Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı bürc niyə aldadır?
Hansı bürc niyə aldadır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3266
Səs ver:
Qoç bürcü
Qoçlar diqqət sevən bürcdü. Onlara daima diqqət, qayğı göstərilmələrini istiyir. Qoçlar sevgi münasibəti yaşamağı, sevgilisindən xoş münasibət görməyi sevir. Diqqət görməyəndə kimdən diqqət görsələr ona meyillənə bilərlər. Qoç, çox ehtiraslı bürc olsa da, çox zaman qeyri-qanuni münasibətdən uzaq durur.

Buğa bürcü
Buğa bürcünün nümayəndələri çox sadiq olur. Diqqət sevirlər. Əgər diqqətdən kənar saxlanılsa və aldadılsa o da aldada bilər. Yalnız olmağı sevmirlər. Aldatmaq isə yalnızlıq hisslərini yox etmək üçün olur. Buğaya ürəkdən güvənmək olar, çox sədaqətlidir. Amma ona zərbə vursanız, tez bir zamanda sevgisini itirərsiniz.

Əkizlər bürcü
Əkizlər üçün şəhvət aldatma səbəbi deyil. Cinsi münasibətdən çox intellektual danışmaq, ona yaxın olduğun hiss etdirmək əkizləri yoldan çıxara bilər. Əkizlər ona zaman ayrılmadığını görürsə, tez bir zamanda özünə təsəlli vermək üçün gözəl zaman keçirə biləcəyi birini axtarar.

Xərçəng bürcü
Xərçəng də sadiq bürclərdəndir, günahkarlıq hissi yaşayacağı üçün aldatmağa meylli deyil. Əgər birilə münasibətdədirsə, başqa birini düşünmür. Amma özünə inam problemi olan bürc olduğundan, boşluq hiss etdiyi zaman başqa birinin təsirinə düşə bilər.

Şir bürcü
Bu ehtiraslı bürc həyəcanı çox sevir. Diqqət mərkəzində olmağı çox sevir, ona görə özünə inam problemi yaşayır. Daima diqqəti öz üzərinə çəkmək istəyən şirlər, çox zaman müdafiəsiz qalırlar. Orta yaş depressiyasına düşən şirlər özlərini gənc hiss etmək üçün, 20 yaş kiçiklərlə münasibət qura və onları özünə tez bağlaya bilərlər.

Qız bürcü
Romantik aldatma ehtimalı daha çoxdur. Qızlar fiziki aldatmadan çox romantik aldatmaya meyllidir. Vicdan əzabı yaşayan Qızların aldatma səbəbi münasibətlərini davam etdirmək üçün bütün yollardan istifadə edib, amma uğur qazana bilmədiyini görməkləri ilə başlayır.

Tərəzi bürcü
Tərəzi bürcü qarşısındakını xoşbəxt etməyi çox sevir. Güclü prinsipləri olan Tərəzilər, bağlılığı ciddi qəbul edər, bu səbəblə də ən az aldadan bürclərdən sayılır. Amma asan şəkildə "yox” deyə bilməyən tərəzilərin başqaları ilə eşqbazlıq etmə ehtimalı çox böyükdür. Sonsuz eşq tapmaq istəyi aldatma ehtimallarını çox azaldır.

Əqrəb bürcü
Ehtiraslı əqrəblərin aldatma ehtimalları yüksəkdir. Həyəcan axtaranlar kateqoriyasına daxil olan bürcün cinsi aclığı çoxdur. Bu səbəblə də əqrəblər istəyi nəzarətdə saxlamaqda çox çətinlik çəkir. İstəklərini nəzarətdə saxlaya bilməyən əqrəblər həyat yoldaşları tərəfindən aldadılarsa, qisas almaq üçün mütləq aldadar.

Oxatan bürcü
Oxatanları cəzb edən ən əhəmiyyətli şeylərdən biri həyəcandır. Daha böyük bir eşq, daha həyəcanlı bir macəra varmı deyə davamlı düşünürlər. Ola biləcək təhlükələrdən uzaq dayanmağa çalışırlar, amma nə zaman ilk addımı atsalar, işlər o zaman nəzarət çıxar.

Oğlaq bürcü
Oğlaqlar sevilmədiklərini və hörmət görmədiklərini hiss etdikdə cəzalandırmaq üçün aldatmağı üstün tutur. Seksi, ağlını başından çıxaracaq birini tapsalar, bundan böyük həyəcan yaşayarlar. Amma əksər oğlaqlar narahat olduqları üçün, belə macəralardan uzaq qalmağa çalışır. Vicdan əzabı qüvvətli olan oğlaqlar qadağan eşqdən uzaq dayanmağa çalışır.

Dolça bürcü
Dolçalar daima diqqət və qayğı görmək istəyir. Ona ehtiyac olduğunu görmək istəyən dolçalar çox da romantik olmur. Buna görə də çox zaman aldadılan tərəf olur. Aldatan tərəf olması üçünsə fiziki yaxınlıqdan çox duyğusal anlamda bağlanmaları lazımdır. İntellektual danışıq tərzi və ya onu başa düşən, yaxın biri dolçanı yoldan çıxara bilər.

Balıq bürcü
Balıq bürcünü da yoldan çıxaran özünə inam əksikliyidir. Xüsusilə orta yaş böhranına girən bir balıq, həyatın qısa olduğunu fərq edər və yetkinləşmək istəməz. Həyatında bir "sehr” axtarışına başlayar. Bu yaşlarda sirrli və qadağan şeylərə qarşı dözülməz bir yaxınlıq hiss edən balıqlar, yeni biriylə yaşadıqları əlaqəylə özlərini cavanlaşmış və həyata dönmüş hiss edər.


Şərhlər:
Baxılıb: 3266
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz