Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər Haqqında ''Qoç''
Bürclər Haqqında ''Qoç''
Göndərən: EreS Mia
Şərhlər:
Baxılıb: 3420
Səs ver:
Qoç Bürcü Kişisi 
Qoç bürcü kişisi özünə güvənən, hərəkətli və enerjili quruluşuyla cəmiyyət içində fərq edilər. Avtoritet və nüfuz yaratmaqdan kef alar. Dik başlıq və səhv etdiyində bunu qəbul etmək istəməz və eqoist davranışlar sərgilər.
Qoç kişi azadlığına çox düşkündür. Dostları və yoldaşları üçün etməyəcəyi şey yoxdur. İnsanlara kömək etməyi və onların problemlərini paylaşmağı sevər. Cömərddir və maddi mənada da azad olmağı sevər. Öz işini qurmaq və icra etmək onlar üçün çox daha caziptir. Başkalarından əmr almaqdan xoşlanmaz.
Qoç kişi incindiyi zaman olduqca incidici olar və sözündən çəkinməz. Tənqidçidir, sərt bir dillə tənqid edə bilər. Ev həyatına və ailəsinə olduqca düşkündür, lakin çöldəki həyatını da çox sevər. Bu onun yerində dayana bilməyən hərəkətli quruluşundan qaynaqlanır. Daim özünü evində dinc və rahat hiss etmək istər.
 
Qoç Bürcü Qadını
Qoç bürcü qadını hərəkətli, çox danışan və təşəbbüskar quruluşuyla diqqət çəkər. Olduqca da zarafatcıldır. Cazibədar, atletik quruluşlu və narındır. Tənqid etmə xüsusiyyətli və xoşlanmadığı şeyləri mütləq dilə gətirər. Cəmiyyət içərisində cazibə və fərqliliyiylə diqqət çəkir.
 
Qoç qadını iş həyatında olduqca ehtiraslı və idealistdir. Ağlına qoyduğunu mütləq reallaşdırmaq istər və cızdığı yolda heç çaşmadan ilərləyər. Zamanı istifadə etməyi yaxşı bilər və çalışqandır. Qoç qadını xüsusilə içdən və simpatik rəftarlarıyla yoldaş ətrafında axtarılan əyləncəli bir dostdur. Özünü çox tənqid edər və həmişə bir yarış içərisindəymiş kimi özü ilə çox məşğul olar. Dostlarına və sevdiklərinə çox əhəmiyyət verər və çox fədakardır.
 
 Qoç, Bürclər qurşağının ilk bürcüdür. Hərəkətli və enerjili olmaları ilə tanınırlar. "Mən” eqoları çox çox inkişaf etmişdir. "Mən” onların güzgüsü olubdur sanki. Bu bürcdə olan şəxslər təbiətincə çox praktiki davranırlar. Hadisələr qarşısında emosialarını gizlədə bilmirlər. Həyat yolunda canlılıqlarını və irəli atılmalarını itirmədən həyəcanla irəliləyirlər. Maraq etdikləri mövzularda ola bildiyincə yaradıcıdırlar. Məqsədləri istiqamətində irəliləyərkən, özlərini hərəkətləri ilə sübut etmək istəyirlər.

Əgər Qoçlar görəcəkləri bir işin detalları ilə planlayarlarsa, enerjili strukturlarının da köməyi ilə daha da məhsuldar ola bilərlər. Eqoizmlərindən qaynaqlanan səbirsizlikləri və söz dinləməz yaradılışları üzündən vaxtaşırı çətin vəziyyətə düşdükləri də olur. Belə anlarda başladıqları işlərini nəticələndirmədən buraxırlar. Danışmaları şişirdilmişdir, bəzən həqiqətləri dəyişdirərək izah edirlər. Qavrama qabiliyyətləri yaxşı olan Qoçlar həyat səhnəsinin baş rolunda olmağı seçərlər. Həddindən artıq qısqanc və müstəqilliklərinə düşkün olurlar.

Müsbət Xüsusiyyətləri
Liderdlik
Macəra ruhlu
Hərşeyə can atma
İnsanları istiqamətləndirmə
Hədəf təyin etmə xüsusiyyəti
Yüksək Enerji
Maneələri aşa bilmə bacarığı
Məhdudiyyətlərdən nifrət
Dürüstlük
Hazır cavablılıq
Canlılıq

Mənfi Xüsusiyyətləri
Eqoizm
Qərarları yıxmaq
Özünü irəli-yə çıxartmaq
Tənqidi, Üsyankar
Səbrsiz
Təcavüzkar
Hiddətli
Ani çıxışlı
 
Qoç və Eşq
 Qoç bürcü komplimentləri, azad və canlı insanları sevir. Bir Qoç ilə birlikdə olmaq üçün, enerji və eşq həyəcanı ilə dolu olduğu göz qarşısında tutaraq, onunla birlikdə gec saatlara qədər yuxusuz qalmağı gözə almaq lazımdır.
İntellektual tutumu da son dərəcə inkişaf etmiş olan Qoçun diqqətini bu sahələrdə fərqliliklər çəkər. Hücum və ehtiraslı bir quruluşu vardır. Ayrıca Qoç eşqdə qısqanc ola biləcəyi üçün, tamamilə olmasa belə, partnerinin vaxtının böyük bir hissəsini özünə ayırmasını istər.
Qoç bürcü özündən bir şeylər edilməsində, birlikdə olduğu insana rəhbərlik etməkdən, istiqamət göstərməkdən və ağıl verməkdən xoşlanar. Ümumiyyətlə tövsiyələri və fikirləri son dərəcə açıq, heç şübhəyə yer buraxmayan bir tərzdədir. Olduqca dürüst və açıq ürəkli olduğu üçün, duyğularını, fikirlərini yoldaşıyla rahatlıqla və səmimiyyətlə paylaşar.


Şərhlər:
Baxılıb: 3420
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz