Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin seks sirləri [qadın və kişi]
Bürclərin seks sirləri [qadın və kişi]
Göndərən: NoName
Şərhlər: 32
Baxılıb: 91309
Səs ver:
Astrologiya və bürclər yataq otağınıza necə təsir edir heç düşündünüzmü? İstər inanın istər inanmayın birlikdə olacağınız insanın bürc xüsusiyyətləri sizinkiylə uyğun gəlmirsə o xüsusi anların dadı qaçır. Ən yaxşısı xəbərə bir nəzər salın və daha yaxşı bir nəticə  üçün bilgiləri götürün… Qadınlar.Biz sizlərə kişi və qadın bürclərin cinsəllik sirlərini təqdim edir:

Qoç: Yorulmaq nədir bilməz!

Qoç qadını: Əlaqə əsnasında aktiv rol oynamaqdan xoşlanan qoç qadını üçün cinsəllik idman etmək kimidir. Öz enerjisini ortaya çıxaracaq bir fürsət olaraq gördüyü seks əsnasında eşq oyunlarıyla çox vaxt itirməz. Zəif işıq, şamlar və romantizmmi axtarırsınız?Xahiş edirik onu güldürməyin. Hansı çağda yaşayırıq? İşıqları açaq !

Qoç kişisi: Doğru zaman və doğru məkan kimi şərtləndirmələr bu adamın kitabında yazmır. Dərhal nəticəyə çatmaq istəyən atəşli qoç yorulmaq nədir bilməz, yorulsa da bildirməz. Platonik sevdaların yumşaq şahzadəsisinizsə arxanıza belə baxmadan qaçın ondan. Əlaqə əsnasında daha çox özünü düşünsə də yoldaşını xəyal qırıqlığına uğratmaz. Fərqli geyimlər və şəxsiyyətlərlə əlaqəni rəngləndirmək yaxşı fikirdir.

Buğa: Kefinə düşkün və klassikçidir!


Buğa qadını: Ambiyans! Kef düşkünü olan bu qadını həyəcanlandıracaq sehrli sözdür. Şam işığı, yaxşı yemək, keyfiyyətli içki, romantik musiqi, bahalı hədiyyələr təxəyyülü hərəkətə keçirər. Heç tələsən deyil, sizə də tövsiyə etməz. Sürprizlərdən, vərdiş etmədiyi hər şeydən nifrət edər ancaq zamanla alışa bilər. Sahiblənildiyində həm qürur duyar həm də rahatlayar.

Buğa kişisi: Klassik zövqləriniz varsa bu adam tam sizin üçündür. Qısa sürən seksdən nifrət edir, ön sevişməyə isə əhəmiyyət verir. Gecəlik əlaqələr onu açmır. Seksualın onun üçün mənası törəməkdir amma keyf almağı da göz ardı etmir. Digərlərindən fərqli olan bu adam ondan uşaq istədiyinizi söyləsəz daha yaxşı performans göstərəcək.

Əkizlər: Nə edəcəyi əsla məlum deyil!


Əkizlər qadını: Parlaq zəkalı bu qadın rahatlamaq və sinirlərini boşaltmaq üçün sizinlə hər cür oyuna vardır. Romantizmə nifrət edir, hər cür fantaziyaya xüsusilə sözlü olanları çox sevir. Qışqırdılmağı sevər və onu başdan çıxara bilmədinizsə yüksək ehtimalla təkrar görə bilməzsiniz. Nə edəcəyini əsla düşünə bilməzsiniz, ən atəşli anda birdən siyasətdən ya da ictimai haqqlardan söz açar. Eyni budaqda çox dayanmaz amma onsuz da onu belə qəbul etmişsiniz...

Əkizlər kişisi: Seksdə islahat bir şüar olsaydı pankartı daşıyan bu adam olardı. Davamlı yenilik və dəyişiklik arxasında qaçan əkizlər kişisi yataqda hiperaktiv bir performans sərgiləyər. Hər cür eşq oyununu və kimi necə cəlb edəcəyini yaxşı bilər. Ondan sadiq bir partnyor yaratmaq qeyri-mümkünə yaxındır, sizə aşiq olub dinc dayansa belə ağılından keçənləri bilmək istəməzsiniz.

Xərçəng: Onun üçün seks su içmək kimidir

Xərçəng qadını: Bu qadın üçün seks su içmək qədər təbiidir. Hər cinsi təcrübə ona doğurqanlığı xatırladar. Yataqda ruh halı dəyişən biridir. Bəzən uşaq ruhlu, bəzən qadına xasdır. Bacarıq ona özünü rahat hiss edəcəyi mühit yaratmaqdadır. Nə qədər güclü görünsə də qoruyucu kişi tipindən və qucaqlanmaqdan xoşlanar.
Xərçəng kişisi: Onun üçün doğru məkan özünü ən etibarda hiss edəcəyi yer yəni öz evinin yataq otağı, isti yuvası. Romantik xərçəng kişisi aşiq olduğu qadınla sevişməkdən xoşlanır. Onun üçün bişirdiyiniz hər hansı bir yemək afrodizyak təsiri yaradar və sizə möhtəşəm bir performans olaraq geri qayıdar.

Şir: Bəzəkli sözləri çox sevir

Şir qadını:
Bu qadına diqqət, bu qadın yataqda yanğın çıxara bilər! Təşəbbüs almaqdan çox xoşlanır və hər mövqedə xoşbəxt olan şir qadının tək ehtiyacı, qulağına mükəmməl olduğunu pıçıldamanızdır. Hər fantaziyaya açıqdır. Haqqında söylədiyiniz gözəl sözləri çox sevər və dərhal inanar. Onu uzaqlaşdırmaq üçün yataqda pis olduğunu söyləyin. Geri çəkiləcək və bir sonrakı partnyorun sizin qədər ağılsız olmaması üçün dua edəcək.

Şir kişisi: Yataqda özündən daha sakit və passiv bir yoldaş seçən bu ovçu adam seksual sonradan öyünəcəyi bir güc nümayişi olaraq yaşamağa meyllidir. İşləri yolunda gedirsə və müvəffəqiyyətlidirsə bu vəziyyət performansına da müsbət təsir göstərir. Müvəffəqiyyətsiz bir dövrdədirsə digər bürclərdən daha çox təsirlənər və bol bol qayğı gözləyər.

Qız: Mükemmel və idealdır

Qız bürcü qadını: Tərtəmiz deyilsinizsə və xoş ətirli iy vermirsinizsə bu qadına yaxınlaşmaq heç də yaxşı nəticə verməz. Vasvasılıq və gigiyena seks həyatının vazgeçilməzləridir. Belə ki təmizlik onun üçün başlı başına xəbərdar edilmə səbəbidir. Yeni şeylər sınamaqdan keyf alar və detallar üzündən bir anda soyuya bilər. Bütün bunlara dözə bilsəniz nələrdən xoşlanacağınızı bir baxışda sezər və atəşli dolanan bir çox bürcdən daha bacarıqlı olar.

Qız bürcü kişisi: Yaxşı performans sərgiləmək üçün bəzən özünü texnikaya o qədər qapdırar ki bir robotla birlikdə olduğunuzu zənn edə bilərsiniz. Mükemmelliy və detalçılı olduğundan bir anda sizi mərhəmətsizcə tənqid edə bilər. Seks mövzusunda özünü də içdən içə tənqid edib bədbəxt olmağa meyllidir. Ehtiyacı olan şey düşünməyi bir kənara buraxıb anın dadını çıxarmaqdır. Bunu bacara bilsə onunla birlikdə möcüzələr yarada bilərsiniz.


Tərəzi: Uyğunlaşma və gözəllik əhəmiyyətlidir


Tərəzi qadını:
Baş quruluşuna uyğun gələn bir partnyorla birlikdə ikən bu tarazlığı axtaran qadının bütün yaradıcılığı ortaya çıxar və qarşısındakını ovsunlayar. Eyni qabiliyyəti qarşı cinsdən də gözləyər amma tapa bilməzsə dərhal xəyal qırıqlığına uğramaz. Estetik bir erotizm əlaqəsini seçər. Estetik gözləmələrinə cavab verə bilməyən bir partnyor tərəzi qadınının seksdən soyumasına və tarazlığının pozulmasına səbəb olar.

Tərəzi kişisi:
Bu adam ancaq hər mövzuda uyğunlaşacağı qadınlarla birlikdə olmağı istər. Üstəlik yoldaşı həm uyğun həm də gözəl olmalıdır! Təvazökar davranmağa çalışsa da əslində özünü nə qədər bəyəndiyini dərhal hiss edərsiniz. Bu da onu daha cazibədar edər. Əlaqə əsnasında ümumiyyətlə şəfqətlidir ancaq bəzən sizi əhəmiyyətsiz hesab etdiyi təəssüratına qapıla bilərsiniz. Yenə də ən xüsusi anlarda qulağınıza ən gözəl sözləri pıçıldayacaq adam Tərəzi kişisidir.

Əqrəb: Obyektmi, o da nə?

Əqrəb qadını: Bütün əqrəb qadınları fərqində olmasalar belə müdhiş bir cinsi cazibə qüvvəsinə sahibdirlər. Bu onların üz, bədən gözəlliyi və yaşlarından asılı olan tamamilə müstəqil təbii qabiliyyətləridir. Partnyorunu başdan çıxarmaq mövzusunda üstünə yoxdur. Eşq qədər nifrət də onu xəbərdar edən bir duyğudur. Bir əqrəbin ürəyini qırdınızsa və təkrar bərabərsinizsə başınıza gələcəklərdən əsla əmin olmayın. Ona görə seksualın yeri və zamanı yoxdur.

Əqrəb kişisi: Vamp qadınlardan xoşlanan bu ehtiraslı adam ac yaşaya bilər amma seks olmadan əsla! Ancaq aşiq olduğunda başı qarışar və gerçək performansını göstərə bilməz. Əksini iddia etsə də aşiq olmaqdan dəli kimi qorxar. Yataqda ən iddialı bürc olan bu adamın ehtiraslı və sirrli qaranlıq bir tərəfi də vardır ki bu da onu cazibədar edir.

Oxatan: Uçar və qaçar!

Oxatan qadını: Seks onun üçün bir əyləncə fürsətidir! Özünü və partnyorunu kəşf etmək yeni şeylər sınamaq üçün daha yaxşı fürsət ola bilməz. Hiperaktiv və uclarda davranışları sizi çaşdıra bilər hətta bu qadın bəzən təhlükəli belə ola bilər. Yataqda risk almağı sevər və istədiyini əldə etdiyində dərhal sıxılar. Onunla birlikdə olmaq tam bir macəradır. Macəraya ürəyiniz dözməyəcəksə onunla nə işiniz var?

Oxatan kişisi: Hər cür fantaziya bu adamdan soruşular. Planlı proqramlı əlaqədən nifrət edər və çox orta nəticələər əldə edər. Onu odlayan riskə girmək və tutulma qorxusudur. Açıq havada və təbiətdə eşq etmək tam ona görədir. Bu qədər havalı xüsusiyyətə baxmayaraq ən yaxşı performansı ondan gözləməyin çünki o seksdən çox seks etmə fikirinə düşkündür.

Oğlaq: Etibarlı seks onluqdur!

Oğlaq qadını: Bu təcrübəli qadını çox da asan əldə edə bilməzsiniz. Özünü çəkər və asan ələ verməz. Yataqda sizə incə incə lağ edər. Sizə hörmət etməzsə daha da əhəmiyyətlisi güvənməzsə əsla birlikdə olmaz. Ancaq güvənsə dünyanın ən cazibədar qadınına çevrilər və yumşalar. Utancaqlığını üstündən atmış bir oğlaq qadınıyla isə heç bir bürcün qadını yarışa bilməz!

Oğlaq kişisi: Bütün oğlaq kişilərində yetişdiyi mühitdən və fiziki xüsusiyyətlərindən yaranan bir şöhrət mövcuddur. Üstəlik bu adamın başı olduqca qarışıqdır. Bu da onu daha da cazibədar edir. Cinsilikdə belə müəyyən bir keyfiyyət və səviyyəni qorumağa çalışar. Sizə güvənməsi, onunla birlikdə olmağa "layiq" olduğunuza əmin olması zaman alar. Seksual ciddi qəbul edər və partnyoruna bağlanar. Etibarlı seks mövzusunda ekspertdir.

Dolça: Mən azadam, ona görə!

Dolça qadını: Müstəqilliyinə düşkün və başı qarışıq dolça qadını yataqda atəşli olmaqdan çox sirrli və yaradıcıdır. Sahiblənmə duyğusu ən az olan bürclərdən biridir. Partnyorunda maraq oyandırar amma onu tam olaraq kəşf edə bilməzsiniz. Dünyanı qurtarmaq fikrində olan bu qadın üçün seks həyatın mənası deyil amma azadlıq deməkdir. Qadağan olanla maraqlanar, monotonluğa dözə bilməz, onunla kəşf bir ömür sürər.

Dolça kişisi: Bu orijinal adam ancaq fikirlərinə dəyər verdiyi ya da maraqlı tapdığı qadınlarla birlikdə olar. Bağlanmaq və romantizm ona gülməli gəlir. Yoldaş ola biləcəyi insanlarla birlikdə olar. Erotizm və virtual seks marağını çəkər. qadağaları dağıtmağı çox sevər ancaq seksə bir araşdırma mövzusu olaraq yaxınlaşar. Ehtirasından çox zəkasıyla yoldaşını xoşbəxt edəcək performans sərgilər.

Balıq: Xoşbəxt etmək üçün hər şeyi edər

Balıq qadını: Romantizm və eşq olmadan bu qadınla birlikdə olmaq qeyri-mümkündür. Yataqda mehriban. oyunçu və fədakar olur. Balıq qadını ayaqlarını yerdən kəsməniz üçün sizə hər fürsəti verır. Sizi xoşbəxt etmək üçün əlindən gələni edər. Kobud davranışlardan nifrət edər. Yaxşı niyyətli və avamca rəftarlarının sizdən xoşlandığı müddətcə etibarlı olduğunu xatırladaq, yoxsa oyanıq dolanan çox qadını cibindən çıxarar.

Balıq kişisi: Hər an hər kəsə aşiq olan romantik Balıq kişisi həm tez tez sevgili dəyişdirər həm də bundan vicdan əzabı duyar. Xoşbəxt olmanız üçün əlindən gələni edər amma aldatmağa meyllidir və çox tez xəbərdar olunar. Marağı başqasına yönələnə qədər partnyorunu marağa boğar. Yataqda oyunçudur və sizi əyləndirər. İçki onda afrodizyak təsiri yaradar və ondan sonra olacaqlar üçün məsuliyyət götürməz.


Şərhlər: 32
Baxılıb: 91309
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
seher_kuleyi7
twk ler xebere gorem cox lazimli xeberdi
22 aprel 2016 19:46
# 32
Nemka Matata
oglaq tamamen duzdur hosgeldin
16 aprel 2016 18:24
# 31
Lucia
Kadin akrepim....... 126
1 aprel 2016 22:05
# 30
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
qonaqa
mene hele aid deyil ekizlerem
1 aprel 2016 19:46
# 29
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
seva.qova
Oxatan və dolça məncə səhf yazılıb)))
1 aprel 2016 15:25
# 28
nazzzzzzz
Xerceng duzdu
1 aprel 2016 14:36
# 27
Şəbnəm Vüsal
Oxatan qadini haqda yazilanlar tam da dogru deyil. Bezileri xaricdi
1 aprel 2016 12:48
# 26
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Antikvar
Sitat: Miss_Oxatan
Booooy ay Allah,xebere baxiw sayina baxinnn.ujas kakaya))))milletde seksual manyaklawma gedirey))))ne hevesliler yahu))))

122122ahh Gülkam səhər səhər güldürdün məni)))Sən birdə bəyənmə siyahına bax 42 nəfər bəyənib )))Ölkədəki krizis,manatın enməsi,devilasiyasi belə təsir etməyəcək tək həll yolu, çarəsi bu manyaklaşmadı122
1 aprel 2016 12:33
# 25
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Booooy ay Allah,xebere baxiw sayina baxinnn.ujas kakaya))))milletde seksual manyaklawma gedirey))))ne hevesliler yahu))))
1 aprel 2016 12:29
# 24
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
bos-bos sozlerdir
1 aprel 2016 12:25
# 23
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Balıq kişiləri haqqında yazılanlar doğru deyil..)
1 aprel 2016 11:22
# 22
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Oxatan ve ekizler.goresen ekizlerin aglindan neler kecir?))
1 aprel 2016 11:13
# 21
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ulduz
Yoldasim tərəzidi mən buga hmmmm dogru ola biler
1 aprel 2016 11:08
# 20
arzum-aysum
Bir əqrəbin ürəyini qırdınızsa və təkrar bərabərsinizsə başınıza gələcəklərdən əsla əmin olmayın.
1 aprel 2016 10:56
# 19
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Barbaris
qiz burcu) bezileri duzdu
1 aprel 2016 10:47
# 18
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Marta
Mende baliq yolasimda baliq 09
1 aprel 2016 10:42
# 17
Немного терпения, и у тебя все получится..
SEVGI DENIZIM
oxatan
3 sentyabr 2014 22:58
# 16
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aylin24
122 gulmeyim gelirrrrr
27 noyabr 2013 16:15
# 15
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
DuYGuSaL
Qoç kişisi: Doğru zaman və doğru məkan kimi şərtləndirmələr bu adamın kitabında yazmır. Dərhal nəticəyə çatmaq istəyən atəşli qoç yorulmaq nədir bilməz, yorulsa da bildirməz. Platonik sevdaların yumşaq şahzadəsisinizsə arxanıza belə baxmadan qaçın ondan. Əlaqə əsnasında daha çox özünü düşünsə də yoldaşını xəyal qırıqlığına uğratmaz. Fərqli geyimlər və şəxsiyyətlərlə əlaqəni rəngləndirmək yaxşı fikirdir.
05

Şir qadını: Bu qadına diqqət, bu qadın yataqda yanğın çıxara bilər! Təşəbbüs almaqdan çox xoşlanır və hər mövqedə xoşbəxt olan şir qadının tək ehtiyacı, qulağına mükəmməl olduğunu pıçıldamanızdır. Hər fantaziyaya açıqdır. Haqqında söylədiyiniz gözəl sözləri çox sevər və dərhal inanar. Onu uzaqlaşdırmaq üçün yataqda pis olduğunu söyləyin. Geri çəkiləcək və bir sonrakı partnyorun sizin qədər ağılsız olmaması üçün dua edəcək.
bookiz
25 noyabr 2013 19:41
# 14
Когда ты проиграл, просто улыбнись.
Победитель теряет вкус победы.. 19
Wiyinka
Oxatan qadını: Seks onun üçün bir əyləncə fürsətidir! Özünü və partnyorunu kəşf etmək yeni şeylər sınamaq üçün daha yaxşı fürsət ola bilməz. Hiperaktiv və uclarda davranışları sizi çaşdıra bilər hətta bu qadın bəzən təhlükəli belə ola bilər. Yataqda risk almağı sevər və istədiyini əldə etdiyində dərhal sıxılar. Onunla birlikdə olmaq tam bir macəradır. Macəraya ürəyiniz dözməyəcəksə onunla nə işiniz var?
abooo 09
22 noyabr 2013 22:27
# 13
Alok
Qoc burcu haqqinda necede duz yazilib yoldawim qoc burcudu de.ozum baliq burcuyum dogrudu.
21 noyabr 2013 20:05
# 12
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
MALIS
eqreb
21 noyabr 2013 17:48
# 11
-Bir gün mənə "Oda səni sevmişdi" desələr, "Onun ki sevgi deyil, ötəri həvəs idi" deyərəm..- "Yıxıldınmı?" desələr, "Məni kimsə yıxa bilməz, yıxılan xəyallarımdı" deyərəm..-"Boş ver, bir gün üzüntün bitər" desələr, "Sevənin üzüntüsü ancaq öləndə bitər" deyərəm.. -"Sən bu hallara düşməzdin" desələr, "Düşməz, qalxmaz bir ALLAH`dır" deyərəm.. -"Sən niyə ona o etdiyini etmədin? " desələr, "Mənim kitabımda xəyanət yazılmaz" deyərəm....!
aylin24
hmmmmm maraqlidi
21 noyabr 2013 16:24
# 10
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
canr
eqreb dupbeduz
20 noyabr 2013 21:17
# 9
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
amazing
qoc- 06
20 noyabr 2013 16:37
# 8
lili)
maraqli idi
20 noyabr 2013 14:15
# 7
Zeynuş
kitabda var bunlar
20 noyabr 2013 14:07
# 6
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
BARBI
maraqliydi tesekkurler.
20 noyabr 2013 13:22
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Deniz_24
Baliq qadin 08
20 noyabr 2013 13:11
# 4
Unutmadım, unutamam. Kara sevdam merak etme. Yaşamaksa yaşadım lakin, Canımın çoğu kaldı sende. Pişman mıyım asla, Güzelleştim yasla. Sevmedim mi? sevdim evet, Senden sonra ihtirasla...
Ama benim ciğerim yanar,Ten oyalanır can kanar.İki gözüm iki çeşme,Haberin yok içerime içerime akar
vipbetul
bos sozlerle vaxt itirmiyin
20 noyabr 2013 12:24
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz