Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanvar ayı üçün bürclər nə deyir?
Yanvar ayı üçün bürclər nə deyir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4472
Səs ver:
2013-cü ilin yanvar ayı üçün Fransa ulduz falı.

QOÇLARIN ailəsində ilin əvvəlində həmişə olduğu kimi aləm bir-birinə dəyib. Qızıldan qiymətli vaxtınızı uydurma problemlərin müzakirəsinə etməyin. Bu ayı sakit bir şəraitdə keçirməyə çalışın. Onda yeni ildə qarşınızda yeni imkanlar açılacaq. Subayların həyatında yeni tanışlıqların sayı-hesabı olmayacaqdır. Lakin tələsməyin, səbirlə kəmiyyətin keyfiyyətə keçməsini gözləyin. İşdə münaqişələr və maneələr zolağını dəf etməlisiniz. Bunun üçün var qüvvənizlə çalışmalısınız. Diplomatik danışıqlar, incə kombinasiyalar, düşünülmüş gedişlər güclü tərəfiniz olub, sizi başqalarından fərqləndirir. Hətta ən şıltaq sahə olan maliyyə məsələlərində müvəffəqiyyət toxumlarının ilk cücərtiləri artıq hiss edilməkdədir.

BUĞALARIN ailə münasibətlərini düzəltmək hələ gec deyil. Yalnız iradınızı bildirməmişdən əvvəl tərəf-müqabilinizi diqqətlə dinləməlisiniz. Tənha səyyahların ürəyinə yol tapmaq istəyən namizədlərin sayı az deyildir, lakin sizdən ciddi münasibət tələb edir. Odur ki, yüngül münasibətlər arzusunda olanlar yaxşı-yaxşı düşünməlidirlər. Siz eyni zamanda bir neçə layihə üzərində çalışırsınız, cəsarətlə mübarizəyə atılırsınız və sonunda opponentlərinizin dəlillərini darmadağın edirsiniz. Sabit büdcə daşınmaz əmlak almağa, yaxud köhnəsini əsaslı şəkildə yenidən qurmağa imkan verir

Ailəvi ƏKİZLƏR böyük sürət götürmüş münaqişə çarxını vaxtında dayandıra bilirlər. Romantik səyahət, şam işığında yemək, maraqlı sürprizlər və mehriban münasibət və gözəl hisslər sanki geri qayıdır. Görürsünüz, hər şey necə sadədir? Tənha səyyahlarda avantürizm ruhu baş qaldırır. Yeni kəşflər və personajlar baş gicəlləndirir. İşdə isə əyləncə zamanı deyildir. Uğur qazanmağına qazanacaqsınız, amma bunun üçün çox tər tökməli olacaqsınız. Amma rəhbərlik də səylərinizi zəhmətinizə müqabil yüksək qiymətləndirib, səxavətlə mükafatlandıracaqdır. Büdcənizin əsaslı şəkildə möhkəmlənməsi arzularınızı gerçəkləşdirməyə imkan verəcəkdir.

XƏRÇƏNGLƏRİN ailəsində səksəkəli dövrdür. Ən yüngül toqquşma belə bomba partlayışı effekti verə bilər. Çıxış yolu özünüzdə güc tapıb bir-birinizsi mərdi-mərdanə dinləməkdir. Qayğısız subaylar, deyəsən, ağılllanıb, böyük məsuliyyətlə həyat yoldaşı seçiminə başlayıblar. Düz də edirlər. Sevgi-duyğu məsələləri zarafat-filan sevmir. İşdə mürəkkəb vəziyyətlərdən elə məharətlə çıxırsınız ki, hətta rəhbərliyi belə heyran qoyursunuz. Bütün bunlara baxmayaraq, məvacibiniz istədiyiniz səviyyədə deyildir. Odur, pullarınızı ağına-bozuna baxmadan xərcləməyə tələsməyin.

ŞİRLƏRİN ailəsində uzaqdan da olsa, artıq göy gurultusunun sədaları artıq eşidilməkdədir. Ailə tufanının qopmasına yol verəcəksiniz, yoxsa səbirlə səssizlik çətiri altında bu bəladan qorunmağa üstünlük verəcəksiniz – qərar sizindir. Tənha səyyahları onların bütün həyatını bir anda alt-üst edəcək bir görüş gözləyir. Duyğularınızı coşduran eşq bəlası bir baxışı ilə az qala ürəyinizi köksünüzdən qoparır. Ən maraqlısı da budur ki, uzun sürən bu bayğınlıq vəziyyəti xoşbəxtlik adlanır. İşdə fəaliyyətə keçmək vaxtıdır. Hər şeyin yağ kimi gedəcəyinə ümid bəsləməyin, lakin səyləriniz də layiqincə mükafatlandırılacaqdır. Sizi yeni vəzifə, bəlkə də tamamilə başqa fəaliyyət sahəsi gözləyir. Qazandıqlarınızı daşınmaz əmlaka yatıra biləsiniz. Üstəlik, xeyriyyəçiliyə də çatar.

Ailəvi QIZLAR evdən qaçmaq üçün bəhanə axtarır, bunun üçün hər fürsətdən istifadə edirlər. Sıxıcı vəziyyət, qorxuducu səssizlik. Bu ailə yarasının irini nə vaxt axacaq? Hələ gözləmək lazım gələcəkdir. Qətiyətli subaylar özlərini valehedici sayırlar. Seçdiyiniz insanı fəth etmək çətin olmayacaqdır. İşdə inamlı qələbə qazanmısınız. Bütün qapılar və ürəklər sizin üçün açıqdır. Xaricdə staj keçdikdən, yaxud ixtisasartırma kurslarından sonra vəzifənizin artırılacağı istisna deyildir. Gəliriniz sabitdir və narahatlığa əsas vermir, lakin ödənilməmiş hesablar büdcənizin tarazlığını bir anda sarsıda bilər.

TƏRƏZİLƏR ailə həyatının darıxdırıcı buxovlarına davam gətirə bilmirlər. Amma aqillər yaxşı deyiblər: ”Xoşbəxtlik olmazdı, bədbəxtlik kömək etdi”. Siz ailənizin problemlərini həll etmək – mənzili təmir etmək, avtomobil almaq, uşaqların təhsil məsələləri ilə məşğul olmaq üçün həyat yoldaşınızla səylərinizi birləşdirməlisiniz. Onda bütün narazılıqlar sabun köpüyü kimi partlayıb havaya qarışacaqdır. Ailə buxovlarından azad olanları isə unudulmaz bir görüş gözləyir. Yeni münasibətlərin möhkəm təməli olmasa belə, çox cəlbedici və başgicəlləndirici münasibətlər olacaqdır. İşdə problemləriniz başınızdan aşır. Lakin düşündüklərinizi vəzifəcə böyüklərin üzünə açıq söyləməklə bir çox problemləri özünüz yaradırsınız. Xoşbəxtlikdən, bu müstəqillik oyunu məvacibinizə elə bir təsir göstərmir. Sizi kapitalınızı uğurlu bir şəkildə yatırmaq barədə düşünürsünüz.

Ailəvi ƏQRƏBLƏRİN məhəbbət heç yadına düşmür. Son günlər qayğılar başınızı qaşımağa imkan vermir. Üstəlik, üstü köz bağlamayan çoxdankı yara aranızda etimad hissinin möhkəmlənməsinə imkan vermir. Tənha səyyahlar tərəddüd içindədirlər: bir tərəfdən ciddi münasibətlər istəyirsiniz, digər tərəfdən sonu olmayan bir ehtirasın ağuşuna atılmaq istəyirsiniz. İşdə mövqelərinizin əsaslı olduğunu sübuta yetirməlisiniz. Ola bilsin, ixtisasartırma kurslarına qatılasınız. Maliyyə durumunuzun sabitliyi şübhə doğurmur, lakin sizdən soyuqqanlı hərəkət etməyi tələb edir.

Ailəvi OXATANLAR ömür-gün yoldaşlarını sanki unudublar. Bütün işlərinizi bir kənara qoyub bir-birinizlə məşğul olun. Sabit ailə münasibətlərini risk altına qomaq ağılsızlıqdır. Subaylar nikah kəməndini boyunlarına keçirməyə tələsmirlər. Sizi yalnız yüngül eşq macəraları maraqlandırır. İşdə möhtəşəm uğur qazanmısınız. Sizi həm əməkdaşlar, həm də rəhbərlik çox istəyir. Artıq gəlirinizi daşınmaz əmlaka yatırmaq istəyirsiniz. Uğurun başınızı gicəlləndirməsinə yol verməyin. Unutmayın ki, ağac bar verdikcə, başını aşağı salar.

OĞLAQLAR çox xoşbəxtdirlər. Ömür-gün yoldaşınız ürəyinizdən keçənləri dərhal gerçəkləşdirir, "Qa” deyən kimi "qa”, "Qu” deyən kimi "qu” verirlər. Bəziləriniz yeni övlad dünyaya gətirmək barədə düşünürsünüz. Xəyalpərvər subayların da sevgidə bəxti gətirəcəkdir. Ürəyinizə düşən qığılcım böyük bir məhəbbət tonqalı qalayacaqdır. İşdə arzuladığınız vəzifəni ələ keçirmək üçün tərləməli olacaqsınız. Doğrudur, fəaliyyət sahəsini dəyirdirməlisiniz. Ən böyük maliyyə problemi pullarınızı hara yatırmaq barədə qərar verməkdir.

DOLÇALARIN ailəsində hökm sürən idilliyanın üzünü yüngül buludlar alıbdır. Tərəf-müqabilinizlə ciddi söhbət etməyin vaxtı çatıbdır. Müstəqil səyyahlar onları sevənlərin gözündə və ürəyində məhəbbət atəşi alovlandırırlar. Ehtiyatlı olun, bu aradan özünüzün də alışıb-yanmaq ehtimalı çox güclüdür. İşdə siz lidersiniz, uğurlarınız sizə şübhə ilə yanaşanları belə mat qoyur. Vəzifəniz və məvacibiniz artırıla bilər. Büdcəniz sabitdir, amma bədxərclik məsləhət deyildir.

BALIQLARIN ailəsi üstündən sükutla keçilmiş fikirlərin və dilə gətirilməmiş sözlərin burulğanına düşəcəkdir. Siz vəziyyətə aydınlıq gətirmək istəmirsiniz, tərəf-müqabiliniz isə dumanlı-çiskinli ailə atmosferində özünü rahatdan rahat hiss edir. Bəlkə də hər şey yaxşılığa doğrudur? Əsas məsələ budur ki, hamı özünü xoşbəxt hiss edir. İslahedilməz subayların üfiqində cəlbedici heç nə yoxdur. Tələsməyin. Yüngül flirt çoşqun bir romanın proloqu ola bilər. İşdə sizə başqa fəaliyyət sahəsi, məsuliyyətli vəzifə, yaradıcı iş etibar edirlər. Sizi sanballı gəlir gözləyir. Bu il yaxınlarınızın gözündə oxuduğunuz bütün arzuları gerçəkləşdirə biləcəksiniz.


Şərhlər:
Baxılıb: 4472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz