmçinin sevilən sevimli bir bürcdür. Dəyişəndir, söhbət otaqlarında bir gün psixoloq, sonraki gün astrolog, şişirdib urolog belə ola bilər.

XƏRÇƏNG
Eee artıq yorulduq bu bürcün romantik krizislərindən. MSN aləminin ən gözü sulu, zodiakın ən pessimist bürcüdür. Qotika üslublu şəkillərlə avatarını bəzəyir, blogunda həyata həmişə üsyan edir, həmişə hamıya dərdini danışır. Bir gün bu virtual xəstəlikdən xilas olacağına inanar.

ŞİR
Tü-tü-tü maşallah. Virtual aləmin, real aləmin ən favori bürcüdür. Şir bürcünü googleda özünü axtararkən, messenger mesajında özünü tərifləyərkən, messenger-inə öz özünü əlavə edib özünü izlərkən tapa bilməniz çox təbiidir. 24 saat messengeri açıq gəzən, hər an biri bunu tərifləyəcək deyə gözləyən bir bürcdür.

QIZ
Tipik vasvası Qız virus proqramıyla hər gün, hər saniyə kompüterinin içini-çölünü təmizləyər. Kompyüterini tez-tez tozsoranla içini təmizləyər. Mesajlarını təmizləyər, siyahısını təmizləyər, əlində toz-udan çubuqla çatlaşar. Mesajlarında ümumiyyətlə tez-tez dərhal hər vaxt ''Təmizlik aparıram, gələcəəəəm'' şəklində qəribə şeylər yazar.

TƏRƏZİ
Ən əsəbləşdirən bürcdür. Forumlarda intellektual söhbətlərə dalıb, həyatın həqiqətinin virtual olmağından bəhs edib, maraqlı bir fəlsəfəyə qapılar. Bunlar ümumiyyətlə şeir saytlarında, şəkil saytlarında şərh yazmaqla gün keçirəndirlər. Faciəvi dərəcədə qabiliyyətlilərdir.

ƏQRƏB
Aman-aman evlərdən iraq. Bunların işi gücü sayt dağıdım, msn sındırım, parol oğurlayım. Xeyirli bir şey edim, msndən qız tapım evlənim deməz. Xakerdirlər. Onu, bunu, qabağına çıxanı sındırarlar. Sevilməzlər. Şəxsiyyətlərini gizləyərlər.

OXATAN
Oxatan bürcü qısqanclığı ilə, gizlətdiyi zəifliyi ilə, tərk edilən bir bürcdür. Söhbət otaqlarından çıxmazlar. Oxatan bürcünün nickləri ''su_pərisi?, ?gözəl_qız 20'' olur, virtual aləmin Don Kixotu olaraq bilinərlər.

OĞLAQ
Bir oğlağı virtual aləmdə tanımaq çox asandır. Messengeri daim açılıb bağlanar. Həmişə virtual aləmdə tapdığı qarşı cinslə görüşməyə gedir. Dağ-təpə, bayır-çayır dinləməz, gedər görüşər.

DOLÇA
Dolça bürcünü virtual aləmdə tanımaq çox çətindir. Sirrli bir havası vardır. Bu bürcün əsla nə dinlədiyini öyrənə bilməzsiniz. Açmaz. Mesajı qısa və konkretdir.

BALIQ
Balıq bürcünün ən diqqətə çarpan xüsusiyyəti virtual aləmdəki oynadığı oyunlardır. Çünkü onu chatlaşanda nadir hallarda görərsiniz. Özünü virtual oyunlara adaptasiya edər. Avtomatik mesajnda ''Oyun oynayıram.. yazın.. cavab verərəm'' yazır. Amma cavab verdiyinə hələ rast gələn olmayıb. Nadir bürclərdəndir.


Şərhlər:
Baxılıb: 2950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz