Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2014 At İlində Çin Bürcünüz Nələr Göstərir?
2014 At İlində Çin Bürcünüz Nələr Göstərir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10022
Səs ver:
Bu il ağac elementli At ili olduğu üçün Yaşıl At ili deye adlandırılmışdır.

Siçan ilində doğulanlar üçün 2014 At ili üçün şans çox da yaxşı olmayacaq. Çünki Atın Siçandan heç xoşu gəlməməkdədir. Çin bürc xüsusiyyətlərinə görə At və Siçan çox pis və düşməncə bir döyüş içində olacaqlar. Hər vaxt inciklik və mübahisə gözlənilməkdədir. Əgər Siçan olaraq 2013-cü ili müvəffəqiyyətlə keçirdinizsə 2014-cü ildə də bu müvəffəqiyyətin davam etməsi gözlənilə bilər. Əgər 2013 İlan ili sizin üçün pis keçən bir il oldusa o zaman önünüzdəki problemlərə hazırlıqlı olma zamanıdır. 2014 At ilinin sizin üçün ən əhəmiyyətli fəaliyyətləri yoldaşlıq əlaqələri və pul sahəsində olacaq. Bir çox Siçan insanı 2014 At ilində enerji əskikliyi hiss edəcək.

Öküz ilində doğulan adam üçün 2014 ili işlərinin sıx zamanıdır. Bir ferma heyvanı olan Öküz Atı qısqana bilər. Çünki insanlar Ata Öküzdən daha yaxşı davranmaqdadır. Öküz daha ağır və zəhmətli işləri görsə belə, At daha çox hörmət görər. Öküzlə Atın əlaqəsi yaxşı deyil, lakin At Öküz üçün valideynlər, təhsil və müdafiə olunma mənasına gəlir. Beləcə 2014-cü ildə At əslində Öküzü qoruyub gözətləməkdə davam edəcək. Öküz 2014 At ilində ailəsindən dəstək görəcəyi üçün, ailəsini də qoruma ehtiyacı hiss edəcək. 2014 ağac elementli At ili olduğundan, Öküz insanları bu il məhsuldar məhsul yığacaq, başqa deyimlə müvəffəqiyyətlərindən ləzzət alacaqlar.

Pələng ilində doğulan kəslər üçün 2014 ili qarışıq təsirləri olan və müsbət ilə mənfinin birlikdə görüləcəyi bir il olacaq. Pələng ətyeyən heyvan olmasına baxmayaraq At öz sahəsini Pələnglə paylaşa bilər, çünki qaçışda onu geridə buraxa bilir. Pələng və At qarşılıqlı cazibə üzündən bir - birləriylə yaxşı razılaşmaqdalar. Bu Pələng insanları üçün yaxşı xəbərdir, lakin 2014-cü ildə bəzi səhv başa düşülmələr də mümkündür. Hər şey problemsiz şəkildə görünməsinə baxmayaraq Pələng insanları arxalarında buraxdıqları problemlərə hələ də diqqət yetirmək məcburiyyətində qalacaqlar. Qısqanclıq üzündən bəzi kəslər sizə badalaq vurmaq üçün fürsət gözləyə bilər. Qısaca Pələng insanlarının 2014 At ilində müvəffəqiyyətlər başlarını gicəlləndirməməlidir. Əgər belə olsa yaxşı tale asanlıqla pisə çevrilə bilər.

Dovşan ilində doğulan kəslər üçün 2014 ili həqiqətən təəccüblü və mükəmməl bir il olacaq. Dovşan utancaq, hər vaxt tətikdə olan, bacarıqlı heyvandır və çox sürətli qaça bilər. Lakin At çox daha sürətli qaça bilər. 2014 At ili Dovşan üçün potensialını, yaradıcılığını və cəsarətini ortaya çıxarmaq üçün ilham mənbəyi olacaq. At Dovşanla qarşılaşdığı zaman Dovşan Atdan çox fayda təmin edəcəkdir. Buna görə 2014 At ili Dovşan insanları üçün yaxşı bir il olmalıdır. Ağac elementli At ili sizin üçün xoşbəxtlik, romantizm və lütflərlə dolu olacaq. Karier mənasında da Dovşan insanları müvəffəqiyyət qazanacaqlar. 2014-cü ildə Dovşan insanın insanlarla dostluq əlaqələri və ailədə eşq əlaqələri yaxşı olacaq.

Əjdaha ilində doğulan kəslər üçün 2014 ili çətin mübarizələrlə keçəcək bir il olacaq. Səma heyvanı olan Əjdahanın yer üzü heyvanı olan Atla heç bir əlaqəsi yoxdur. Onların hər ikisi lider olmaq üçün yarışacaqlar, lakin birbaşa mübarizəyə girməyəcəklər. Onların yaxın yoldaş olma ehtimalları çox çətindir. 2014 At ili Əjdaha insanlarına şansdan çox şanssızlıq gətirəcək. İnsanlar talehli olduqlarında problemlər yaşadıqları zaman onlara kömək edəcək bəziləri tapılar. Lakin Əjdaha insanları At ilində bu qədər şanslı olmayacaqlar. Onlar 2014 də fərqli problemlərlə üzləşəcəklər, lakin yaxın dostları bu zaman yanlarında olmayacaq. Əjdaha insanları problemlərlə özləri məşğul olmaq məcburiyyətində qalacaqlar.

İlan ilində doğulan kəslər üçün 2014 ili hər anlamda müvəffəqiyyətlidir. İlan insanları üçün 2013 ili çox da mükəmməl bir il deyildi. Bunun səbəbi İlan ilində İlan insanlarının həddindən artıq tabuları olması idi. Lakin indi 2014 At ilində İlan insanları üçün yaxşı xəbərlərimiz var. Çünki At və İlan çox yaxşı razılaşa bilər. Karier, pul və insanlarla əlaqələr yaxşı olacaq. 2014 At ilində sizin həyatınızda yenilənmə müddəti olacaq. İlan insanları özləri və ailələrinin həyat səviyyəsini yüksəltmək üçün Atdan sürətli hərəkət etməyi, hətta daha yüksəklərə uçmağı öyrənməlidirlər.

At ilində doğulan kəslər üçün 2014 ili daha çox plan qurma və səyahət üçün uyğun olacaq. Çünki bir At digəriylə qarşılaşdığında bu At ilinin At insanı üçün uğurlu olmayacağı mənasını verməkdədir. Əgər At insanı sakit olsa, o zaman etibarda olacaq və başına şanssız bir hadisə gəlməyəcək. Lakin əgər At insanı nüfuzlularla məşğul olmaq və ya mübarizə etmək istəsə, o zaman səyahət zamanı problemlərlə qarşılaşacaq. Bu At insanının başqa birinin torpaqlarında səyahət edəcəyini göstərir. 2014-cü ildə At insanları hər şeyi mülayimliklə həll etmək məcburiyyətindədirlər. Onların dostluqları, eşq əlaqələri, büdcələri və ya karierləri 2014 At ilində məhdudlaşdırmalara tabe ola bilər.

Qoyun/Keçi ilində doğulan kəslər üçün 2014 ili yeni əyləncələrin kəşf ilidir. At və Qoyun bir çox ortaq xüsusiyyətlər daşımaqdadır. Onlar hər ikisi otyeyən heyvandır və çöldə günəşin altında yan - yana olmağı çox sevərlər. Bəzən cütçülər qoyunları Atın tək qalmaması üçün At axırına doldurar. Çin Zodiakına görə At və Qoyunun cazibədar əlaqələri vardır. Buna görə 2014 At ilində Qoyun insanları hər baxımdan şanslı olacaqlar. 2014 At ili Qoyun insanları üçün çox zövqlü və yaxşı bir il olacaq.

Meymun ilində doğulan kəslər üçün 2014 ili səyahət ilidir. Meymun ilə At arasında xüsusi bir əlaqə yoxdur. Buna görə Meymun insanları At ilində bəzi təzyiqlər hiss edə bilər. Meymun ağıllı bir heyvan olduğundan, At ilinin gətirdiyi mübarizələri qəbul etməlidir. Əgər Meymun atın yəhərində otura bilsə, o zaman istədiyi hər yerə gedə biləcək. Buna görə səyahət Meymun insanı üçün 2014 At ilində çox yaxşı olacaq. Əgər Meymun insanı həyatında daha yaxşı fürsətlər axtarırsa, bu fürsətləri vətənindən uzaqlarda axtarmaq işə yaraya bilər.

Xoruz ilində doğulan kəslər üçün 2014 ili eşq əlaqələrinin sıx olacağı bir il olacaq. Xoruzun və Atın hər ikisi ferma heyvanları olmasına baxmayaraq, Xoruz Atı sevmir, çünki Atdan qorxur və özünü davamlı təzyiq altında hiss edir. Xoruz insanı 2013 İlan ilində super zaman keçirmişdi. Bu şans 2014 At ilində də davam edəcək, Xoşbəxtlik, Eşq və Romantizm eyni zamanda Xoruz insanın qapısını döyəcək. Xoruz insanları üçün 2014 At ili mükəmməl bir zaman olacaq. Bütün il boyu Xoruz insanları eşq əlaqələrində xoşbəxt bir il keçirəcək.

Köpək ilində doğulan kəslər üçün 2014 ili qarışıq təsirləri olan və müsbət ilə mənfinin birlikdə görüləcəyi bir il olacaq. İt də At da ferma heyvanları olmaq etibarilə ortaq istiqamətləri çoxdur. Çin zodiakına görə İt və Atın cazibədar bir əlaqəsi vardır, buna görə İt insanlarının At ilində çox yaxşı yoldaşlıq əlaqələri olacaq. 2014 At ilindədirsə İt insanının həm şanslı həm də şanssız günləri olacaq. Buna görə At ili İt insanları üçün həm yaxşı həm də pis şansın olacağı bir il olacaq. Karier, Pul və Eşq sahəsində şanslı hiss edəcək, lakin şanssızlıq yoluna bəzi tələlər çıxaracaq. İt insanları mübarizələrlə üzləşməyi bacara bilsə, 2014 onlar üçün möhtəşəm olacaq.

Donuz/Qaban ilində doğulan kəslər üçün 2014 ili əvvəlki ilə görə daha şanslı bir il sayılır. Donuzlar Çin zodiakında şanslı heyvan sayılır. At da faydalı heyvanlardandır. Donuz ümumiyyətlə bağçada, At isə daha çox çöllərdə olar. Onlar bir-biriylə döyüşə biləcəkkən, barış içində yaşaya bilərlər və bir-birlərini narahat etməzlər. Bu bu mənanı verər, Donuz və At uyğunsuz heyvanlardır lakin bir - birlərinə hörmət edərlər. Bu da 2014 At ilində Donuz insanı üçün yaxşı xəbərdir. Donuz insanının həyatında 2013 Ağac elementli At ilində Pul xərcləmə və xəstəlik görünür. Yaxşı və pis şans bir-birinə qarışmışdır. Lakin ümumiyyətlə vəziyyət 2013 İlan ilindən daha yaxşı sayılır.


Şərhlər:
Baxılıb: 10022
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz