Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər insanın tale "ədəd"i var və bu gerçəkdir (2)
Hər insanın tale
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5666
Səs ver:
Tale ədədi - 7:
"MİSTİK"

Müşahidəçi bir quruluşa sahibsiniz, hər şeyin ardındakı səbəbi axtarışınız ən böyük özeliyinizdir. Səthi heç bir şey sizi təmin etmir. Əksinə marağınızı qızışdırır. Mistik mövzuları, yeni və köhnə elm sahələri marağınızı çox çəkir. Tipik bir həkim kimisiniz. Problemli insanlar axtardıqları dincliyi sizdə tapır. Sizin əlinizdə sanki sehrli bir güc var. Məsafəli rəftarınız sizi digər insanlardan ayırır. Ancaq həyatın dərinliklərinə enənlər sizi anlaya bilər, susqun dövrlərinizə bir məna verə bilər. Necə ki zaman - zaman belə mənasızca içinizə qapandığınız olur. İnsanlar ilk tanış olduqlarında sizdən çəkinir. Doğuşdan etibarlısınız sanki. Yeriniz nə olursa - olsun daim maraq oyandırırsınız. Fəlsəfi və mədəni mövzulara marağınız böyükdür. Ancaq tam olaraq həll edə bilmiş deyilsiniz. Musiqi yazmaq, kəşflər etmək yaradıcılığınızı istifadə edə biləcəyiniz sahələrdəndir. Sizin üçün sənətçilərin əsərlərindən faydalanmadan yaşamaq, yaşamaq deyil. Bəzən həyat sizin üçün bir könül qırıqlığı olsa da daha öyrənəcəyiniz çox şey var. Ümumiyyətlə, pessimist və susqun bir quruluşa sahibsiniz. Tək yaşamağı bacara biləcək nadir kəslərdənsiniz. Həyat mövzusunda bəzən ümidsizliyə düşdüyünüz də olur. Ancaq fəlsəfi baxış bucağınız həyatın haradan qaynaqladığını ortaya çıxaracaq gücdədir.


Tale ədədi - 8:
"SƏNƏTKAR"

Hər şeyi dəqiq olaraq ifadə etmə qabiliyyətinə, hətta hər şeyi dəqiq olaraq hiss etmə qabiliyyətinə sahib olmanıza, zəkanın həyatınızda böyük bir əhəmiyyəti var. Çox müxtəlif mövzulardan zövq alırsınız. Zamanınızın böyük qisimini də xəyallara ayırırsınız. Lakin həyatın tam əyləncə olmadığının fərqindəsiniz. Çox istiqamətli olmaq ən böyük özəliyinizdir. Çox və müxtəlif qabiliyyətləriniz var. Tez qavramaq da bunlardan biridir. Lakin insanlar haqqında asan yanıla bilir, gerçək üzlərini çox gec fərq edə bilirsiniz. Məlumata anında çatmanın yollarını bilirsiniz. Ancaq elmə qabiliyyətiniz və düşgünlüyünüz çox deyil. Çünki zamanınızın çoxunu gerçək bir elm adamı kimi elmə həsr etmək yerinə daha sənətsal və idman fəaliyyətlərdən xoşlanırsınız. Xoşsöhbət və əyləncəlisiniz. Bu xüsusiyyətləriniz də asan yoldaş əldə etmənizi təmin edir. Bir çox insan sizi sevir amma sizi həqiqətən anlayan çox az insan olur. Bunun səbəbi qarmaqarışıq ruhunuzun dərinliklərinə enə bilməyi çox az adamın bacara bilməsidir. Məşğul olduğunuz sizə zövq verən mövzulardan tez bezirsiniz. Hadisələri, ümumiyyətlə olduğu kimi qəbul edirsiniz. Yəni, çox dərd əldə etmirsiniz. Onsuz da mübarizə etməkdən də xoşlanmır tez bəs edirsiniz. Cəld zəkaya sahib olduğunuzdan başqalarını mərhəmətsizcə tənqid etmək bədən qaçınmırsınız. Sözləri istifadə etmədəki qabiliyyətiniz yaxşı bir tənqidçi, yazar, natiq, ya da server olmanızı təmin edə bilər. Sevgisiz yaşamayan bir insansınız. Buna görə sizi sevən və anlayan biriylə birlikdə olmadıqca xoşbəxt olmanız mümkün deyil.

Tale ədədi - 9 :
"METAFİZİKAÇI"

Həyatınız, pərdənin gerisindəki sirri, ruhun və gizli elmin ardındakı mənanı həll etməklə keçir. Həyatınızın məqsədi gerçəyi, yalnız gerçəyi öyrənməkdir. Bu mövzuda çox müvəffəqiyyətli olduğunuz da bir gerçəkdir. İnsanları tanımaq üçün ümumiyyətlə 5 dəq. bəs edir. Müşahidə etməniz kafidir. Həyatı sevir, lakin çox az adamı sevməyə dəyər tapırsınız. Həyatınızın hər sahəsində comərd və qüsursuz olmaq istəyirsiniz. Qarsınızdakıların da ən az sizin qədər qüsursuz və etibarlı olmasını gözləyir, buna görə zaman - zaman çox acı çəkirsiniz. Çox güclüsünüz, lakin tez inciyən qızıl bir ürəyə sahibisiniz. Çox az insana gerçək sizi tanıma fürsəti verir, onlara da çox dəyər verirsiniz. Psixoloji hadisələri anlama qabiliyyətiniz böyükdür. Ancaq sizin xaricinizdə inkişaf edən hadisələr sizə və ruh halınıza çox - çox təsir edir. Müstəqilliyinizə və azadlığınıza düşkünsünüz. Yenə də sevgini hər şeyin üstündə tutursunuz. Həyatınız qarışıqlıqları həll etmək üzərində qurulduğu üçün mübarizə etməkdən yorulmursunuz. Dərhal hər səviyyədən insanla razılaşma qabiliyyətinə və sonsuz səbrə sahibsiniz. Ünsənsələrin ehtiyaclarını onlar söyləmədən anlayır və köməklərinə qaçırsınız. Çox yaxşı bir dinləyici, müşahidəçi və yol göstəricisiniz, buna görə sizi yaxşı bir psixoloq və ya natiq hesab etmək olar.


Şərhlər:
Baxılıb: 5666
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz