Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər avqust ayında nə vəd edir?
Bürclər avqust ayında nə vəd edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 28324
Səs ver:
Qoç
Bu ay siz ürəkli məzuniyyətə çıxa bilərsiniz. İşgüzar səfərlər məsləhət görülmür, çünki yaxşılığınızı istəməyən tanışlarınız sizə tələ qura bilər. Yeni insanlara güvənmək lazım deyil, öncə onları tanımağa çalışın. Ailənizə qayğı və diqqət göstərin, onların sizə ehtiyacı ola bilər. Özünüzü yormayın.

Buğa
İşləriniz əla gedəcək və yeni layihələrə imza atmaq üçün doğru zaman sayıla bilər. Məzuniyyətə çıxmaq istəyəcəksiniz, lakin sənədlərlə bəzi problemlər olduğuna görə bu iş alınmayacaq. Şəxsi həyatınızda cüzi səbəblər ucbatından anlaşılmazlıqlar baş verəcək. Səhhətinizə qarşı diqqətli olun, yorğunluq və ağırlıq hissləri sizi tərk etməyəcək.

Əkizlər
Müxtəlif fikirlər, sənədlərin imzalanması, səfərlər və görüşlər - bunlar hamısı sizi gözləyir. Karyera baxımından əlverişli zaman deyil, lakin gələcək planlar üçün çox münasib aydır. Tez-tez pul çatışmazlığı hiss edəcəksiniz. Sevgilinizlə aranızda mübahisələr baş verəcək. Ancaq səhhətiniz çox gözəl olacaq, belə davam edin.

Xərçəng
Bu ay işləriniz o qədər çox olacaq ki, romantika və ailənizə vaxt ayıra bilməyəcəksiniz. Amma bu, gələcəyiniz üçün önəmlidir. Yeganə mənfi əlamət sosial faktor ola bilər. Rəhbərlik, iş yoldaşlarınız sizə qarşı diqqətsiz davrana bilər. Çalışın soyuqqanlı olun, maddi durumunuz olduqca ürəkaçan olacaq.

Şir
Çoxsaylı əngəllərə baxmayaraq peşəkar həyatınız yüksəlməyə doğru gedəcək. Ailə üzvləriniz sizə anlatmağa çalışacaq ki, təkliyə ehtiyacınız var. Sevdiyiniz hobbi ilə məşğul olun, heç nəyi vecinizə almayın. Ayın axırı yaxşı gəlir əldə etmək ehtimalı var. Amma bunu qabaqcadan heç kəsə bildirməyin.

Qız
Avqust sizin üçün ən uğursuz aylardan biridir. Evdə uşaqlarla, yoldaşınızla bəzi problemlər yaşayacaqsınız. Üstəlik, işdə də əməkdaşlarınız sizə tələ qurmağa çalışacaq. Səhhətinizə diqqətli yanaşın, çünki böyük ehtimal xəstələnə bilərsiniz. Bu ayı ehtiyatlı olmaq lazımdır, unutmayın ki, yaxşı işlər qarşıdadır.

Tərəzi
Bu günə qədər işləriniz əla idi, indi isə vəziyyət bir az dəyişə bilər. Çalışın işinizin öhdəsindən ustalıqla gələsiniz ki, rəhbərlik sizə irad tuta bilməsin. Buna baxmayaraq maddi vəziyyətiniz müsbət olacaq. Şəxsi həyatınızda, həmçinin problemlər yaranacaq. Sevdiyiniz insanın sizə xəyanət etdiyi haqda xəbər ala bilərsiniz.

Əqrəb
Bu ay iş həyatınız ön plana çıxacaq ki, bu da həyat yoldaşınızın qəzəbinə səbəb ola bilər. İşinizdə yüksələcəksiniz. Lakin çalışın ailənizə də yetərincə vaxt ayıra biləsiniz, əks halda bu mübahisəyə gətirib çıxara bilər. Maddi durumunuz əla olacaq. Avtomobil idarə edərkən ehtiyatlı olun, qəzaya uğramayın.

Oxatan
Əsas məqsəd bu ay danışıqları düzgün və doğru istiqamətdə aparmaqdır. Bəziləriniz üçün ön planda karyera olacaq, bəziləriniz üçün isə sevgi məsələləri. Pul qoymağa əla iş tapacaqsınız. Şəxsi həyatınız rəngarəng olacaq, ya göz yaşları və mübahisələr, ya da məhəbbət dolu günlər. Bir sözlə, hər şeyə hazırlıqlı olun.

Oğlaq
Maddi vəziyyətiniz yaxşı olmadığına görə əməkdaşlarınız və ailə üzvlərinizlə problemlər yaşayacaqsınız. Ailə büdcəniz get-gedə azalacaq. Üstəlik, sağlamlığınız ürəkaçan olmayacaq. Yaxşısı budur vaxtında həkimə müraciət edəsiniz. Özünüzü pis hadisələrdən qorumağa çalışın. Tək heç yerə getməyin.

Dolça
İşgüzar həyatınız dəyişkən olacaq. Bəzi məsələləri yenidən gözdən keçirməli olacaqsınız. Əvvəllər bağladığınız müqavilələr öz qüvvəsini itirə bilər. Əsəbləriniz korlanacaq, bu da öz növbəsində sevgilinizlə münasibətlərinizə zərər gətirə bilər. Pulunuz azalacaq, lakin bu sıxıntı bir müddət sonra keçəcək.

Balıqlar
Bu il yay fəsli sizin üçün tez bitəcək. Çoxlu işləməli olacaqsınız ki, sizə göstərilən ehtimadı doğrulda biləsiniz. Sevgiliniz özünü qeyri-adi aparacaq və bəlkə onunla vidalaşmalı olacaqsınız. Buna müqabil maddi durumunuz əla olacaq, külli miqdarda pul əlinizə keçəcək. Səhhətinizin yaxşı olması üçün təbiətdə olun.


Şərhlər:
Baxılıb: 28324
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz