Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
At ilinin ən dəbli geyinən bürcləri hansılar olacaq?
At ilinin ən dəbli geyinən bürcləri hansılar olacaq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5377
Səs ver:
Dəb tendensiyaları: Hətta ən çox bilinən inanclara belə rişxəndlə yanaşan adamlar yeni ildə onu nələr gözlədiyini öyrənmək istəyir. At ilinin düşərli olub-olmayacağı ilə bağlı ulduz falını oxumağa səbirsizlənir. Elə buna görə də Yeni il gecəsi üçün bürclərə uyğun müxtəlif stillər təqdim edirik:
Qoç bürcü
Yeni il gecəsi yersiz gündəlik geyimlərdən uzaqlaşıb parlaq libasları özünüzə icazə verə bilərsiniz. Məsələn, qısa al-qırmızı don, dərin sinə dekoltəli köynək, yaxud da ekstravaqant kombinizon. Sarı qızılla işlənmiş brilliantlar qoç bürcünün cazibədarlığını artıracaq. Floristik dizaynda üzük sizin uğur talismanınız olacaq.

Buğa bürcü
Yeni il gecəsi üçün ipək, yaxud da sürüşkən materialdan tikilən paltarlara üstünlük versəniz, yaxşı olar. Karamel, əsasən yaşıl rənglərə müraciət edin ki, gələn il sizə çoxlu uğur gətirsin. Bəzək əşyaları böyük ola bilər. Amma tək iri boyunbağı ilə kifayətlənin.

Əkizlər bürcü
Yeni il axşamı zərif biçimli, ən yüngül, nazik parçadan tikilmiş paltarlar seçin. Bu stili casarətli aksessuarlarla, o cümlədən süni xəzlərlə tamamlamaq olar. Xəzlər əkizlər bürcünün nümayəndlərinə cazibədarlıq və çəkicilik bəxş edcək. Bütün ansambla boğuq göy, yaşıl tonlar, polad və gümüşü rənglər əlavə olunmaqla gözlənilən nəticəni əldə etmək mümkündür.

Xərçəng bürcü
Çəhrayının açıq çalarları və qızılgül ləçəkləri əlavə olunmuş paltarlar yeni il gecəsi üçün əla ansambl təşkil edəcək. Üstündən yüngül xəz jaket geyinmək olar. Bu stildə mirvaridən istifadə etməsək, böyük bir dəb səhvinə yol vermiş olarıq. Mirvarilər xərçəng bürcünün nümayəndələrinin təbii gözəlliyini vurğulamağa kömək edəcək.

Şir bürcü
Yeni il gecəsi həqiqətən dəbdəbəli görünmək istəyirsinizsə, tünd göy, tünd yaşıl və şəhvət rəmzi olan qırmızıya müraciət edin. Şirlər üçün ən yaxşı materiallar: məxmər, atlas, zərxaradır. Bədən quruluşunu vurğulayan paltarlara üstünlük versəniz, yaxşı olar. Stili uğur gətirən qiymətli daşlarla tamamlayın. İlk növbədə əlbəttə ki, brilliant gəlir, qeyri-rəsmi tədbirlərə isə dəri və taxtadan hazırlanmış aksessuarlar taxa bilərsiniz.

Qız bürcü
Bu bürcün nümayəndələri adətən təmkinli və şit olmayan rənglərə üstünlük verirlər. Yeni il gecəsi isə bu prinsiplərdən əl çəkib, al-qırmızı, göy və ya firuzəyi libas ilə gözqamaşdırıcı görünün. Əgər daha ekstravaqant görünmək istəyirsinizsə, müəmmalı, mücərrəd naxışlı paltrarlar axtarın. Bəzəklər çox ola bilər, amma hamısının gümüşü rəngdə olması vacibdir.

Tərəzi bürcü
Yeni ili qarşılamaq üçün açıq göy, boz, yasəmən tonları uğurlu seçimdir. Böyük dekolteli uzun paltarlara üstünlük vermək lazımdır. Bu paltarın aksessuarlarını çox diqqətlə seçmək lazımdır. Geyimi təbii, yaxud süni güllərlə tamamlaya bilərsiniz. Güllər gözəlliyinizə təbiilik bəxş edəcək. Zinət əşyaları isə floristik motivlərdə olmalıdır. Ay daşlı üzük isə uğur gətirəcək.

Əqrəb bürcü
Mürəkkəb üslübda geyim sizin üçüm əla seçim olar. Yeni il gecəsi bədən quruluşunu göstərən və dəri detallarla işləmiş geyimlərə üstünlük verin. Xəz şarflar geyimi daha eleqant hala salacaq. Asimmetrik kəsimlər, dekolte lap yerinə düşər. Əqrəb bürcünün nümayəndələri üçün ən münasib rənglər: bənövşəyi, qara və qırmızıdır. Qızılı və iri bəzək əşyaları, yaxud da topaz uğur cəlb etməyə kömək edəcək.

Oxatan bürcü
Yeni il gecəsində sizə minimum detalları olan yığcam ansambl daha münasibdir. Əsas diqqət rənglərə toplanmalıdır. Bu rənglərin birinin üzərində dayanın: tünd göy, gümüşü və al-qırmızı. Ağ qızıldan, gümüşdən və ya platindən olan zinət əşyalarının köməyi ilə geyimi təkmilləşdirə bilərsiniz. Ağır, mücərrəd üslubda aksessuarlarla eksperiment aparmaqdan qorxmayın. Yeni il gecəsi sizə uğur gətirən daşlar: ametis, firuzə və göy yaqutdur.

Oğlaq bürcü
Əyninizə kip oturan, geommetrik biçimli, qalın paltarlar daha uyğundur. Paltarın rəngi tünd olmalıdır. Göy, qırmızı, yaşılın tünd tonlarına müraciət edin. Əgər siz bu axşam "sanballı” görünmək istəyirsinizsə, ənənəvi "qayıqlardan” imtina etməli oacaqsınız. Belə ki, kobud ayaqqabı modeli sizin üçün ən uğurlu seçim ola bilər. Obraza vintaj aksessuarlarla bəzək vurun.

Dolça bürcü
Yeni il gecəsi siz boz və göy rənglərin üzərində dayanın. Bu rənglərin qara ilə kombinasiyası çox uğurlu alınır. Heç bir məntiqə tabe olmayan avanqard biçimlərə üstünlük vermək lazımdır. Bu axşam xüsusi bir şey istəyirsinizsə, parlaq parçalara diqqət yetirin. Akvamarin daşlı böyük klon sizin uğur simvolunuz olacaq.

Balıq bürcü
Yeni il axşamı bir rəngli deyil, böyük və mücərrəd naxışlı paltar seçmək daha yaxşıdır. İşıqlandırma sistemindən asılı olaraq rəngləri dəyişən paltarlar da olar. Rəng çeşidi müxtəlif ola bilər, ancaq rənglərin boğuq olması vacibdir. Saç lenti, yaxud, başda yaxşı bağlanmış şalı obraza əlavə etmək olar. Gümüş, ametis daşı, mirvari kimi zinət əşyaları yeni ildə yeni uğurlar əldə etməyə kömək edəcək.


Şərhlər:
Baxılıb: 5377
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz