Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər arasında ən sədaqətlisi hansıdır?
Bürclər arasında ən sədaqətlisi hansıdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8651
Səs ver:
Qoç bürcü: Qoçlar, idealist olduqları qədər də eqoistdirlər. Onlar səhvlərini qəbul etmək yerinə, ölməyi ya da ürəyindəki sevgisini öldürməyi daha üstün tuturlar. Qoçlardan heç vaxt səhvlərini qəbul etməsini gözləməyin. Bəzən də sevgisinin məhv olduğunu dərk elədiyi anda onu xilas etmək üçün əlindən gələni edərlər...

Buğa bürcü: Buğalar sevgiyə və cinsəlliyə böyük maraq duyurlar. İnsanları özünə cəzb etməyi sevirlər. Səyahətə və ya uzaq yerlərə gedib qayıtdıqdan sonra ondakı dəyişikliyə hazır olun. Bu, onlarda ən həssas, ən şübhəli olduqları dönəmdə baş verir və münasibətləri bitmə təhlükəsi ilə qarşı-qarşıya gəlir. Münasibətləriniz uzun müddət davam edirsə, ilk günlərdəki kimi davranmaya bilər.

Əkizlər bürcü: Əkizlər ayaqlarınızı yerdən kəsib sizi göylərdə gəzdirə bilər. Sizə dünyanı və bütün problemlərinizi unutdura bilərlər. Fəqət, bu anın nə qədər davam edəcəyi sual altındadır. Onlarla nə qədər çox ünsiyyətdə olsanız, o qədər çox "bağlılıq hormonu” sizi bürüyəcək. Sevginin uzun müddətli olmasını da bu hormonlar təmin edir. Dünyada heç kimin deyə bilmədiyi yüzlərlə variantlarda sevgisini etiraf edə bilər. Əkizlər harada məskunlaşsalar, evləri də məhz oradır. Uzun tənhalıq dönəmində acı göz yaşları da axıda bilərlər.

Xərçəng bürcü: "Sən mənim gözümdə ən dəyərli insansan”, aşiq olan xərçənglər sevdiyi insanı hamıdan üstün görür. Xərçənglər maraqlı insanlar olduğu üçün çox zaman diqqət mərkəzində olurlar. Xarici görüntüsünü heç bəyənməsək də, əhvalımızı qaldıra bilirlər. Dürüst olun və həmişə həqiqəti söyləyin. Çünki onları aldatmaq çətindir. Həqiqətləri münasibətlərinizə təsir etməyən şəkildə çatdırın.

Şir bürcü: Şirlərin sevgisi yandırıcıdır... Anidən alovlanan ehtirasa sahibdirlər. Sevdiyi qadının qoxusu onlara təsir edir. Şirlər hər şeydən şübhələnirlər. Şübhə sizi bir-birinizdən ayıra bilər. Aranızda yaşana biləcək ən böyük əngəl də məhz onun şübhələridir. Şübhə məsələsi aranızda çətin anlar yaşadacaq. Bu müddət çox təhlükəlidir. Onlara ürəkdən vurulmusunuzsa, sizi ağlatması qaçılmazdır.

Qız bürcü: Onların sevgilərinin ən böyük sirri sevdiyi insanın yanından ondan doymamış ayrılmaq məcburiyyətində qalmasıdır. Sonrakı görüşə qədər nə qədər darıxdığınızı ağlından çıxarmır. Onları sevginin nə qədər dərin olmasından çox, keyfiyyətli olması maraqlandırır. Ümumiyyətlə, qızlar hər şeydə yüksək səviyyə axtarışında olurlar. Buna görə də həqiqi sevgini çox az dada bilirlər. Qız bürcündən olanlar digərləri ilə müqayisədə daha asan subay yaşaya bilərlər. Buz kimi soyuq görünsə də, yola getdiyi və zövq ala bildiyi insanın qarşısında əriyə bilər.

Tərəzi bürcü: Tərəzilər son dərəcə ailəcanlı və sevdiyini qoruyan insanlardır. Dəli kimi qısqanmalarına baxmayaraq, bunu göstərmirlər. Bu sizin üçün əhəmiyyətsiz ola bilər, amma vacibdir. Son dərəcə sadiq olurlar. Ancaq onların sakitliyidən və səbrindən istifadə etməyin. Çünki bıçaq sümüyə dirənəndə sevgilərindən də vaz keçirlər. Münasibətlər bitibsə, bitmiş deməkdir. Bir dəfə qərarını verən Tərəzilər, sonradan yalvarıb yaxarsanız, da geri dönməyəcək. Sözünüzün üstündə durun. Əks halda tərk edilməniz qaçılmazdır.

Əqrəb bürcü: Bir sözlə, onlar yorulmaq bilmirlər. Hər şeydən əvvəl özlərinə aşiqdirlər. O, buz kimi soyuqluğun arxasında gizlənən böyük ürəkləri var. Dərin yaralar onu qorxunc və dəhşətli əsəb partlayışına səbəb ola bilər. Əgər onu bu hala salan siz deyilsinizsə, kənardan onu seyr etmək həyəcanlandırıcı ola bilər. Öz qaydalarını qoyur və başqalarının onun üçün nə düşündüyünü zərrə qədər də maraqlandırmaz. Hər cür rahatlıqdan məhrum olsalar da, buna alışa bilirlər. Əqrəblər əslində, çox həssas və duyğusal xarakterə malikdir. Amma onların xarici soyuqluğu qarşı tərəfi incidir.

Oxatan bürcü: Oxatanlar həm ürəyi, həm də ağlı ilə hərəkət edirlər. Sevgidə bəzən ağılsız hərəkətlərə yol verə bilərlər. Yıxılsa da, yenidən ayağa durmağı bacarır. Dürüst və həqiqi münasibətlər qururlar. Oxatan kişilər qadınlarda israrla ağıl axtarır. Qısqanc olmayın. Onun hər etdiyi hərəkəti təhlil və tərk etməklə təhdid etməyin. Oxatanları olduqları kimi qəbul etsəniz, onunla birlikdə uçuruma da yuvarlanmaq əyləncəli ola bilər.

Oğlaq bürcü: Oğlaqlar sirlərlə dolu və həll edilməyən tapmaca kimidirlər. Onları başdan çıxarmaq kifayət etmir, fəth etmək lazımdır. Ətrafı özü üçün tikdiyi divardan ibarətdir. Utancaq, amma güclü və çətin xarakterli insandır. Tək qalmağa daha çox üstünlük verir. Çoxları tərəfindən bəyənilməyi və sevilməyi ürəkdən arzu edir. Sevdiyi qadını tez-tez təəccübləndirməyi bacarmasa da, ömür boyu sevər. Digər bürclərə görə, daha sədaqətli olur.

Dolça bürcü: Onun ürəyini fəth edin. Gec-gec görüşürsünüzsə, hafizəsi sizi unutmağa və yad adam kimi davranmağa məcbur edə bilər. Yersiz qısqanclığınız onu sizdən soyumasına gətirib çıxara bilər.

Balıq bürcü: Balıqlar bəlli etməsə də, sərhədsiz güvənə və sədaqətə ehtiyac duyurlar. Lakin bunu dilinə gətirməyi zəiflik hesab edir. Qısqandığı zamanlarda da susmağa üstünlük verir. Eyni şeyi sevdiyi qadından da gözləyir. Balıq bürcünün kişiləri o qədər həssasdır ki, qəlbi qırıldığı zaman həyatlarını bezdirən qadına dəlilər kimi aşiq olsa da, bu vəziyyətə çox dayana bilməyəcək və həmişəlik tərk edəcək.


Şərhlər:
Baxılıb: 8651
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz