Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların diqqətinə: bürcləriniz belə geyinməyi tələb edir
Qadınların diqqətinə: bürcləriniz belə geyinməyi tələb edir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6518
Səs ver:

Yaz alış-verişinə çıxmadan əvvəl bu yazıya göz atsanız uduzmayacaqsınız. 1Lady.az qadınların marağına səbəb olacaq bürclərə görə yaz modasını təqdim edir.

 

Qoç qadınları yaz günlərində geyəcəkləri rahat geyimlərlə birlikdə, eyni zamanda da şıq görünmək istəyirlər. Bu sezonun modası qoç xanımları üçün çiçəkli şalvar və ağ rəngli köynəklərdir.

 

Sadəliyi rənglərlə tamamlamağı sevən buğa qadınları bu yaz o qədər də xərcə düşməli olmayacaq. Bu yaz trend parçalarından hazırlanmış rəngli köynəkləri mini ətəklə kombinə edə bilərlər.

 

Geyimlərinin çox olmasını xoşlayan əkizlər xanımı bu yaz mavi rəng çalarlarında olan şalvar və krem rəngli bir pencəklə dəblə ayaqlaşa bilər.

 

Xərçəng xanımları yaxası dantelli köynək və yüksək belli şabalıd rəngli şalvarla baharın havasına uyğunlaşa bilərlər.

 

Gözəl görünməyi sevən şir qadınları bu yaz aşağısı bəzəkli ətək və dəri pencəklərlə şıq görünə bilərlər.

 

Səliqəli görünməyi sevən qız bürcünün xanımları  hər zaman eyni rəng seçməyi sevdikləri üçün bu yaz da mavi rəng çalarında dar köynəklər və ətəklə şıq görünə bilərlər.

 

Özünə inanan tərəzi xanımları qısa qollu sviter və kloj mini ağ ətəklə şıq bir yaz keçirə bilərlər.

 

Fərqli geyimlərlə şıqlığı və rahatlığı bir yerdə tapan əqrəblər dar kəsimli cins şalvar, dəri qısaqol jilet və dəri ayaqqabılarla yaz dəbinin nəbzini tuta bilərlər.

 

Oxatan xanımları rəngli və həyəcanlı xarakterlərini geyimlərində də əks etdirməyi sevir. Bu yaz oxatan xanımlarına rəngarəng şalvar və pencəklər uyğundur.

 

Sadəliklə şıklığı birləşdirməyi bacaran oğlaq qadınları bu yaz qara, ağ rəng qarışığı şalvar və sadə köynəklə şıqlığın nəbzini tuta biləcəklər.

 

Sadə və rəngli parçaları kombinə etməyi sevən dolça qadınları bu yaz cins köynək və rəngli yumru burun ayaqqabı ilə dəbi yaxalaya bilərlər.

 

Balıqlar bu yaz sarı rəngli yarasa qollu don və qara qalın topuqlu ayaqqabılara üstünlük verə bilərlər.



Şərhlər:
Baxılıb: 6518
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz