Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ay bürclərdə: (Buğa bürcündə)
Ay bürclərdə: (Buğa bürcündə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2143
Səs ver:
Ay buğa bürcündə yüksələn rahat bir həyatın xəbərçisidir. Fiziki və romantik ətrafları üçün çox qoruyucu və sahiblənici olarlar, ailə bağlarına çox əhəmiyyət verərlər, xatirələrini və köhnə dostlarını əsla unutmazlar. Əgər təhlükəsizlikləri təhlükə altındadırsa özlərini müdafiə etmək üçün əllərindən gələni edərlər. Risk almağı sevmədiklərindən bir işə girmədən əvvəl çox düşünərlər, qazandıqları pulu yaxşı istifadə edərlər. Alış-satış işlərində çox şanslıdırlar, praktik və sağlam fikirlidirlər. Sahiblənmə duyğusu və inadkarlıqları bəzi problemlərə səbəb ola bilər. Davranışları təbii, səbrli, məmnun, şən, yumşaq, şəfqətli və ictimaidir. Sevdiklərinə zəmanət duyğusu verən şeylərə sahib olma istəkləri çox güclüdür.  Qiymətli və üstün şeylərə sahib olmaq istəyərlər. Onlar üçün ‘təhlükəsizlik' sahib olduqları maddi varlıqlardır. Malları, mülkləri və bankda pulları olana qədər narahat və əsəbi olarlar. Özlərini etibarda hiss etmələri üçün əvvəl evlərinin özlərinə aid olmasını istəyərlər. Ancaq sahib olduqlarıyla özlərini qiymətli hiss edərlər.  Sənət və estetik zövqləri inkişaf etmişdir. Uzun ömürlü, qalıcı bir az da köhnə moda stilləri sevərlər. Kolleksiyaçıdırlar. Keflərinə və zövqlərə düşkündürlər. Sevdikləri bir insanı hiss edə bilmək üçün fiziki yaxınlığa ehtiyac duyarlar. Sabitlikli olmalarına baxmayaraq, söz verməyə tərəddüd edərlər çünki qərarlarını bir dəfə verdikdən sonra əsla dəyişdirmək istəməzlər. Bəzən zamanı keçmiş və faydasız belə olsa vərdişlərini dəyişdirməyərək mühafizəkarlığın məhbusu halına gələ bilərlər. Ay' buğa olanların anaları isti, qoruyucu qadınlardır.

Ay-buğa bürcündə sağlamlıq
Buğa bürcündəki Ay bədənin özünü yaxşılaşdırma gücünü göstərər. Ay xəritədə uyğun bucaqlarda isə adam xəstəliyini asanlıqla tez bir yaxşılaşma müddəti ilə sovuşduracaq. Buğa bürcündəki Ay adamın uzun ömürlü olmasını da təmin edər. Tranzit vəziyyətindəki sərt bir planetdən bucaq aldığında sağlamlıq problemləri çıxa bilər. Səs batıqlığı ola bilər. Troit narahatlıqlarına da diqqət yetirilməlidir. Burundakı ətlərin " Poliplerin" də Ayla yaxından əlaqəsi vardır.

Ay-buğa bürcündə rənglər
Ayın öz rəngləri pasteldir, lakin Ay buğada olduğunda istifadə etməniz lazım olan rənglər sarı, orta və tünd tondakı yaşıllar, krem, tünd bənövşəyi uğurlu rəngləridir.

Ay-buğa bürcündə kristallar

Zümrüd. Kristallarınızın təsirini görə bilmək üçün istifadə etməyə başlamadan əvvəl qaya duzuyla təmizləndirmə etməli və dərinizə dəyəcək şəkildə istifadə etməlisiniz.


Şərhlər:
Baxılıb: 2143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz