Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürcə görə saç rəngi və modeli
Bürcə görə saç rəngi və modeli
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 9810
Səs ver:
Qoç bürcü: Azadlığına düşkün biri varsa, işdə o sizsiniz. Sizin üçün ən qorxuducu şey məhdudlaşdırılmaqdır. Buna görə sizin üçün uyğun olan, rahat istifadə edə biləcəyiniz, sizə maneə törətməyəcək bir saç seqmenti. Söyləməmizə gərək belə yox. Saçlarınız uzunsa, at quyruğu edirsiniz. Doğuşdan lider olduğunuz və diqqət çəkməyi çox sevdiyiniz üçün də qırmızı rəng saçınıza çox yaraşır.
Buğa bürcü: Kimsə sizin özündənrazı, ayaqları yerə basmayan biri olduğunuzu söyləyə bilməz. Dostlarınızdan soruşsaq, nə qədər etibarlı, müqavimətli, səbirli və həqiqi biri olduğunuzu söyləyəcəklər. Buna görə seçiminiz daim təbii olandan yanadır. Şişirdilmiş, dəbdəbəli, diqqət çəkici modellər sizə görə deyil. Ayrıca dəyişiklikləri və yenilikləri sevdiyiniz üçün də qırmızının açıq tonları və sarı sizin üçün ideal.
Əkizlər bürcü: Monotonluq sizə çox uzaq! Bu səbəblə, dostlarınız ehtimalla sizi bir ay platin sarısı saçlarınıza alışmağa çalışarlarkən, bir sonrakı ay başınızdakı dəniz mavisi əsintiləriylə qarşılaşdıqlarında çaşmırlar. Buna görə, sizə saç modeli mülahizəmiz çox çətin. Ancaq bəhsə girərik ki, şən, hərəkətli, həssas və rahatı sevən xarakterinizlə, rahat istifadə edilən, xüsusi bir baxım tələb etməyən, evdən çıxmadan əvvəl belə bir daramanızın kafi olacağı saç modellərini seçirsiniz. Əkiz xarakterini saç rəngində də görmək istəyən əkizlər qadını üçün refleli və kölgəli saçlar uyğundur.
Xərçəng bürcü: Romantik və şəfqətlisiniz. Vərdişlərinizə, dəyərlərinizə və evinizə son dərəcə bağlısınız. Amma azadlığınıza da düşkünsünüz. Fərdi sahənizə sizin icazəniz olmadan biri yaxınlaşar yaxınlaşmaz, dırnaqlarınızı dərhal çıxararsınız. Buna görə, saçlarınız siz istədiyiniz zaman istədiyiniz adama təqdim etmək üzrə, gözlərinizdəki mənanı saxlaya biləcək qədər uzun olmalı. Hissləri qüvvətli və duyğulu xərçəng qadınına, açıq qumral saç rəngi çox yaraşar.
Şir bürcü: Adı üstündə. Meşələrin kraliçası sizsiniz! Bütün gözlər üzərinizdə toplanmalı, sizi görən hər kəs qısqanclığından titrəməli! Buna görə də diqqət çəkən, dəbdəbəli və cəsarət istəyən saç modelləri tam sizə görə. Özünə güvənən, ehtiraslı və atəşli aslan qadınlarının rəngi açıq qumral və fındıq qabığı rəngidir.
Qız bürcü: Mükəmməllik göbək adınız! Dağınıqlığa, səliqəsizliyə dözümünüz heç yoxdur. Səhv bağışlamadığınız üçün də detallar sizin üçün çox əhəmiyyətlidir. Buna görə saçlarınızın da hər vaxt baxımlı və diqqətli olması şərtdir. Məsuliyyət sahibi və həssas bir xarakterə sahib olan qız bürcü qadınının rəngi platin tonlarıdır.
Tərəzi bürcü: Estetikə, rahatlığa və lüksə qarşı başqalarından daha həssassınız. Amma yenə də nümayişi və şişirtməni sevmirsiniz. Bu səbəblə tövsiyəmiz, sadə, amma qəşəng saç modellərini seçmənizdir. Cazibəli, həyat sevinciylə dolu və uyğun tərəzi qadını üçün ən uyğun saç rəngi qumral tonlarıdır.
Əqrəb bürcü: Ətrafınızda buraxdığınız soyuq təəssürata baxmayaraq, sirr və ehtiras, həyatınızın olmazsa olmazları arasında iştirak edir. Küt seqmentli saçlar, əqrəb qadınlarının gizli gözəlliklərini ortaya çıxarmaları baxımından biçilmiş xalatdır. Əzmli və cazibəli əqrəb qadını üçün ən uyğun saç rəngi quzğunu qaradır.
Oxatan bürcü: Quşlar qədər müstəqil olmaq təməl xüsusiyyətiniz. Hansı mövzuda olursa olsun, hərşey mütləq sizin əlinizdə olmalıdır. Oyunun qaydalarını qoyan da, tapdalayan da hər daim siz olmalısınız. Jele, sprey kimi məhsullardan xoşlanmadığınız üçün, yumşaq saç modeli istifadə etdiyinizə bəhsə girərik. Xaricə dönük, macəraçı, eyni zamanda zərif oxatan qadının rəngi tünd qumraldır.
Oğlaq bürcü: Xarakterinizi təsvir edəcək ən uyğun söz, möhkəmçilik olmalıdır. Sizi tanıyan kimdən soruşursaq soruşaq, məsuliyyət sahibi, etibarlı, ehtiraslı və çalışqan şəxsiyyətinizdən bəhs edəcək. Həyatınızın hər istiqamətində olduğu kimi, saç mövzusunda da möhkəmçi olduğunuz üçün, saçınızın dağılmasını önləyən sprey və jele kimi məhsullar istifadə etmənizi tövsiyə edərik. Şən, çalışqan, ehtiraslı quruluşuyla diqqət çəkən oğlaq qadınına ən çox yaraşan saç rəngi torpağın tonlarıdır.
Dolça bürcü: Ən çox istifadə etdiyiniz sözlər, prinsip və mübarizə olmalı. Hər şeyi bilib görürmüş kimisiniz. Qeyri adi xarici zövqləriniz var və inanclarınız üçün böyük mübarizələrə girməkdən çəkinməzsiniz. Hal belə olunca, kompleks, hər daim baxım istəyən saç modelləri, sizə görə deyil əlbəttə. Sadə, amma qəşəng bir modeli seçməlisiniz. Azadlığına düşkün, iş bitirici və qərarlı dolça qadınının saç rəngi qırmızı və violetdir.
Balıqlar bürcü: Bürclərin ən romantiki sizsiniz və məntiqdən çox hisslərinizlə yolunuzu tapırsınız. Həssas xarakteriniz saçlarınıza da əks olunduğundan, boya və perma kimi kimyəvi tətbiqlərdən uzaq dayanmalısınız. Saçlarınızı mütləq rəngləyəcəksinizsə, bitki mənşəli boyalar istifadə etməyə diqqət edin. Zəngin bir iç dünyası olan balıqlar qadınına torpaq rəngi və tonları çox yaraşar.
/Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 9810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz