Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2014-cü ilə bürclər nə vəd edir - ƏTRAFLI
2014-cü ilə bürclər nə vəd edir - ƏTRAFLI
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 18116
Səs ver:
Qoç bürcü – At ili qoçlara asan olmayan və gözlənilməz hadisələrlə bol il vəd edir. Bu bürcün təmsilçilərini yeni ildə yaxşı perspektivlər gözləyir.
Bu ildə qoçların həyatında karyeranı yüksəltmək, vətənpərvərlik, yaradıcılıq, valideyn və övlada məhəbbət daha çox diqqət mərkəzində olacaq. Sevgi münasibətləri isə öz ixtiyarlarına veriləcək.
İlin ilk ayında əksər sahələr qoçlar üçün o qədər də səmərəli olmayacaq. Belə ki, göstərilən ərəfədə qoçlar daxili orqanları ilə bağlı problemlərlə üzləşəcəklər. Məhz elə bu səbəbdən də onlar vaxtında tədbir görməlidirlər.
Qoçların gələcəyi çıxaracaqları qərarlardan birbaşa asılı olduğu üçün dəfələrlə götür-qoy etmək lazım gələcək. Ən maraqlısı isə budur ki, avqustun ortalarından bu vaxta qədər gizli fəaliyyət göstərən düşmənlər üzə çıxacaq.

2014_cü ilə bürclər nə vəd edir.

Buğa bürcü – Hamıdan fərqli olaraq bu bürcün sahibləri 2014-cü ilin gəlişindən daha çox şeylər gözləyirlər. Hər şeydən əvvəl köhnə planları, nə vaxtdan bəri daxilinizdə cövlən edən layihələri reallaşdırmağa çalışmaq məsləhətdir.
At ili qoçlara əgər martın ortalarına qədər bu istiqamətdə məqsədlərinə yetişsələr, ilin 8 ayını şad və xürrəm tərzdə başa vurmağı vəd edir.
Ən əsası isə aprel ayının ortalarında buğaların rastlaşacaqları adamlar onların şəxsi həyatında olduqca böyük rola malik olacaq. Buna üçün isə təşəbbüskarlıq ilk növbədə buğaların öz tərəfindən olmalıdır.
Yeganə çətinlik avqustda olacaq. Payızda isə buğlara böyük sınaqlarla baş-başa qalacaqlar. Yenə də hər şey özünüzdən və çıxaracağınız qərarlardan, nəticələrdən asılı olacaq.

2014_cü ilə bürclər nə vəd edir.

Əkizlər bürcü – 2014-cü ilin ilk 6 ayı ərzində əkizlərin insanlarla münasibətində, eləcə də dünyagörüşlərində mənfi fəsadlar nəzərə çarpacaq. Ancaq çətin olsa da qarşıda duran məqsədlərə yetişə biləcəklər.
Ulduzların düzümü isə Novruz bayramından may ayının ilk həftəsinə qədər olan müddətdə daha ehtiyatlı olmağı məsləhət görür. At ili əkizlərə zamanla ayaqlaşmağı, etikanı qorumağı və daha çox təcrübi işlərlə məşğul olmağı təlqin edəcək.
Əgər bu ənənəyə sadiq qalmasalar, əkizlər iyunun sonuna qədər çətinliklə baş-başa qalacaqlar. İlin birinci yarısında maliyyə durumu aşağı səviyyədə olsa da, payıza doğru müsbət dönüş əldə olunacaq. Ümumiyyətlə, sentyabrın sonlarından başlayaraq tale əkizlərin üzlərinə güləcək.

2014_cü ilə bürclər nə vəd edir.

Xərçəng bürcü – At ili bu bürcün sahibləri üçün çox məhsuldar bir il olacaq. Yanvar-mart aralığında bəzi cəhdlər boşa çıxsa belə, yeni müttəfiqlər qazanmaqdan razı qalacaqlar. Məhz göstərilən 3 ayda karyeraya yüksələn "kəsə yolu” tapacaqlar.
Yay aylarında ailə-sevgi münasibətləri mənfi müstəviyə istiqamət götürə bilər. Sentyabrın
ortalarından başlayaraq isə istər karyerada, istərsə də biznes fəaliyyətində uğurlar artacaq. Noyabr ayında isə xərçənglərə öz sağlamlıqlarını qorumaq məsləhət olunur.

2014_cü ilə bürclər nə vəd edir.

Şir bürcü – At ili şirlər üçün itkilərlə başlayacaq. Ümumiyyətlə, bu bürcün nümayəndələri qış aylarını gərgin tərzdə başa vuracaqlar. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində çoxsaylı problemlərlə rastlaşma ehtimalı var. Odur ki, Novruza qədər riskli hərəkətlərdən uzaq olmalı, ağlınız kəsməyən işlərdən çəkinməlisiniz.
Elə ki, mülayim yaz başladı, tale şirlərin üzünə gülməyə başlayacaq. Avqust-oktyabr aralığında isə karyerada daha parlaq mənzərə yaranacaq.
Həmçinin, ailə-sevgi problemləri kifayət qədər azalacaq. 2014-cü ildə şirlərin səfərləri daha çox olacaq. Ulduzlar şirlərin səhhəti ilə bağlı elə bir ciddi problemlərin olmayacağını vurğulayırlar.

2014_cü ilə bürclər nə vəd edir.

Qız bürcü – Qızlar ötən dövrlərlə müqayisədə 2014-cü ilə reallığın gözü ilə yanaşmalı, hər bir hadisəni dönə-dönə analiz etməlidirlər. Onu da unutmaq olmaz ki, bu il dostlar xeyli artdığından mühafizə də güclənəcək. Bu səbəbdən də nə qədər ciddi olsa belə rəqiblərdən qorxmamalıdırlar. Əksinə əzmkarlığı artırmalıdırlar.
Əgər belə etsələr may ayından başlayaraq, fəaliyyətdə əsaslı dönüş yaranacaq. At qızlarda mistik inancları da artıracaq. İyunun sonlarından başlayaraq isə ailə-sevgi münasibətləri ideal səviyyəyə çatacaq. Evlənmək üçünsə oktyabr-dekabr aralığını seçmək məsləhətdir.

2014_cü ilə bürclər nə vəd edir.

Tərəzi bürcü – At ilində tərəzilər martın ortalarına qədər əksər sahələrdə ağır sınaqlarla baş-başa qalacaqlar. Belə deyək ki, həmin üç ayda sanki "cənnət darvazası” önündə bədxah adamlarla cəngə girəcəksiniz. Aprelin əvvəllərində tərəfdarlar güclənəcək və onlar çox işlərdə tərəzilərə dəstək verəcəklər. 2014-cü il evli tərəzilər üçün çətin, subaylar üçün isə şən keçəcək. Amma ehtiyatlı olmaq lazımdır. Ulduzlar avqustda uğurlu bir sövdələşmənin iştirakçısı olacağınızı bəyan edir.

2014_cü ilə bürclər nə vəd edir.

Əqrəb bürcü – 2014-cü ildə baş verən hadisələr o qədər zəngin və sürətlə hərəkət edəcək ki, Atın nə vaxt ötüb keçdiyini əqrəblər bilməyəcək. Yanvar ayında fəaliyyət dairələrini genişləndirmək istiqamətində edilən cəhdlər boşa çıxsa da, ruhdan düşməyə lüzum yoxdur.
Fevralın ikinci yarısından başlayaraq, müştərək biznes sahəsində çoxsaylı uğurlar olacaq. Hətta nəticə qaneedici olduğundan paralel fəaliyyətə də həvəs aratacaq. Atın himayədarlıq etdiyi dövr əqrəblərin dinə-imana gəlməsində əhəmiyyətli rol oynayacaq. 2014-cü ilin himayədarı isə sizin planet – Marsdır. Deməli, hamıdan enerjili məhz əqrəblər olmalıdır.

2014_cü ilə bürclər nə vəd edir.

Oxatan bürcü – Atın hakim olduğu dövr oxatanların şəxsi həyatlarında ən keşməkeşli ərəfə olacaq. Necə deyərlər, oddan-alovdan keçəcəklər. Nəticənin uğurlu olacağını düşünüb bəri başdan bu kimi sınaqlara baş qoşmaq da məsləhət deyil. Təxminən avqustun sonundan başlayaraq itirilənlər tapılacaq, yarımçıq qalan işlər bərpa olunacaq.Onu da deyək ki, oxatanlar dost sarıdan yenə də narahatçılıqla üzləşəcəklər. Hətta bu xoşagəlməzliyin ailə-sevgi münasibətlərinə də mənfi təsir göstərəcəyi mümkündür. Bu səbəbdən də oxatanlara sevgilərini qorumaq məsləhət görülür. Evlənmək istəyənlərsə, aprel-oktyabr aralığından istifadə etməlidirlər. Səhhətlə bağlı məsələyə gəlincə isə bu il ayağında yel olan oxatanlar daha ehtiyatlı olmalıdırlar.

2014_cü ilə bürclər nə vəd edir.

Oğlaq bürcü – At ilində oğlaqların qəlbinə yaxın olan adamlar əksər məsələlərdə onlara yardımçı olacaq. Dostlar və qohum-qardaşlarla yaranmış soyuqluq aprel ayından başlayaraq qaydasına düşəcək. At ilin birinci başlanğıcında oğlaqlar işlərini necə qursalar, sonrakı müddətdə də elə o cür davam edəcəklər.
Ulduzlar yazın sonlarında oğlaqların ciddi səhvlərə yol verəcəyindən narahatdır. Çalışmaq lazımdır ki, ətrafda olan hər kəsə inanmasınlar. İlin sevgi amili uisə bu bürcün sahiblərinin özlərindən asılı olacaq. Belə ki, onlar əgər mülayim və nəzakətli olsalar, rəğbət qazanacaq,əksinə olarsa küsüşmələr prosesi başlayacaq.
Bu il oğlaqlara çoxlarının işi düşəcək. 2014-cü il yaradıcı oğlaqlar üçün daha uğurlu il olacaq. Ən əsası isə iş yerini dəyişmək planlarını təxirə salmaq lazımdır. Çünki başqa işə keçilərsə vəzifə pilləsində yüksəliş olmayacaq.

2014_cü ilə bürclər nə vəd edir.

Dolça bürcü – Bu bürcün sahibləri şaxtalı yanvar və ilk dekadası (1-10) çoxsaylı çətinliklərlə üzləşsələr, ruhdan düşməyə lüzum yoxdur. Bu il ətrafda olan insanların dolçaları anlamasına zəmin yaradacaq. Mart-oktyabr aralığı isə bu bürcün sahibləri üçün ən ideal ərəfə olacaq. Karyerada yüksəliş, maddi durumun yüksək səviyyəyə çatması, yeni və etibarlı dostlar, o cümlədən mənəvi rahatlıq dolçaları məmnun edəcək. Evlənmək və yeni işlərə başlamaq üçün də şanslar qazanılacaq.
Yeni sevgi macəralarına isə xeyli aludə olmaq məsləhət görülmür. İlin son 2 ayı müəyyən qədər gərgin fonla müşayiət olunsa da, dolçalar özlərini təmkinli aparmaqla gözlənilən xoşagəlməzlikləri dəf edə biləcəklər.

2014_cü ilə bürclər nə vəd edir.

Balıqlar bürcü – 2014-cü ilin birinci yarısında doğmalarla, ələxsus da kiçik yaşlılarla bağlı problemlər, o cümlədən, yaxın dostlarla münaqişələr gözlənilir. Bunun qarşısını almaq üçün isə mülayim davranmalı, məntiqli çıxışlar etməli, ətrafda baş verən prosesləri düşüncəli şəkildə analiz etmək məsləhət görülür.
Əks təqdirdə çoxsaylı çətinliklər yaşanacaq. Mayın əvvəllərinə qədər isə iş yerini dəyişmək, xarici ölkələrə səfər etmək, o cümlədən, riskli addımlar atmaq fikrindən daşınmaq vacibdir. İyundan ilin sonunadək nəzərdə tutulan planların böyük əksəriyyəti həyata keçəcək. Bu sıraya ailə qurmaq, məşhurlaşmaq, vəzifə pilləsində yüksəlmək, həmçinin, nüfuzu artırmaq kimi amillər aiddir.
Fevraldan başlayaraq, maddi durumunuz ikiqat-üçqat səviyyədə artacaq. Astroloji göstəricilər sağlıq durumunuzun aprel, sentyabr və dekabr aylarında problemli olacağını göstərməkdədir. Odur ki, bəri başdan bu istiqamətdə tədbirli olmaq məsləhətdir.


Şərhlər:
Baxılıb: 18116
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz