Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər iyun ayında nə vəd verir?
Bürclər iyun ayında nə vəd verir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 19399
Səs ver:

Qoç

İyun ayında Qoçları ikili dövr gözləyir. Ayın əvvəlində pislik, fitnə-fəsadlardan əziyyət çəkə bilərsiniz. Ancaq ayın ikinci yarısında sizin üçün uğurlu olacaq, xüsusilə intellektual əməklə məşğul olanlar üçün. İyunda həzmlə bağlı probleminizin də olması istisna edilmir.

Buğa
İyun ayında son dövrün köhnə problemlərindən sonra dincəlmək imkanınız olacaq və gələcək planlarınız üçün güc toplayacaqsınız. Sizin üçün ilin ən əsas devizi iyun ayında gerçəkləşəcək: "Asta gedərsən, həmişə gedərsən".

Əkizlər
Bu ay Əkizlər üçün sakit keçəcək. Amma maddi məsələlərdə və yollarda ehtiyatlı olmalısınız. İyunun ortalarında isə qısa müddət ərzində istənilən pozitiv istəyinizin həyata keçmə ehtimalı var.

Xərçəng
Xərçənglər üçün iyun qeyri-adi olacaq. İşdə sizi problemlər gözləyir. Arxanızca yaxşı danışmaya bilərlər. Ancaq cavab vermək lazım deyil. Bu sizə baha başa gələ bilər.

Şir
İş sahəsində danışıqlar Şirlərə uğur gətirə bilər. Onları dostları və həmkarları müdafiə edəcəklər. Yeni layihəyə başlaya bilərsiniz. Ancaq dəyişikliyi ayın sonunda etsəniz, daha çox uğur qazana bilərsiniz.

Qız
İyunda siz şəxsi mülahizələrinizi yürüdəcəksiniz. Dostlarınız və iş yoldaşlarınız sizi müdafiə edəcəklər. Romantik addımlarda fikirləşmədən qərar verməyin.

Tərəzi
İyun ayında yaradıcılıq işlərinə başlaya bilərsiniz. Başlanğıc uğurlu olacaq. Yaşayış yerini dəyişmək məsələsini ilin bu vaxtında təxirə salsanız yaxşıdır.

Əqrəb
Bu ayda həyatda baş verə biləcəklərə inanmaq lazımdır. Taleyinizlə mübarizə ilin bu vaxtında uğur gətirməyəcək. Yolunuzda maneələr gözlənilir.

Oxatan
Bu ay intellektual əməyinizdə gərginlik gözlənilir. İşgüzar həyatınızda da uğursuzluq ola bilər. Romantik hadisələrdə taleyin verdiyi şansları əldən buraxmayın.

Oğlaq
Bu ay sosial durumunuzu düzəltmək istiqamətində addımlar atacaqsınız. Nəticə ürəyinizcə olacaq. Güman ki, professional sferada çətin seçim etməli olacaqsınız.

Dolça
Dəyişkən emosional hadisələr yaşaya bilərsiniz. Səbirli, intizamlı olmaq lazımdır. Düşünülməmiş hərəkətlərə yol verməyin. Əsasən də yollarda daha ehtiyatlı olmalısınız.

Balıqlar
Ayın əvvəlində əsəb sisteminizdə problem yarana bilər. Maraqlarınızı ətrafdakılara görə qurban verməli olacaqsınız. Cavabdehliyiniz emosional hadisələrdə sizə kömək edəcək. Ən əsası isə məişət və yol qəzalarından qoruyacaq.



Şərhlər:
Baxılıb: 19399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz