Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin evlənərkən etdikləri səhvlər
Bürclərin evlənərkən etdikləri səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3740
Səs ver:
Qoç
Bir anda nişan və subaylığa vida qonaqlığı planları hazırlamağa başladınız, ağılınızda bir çox düşüncə və fikir var. Hamısını həyata keçirmək üçün tələsik hərəkət edirsiniz, amma bu enerjiniz böyük ehtimalla ən çox 2 həftə davam etdi. Sonra işi başqalarına verib, "mənim istədiklərim bunlardır, gerisini siz həll edin" deyərək hadisədən uzaqlaşdınız. Sıra toya gəlincə də eyni enerjiylə, başda bir ton dəyişik fikirlə ortaya atıldınız amma nəticə yenə eyni olur.

Buğa
Mümkünsə ən uzaq tarix hansıdırsa sizə onu versinlər. Ağır quruluşunuzla toy hazırlıqlarını ən son anda tamamlayarsınız. Xeyr, bir də düşüncələrinizi ətrafınızdakılarla paylaşsanız heç olmasa kömək ala biilərsiniz, amma o da yoxdur. Təmkinlisiniz və bu xüsusiyyətiniz başınızı ağrıdacaq kimi görünür. Heç olmasa planetiniz Veneradır, sizə estetik və kombinasiya mövzusunda olduqca kömək edəcək, zövqlü seçkilər etmənizi təmin edəcək.

Əkizlər

Toyla filan maraqlanmaq yerinə, ən yaxşı və ən əyləncəli toy fotoqraf kimdir, haradadır axtarırsınız deyilmi? Hətta ağılınızda toy yerinə, sadə bir nigah var. Çünki toyda hər kəslə tək-tək maraqlanıb özünüzü yoracağınıza, nigahdan sonra yaxın yoldaşlarınızla və yaxınlarınızla əyləncəli bir məkanda toy yeməyi yeyib belə demək olarsa qurdlarınızı tökmək, sizə daha məntiqli gəlir.

Xərçəng
Kürəkənin çiçəyi ilə sizinki arasında bir az rəng fərqi var, ya da tort bitter şokoladlı deyil də ağ olub. Qiyamət səbəbi! Toy günü sizi əziyyətə salacaq problemlər bunlardır. Göstərdiyiniz böyük reaksiyaları, əslində aynada özünüzə baxaraq verməlisiniz. Çünki bu kiçik problemlərə sizin həssaslığınıza səbəb olur, fərqində belə deyilsiniz. Əvvəl ağ rəng deyərkən, 2 dəqiqə sonra qara olsun deyə bilirsiniz. Bu əsassızlığınız da ən çox ev hazırlayarkən başınıza problem olacaq. Mebellər mövzusunda etdiyiniz seçkilər heç cürə sizi qane etməyəcək və ağılınız həmişə digərlərində qalacaq.

Şir

"Ən gözəl gəlin mən olacağam, ən gözəl toy mənimki olacaq…" ilə başlayan cümlələrə ətrafınızdakı hər kəs öyrəşdi. Davamlı bu sözləri təkrar edərkən bir detalı gözdən qaçırırsınız; toy büdcəsini. Əslində siz daha toy büdcəsi belə hazırlamadınız? "Mən istəyirəm, olacaq" rəftarınız bir az ərköyün görünmənizə səbəb ola bilər. Unutmayın, evlənmə mərhələsində ilk planlanması lazım olan şey büdcədir. Hər kəs ən yaxşısına sahib olmaq istər təbii ki, amma bunu məntiq çərçivəsində etmək lazımdır.

Qız

Əvvəl bir kariera qurum dediniz, o bitdi sonra da qarşınıza çıxan qismətlərə həmişə bir bəhanə tapdınız. Ya eybəcər idilər, ya ailə strukturları sizə görə deyildi, ya da işlədiyi işi bəyənmədiniz. Belə incə ələyib sıx toxuyaraq, bir az keç də olsa evlənməyə qərar verdiniz. Siz bu qərarı verərək başlı başına böyük bir addım atmışkən, toy təlaşınamı məğlub olacaqsınız? Təbii ki xeyr! Olduqca praktik bir insan olmanız hazırlıqları asanlaşdıracaq. Amma əhəmiyyətsiz şeylərin üstündə çox dayanmağa başlasanız  bunun sonu gəlməz, xəbəriniz olsun.

Tərəzi

İndi tək dərdiniz "gəlinliyim qabarıq olsun, ya düz olsun? Üzərində daşlar olsun, yoxsa ətək qisimi qat-qat tül olsun?"fikridir. Gəlinliyə qərar verdiniz deyək, yaxşı ya saç modeli? "Toppuz olmalı, zadəgan bir duruş olsun istəyirəm" ilə "saçlarım çox havalı əslində, niyətoppuz edərək onları saxlayım ki, açıq qalsın" arasında gedib gəlirsiniz. Çox dərdlisiniz, çox… Nə olacaq sizin bu qərarsız halınız? Nişanlandınız, həyəcanınız toy yaxınlaşdıqca artır.

Əqrəb

Ağ güllərlə bəzəkli, sadə bir  toy ya da dəniz kənarında, günəş batarkən qonaqlarınızı qarşılaya biləcəyiniz, gurultulu musiqidən uzaq dinclik dolu bir mərasim.  Nişanlınız bütün istəyinizin bundan ibarət olduğunu düşünəcək bəlkə amma içinizdə nə fırtınalar qopduğunu biz bilirik. Əvvəlcə, toy üzüyü və brilyant mövzusunda içiniz-içinizi yemək "daşı çox kiçikdir sanki?". Sonra, nişan paltarınız sizə bir az sönük gəlmiş ola bilər. Qan qırmızısı, dekolteli bir paltar xəyal etmişdiniz halbuki.

Oxatan
Qonaqlarınız üçün, əyləncəli və unuda bilməyəcəkləri bir gəmi toyu düşüncəsiylə, "toya ehtiyac yoxdur nigah olsun, mən bal ayında çoxlu əylənim" düşüncəsi arasında gedib gəlirsiniz. İçində "əyləncə" olan anlayış tamamlanınca sıra gəldi aylarca axtaracağınız gəlinliyə. Hələ tapa bilmədinizsə sizə tövsiyəmiz; mini ətək, qısa gəlin paltarı modelləridir. Əgər gəmidə toy edəcəksinizsə o toyunun sonu dənizdə bitəcək. Sizin kimi yerində dayana bilməyən biri üçün qısa gəlin paltarı biçilmiş xalat kimidir.

Oğlaq
Sizin üçün evlənmək heç də asan deyil. Evlilik deyildiyində o qədər çox təfərrüat ağılınıza gəlir ki, özünüzü toy gününün gözəlliyinə qapdıra bilmirsiniz. Əslində ən çətin iş, sevgilinizə düşür.  Aylarca mərasimlə əlaqədar hər detala əhəmiyyət verməsini gözləyəcək və ona müxtəlif vəzifələr verəcəksiniz. Sevgilinizin də sizin qədər, hər detalla maraqlanmasını istəməniz aranızda problem yarada bilər. O bir kişidir, unutmayın. Bəzəkli nigah şəkərləri, şəkilli toy dəvətnamələri və qalstukunun rəngi ilə sizin paltarınızın eyni rəng olması onu heç maraqlandırmır.

Dolça

Siz ya fərqli bir evlilik mərasimi hazırlayacaqsınız ya da heç kimi hesaba qatmadan, yalnız bir iki qonaqla birlikdə öz mərasiminizi təşkil edəcəksiniz. Məsələn, dənizaltında evlənmə ya da təyyarədən atlayaraq "bəli" dəmə! Bunlar qulağa dəlicə gələ bilər, amma siz də onsuz da eləsiniz.

Balıq
Kiçik bir qız uşağıykən xəyallarını qurmaya başladığınız toyunuza çox az bir müddət qaldı. Amma siz küsəyənliklərinizlə sevgilinizi daha yolun başında yormağa başladınız. Ananız da sizdən çox şikayətçidir. Ətrafınızda güvəndiyiniz tək adam odur, amma bütün işi də onun üstünə yıxmaq bir az haqsızlıq deyilmi? Davamlı hər etdiyini, təkra- təkrar izah etmək məcburiyyətində qalır. Sizdən daha təcrübəli biri olaraq onsuzda diqqətli olacaq. Bu qədər yormayın etməyin.


Şərhlər:
Baxılıb: 3740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz