Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə qidalanma
Bürclərə görə qidalanma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2344
Səs ver:
Bürcə görə hansı ərzağın orqanizmə faydalı, hansının isə zərərli olduğunu bilmək istəyirsiniz? Bunu bilməklə istənilən kişinin ürəyinə asanlıqla yol tapacaqsınız.

Qoç bürcü
Qoç sadə, amma yaxşı, yəni keyfiyyətli və doyumcul qidanı sevir. O süfrəni ətsiz təsəvvür etmir. Amma məhz qoçlar tərəvəz, yarma, balıq barədə unutmamalı, rejimə riayət etməli və gecələr qidalanmamalıdırlar. Qoç daim yeni təamlar dadmaq arzusundadır. Onu tərkibində dəmir olan qidalar (ərik, qara gavalı) cəlb edir. Həmçinin ona qaraciyər və beynin normal fəaliyyətini təmin edən fosfat kalium çox xeyirlidir. Ona görə qoç banan, süd və dəniz məhsullarını çox yeməlidir. Fosfat kalium çatışmazlığı qoçlarda depressiyaya səbəb ola bilər. Əgər qoç qonağınız olarsa, o, süfrənin rəngarəng olmasını gözləyəcək. Ona tərəvəzlə ət, desertə isə ekzotik şirniyyat bişirin. Əgər həyat yoldaşınız qoçdursa, bilin ki, onu vaxtında və çox yedizdirmək lazımdır. Qoçlar üçün pəhriz: tərkibində A vitamini olan qidalarla pəhriz saxlamaq məsləhətdir. İlk növbədə kök şirəsi, ərik, bal və qaysı qurusu, süd məhsullarından isə qatıq yeyin.

Buğa bürcü
Buğalar, adətən çox yeyirlər, pəhriz saxlayan və ancaq salat və göyərtilə qidalanan buğaya rast gəlmək çətindir. Az hərəkətlilik və çox yemək istəyindən buğalar zaman keçdikcə kökələ bilərlər, ona görə də yağlı, şəkərli, nişastalı məhsullardan uzaq durun. Onlar üçün əsas mineral orqanizmdə su-qida balansını təmin edən natrium sulfatdır. O, gül kələm, çuğundur, mərəçüyüd, ispanaq, soğan, xiyar, balqabaq, qozda çoxdur. Qida rasionunuza mütləq kərəviz daxil edin. O, artıq piyi əritməyə kömək edir. Orqanizminiz üçün çox vacib olan su içməyi unutmayın. Dəniz məhsulları, yumurta, qaraciyər, tərəvəz, göyərti paxlalı bitkilər süfrənizdə mütəmadi olmalıdır. Buğalar şirniyyatı da çox sevirlər. Buğalar üçün pəhriz: kələm, mərəçüyüd, gicitkən salatı yeyin, həftədə bir dəfə çuğundur və ya onun başqa tərəvəzlərlə qarışıq 1 stəkan şirəsini için. Süd məhsullarından keçi südünə üstünlük verin.

Əkiz bürcü
Əkizlər yeməyə qarşı vasvası deyillər. Onlar üçün ayaqüstü qidalanma – pissa, burger, kola normadır. Onlar fiziki və mənəvi sağlamlıqlarının qeydinə heç qalmırlar. İlk növbədə qəhvəni müxtəlif bitki çayları ilə əvəz edin. Əkizlər üçün vacib element ağ ciyər və bronxların funksiyasını normallaşdıran kalium xloriddir. O, mərəçüyüd, yaşıl paxlalar, pomidor, ispanaq, kök, kərəviz, portağal, ərik, gavalı, şaftalıda var. Əkizlərin sinir sistemi üçün qreypfrut, badam, qızardılmış balıq, üzüm, alma, kişmiş çox xeyirlidr. Salat və gül kələm sizi bronx xəstəliklərindən uzaq tutacaq. Həmçinin süd məhsulları – süd, şor, ayranda olan kalsiuma böyük ehtiyacınız var. Əkizlər üçün pəhriz: Menyunuza dəniz kələmindən salat, alma, yemiş, bal, gilas əlavə edin. Süd məhsullarından yoğurt və yağsız şora üstünlük verin.

Xərçəng bürcü
Xərçənglər əsl qurmandırlar, həm milli, həm də xarici yeməkləri çox sevirlər. Onlar pis əhval-ruhiyyədə olanda depressiyanı konfet, şirin piroq, dondurma, nabatla aradan qaldırmağa çalışırlar. Amma çox miqdarda şirniyyat sağlamlığa ziyandır. Xərçənglər pəhrizlərinə diqqət yetirməli, çəkilərini diqqətdə saxlamalıdırlar. Onlar üçün vacib element ftorid kalsiumdur. Bu elementlə zəngin məhsullara yumurta sarısı, yoğurt, çuğundur, balıq aiddir. Kalsium çatışmazlığını süd, pendir, kələm, salat, pomidor, kürü ilə aradan qaldıra bilərsiniz. Xərçənglərin gündəlik qida rasionu təzə meyvə, tərəvəz və zülaldır. Nişasta, şəkər və duzdan uzaq durun. Həmçinin acı, hisə verilmiş qidaları yeməyin. Təbiət etibarilə xərçənglər evdar olduqlarına görə qidada rahatlıq və estetikaya önəm verirlər. Onlar gözəl aşpazdırlar və xoşladığı ətirlərlə (sarımsaq, vanil, reyhan, nanə) dadlı xörəklər hazırlayırlar. Xərçənglər üçün pəhriz: Ravənd və şüyüdlü salat, desertə qarağat, itburnu dəmləməsi, bal, quşüzümü yeyin. Süd məhsullarından qatıq və inək südünə üstünlük verin.

Şir bürcü
Şirlər dəbdəbəli, bahalı yeməkləri sevirlər. Cavan şirlər, adətən sağlam orqanizmə sahib olurlar, daima hərəkət onları formada saxlayır. Bir qədər yaşlı şirlər isə yağlı qidalardan imtina etməlidirlər. Onlar üçün vacib element fosfat maqneziumdur. O badam, qoz, tum, əncir, limon, alma, ərik, kakos fındığı, düyü, dəniz məhsulları, çuğundur, yumurta sarısı, mərəçüyüddə var. Qan üçün qoyun əti, toyuq, qaraciyər, təzə tərəvəz, meyvə, yaşıl salat, pendir, süd, yoğurt faydalıdır. Şirlər üçün dəmirlə zəngin məhsullar da məsləhətdir. Bu, ispanaq, kişmiş, xurmadır. Gavalı, armud və portağal ürəkdəki gərginliyi aradan qaldırır. Sarımsağı sevməsələr də mixək, cəfəri, cövüzü xoşlayırlar. Onlar üçün süfrə açanda yeməklər həm dadlı, həm də gözəl görüntülü olmalıdır. Şirlər üçün pəhriz: qırmızı kələm, toyuq filesi, qırmızı və qara kürülü pəhriz məsləhətdir. Desertə heyva, şirin üzüm, bal, quşarmudu yeyin. Süd məhsullarından süd, xama və qaymağa üstünlük verin.

Qız bürcü
Qızlar meyvə və kokteylləri çox sevirlər. Amma onlar həssas həzmetmə sistemə sahibdirlər, ona görə də sağlamlığını qorumaq istəyən qızlara pəhriz mütləqdir. Sizin üçün qida qızardılmamış, müxtəlif ədviyyat və souslar vurulmamış, acısız olmalıdır. Qızlar üçün vacib element kalium sulfatdır. O, bədən hüceyrələrini oksigenlə təmin edir, həm də ümumi enerji balansına cavabdehdir. Kalium sulfat çatışmazlığı saçtökülməsinə, kəpəyə, ekzemaya, civzələrə, dəri quruluğuna və qəbizliyə səbəb ola bilər. Bu elementlə zəngin məhsullar – yaşıl yarpaqlı tərəvəzlər, yulaf toxumu, badam, pendir, portağal, banan, limon, yağsız qoyun və quzu ətidir. Mədənin yaxşı «çalışmasına» yoğurt, düyü, yumurta və şor kömək edəcək. Çayı şirin etmək istəsəniz, şəkər tozu əvəzinə baldan istifadə edin. Mədə pozulması zamanı bitki çayları için. Qızlar şokoladı çox xoşlayırlar. Əfsuslar olsun ki, şokolad onlarda dəri səpgisi formasında allergiya əmələ gətirə bilər. Qızlar üçün pəhriz: şirin bibər və pomidorlu pəhriz saxlayın, desertə sitrus meyvələri, kişmiş, bal və moruq yeyin. Süd məhsullarından kefirə üstünlük verin.

Tərəzi bürcü
Bir qayda olaraq Tərəzilər şirniyyat xoşlayandırlar. Onlar üçün vacib element orqanizmdə turşu-qələvilik balansını tənzimləyən fosfat natriumdur. Dəri bu elementin çatışmazlığını tez büruzə verdirir: sarımtıl və qeyri-sağlam görünüş alır. Fosfat natrium çiyələk, alma, kişmiş, badam, mərəçüyüd, yaşıl noxud, kök, ispanaq, çuğundur, turp, pomidor, yulaf, düyüdə var. Tərəzilər əsasən balıq, toyuq əti (qoyun və dana ətindən uzaq olun), yağsız pendir, yoğurt, çoxlu meyvə-tərəvəz, göyərtilə qidalanmalıdırlar. Orqanizmi toksinlərdən qorumaq üçün çoxlu su için. Sevimli qoxuları mixək, nanə və vanildir. Tərəzilər üçün pəhriz: dəniz məhsullarından ibarət salat, desertə isə turşməzə alma, bal yeyin. Süd məhsullarından yağsız şora üstünlük verin.

Əqrəb bürcü
Əqrəblər hər gün ekzotik yeməklə (xüsusilə acı və ədviyyatlı) qidalanmağa hazırdırlar. Amma belə qidalanma sağlamlığa zərərli olduğu üçün düzgün pəhriz saxlamaq lazımdır. Alkoqol əqrəblərə pis təsir göstərir. İnfeksion xəstəliklərdən əqrəbləri kalsium sulfat qoruya bilər. Ona görə Əqrəblər bu elementlə zəngin olan qidaları – mərəçüyüd, kələm, gül kələm, turp, soğan, pomidor, qara gavalı, albalını gündəlik qida rasionlarına daxil etməlidirlər. Kalsiumla zəngin qidaları da – süd, pendir, yoğurt, şoru mütəmadi qəbul etməlisiniz. Gecələr yemək məsləhət deyil. Sevimli qoxuları sarımsaq, darçın, reyhandır. Əqrəblər üçün pəhriz: təzə xiyar, qara gavalıdan salat, desertə qarpız, şirin üzüm, bal yeyin. Süd məhsullarından prostokvaşaya üstünlük verin.

Oxatan bürcü
Oxatanlar fərqli təamlar axtarışında olsalar da, əsasən milli mətbəxə üstünlük verirlər. Adətən onlar uzun ömür yaşayırlar, amma yağlı, nişastalı qida və alkoqol qaraciyərə çox zərərdir. Vacib element sinir sisteminin normal fəaliyyətini tənzimləyən kalium xloriddir. Oxatanlara meyvə-tərəvəz, salat, yaşıl bibər, çiyələk, armud, alma, xurma, kartof, yulaf, yumurta sarısı çox faydalıdır, qaymaq, yağ, şokolad, konfet isə yox. Rasionunuza toyuq, balıq, pomidor, çuğundur, süd, yumurta, limon, albalı, portağal əlavə etmək məsləhətdir. Oxatanlar üçün pəhriz: Yaşıl soğan və balıqlı salat, desertə isə bal, çiyələk, motmutu yeyin.

Oğlaq bürcü
Diş, sümük və dərilərinin həmişə yaxşı vəziyyətdə qalması üçün Oğlaqlar kalsium və zülalla zəngin qidalar yeməlidirlər. Onların qida qəbulu müntəzəm deyil, ya bir günü ancaq bir buterbrod, ya da çoxlu yeməklə keçirirlər. Acı yeməkləri çox sevsələr də, belə qidadan uzaq durmalıdırlar. Oğlaqlar üçün vacib element fosfat kalsiumdur ki, o, əsasən meyvə-tərəvəz – portağal, limon, əncir, kələm, brokkoli, yaşıl noxud, kartof, badam, yulaf, düyüdədir. Gündəlik qida rasionunuza balıq, yumurta və çörək daxil edin. Şokolad və şəkər isə orqanizminizə pis təsir edəcək. Oğlaqlar üçün pəhriz: gül kələmdən salat, desertə isə ərik, bal yeyin. Süd məhsullarından yağlı şora üstünlük verin.

Dolça bürcü
Dolçalara vegetarian yeməkləri məsləhətdir. Onlar çəkilərini normal ölçüdə saxlamaq üçün mütləq sağlam qidalanmalıdırlar. Vacib element xlorid natriumdur ki, bu da sadə duzdur. Tərkibində duz olan məhsullarla qidalanın. Bunlar – okean balığı, omar, tunes, mollyusk, ispanaq, kələm, mərcimək, badam, alma, armud, ərik, limon və portağal ola bilər. Qəhvə içmək məsləhət deyil, amma bitki çaylarından nə qədər istəsəniz, içə bilərsiniz. Dolçalar üçün pəhriz: paxlalı bitkilərlə salat və qazırdılmış yox, qaynadılmış qidalar, desertə isə balqabaq, alma, yemiş yeyin. Süd məhsullarından brınza pendiri və kefirə üstünlük verin.

Balıqlar bürcü
Balıqlar romantik insanlardır. Onlar Çin və tay mətbəxini, həmçinin dəniz məhsullarını çox xoşlayırlar. Balıqlar üçün vacib element dəmir fosfatdı ki, bu da qaraciyər, yağsız qoyun əti, yumurta sarısı, ispanaq, soğan, kişmiş, əncir, gavalı, alma, üzüm, portağal, şaftalıda var. Duz və qəhvəni balıqlar minimum ölçüdə istifadə etməlidirlər. Balıqlar üçün pəhriz: çuğundurlu salat, desertə isə şaftalı, bal, çiyələk yeyin. Süd məhsullarından kəsmiyə üstünlük verin.


Şərhlər:
Baxılıb: 2344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz