loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərlə yalan arasındakı əlaqə
Bürclərlə yalan arasındakı əlaqə
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3290
Səs ver:
Qoç
Yalan danışmağı sevməyən və bacara bilməyən qoçların, yalan danışdığından şübhələnsəniz bir az üzərinə getmək ilə hər şeyi həll edərsiniz. Çünki onların, nə müdafiə edəcək, nə də dayanıb uzun - uzun hazırlayacaq vaxtları vardır.

Buğa

Hər vaxt lüksə və pula düşkün olan buğaların, zəif nöqtələri budur. Əgər onlara "Pulun varmı?" deyə soruşsanız alacağınız cavab "Xeyr" olacaq. Amma mütləq kənarda pulları vardır və sizi bu mövzuda aldatmağa çalışırlar.

Əkizlər

Yalanını tutmağın ən çətin olduğu bürclərdən biridir əkizlər. Çünki razısalma qabiliyyətləri olduqca yüksəkdir. Yalanları ilə qarşılaşdığınızda isə yaratdıqları hekayələr ilə sizi çaşdıracaqlar. Bu qədər inandırıcı ola bilir olmaları sizi qorxuda bilər.

Xərçəng
Yalanı, yalnız vəziyyəti daha yaxşıya çevirəcəyi üçün istifadə etməyi düşünən xərçənglər, yalanlarının bunu etmədiyini, hətta daha da pisləşdirdiyini görüncə özləri də kədərlənərlər. Nəticə olaraq narahatedici doğrular çox yaxında ortaya çıxar.

Şir
Yalanı əyləncəyə köməkçi olaraq görən şirlər üçün hekayəni qurmaq və oynamaq olduqca əhəmiyyətlidir. Siz dinlədikcə, o inkişaf etdirəcək və dəyişdirəcək. Sizə də yalnız alqışlamaq və nəfəssiz izləmək qalacaq.

Qız
Yalanı ən az sevən bürclərdən biridir. Buna görə söylədiyi yalanlar ümumi etibarı ilə gerçəyə yaxın yalanlardır. Ya gerçəyi yüngülləşdirib, saxlayıb yalan danışarlar, ya da çox əlaqəsiz mövzularda yalanlar söyləyərək, həqiqətən uzaqlaşarlar.

Tərəzi
Yalan danışma mövzusunda qabiliyyətli olan tərəzilər, sizə yalan danışarkən onları tutmaqda çətinlik çəkəcəksiniz çünki simpatik quruluşu və gülən gözləri səbəbiylə ondan belə şeylər gözləməyib, yanılacaqsınız.

Əqrəb
Yalan danışmaq istəməyib də müraciət etmək məcburiyyətində qalan əqrəblər, ümumi etibarı ilə ən çox cinsi əlaqə haqqında yalan danışarlar. Bacarmaq üçün əllərindən gələni edərlər lakin tez də ortaya çıxarlar. Vəziyyətləri ümumiyyətlə qərarsızdır.

Oxatan
Yalan danışmağı sevməyən və hətta ağrıdıcı dürüstlükləri ilə tanınan yaylar, yalan danışdıqlarında ortadan itməyi sevərlər. Əslində söylədikləri yalanların da böyük əksəriyyəti gerçəkləri ehtiva edər.

Oğlaq
Əgər oğlaqlar sizə yalan danışdısa, onsuz da özü də bundan narahat olub, ətrafda gəzməyə başlar. Söyləmək istədiyi bir şey varmış kimi davamlı bir yarım qalmışlıq halı içindədir. Buna görə yalanını təsbit etmənizi asanlaşdırar.

Dolça
Dolçalar daha çox gələcəyə dair yalanlar söyləyər. Təxminlərdə olarkən ya da öz adına planlar edərkən söylədiyi yalanlar da aqüsursuzdur, çünki yaradıcılıqları olduqca yüksəkdir.

Balıqlar
Yalan danışmağa yalnız başqalarının yaxşılığı adına müraciət edən balıqların bu düşüncələri qarşısında əsəbiləşsəniz də ona əsəbləşə bilməzsiniz, çünki bu vəziyyətin sizin yaxşılığınız adına olacağına o qədər çox inanar ki, onu qıra bilməzsiniz.

Şərhlər:
Baxılıb: 3290
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz