Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftəlik bürlər (01.09.2014 - 07.09.2014)
Həftəlik bürlər (01.09.2014 - 07.09.2014)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 38733
Səs ver:
Həftəlik bürclər [ 01.09.2014 - 07.09.2014 ]
  Qoç - bu həftə bütün maliyyə problemlərini uğurla həll edə biləcəklər. Maraqlı ünsiyyət, işgüzar görüşlər müsbət nəticələr verəcəkdir. Problemlərlə üzləşməmək üçün sənədlərinizi qaydaya salmalısınız. Tanışınızın iş təklifi müəyyən şərtlərlə müşayiət olunacaqdır.
  Buğa - mütəşəkkillik nümayiş etdirib tapşırığın öhdəsindən təyin olunmuş vaxtda gəlməsələr, rəhbərliyin tənqid hədəfinə tuş gələcəklər. İşdir, ərizə yazıb qapını çırpıb getmək fikrinə düşsəniz, münasib alternativ barədə düşünməlisiniz. Yoxsa sonrakı peşmançılıq fayda verməyəcəkdir.
  Əkizlər - xarici ölkədən işlə bağlı maraqlı təklif alacaqlar. Bu, ya telefon zəngi, ya məktub, ya da xarici həmkarla görüş ola bilər. Biznesmenlər yeni layihələrə pul yatırmaq məsələsində ehtiyatlı olmalıdırlar. Çünki həmin müqavilələrin müddəti uzana bilər və siz də Əli aşından da olarsınız, Vəli aşından da.
  Xərçəng - Ticarət, marketinq və mehmanxana biznesi ilə məşğul olan xərçənglər yaxın dostlarından cəlbedici təklif gələcəkdir. Yeni iş həm miqyaslı, həm də pullu olacaqdır və imkanlarınızı reallaşdırmağa şərait yaradacaqdır. Bu həftə asudə vaxtınız çox olacaqdır Sevdiklərinizin yanında kefiniz istəyən qədər dincələ bilərsiniz.
  Şir - müstəqil layihəyə başlayırlar. Bu layihə xidməti pillələrlə irəliləməyinizə və məvacibinizin artmasına yol açacaqdır. Karyeranızda maraqlı olan şəxs ilə əlaqə yaratmalısınız. Yaxşılığınızı istəyən bu adamın köməyi ilə çox şeyə nail olacaqsınız.
  Qız - emosional yüksəliş hiss edəcəklər. Özünüzdə dağı-dağ üstünə qoymaq əzmi hiss edəcəksiniz. Pulla bağlı cəsarətli planlar qurub dərhal onların icrasına başlamalısınız, məqsədə asanlıqla nail olacaqsınız. İdeyalarınız isə ətrafdakılar tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Baş verənlərə kəskin reaksiya verməyə tələsməyin, yaxşı olar, səbrinizi basıb yanınızdakı insanları dinləyəsiniz.
  Tərəzi - məqsədə çatmaq üçün istədikləri vasitəyə əl ata bilərlər. İnadkarlığınız nəinki mane olmayacaq, üstəlik, təkan işlərinizə təkan verəcək, vəziyyəti xilas edəcəkdir. Qərar qəbul etməkdə cəsarətli olun, amma unutmayın ki, əməllərinizə görə cavab verməli olacaqsınız. Yaşlı nəslin nümayəndələrindən tez-tez eşitdiyiniz dəyərli məsləhətlərdən istifadə etməyə çalışın.
  Əqrəb - işlə bağlı yaxşı xəbərlər eşidəcəklər. Bu, sizə həm yaxşı məvacib, həm də şöhrət gətirəcəkdir. Maliyyə imkanlarınız layihələrinizin icrasını xeyli sürətləndirəcək, onları vaxtından əvvəl başa çatdırmağınıza imkan verəcəkdir. Yeni bizneslə bağlı maraqlı ideya yaranacaqdır.
  Oxatan - hər sahədə özlərini zirvədə hiss edəcəklər. Siz bu həftə kiçik də olsa, mühüm bir məqsədə nail olacaqsınız. Sevdiyiniz insan yaxşı məsləhət verəcək, problemin həllinin düzgün yolunu göstərəcəkdir. Əmək həftəsini köhnə tanışların və dostların əhatəsində xoş əhval-ruhiyyə ilə başa vuracaqsınız.
  Oğlaq - işdə çoxlu yeni təkliflər alacaqlar. Yaxın vaxtlarda o qədər işiniz olacaq ki, başınızı qaşımağa vaxt tapmayacaqsınız. Özünüzə inamlı olmalısınız. Yoxsa həmkarlarınızdan biri istədiyiniz mövqeyi əlinizdən alacaqdır. Sevdiklərinizə qarşı mehriban və nəzakətli olun. Onların könlünə dəyməyin. Yadınızda saxlayın ki, insan odun deyil ki, qırılanda səs çıxarsın.
  Dolça - maliyyə işlərində ayıq-sayıq olmalıdırlar. Yoxsa maliyyə durumunuz təhlükə altında ola bilər. Siz işdə yaranan dolaşıqlıqdan faydalanmağa çalışan fürsətçiləri daim diqqət mərkəzində saxlamalısınız. Mövqelərinizi qorumaq üçün fəal olmalısınız.
  Balıqlar - etibarlı dost sayəsində karyeraları üçün çox perspektivli imkan əldə edəcəklər. Bəziləriniz xarici təşkilatlardan təkliflər alacaqdır. Bu da professional nüfuzunuzu bir xeyli möhkəmləndirəcəkdir. Nöqteyi-nəzərinizi müdafiə etmək üçün göstərdiyiniz prinsipiallıq layiqincə qiymətləndiriləcəkdir və siz işdə sürətlə irəliləməyə başlayacaqsınız.


Şərhlər:
Baxılıb: 38733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz