Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftəlik bürclər (26.05.2014-01.06.2014)
Həftəlik bürclər (26.05.2014-01.06.2014)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4858
Səs ver:
26 May (bazar ertəsi)
Həftənin ilk günü Ay, sakit Buğa bürcündə olacaq. Bu gün dincliyi, rahatlığı tutmaq istəyə bilərsiniz. Buğanın verdiyi təsirlə damaq dadınızı rəngləndirməyi arzulaya bilərsiniz. Yemə, içməyə meyliniz arta bilər. Kefinizi artıracaq şeylərə yönəlmək həyat gücünüzü artıracaq.
Gün sakitliyini qoruyacaq kimidir, səma çox hərəkətli deyil… Tək əlaqə planet Neptunlə bucaq olduğu üçün, gün içində kefinizi pozacaq şeylər ola bilər. Ancaq tənbəlləşmə ehtimalına qarşı həssas olmalısınız. İşin gözəl tərəfi daha yaradıcı, eşq dolu olacaqsınız. Sevdiyinizlə romantik dəqiqələr keçirmək üçün önünüzdə maneə yoxdur. Zamanı keflə keçirmənizi diləyirəm.

27 May (çərşənbə axşamı)

Rejimimizi simvollaşdıran Ay, bu gün də Buğa bürcündə yoluna davam edir. Həyatın sakitliyini fərq etmək, yaşadığınız anın təhlükəsizliyini anlamaq üçün olduqca gözəl bir səfərdir bu. Maddi və mənəvi sahib olduqlarınıza şükr edə bilər, qazancınızı, sağlamlığınızı artırmaq üçün hərəkət edə bilərsiniz. Əhəmiyyətli işlərinizi günorta olmadan həll etmənizi tövsiyə edərəm. Çünki Ay, 12:10-dan etibarən çərşənbə səhəri 07:48-ə qədər boşluqda olacaq. Ayın bucaqsız qalacağı bu zamanlarda asan irəliləməyə bilərsiniz.
Gün əlaqələrinə gəlsək, ay ilə güclü Pluton arasındakı üçbucaq, gücünüzü artırmağa kömək edəcək. Maddi, mənəvi baxımdan daha dəstəklənildiyinizi görə bilərsiniz. Ay ilə şanslı Yupiterin altmışlıq bucağına deyiləcək söz yoxdur. Kefinizi, şansınızı artıracaq hadisələr sizin ilk addımı atmanızla inkişaf edəcək. Ümid edirəm fərdi doğum xəritəniz bu təsirləri almaq üzrə mövqelənmişdir. Unutmayın burada ümumi təsirlərdən danışırıq.

28 May (çərşənbə)
Səhər saatlarından etibarən Ay, hərəkəti sevən Əkizlər bürcündə olacaq. Cümə axşamüstüyə qədər davam edəcək bu səfərdə, rəngli, əyləncəli, məlumat ehtiva edən şeylərə yaxın ola bilərsiniz. Buğanın sakitliyi bitib, Əkizlərin cəh-cəhi ortaya çıxmaqdadır… Təhsil, ünsiyyət, məlumat, ticarət, xəbərləşmə kimi bir çox mövzuda inkişaf ola bilər.
7 iyunla 1 iyul arasındadır, Əkizlər bürcünün idarəçisi olan, ünsiyyət planeti Merkuri geri hərəkətə başlayacaq. Bu tarixlər arasında, ünsiyyət qaynaqlı problemlər ola bilər. Ona görə indidən bu bir neçə günü müsbət qiymətləndirmənizi tövsiyə edərəm. Bu gecə doğulacaq Yeni ayın ardından yeni addımlar ata bilərsiniz. Planlamağı, yazışmağı, tənzimləməni bu günlərdə edib Ay parası gördükdən sonra hərəkətə keçə bilərsiniz. Qısacası həftə sonu gözəl başlanğıclar üçün indidən özünüzü hazırlayın.
Günün təsirlərinə baxsaq, ünsiyyət planeti Merkuri ilə əlaqələrin planeti Venera arasındakı altmışlıq bucaqdakı uyğunlaşma sizi dəstəkləyir… Düşüncələrinizə dəyər qatacaq, əlaqələrinizi artıracaq hadisələr gündəmə gələ bilər.
Axşam saatlarında Yeni ay doğulur. Bilirsiniz ki səmanın ayları, təqvimlərinizdən fərqli irəliləyir. Əkizlər bürcündə reallaşan Yeni ayla yeni bir dövr başlayır. Ünsiyyət, təhsil, mətbuat, nəşr, jurnalistika, media ilə əlaqədar mövzular daha çox gündəmdə yer ala bilər. Ancaq tam da bu ay içində reallaşacaq Əkizlərin idarəçisi Merkurinin geri gedişi, qarışıqlıqlara, səhv anlamalara, gərəksiz mübahislərə yol aça bilər. Ancaq əgər siz, Yeni ayın gözəl təsiriylə addım atsanız, bu keçişdən ən az təsirlənənlərdən ola bilərsiniz. Ona görə bu həftəni bu şüurla qiymətləndirin.

Bu gün Ay ilə xəyalların planeti Neptunn arasında kvadrat reallaşarkən, xəyallarınıza çatmanın məntiqli yollarını düşünməyə başlaya bilərsiniz. Nə xəyaldan, nə də həqiqətən qopmayın. Ay parası görəcəyiniz sabah axşamdan sonra, o mövzuyla əlaqədar kiçik də olsa bir addım atıb, ay içində irəliləyə bilərsiniz.
Yeri gəldikcə bəhs edirəm. Yeniay doğulduğu an səmanın ən qaranlıq vaxtıdır. Qaranlığı yalnız qaranlıqlar sevər. İşığı görmədən, önünüzü görmədən addım atmayın. Yəni 1 ya da 1,5 gün səbr edib, Ay parasını görün. Əhəmiyyətli olan toxumu doğru zamanda torpağa atmaqdır. Nə əvvəl, nə sonra…

29 May (cümə axşamı)
Ay, ünsiyyətçi Əkizlər bürcündə yoluna davam edir. Ətrafınızla daha çox əlaqə qura bilərsiniz. Sıx bir trafik sizi gözləyə bilər. Telefonunuz ard-arda zəng çala bilər, yığıncaq yığıncaq üstünə gələ bilər. Bu qədər sıxlıqlar içində sözlərinizə diqqət yetirməniz yerində olar. Səhv mənalar ya da dedi-qodulardan çəkinməlisiniz. Xüsusilə günortan 12:59-dan etibarən, cümə axşam 17:14-ə qədər Ay boşluqda olacağı üçün irəliləmək çətinləşə bilər. Ona görə iç dünyanızda qalmanız yerində olar.
Günün hərəkətlərinə baxsaq, mənliyimizi izah edən Günəş ilə xəyalçı Neptun arasındakı bucaq, gerçəkləri görmək üçün daha diqqətli olmanızı bildirir. Ayaqlarınızı yerə möhkəm basaraq, xəyallarınıza çata bilərsiniz. Amma həqiqətləri gördüyünüzdən əmin olmalısınız. Ay ilə döyüşçü Mars arasında reallaşacaq üçbucaqla, gün içində reaksiyalarınızı nəzarət etməlisiniz. Bir anda hirslənib, ağızınızdan pis bir söz çıxa bilər. Ay ilə fərqli Uran arasındakı altmışlıq bucaq sizi özünüzə gətirməyi vəd edir. Fərqli hadisələrə açıq bir gündəsiniz. Bu qədər hərəkətlə tarazlığınız oynamasın.

30 May (cümə)
Bu gün axşam 17:14-ə qədər Ay boşluqda olacaq. Bu saatları normalda zaman alacaq işlərə ayırsanız rahatlayarsınız. Sonra da daha rahat hərəkət edə bilər, yeni işlərinizə asanlıqla addım ata bilərsiniz. Yeni ayın böyüyən, bərəkətli təsiri yanınızda olacaq. Ay axşam saatlarında Xərçəng bürcünə keçincə, daha hissiyatlı hərəkət edə bilərsiniz. İç səsinizə güvənin. Həftə sonu boyunca sizi yanıltmadığını görəcəksiniz.
Günün əlaqələrində yenə Ayın hərəkətləri önə çıxır. İlk əlaqəsi ünsiyyətçi Merkuri ilə birləşmək olur. Merkuri artıq Xərçəng bürcünə keçdiyi üçün şüurlu düşünmək çətin ola bilər, romantik qərarlar almanız çox normaldır. Ardından gözəl Venerala bucaq quran Ay, duyğularınızı və əlaqələrinizi qidalandırmış olacaq. Sevdiyiniz, dəyər verdiyiniz insanlarla zaman keçirə bilərsiniz. Eşq axtaranlar üçünsə olduqca gözəl bir təsir olacaq.

31 May (şənbə)
Ay, həssas Xərçəng bürcündə olacaq. Romantik mövzular, ailəvi, hissiyatlı mövzular ön plana çıxa bilər.
Gün içində Günəş ilə döyüşçü Mars arasında qurulan bucağa diqqət yetirmək lazımdır. Mars Tərəzi bürcündə rahatlamadığı üçün ünsiyyət qaynaqlı problemlər ola bilər. Səhv mənalar səbəbiylə doğan anarxiyaya nəzarət etmək lazımdır. Çünki günün davamında bucaqlar sərtləşir. Ayın Mars, Pluton və Uranla quracağı t-kvadrat bucaq forması olduqca məcburedici təsirləri izah edir. Bəzi problemlər gün üzünə çıxıb, aqresiv davranmanıza səbəb ola bilər. Duyğularınızı nəzarət edərək, anlayış yaradaraq problemləri həll edə bilərsiniz. Özünüzə və ətrafınıza daha çox nəvaziş göstərməlisiniz.

1 İyun (bazar)
Ay, yumşaq Xərçəng bürcündə yoluna davam edir. Bu gün daha mülayim bir gün olacağına bənzəyir. Dünən isə Xərçəngin kobud, sərt tərəfləri ön planda idi. Ailəvi mövzular, mənəvi hadisələr gündəmdə ola bilər. Ancaq ümid edirəm sizi hirsləndirəcək şeylərin təsiri artıq uzaqlaşmış olar. Olmasa da hər şeyi mümkünlüyünə buraxmanız lazım olan bir gündəsiniz. Ay səhər 09:33-dən başlayaraq bazar ertəsi gecə yarısı 04:44-ə qədər boşluqda qalacağı üçün, boş yerə özünüzü üzməməlisiniz. Bu saatları özünüzə ayırmanız, fərdi mövzulara cəmlənməniz yaxşı olacaq.
Ay ilə Saturn arasında reallaşan bucaq, məsuliyyət tələb edən işləri gözlətməməniz lazım olduğunu bildirir. Etməniz lazım olan işlərdə rahat irəliləyə bilərsiniz. Ay ilə Yupiterin birləşməsi isə olduqca şanslı təsirlər yaradar. Gün içində narahatlıqdan uzaq, zamanın dadını çıxararaq, yavaş irəliləmənin kefinə çatacaqsınız.


Şərhlər:
Baxılıb: 4858
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz