Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fevral ayının ən şanslı bürcləri
Fevral ayının ən şanslı bürcləri
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 61927
Səs ver:
Qoç
Bu ay Qoçlar üçün çətin dövr olacaq. İşlər başqa sahədə yeni layihələrə görə dayanacaq. Səfərlər sizdən asılı olmayan səbəblərdən alınmayacaq. Yaxşı olar ki, fevralda bütün fəallığınızı planlaşdırmaya verəsiniz. Bu sahədə əngəl olmayacaq. 

Buğa
Bu ay uzunmüddətli layihələrlə məşğul olmalı və fırıldaqlı təkliflərə uymamalısınız. Partnyorlarınıza təzyiq göstərməyin. Qələbə çalacaqsınız, amma müvəqqəti qələbə. Sizə eynilə cavab verə bilərlər. Detallara həddindən artıq diqqət yetirin.

Əkizlər
Bu ay yeni işlərə başlamayın, ən azından peşəkar sahədə. Bir-birindən fərqli iki iş, eyni zamanda bir-birinə qarşı olan iki insan arasında qalacaqsınız. İstənilən addımınız nəticəsiz qalacaq. 

Xərçəng
Fevralda pozitiv dəyişikliklər baş verəcək. Onlar tez zamanda yerinə yetəcək. Ola bilsin sizə uğurlu layihəyə rəhbərlik etməyi təklif edəcəklər. Bu ay il ərzində görə bilmədiklərinizi edəcəksiniz. Uğur sizi ilin sonuna qədər izləyəcək. 

Şir
Fevraldakı xoşagəlməzliklər şəxsi münasibətlər üzündən baş verəcək. Uğur qazanmaq üçün sizdən mümkünsüz addımlar tələb edəcəklər. Şirlər onlardan narazı qalınmasını sevmirlər. Çoxları özünü ətrafdakıların fikri üçün yoracaq. Bundan yaxşı heç nə alınmayacaq. Hər şeyi öz ağlınızla edin. 

Qız

Nə vaxtsa etdiyiniz yaxşılığın cavabını bu ay alacaqsınız. Bu, gözlənilməz və xoş olacaq. Sizi bəyənən insan tərəfindən iş təklifi alacaqsınız. Yaxınlarınız isə narazı olacaqlar. Nə qərar versəniz, peşman olacaqsınız. Hər halda uzunmüddətli çətinliklər gözlənilir. Amma həyəcanlanmayın, hər şey düzələcək. 

Tərəzi
Şərait sizi tələsdirəcək. Dost və yaxınlarınızın köməkliyi ilə maddi vəziyyətiniz düzələcək. Fevral ayı sizin üçün informativ keçəcək. Macəralı səfərlər gözlənilir. 

Əqrəb
Bu ay şəxsi keyfiyyətlərinizə görə - xarici cazibə, tərbiyəyə görə uğur əldə edəcəksiniz. Spontan və ya düşünülmüş qərar qəbul edəcəksiniz. Özünüzü yormayın, əks halda diqqətsiz olacaq, nə ağıl, nə də intuisiyanızı işə sala biləcəksiniz.

Oxatan
Məişət məsələlərinin həlli bu ay uğurla nəticələnəcək, xüsusilə problemə əsaslı və müqayisəli formada yanaşsanız. Bu ayda səfərlər sizdə razılıq yaradacaq. Düzdür, hansısa işləri intuisiyanıza güvənərək ayaqüstü görəcəksiniz.

Oğlaq
Bu ay kənara çəkilərək hadisələrin inkişafını kənardan müşahidə edəcəksiniz. Bu o demək deyil ki, ümumiyyətlə heç nə etməyəcəksiniz. Yeni tanışlarınızla əlaqələr bu ay uğurlu alınacaq. 

Dolça

Bu ay Dolçalar ciddi çərçivələrlə məhdudlaşacaqlar. Bir fəaliyyət növü ilə məşğul olacaqsınız, bu zaman həyatı dərk etməniz genişlənəcək və situasiyanı kompleks şəkildə qiymətləndirəcəksiniz. Bu, yaxşılığa doğrudur. Fikrinizi əsas məqsədləriniz üzərində cəmləşdirə biləcəksiniz.

Balıqlar
Bu ay xüsusilə Balıq-rəssamlar üçün uğurlu olacaq. Şedevr əsərlərin yaradılması gözlənilir. Balıqlar bu il fərasətli olacaq və kimi istəsələr nəyə istəsələr inandıra biləcəklər. Düzdür, başınız qarışa və önəmli layihənin təhvil verilməsini unuda bilərsiniz.


Şərhlər:
Baxılıb: 61927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz