Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər Sentyabr ayı üçün nə deyir?
Bürclər Sentyabr ayı üçün nə deyir?
Göndərən: NoName
Şərhlər: 121
Baxılıb: 6667220
Səs ver:
Bürclər 2016-cı il Sentyabr ayı üçün nə deyir?

Bürclər Sentyabr ayı üçün nə deyir?
Qoç - Sentyabr 2016 - da Böyük Xeyirxah Yupiter Qoçun cütlər evinə girəcək və 2017 Oktyabr ayına qədər orada qalacaq. Siz bir illiyinə və ya daha uzun müddətdə fürsətlərdən və sizə açılan qapılardan faydalanacaqsınız. Yupiter əlaqənizin çiçəklənməsinə gətirib çıxaracaq və ya əgər axtardığınız yeni bir eşqsə, sizə yeni eşq gətirəcək. Ümumiyyətlə Yupiter insanların cütlər evində olduğu zaman insanlar aşiq olar, nişanlanar, evlənər və ya mükəmməl ortaq hədəflərə çata bilər. Bəzi vəziyyətlərdə hətta səhv və stressli əlaqələrdən də xilas ola bilərlər. Lakin ümumi danışsaq ən əhəmiyyətli şey fürsətlər və onların sizi nə qədər məmnun etdiyi ilə əlaqəlidir. 23 Sentyabra qədər Kiçik Xeyirxah və eşq planeti Venera Qoçun eşq evindən keçəcək. Beləliklə Qoçları xoşbəxt bir ay gözləyir, xüsusilə 9 - 23 Sentyabr aralığında. Yupiterin 9 Sentyabr 2016 - da Qoçun ortaqlıqlar evinə girməsi professional əlaqələrdə 13 aylıq bir fürsət vəziyyəti yaradacaq. Əməkdaşlıq, iş ortaqlığı, müqavilələrlə əlaqədar işlərdə Sentyabr Qoçlar üçün yeni bir mərhələnin başlanğıcı hesab olunur. Bu baxımdan Yupiter Venera qovuşmasına görə Sentyabr 2016 əksəriyyətlə ümid verici görünür. Venera da Qoçun pul evinin idarəçisi olduğuna görə, maddi mənada da bir qazancdan bəhs etmək olar. Çox çalışacaqsınız, lakin işlər çox da problemsiz getməyəcək. Sentyabr boyunca Qoçun iş evində Merkurinin retrograd etməsi sizə əlavə intellektual, səyahətlə, sənədlərlə və ünsiyyətlə bağlı stress yaşada bilər. Yaxşı xəbər budur ki, Sentyabrın sonuna doğru Qoçun idarəçisi Mars az qala doqquz aydır retrograt hərəkəti səbəbiylə qaldığı çətin sahədən xilas olur. Dərsinizi aldınız və yeni perspektivlər sizin üçün açıqdır. Sentyabr 2016 boyunca Merkurinin Qoçun sağlamlıq evlərinin birində retrograt hərəkətini nəzərə alsaq, bəzi sağlamlıq problemləriniz ola bilər. Əsəbilik, tənəffüs problemləri, qəza riski bunlardan bəziləridir. Bu eyni zamanda tibbi sənədlər arxasında qaçacağınız və ya bəzi müalicələri və ya diaqnozları davam etdirməniz lazım gələn bir dövr mənasına da gələ bilər. Hər baxımdan sağlamlığınıza diqqətlə yanaşmalı və özünüzə diqqət yetirməlisiniz.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Buğa - 2016 Sentyabr ayı Buğaların eşq həyatı üçün çox kompleks bir ay olacaq. Bir tərəfdə: Buğanın ehtiras və erotizm evində Günəşin tranziti cinsi enerjinin artması və həyatınızın eşqiylə qarşılaşma fürsətinizin ortaya çıxmağı mənasına gəlir. Digər tərəfdən eyni evdəki Merkurinin retrograt hərəkəti suları bulandıra bilər və köhnə eşqlərin, fantaziyaların, xəyal qırıqlıqlarının və ya ziddiyyətlərin ortaya çıxmasına səbəb ola bilər. İşlər həqiqətən planlandığı kimi getməyəcək. Eşq planeti Veneraya gəlincə o qaydalar, işlər və zərurətlər sahəsində hərlənib duracaq, lakin Buğalara 23 Sentyabr 2016 dan sonra eşqdə şans vəd edəcək. Buğanın cütlər evinin idarəçisi Mars çətin mövqedə olmağa davam edəcək, lakin ayın sonunda gərginliklər və məhdudlaşdırmalardan xilas olacaq. Bir az daha səbr etməniz lazımdır. 9 Sentyabr 2016 - da Yupiter Buğanın iş evinə girəcək, Oktyabr 2017 - ə qədər orada qalacaq və sizə 13 aylıq bir məmnuniyyət və müvəffəqiyyətlər dövrü gətirəcək. Yupiterin sizin iş evinizdə olmasıyla istədiyiniz işi və ya ikinci işi tapa bilər, ya da haliyədəki işinizdə yüksələ bilərsiniz. Yupiter sizə böyük iş həcmi gətirir, lakin eyni zamanda onu idarə etmək üçün sizə güc təmin edəcək və işinizdən məmnun qalacaqsınız. O sizin səylərinizi kifayət qədər mükafatlandıracaq. Sentyabr 2016 boyunca Buğaların iş evi Venera tərəfindən təqdis ediləcək və işlərin yoluna girməyi gözlənilir. Maliyyə mövzusunda 2016 Sentyabrın bitməsiylə Buğalar üçün təzyiq, böyük məsuliyyətlər və ya çətinliklər bitir. Lakin o zamana qədər hələ mübarizə etməniz lazım gələn çətinliklər mövcud olacaq, buna görə pulla əlaqədar mövzularda diqqətli olmalısınız. Sentyabr 2016 Buğalar üçün gigiyena, estetik gözəllik və sağlam həyat kimi kiçik sağlamlıq problemlərini həll etmək üçün ideal aydır. Tibb sahəsində çalışan dostlarınızla, həkimlər, pedaqoqlar, diyetoloqlarla mükəmməl əlaqə içindəsiniz. Əgər problem yaşasanız, bu problemlər ümumiyyətlə ifrata meylli olmanız və tələsib hərəkət etdiyiniz zaman özünüzə nəzarəti itirdiyiniz üçün ortaya çıxacaq.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Əkizlər - 2016 Sentyabr ayı Əkizlər bürcü üçün yaxşı xəbərlərlə doludur: ayın doqquzunda Böyük Xeyirxah və Əkizlərin cütlər evinin idarəçisi Yupiter, Əkizlərin eşq və erotizm evinə daxil olacaq. Bu tranzit 2017 - ci ilin Oktyabr ayına qədər sürəcək və uyğun şərtlər altında ortaya çıxan ehtiras dolu bir il nəzərdə tutulur. 2016 Sentyabr ayı erotik vədlərlə dolu bir ay olacaq, çünki ayın 23 - ünə qədər Əkizlərin eşq evində Kiçik Xeyirxah və eşq və romantizm planeti Venera olacaq. Bu dövrün böyük eşq potensialı var, lakin xüsusilə seks və bağlılıq tələb etməyən azad əlaqə üçün uyğun hesab edilir. Rəsmiləşmiş və ya uzun vədəli əlaqənizdə gərginlik riski mövcuddur, çünki Əkizlərin cütlər evində iki bədxah planet - Mars və Saturn - mövcuddur. Bu ay ziddiyyətli bir ay olacaqdır! Sentyabr 2016 - da Əkizlərin idarəçisi Merkurinin retrograt hərəkət etməsi və pis mövqedə olması ucbatından məhsuldarlığınız çox olmaya bilər, fokuslanma və təşkilati problemlər yaşaya bilərsiniz. Əkizlərin ortaqlıqları da çətin və ya çox olacaq, bu da əməkdaşlıq və komanda işini daha da çətinləşdirəcək. Bütün bunlara baxmayaraq, qabiliyyət, yaradıcılıq və şansınız müvəffəqiyyətinizə kömək olacaq. Sizin doğru zamanda, doğru yerdə olmaq kimi güclü instinktiniz və şəxsi xüsusiyyətlərinizi ortaya çıxarmada fövqəladə qabiliyyətiniz vardır. Sentyabr 2016 incəsənət, turistik, əyləncə, reklam və ya təhsil fəaliyyətlərini davam etdirən Əkizlər bürcü fərdləri üçün xüsusilə uyğundur. Formanız xeyli yaxşıdır, lakin həddindən artıq stressli bir dövrdən keçəcəksiniz. Oxatan bürcündə olan Mars və Saturn, Əkizlərdəki Günəşə və Qızda retrograt hərəkət etməkdə olan, əkizlərin idarəçisi Merkuriyə təzyiq edəcək. Beləcə ehtiyatlılıq və sakinlik tələb edən qarşıdurma, aqressiya, qəza riski mövcuddur.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Xərçəng - 2016 Sentyabr ayı sevdiyiniz bir ay olacaq. Bürcünüzün təbiətindən doğan xoşbəxtlik sizin üçün qiymətli olan insanlar, xüsusilə eviniz və ailəniz üzərinə yayılacaq. Yengəcin 4 - cü evində yerləşmiş olan iki Xeyirxah planet - Venera və Yupiter - Yengəclərin eşq həyatını rahatlıq və məhrəmliklə saracaq. Sentyabr 2016 - nın ruh halı sülhə meylli olacaq, amma bunu boş dayanmaqla qarışdırmayın. Yengəcin cütlər evinin idarəçisi Mars iş, zərurətlər və məsuliyyətlərlə məşğul olacaq. O sizi və sevgilinizi işə yönəldəcək, lakin daha çox cütlərin səyləri evinizin dəyərini və rahatlığını artırmağa, uzun müddətli istifadəyə yararlı ev əşyalarının alınmasına və ya ailə zənginliyinizi artırmağa istiqamətli fəaliyyətlərə fokuslanacaq. Sentyabr 2016 boyunca Yengəclərin eşq həyatında ünsiyyətin rolu hər vaxtkından daha əhəmiyyətli olacaq. Yengəcin gündəlik məsuliyyətlər evində Mars və Saturnun olmasıyla, Sentyabr 2016 - da Yengəclərin işdən başlarını qaşıyacaq vaxtları olmayacaq. Vəzifələriniz hədsiz çox, təcili və ya çətin olacaq. Bəzi vəziyyətlərdə isə hər üçü bir yerdə olacaq. Lakin səyləriniz meyvə verməyə başlayır. Plan qurmaqda bacarıqlısınız, işlərinizin nəticələri görünür, səyləriniz yaxşı fokuslanmış, hərəkətləriniz tutarlıdır. Sizi hətta uzun müddətdən bəri hazırladığınız dəyişiklikləri etməniz üçün təşviq edirlər. Sentyabr 2016 boyunca əgər işləriniz daşınmaz əmlaka, əkinçiliyə, mədənçiliyə, memarlığa, inşaata, daxili tərtibata, ev əşyaları ticarətinə ya da tarix, genealogiya, folklora istiqamətli olsa xüsusilə müvəffəqiyyətli ola bilərsiniz. Maliyyə sahəsindəki qərarlarınızı yaxşıca düşünməlisiniz. Sentyabr 2016 boyunca, əvvəlki ayda olduğu kimi, səhhətinizi diqqətli müşahidə altında tutmalısınız. Kədərlənməyin, 27 Sentyabrda Mars 2016 - nın başından etibarən təhdid etdiyi Yengəcin sağlamlıq evini tərk edəcək. Bu tarixdən sonra sağlamlıq evinizdə hələ də Saturn qalır və diqqətli olmanız təklif edilir, lakin problemləriniz yüngülləşəcək. O zamana qədər özünüzü ifrata meylin, tələskənliyin və diqqətsizliyin gətirə biləcəyi xoşagəlməz hadisələrdən qoruyun, tibbi problemlərinizə nə qədər kiçik olsalar da onlara diqqət yetirin.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Şir - Ümumiyyətlə Sentyabr 2016 Avqustdan çox da fərqli olmayacaq. Yenə Aslanların eşq evində eyni Mars - Saturn cütlüyü meydan sulayacaq: şəhvət planeti olaraq da bilinən Mars və Aslanın cütlər evinin idarəçisi Saturn. Sentyabr 2016 hələ ehtiras dolu, lakin məşğul bir dövrdür və eşq bəzi şansları qiymətləndirmənizə bağlıdır. Lakin gərginlik, Mars Saturndan uzaqlaşdıqca yavaş - yavaş yox olacaq. Eyni zamanda eşq planeti Venera da mühiti şənləndirir və ünsiyyəti axıcı hala gətirir. Sentyabr 2016 boyunca eşqdəki şansınız daha sonra fərqinə varacağınız və ya sizi ortaq intellektual və ya ruhi maraq sahələriniz olan birinə istiqamətləndirən (yazılı və ya şifahi) sözlər vasitəsiylə gələcəkdir. Aslanın karier evinin idarəçisi Veneranın rahatlıqla Tərəzi bürcündə yerləşməsiylə Sentyabr 2016 Aslanlara iş mənasında hər hansı bir problem yaratmayacaq. Böyük hədəflərə yönəlmədən yolunuz bir şəkildə rahat olacaq və daha geniş baxımdan baxıldığında etdiyiniz işin nəticələrindən məmnun qalacaqsınız. Bir çox fürsət Ayın ikinci on günündə və son on günün əvvəlində ortaya çıxacaq. Müvəffəqiyyət xüsusilə zəka, ünsiyyət, satış və ticari fəaliyyətdə olan Aslanlar üçün daha çox səs gətirəcək. Bu çeviklik və ya əl itiliy tələb edən ticari fəaliyyətlərdə olan Aslanlar üçün də etibarlıdır. Maliyyə sahəsində, Sentyabr 2016 boyunca bəzi maneələrlə qarşılaşa bilərsiniz, çünki Merkuri Aslanın pul evində olacaq. Beləliklə büdcənizi yenidən nəzərdən keçirmək və haqq hesab çəkməyin tam zamanıdır. Fiziki vəziyyətiniz normal olacaq. Lakin mənəvi baxımından Sentyabr 2016 boyunca işləriniz mükəmməl olacaq, yüksəkdən uçacaqsınız. Sizin hər kəsə təsir edən optimizminiz, yumor anlayışınız olacaq və ətrafınızdakıları xoşbəxt edəcəksiniz. Lakin iki problem ortaya çıxa bilər. Birincisi təhlükəsiz seks vacibdir, çünki cinsi əlaqə bu ay xüsusilə təhlükəli ola bilər. İkincisi əgər qadınsınızsa və hamilə isəniz, riskə girməyin və çox diqqətli olun!

Bürclər Sentyabr ayı üçün nə deyir?
Qız - Qızın cütlər evinin idarəçisi olan Yupiter 9 Sentyabr 2016 - da Qızı tərk edərək Tərəzi bürcünə keçəcək. Artıq eşq həyatınızın sizə təsiri əvvəlki kimi şiddətli olmayacaq, lakin əlaqələr daha uyğun, daha rahat hala gələcəkdir. Tərəzi şüurlu və uzlaşma axtaran bir bürcdür. Buna görə Yupiterin və Saturnun Tərəzidə meydana gətirəcəyi uyğun bucaqlar əlaqənizi daha da uyğun hala gətirəcək. Yupiterin bir ildən çox zaman keçirəcəyi evin maliyyə yönləri var, beləcə Qız cütlərinin maraq sahələri daha pragmatik, xüsusi və maddiyyata dönük olacaq. Sentyabr 2016 boyunca Eşq planeti Venera da bu evə keçəcək və bu meylləri daha da vurğulayacaq. Lakin Sentyabr 2016 - da sürprizlər də olacaq. 16 Sentyabrda Qızın cütlər evində reallaşacaq Ay tutulması gözlənilməz hadisələrdən xəbər verəcək. Ayın yaxşı xəbəri isə Böyük Xeyirxah Yupiterin 9 Sentyabr 2016 - da Qızın pul evinə girməsidir. Bu, sizə bir ildən çox sürəcək olan rifah gətirəcək. Maliyyə sahəsində fürsətlər xüsusilə Sentyabr 2016 - da, Kiçik Xeyirxah Venera da Qızın pul evində olduğu zaman ortaya çıxa bilər. Günəşin Qızda olmasıyla siz özünüzü yaxşı cəhətdən göstərə biləcək və parlayacaqsınız. İctimai statusunuz əhəmiyyətlidir və möhkəmlənməyə və ya inkişafa davam edəcək. Qızın karier evinin yönetcisi Merkuri də Qız bürcündə olacaq, bu ay professional həyatınızın nə qədər əhəmiyyətli olduğunu sübut edəcək. Lakin Merkurinin retrograt (geri) hərəkəti, bəzi çətinliklər, yenidən təşkilatlanma, istiqamət dəyişdirmə mənasına gələ bilər. Karier tələbləriniz diqqətli yenidən qiymətləndirmədən keçəcək. Qızda Merkurinin retrograt hərəkət etməsiylə, Sentyabrın ilk iyirmi günündə dərinizdə problemlər meydana gələ bilər. Bu fiziki dözümlə əlaqəli deyil, daha çox əsəbi dözumlülüklə əlaqədar olacaq, siz fokuslanma, təşkilatlanma problemi yaşayacaqsınız. Mars və Saturnun kvadrat meydana gətirməsi işləri daha da sadələşdirməyəcək, buna görə tələskənlik etməməli, ortaya atılmamalı və riskə girməməlisiniz.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Tərəzi - 2016 Sentyabr ayı Tərəzilər üçün xoşbəxt bir ay olacaq. Eşq planeti Venera 23 Sentyabr 2016 - a qədər Tərəzidə olacaq, bütün başdan çıxarma silahlarını sizin istifadənizə təqdim edəcək və yolunuza uyğun eşq fürsətləri çıxaracaq. Cüt həyatınız çiçəklənəcək və əgər bir sevgiliniz yoxdursa yeni birini tapmaq şansınız artacaq. Tərəzinin cütlər evinin idarəçisi Mars tündxasiyyət Saturndan uzaqlaşacaq və Tərəzinin əlaqələr evində olan Uranla mükəmməl bir üçbucaq quracaq. Mars - Uran üçbucağı enerji və motivasiya ilə doludur və yenidən ortaya çıxma, təzələnmə və yenilənmə gücü daşıyır. Və ən əhəmiyyətli xəbər: 9 Sentyabr 2016 - da Böyük Xeyirxah Yupiter Tərəzi bürcünə girəcək və Oktyabr 2017 - ə qədər sizin həyatınızı və əlaqənizi hər istiqamətdən inkişaf etdirəcək. 9 Sentyabr 2016 - da Yupiter Tərəzi bürcünə keçəcək və siz 10 oktyabr 2017 - ə qədər sürəcək olan ən əhəmiyyətli və çiçəklənən çağlarınızdan birini yaşayacaqsınız. Yupiterin yanınızda olmasıyla siz yüksələcək, özündən əmin olacaq və perspektivdəki bir çox şeyi görə biləcəksiniz. Əvvəl sizə çox çətin görünən proyektləri başlatma cəsarətiniz olacaq, genişləmə və xüsusi bir iş görmə ehtiyacı hiss edəcəksiniz. Yupiter sizə şans gətirəcək, buna görə Sentyabr 2016 - Oktyabr 2017 aralığı fürsətlər və müvəffəqiyyətlərlə dolub daşacaq. Sentyabr 2016 həm də Veneranın Tərəzidə Yupiterlə birlikdə olmasıyla daha çox şans gətirir. İki planet də pul gətirir və Venera ortaqlıqlar və razılaşmalarda müvəffəqiyyət vəd edir. 16 Sentyabr 2016 - dakı Ay tutulması sürprizlərdən və ya peşənizi dəyişməkdən xəbər verir. Tərəzinin tibbi evləri oxunda Günəş, Ay tutulması, Merkurinin retrograt hərəkəti və Ay düyünlərinin mövqeyi Sentyabr 2016 - da bir az çox tədbir almağınızı tələb edə bilər. Tərəzidə olan Yupiter və Venera sizə fövqəladə bir mənəvi güc verəcək, bədən funksiyalarınıza kömək edəcək, lakin eyni zamanda sizi ifrata yönəldəcək və hər hansı bir şəkildə sizi hər cür təhlükədən uzaq tutmağı bacara bilməyəcək. Buna görə də sakitləşin və diqqətli olun!

Bürclər Sentyabr ayı üçün nə deyir?
Əqrəb - Sentyabr 2016 - nın ilk iyirmi günündə ulduzlar Əqrəblərin eşq həyatı üçün çox da çox yaxşı şeylər söyləmir. Eşq planeti və Əqrəbin cütlər evinin idarəçisi Venera özünü çox yaxşı ifadə edə bilməyəcəyi bir evdə olacaq. Bu konfiqurasiya xəyal qırıqlıqlarına, xariciləşməyə, uzaqlaşmağa və ya sadəcə əhəmiyyətli inkişafların olmayacağı bir zaman dilimi keçirmənizə səbəb olacaq. Tək istisnayla: bu təsir altında gizli və ya qadağan edilmiş sevgi inkişaf edə bilər. Lakin 2016 Sentyabr ayının sizə sürprizləri də olacaq. 16 Sentyabrda Əqrəbin ehtiras və erotizm evində reallaşacaq olan Ay tutulması gözlənilməz, qəribə, fövqəladə və böyük ehtimalla pis bir hadisəyə səbəb ola bilər. İşləriniz 23 Sentyabrdan sonra gözlə görülə bilən şəkildə yaxşılaşacaq. Ayın son həftəsi ruhunuzu oxşaya bilər. Əqrəblərin mali vəziyyəti Sentyabr 2016 boyunca diqqət tələb edəcək. Mars 27 Sentyabrda 9 aydır sürən bir dövrü bitirmək və Əqrəbin pul evindən çıxmaq üzrədir və maliyyə ilə əlaqəli olan digər evinizin idarəçisi Merkuri də retrograt hərəkət edir və daha sonra 22 Sentyabrda düz hərəkətinə qaldığı yerdən davam edir. Beləliklə işlərinizi mütəşəkkil hala gətirmək üçün ən uyğun zamandır. Hadisələrə kənardan baxın, nəticələr çıxarın, hərəkətə başlayın! Bəzi problemlərin öhdəsindən gəlməyə hazırlıqlı olun, çünki mühit sadəcə ayın sonuna doğru normallaşacaq. Əqrəbin idarəçisi Mars Əqrəbin iş evində olan Uranla üçbucaq əmələ gətirəcək. Bu üçbucaq karierinizlə bağlı daha yaxşıya doğru potensial bir dəyişikliyi dəstəkləyir. Sentyabr ayı Əqrəbləri kollektiv proyektlərə daxil olmağa yönəldəcək. Sentyabr 2016 - nın ilk iyirmi günündə Əqrəblərin sağlamlığıyla bağlı ciddi problemlər görünmür. Tam tərsinə, problemlərinizi həll edə biləcəksiniz, lakin bu sizə bir az xərc gətirəcək. Bu problemlər tibbi ola bildiyi kimi, fiziki görünüşünüz, həyat gigiyenanız və ya ümumi görünüşünüzlə əlaqədar ola bilər. Son on gündə daha çox yorğun ola bilər və bədən müqavimətiniz azala bilər.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Oxatan - Sentyabr 2016 - nın ilk üç həftəsi boyunca Oxatanın cütlər evinin idarəçisi Merkuri retrograd (geri getmə) hərəkətində olacaq. Bu sizin planlarınızı, uyğunlaşmanızı bir az poza bilər, sizə gecikmələr və ya planlamamış hadisələr yaşada bilər. Merkurinin retrograd dövrü Oxatanın 10 - cu evində reallaşacaq, bu da sizin fərdi həyatınızı karieriniz, ictimai vəziyyətiniz, statusunuz, rəisləriniz, nüfuzlularla və rəhbərlərlə hərhansı bir şəkildə əlaqəli hala gətirə bilər. Sizin həm də partnerinizdən yüksək gözləntiləriniz ola bilər və ya plankanı çox yüksəklərə qaldırmış ola bilərsiniz. Necə olmasına bağlı olmadan bir şey açıqdır: 2016 Sentyabr ayı sizin cüt olaraq müxtəlif qonaqlıqlarda və ictimai fəaliyyətlərdə, qruplarda, təşkilatlarda və kollektiv fəaliyyətlərdə olmanızı təmin edəcək və eşq həyatınıza fayda gətirəcək. Sentyabr 2016 - da Oxatanlar üçün əhəmiyyətli bir professional mükafat görünməkdədir. Günəş Oxatanın karier evində tranzit edəcək və Merkuri eyni sahədə retrograd hərəkətdə olacaq. Ehtiraslarınız yüksək olacaq və müvəffəqiyyət üçün əhəmiyyətli bir potensial var olacaq, lakin bəzi şeylər yenidən araşdırılmalı, yenidən düşünülməli, yenidən təşkil edilməlidir. Buraxdığınız və ya ara verdiyiniz köhnə bir vəziyyət və ya proyekt həqiqətə çevrilə bilər. Günəş tutulması Sentyabr 2016 - nın ilk yarısında Oxatanlar üçün plan və ya vəziyyət dəyişikliyi gətirə bilər. Ünsiyyət, məlumat, intellektual iş, hesablamalar və ya səyahətlər uyğundur və hədəflərinizə çatmanız onlara bağlı ola bilər. Məşhursunuz, köməyə ehtiyacınız olduğu zaman asanca dəstək və ya müdafiə tapa bilirsiniz və komanda fəaliyyətlərində şanslısınız. Maliyyə vəziyyətiniz yaxşıdır, lakin riskə girməməli və tələskənlik etməməlisiniz. Mars və Saturnun Oxatanda olmasıyla istirahət etməyə çox zaman tapa bilməyəcəksiniz və əvvəlki yumor qabiliyyətinizə sahib olmayacaqsınız. Siz içinizə qapanmış, şübhəçi və ya əsəbi olacaqsınız. Yaxşı ki, Oxatanın idarəçisi Yupiter 9 Sentyabr 2016 - da Tərəzi bürcünə keçəcək və Saturnla uyğun bucaqlar quracaq ki, bu da gücünüzə yenidən qovuşmanızı təmin edəcək və əhvalınızı yüksəldəcək.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Oğlaq - 2016 Sentyabrın ortalarına yaxın Oğlağın cütlər evinin idarəçisi Ay tutulmaqla qalmayacaq. Ay həm də Oğlağın səyahət və ünsiyyət evindəki Neptuna yaxınlaşacaq və Oğlağın səyahət və ünsiyyət evinin idarəçisi Merkuri ilə (o eyni zamanda retrograt hərəkətindəykən) zidd bucaqlar əmələ gətirəcək. Buna görə baş qarışdırıcı, kompleks, çətin və sevgi ilə əlaqəli sahələrdə naməlum bir eşq həyatınız olacağını gözləyə bilərsiniz. Qərar vermək, özünüzü təqdim etmək, əhəmiyyətli müzakirələrə başlamaq və ya vəziyyəti açıqlığa qovuşdurmaq üçün uyğun bir zaman deyil. Əgər bunu sınamağa cəhd etsəniz, hər şeyi daha kompleksləşdirmə və ya həllsiz buraxma riski olacaqdır. Yaxşı ki, eşq planeti Venera çox yaxşı bir mövqedədir, buna görə də eşq qazanacaq. Şampan şərabı partlada bilərsiniz! Sentyabr 2016 - da Böyük Xeyirxah Yupiter ehtişamla Oğlağın karier evinə girəcək. Fürsətlər və müvəffəqiyyətlər ilinin başındasınız. Yupiterin karier evinizdə olmasıyla yeni üfüqlər açılacaq, inkişaf, yüksəlmə variantları, ictimai statusunuzu inkişaf etdirmə, prestijinizi və nüfuzunuzu artırma imkanları ortaya çıxacaq. Müvəffəqiyyətləriniz xarici ölkələrlə, qanunverənlərlə, mədəni və yüksək təhsil mühitiylə əlaqəli olacaq. Sentyabr 2016 professional olaraq Oğlaqlar üçün şanslı bir ay olacaq, çünki Oğlağın karier evində Yupiterle birlikdə Kiçik Xeyirxah olaraq tanınan Venera da olacaq. Əlaqələriniz və ictimailəşmə karierinizə fayda təmin edə bilər, ictimai imicinizi mükəmməlləşdirə bilər və rəsmi bir dəvətə qatılmanızı təmin edə bilər. Sentyabr 2016 - nın son on günü Oğlaqlara çox pul gətirə bilər. Oğlağın xəstəliklər evinin idarəçisi Merkuri retrograt hərəkət edəcək, Mars və Saturn da sizin 12 - ci evinizdə olacaq, buna görə immunitetiniz çox da yaxşı olmayacaq. Bədəninizin yaxşılaşma gücü zəifləyəcək, beləcə hər cür tibbi narahatlıq ortaya çıxa bilər. Daha çox istirahət etməli, sağlam və müntəzəm saatlarda qidalanmalı, vitamin qəbul etməli və özünüzə yaxşı baxmalısınız.

Bürclər Sentyabr ayı üçün nə deyir?
Dolça - Dolçanın cütlər evinin idarəçisi Günəş 1 Sentyabr 2016 tarixində tutulma yaşayacaq. Bir az çətin konfiqurasiyada meydana gələcək bu tutulma əlaqənizdə pis bir sürprizə yol aça bilər. Bu hadisə qiymətli əşyalar və ya pulla əlaqədar olacaq və ünsiyyətdəki problemlər ucbatından nəzarətdən çıxacaq. Əlaqənizə zərər gəlməməsi üçün Sentyabr 2016 - da hər şeyi mümkün mərtəbə açıq - aydın, şəffaf vəziyyətə gətirməniz, şübhəli vəziyyətlərdən qaçınmanız və ən əhəmiyyətlisi realist və uyğun davranmanız çox əhəmiyyətlidir. Birlikdə eşq həyatınız ortaq səyahətlər və ruhi və ya mədəni, yüksək təhsillə bağlı maraqlarınızla dəstəklənilməlidir. Subay Dolçalar uzaq məsafədən biriləriylə əlaqə yaşaya bilər. Sentyabr 2016 boyunca Dolçanın mali evlərində iki tutulma reallaşacaq (Günəş və Ay) bu evlər Merkurinin tərəddüd etməsindən və Neptunun baş qarışdırmasından təsirlənəcək. Buna görə pulunuzla nə etdiyinizə, hara qoyduğunuza, necə xərclədiyinizə və sərmayə qoyduğunuza diqqət yetirməlisiniz. Əslində iş təşəbbüsləri və əhəmiyyətli maliyyə hərəkətləri üçün həqiqətən yaxşı bir zaman deyil. Sentyabr 2016 boyunca ən yaxşısı haqq hesabınızı yaxşılaşdırın, borclarınızı ödəyin və əgər sizə ödənməsi üçün gecikdirilmiş pul və ya məbləğ varsa onları yığın. Professional olaraq, Sentyabr 2016 işlər, araşdırma, mədəni və ya ruhi fəaliyyətlər üçün mükəmməl bir aydır. Komanda, qrup işində və ya yaxşı strukturlu təşkilatlarda işinizi ən yaxşı şəkildə görəcəksiniz. Bu dövr tipik olmayan və fokuslanmağa istiqamətli problemlər, enerjinizdəki dalğalanmalar və hərəkət koordinasiyanız üçün çox yaxşı olmayan nəticələr doğuracaq bir dövrdür. 2016 Sentyabr ayının ortalarında reallaşacaq olan Ay tutulması da Dolçalara gözlənilməz və ya pis sürprizlər gətirə bilər. Mümkün ola bildiyincə ifratdan və qəribəliklərdən uzaq mütəşəkkil bir həyat sürməyə çalışın!

Bürclər Sentyabr ayı üçün nə deyir?
Balıqlar - Sentyabr 2016 Balıqlara bəzi çətinliklər yaşada bilər. Balığın cütlər evinin idarəçisi Merkuri, tam da cütlər evində retrograd hərəkət edəcək və eyni evdə Günəş tutulması da olacaq. Hadisələrə nəzarət asanca əlinizdən çıxa bilər, buna görə nizamlı hərəkət etməli, ünsiyyətdə açıq olmalı, mesajlarınızın düz qəbul edildiyindən əmin olmalı və nə söylədiyinizin fərqində olmalısınız. Çox güzəştə getmədən elastik olun və zehninizi açıq saxlayın, beləcə düz seçimlər edə bilərsiniz! Əslində Sentyabr 2016 əhəmiyyətli seçimlər etmək üçün doğru bir zaman deyil. Mühit dəyişə bilər və bu gün doğru olanlar sabah doğru olmaya bilər. Merkuri retrogradı köhnə bir problemi və köhnə eşqinizi qarşınıza çıxara bilər. Yol ayrıcındasınız və sanki istiqamət dəyişdirməniz lazımdır. Mars və Saturn karier yolunuzu çətinləşdirməyə davam edir, hərəkətə keçmə motivi və ümid etdiyiniz kimi inkişafınıza etiraz edən məhdudlaşdırmalar sizi gərir. Balığın karier evinin idarəçisi Yupiter 9 Sentyabr 2016 - da Balığın 8 - ci evində Tərəzi bürcünə keçəcək və 2017 Oktyabr ayına qədər orada olacaq. On üç aylıq bir müddət ərzində maliyyə mövzuları professional qərarlarınızda ağırlıq qazanacaq və siz böyük ehtimalla fəaliyyətlərinizi böyük qazanc təmin edə biləcəyiniz qazanclı sahələrə sürüşdürəcəksiniz. Səkkizinci evinizdəki Yupiter tranziti ortaqlıqlardan, sərmayəçilərdən, maliyyə təşkilatlarından gələn qazanclar nəzərdə tutmaqdadır. Sentyabr 2016 onsuz da Balıqlara artmış olan gəlir təmin edəcək. Lakin xeyli stress yaşayacaqsınız. Sentyabr 2016 boyunca bürcünüzdə Ay tutulması reallaşacaq, daha da pisi xəstəliklər evinizin idarəçisi Günəş də bu ay tutulacaq və Balıq bürcündə uyğun olmayan mövqelərdə olacaq. Bu astroloji mövqelərə görə bədəniniz asanlıqla tarazlığını itirə bilər. Buna görə şişirmə, ifrat və hər hansı risklərdən qaçınmalısınız. Özünüzə daha da diqqət yetirməli və sizi narahat edən xəstəliklərə qarşı tibbi yoxlamalardan keçməlisiniz.


Şərhlər: 121
Baxılıb: 6667220
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Qiz burcuyem.twkler.ama inanmiram ayliq ve yaxud gunluk burclere
19 sentyabr 2016 01:52
# 121
..
kedi
Tewekkurler..
18 sentyabr 2016 20:03
# 120
(Qaciram olume dogru..)
aLoNe AnGeL
belede normal kecir
16 sentyabr 2016 15:47
# 119
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
GünƏşimƏ_AiD_
Her sheyin xeyirlisi.
14 sentyabr 2016 09:02
# 118
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
leyla_258
gorek de xeyirlisi.
10 sentyabr 2016 22:31
# 117
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
gunay342
deyirler burcler deyisilecek
10 sentyabr 2016 13:54
# 116
Nemka Matata
insaallah oglaqllar ucun duserli olar
6 sentyabr 2016 21:51
# 115
Melek5
Allah her 1imizin komeyi olsun inwAllah yaxwi olar
6 sentyabr 2016 16:04
# 114
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
NazNazi
bugayam xeyirlisi insallaah
5 sentyabr 2016 22:51
# 113
TuralSebnem
InsaAllah yaxwi olar!!))))
5 sentyabr 2016 16:10
# 112
ş
son bahar
her ne ved edir xeyrlik olsun teki hecne isdemirem canimiz sag kecsin besimizdi
5 sentyabr 2016 00:11
# 111
...
lezginka99
Sir burcuyem xeyirlisi insallah
4 sentyabr 2016 10:32
# 110
Fira Deniz
Indiden cetin ayi meni gizdediyini bilirem.Allah xeyirlisini elesin.
2 sentyabr 2016 23:59
# 109
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Adsiz Gozel
Şir - Ümumiyyətlə Sentyabr 2016 Avqustdan çox da fərqli olmayacaq. Yenə Aslanların eşq evində eyni Mars - Saturn cütlüyü meydan sulayacaq: şəhvət planeti olaraq da bilinən Mars və Aslanın cütlər evinin idarəçisi Saturn. Sentyabr 2016 hələ ehtiras dolu, lakin məşğul bir dövrdür və eşq bəzi şansları qiymətləndirmənizə bağlıdır. Lakin gərginlik, Mars Saturndan uzaqlaşdıqca yavaş - yavaş yox olacaq. Eyni zamanda eşq planeti Venera da mühiti şənləndirir və ünsiyyəti axıcı hala gətirir. Sentyabr 2016 boyunca eşqdəki şansınız daha sonra fərqinə varacağınız və ya sizi ortaq intellektual və ya ruhi maraq sahələriniz olan birinə istiqamətləndirən (yazılı və ya şifahi) sözlər vasitəsiylə gələcəkdir. Aslanın karier evinin idarəçisi Veneranın rahatlıqla Tərəzi bürcündə yerləşməsiylə Sentyabr 2016 Aslanlara iş mənasında hər hansı bir problem yaratmayacaq. Böyük hədəflərə yönəlmədən yolunuz bir şəkildə rahat olacaq və daha geniş baxımdan baxıldığında etdiyiniz işin nəticələrindən məmnun qalacaqsınız. Bir çox fürsət Ayın ikinci on günündə və son on günün əvvəlində ortaya çıxacaq. Müvəffəqiyyət xüsusilə zəka, ünsiyyət, satış və ticari fəaliyyətdə olan Aslanlar üçün daha çox səs gətirəcək. Bu çeviklik və ya əl itiliy tələb edən ticari fəaliyyətlərdə olan Aslanlar üçün də etibarlıdır. Maliyyə sahəsində, Sentyabr 2016 boyunca bəzi maneələrlə qarşılaşa bilərsiniz, çünki Merkuri Aslanın pul evində olacaq. Beləliklə büdcənizi yenidən nəzərdən keçirmək və haqq hesab çəkməyin tam zamanıdır. Fiziki vəziyyətiniz normal olacaq. Lakin mənəvi baxımından Sentyabr 2016 boyunca işləriniz mükəmməl olacaq, yüksəkdən uçacaqsınız. Sizin hər kəsə təsir edən optimizminiz, yumor anlayışınız olacaq və ətrafınızdakıları xoşbəxt edəcəksiniz. Lakin iki problem ortaya çıxa bilər. Birincisi təhlükəsiz seks vacibdir, çünki cinsi əlaqə bu ay xüsusilə təhlükəli ola bilər. İkincisi əgər qadınsınızsa və hamilə isəniz, riskə girməyin və çox diqqətli olun!
2 sentyabr 2016 22:33
# 108
melek_ayka
İnşallah yaxşı olar. Amin

2 sentyabr 2016 21:14
# 107
Listok
Bürclərə inanmıram yenədə sağolun
2 sentyabr 2016 20:27
# 106
lilit
Qiz burcu gorey bawimiza ne geli
2 sentyabr 2016 16:12
# 105
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
Efsuw2016
Tarixinadiri yariya qeder oxudum anladim bunlarin "tereziler" haqqinda ne anlatdiqini anlamadim arkadaw

Hemde men sentyabir cocuyum hec pis ay ola biler menim dunyaya geldiyim ay
2 sentyabr 2016 00:21
# 104
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
Rebbim ozu heqiqetende artiq sevindirsin butun qara buludlari ceksinbashimizin usdunden Amin Insallah
1 sentyabr 2016 21:53
# 103
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qonaqa
yuppiiii əkizlərəm təşəkkürlər
1 sentyabr 2016 20:37
# 102
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Antikvar
İnşallah hər kəs üçün xeyrli ay olar, təki can sağlığı olsun, təşəkkürlər.
1 sentyabr 2016 18:40
# 101
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Onun_Mələyi
Gündəlik, həftəlik,aylıq bürclərə inanmıram.mara planeti evimə girəcək nəbilim nə....ehh...kafayı yorma arkadaş, Tek ümidim ALLAH!!!08
1 sentyabr 2016 17:26
# 100
Bir duam var,səndən amin gözləyirdua09123
baby baku
Dolça - Dolçanın cütlər evinin idarəçisi Günəş 1 Sentyabr 2016 tarixində tutulma yaşayacaq. Bir az çətin konfiqurasiyada meydana gələcək bu tutulma əlaqənizdə pis bir sürprizə yol aça bilər. Bu hadisə qiymətli əşyalar və ya pulla əlaqədar olacaq və ünsiyyətdəki problemlər ucbatından nəzarətdən çıxacaq. Əlaqənizə zərər gəlməməsi üçün Sentyabr 2016 - da hər şeyi mümkün mərtəbə açıq - aydın, şəffaf vəziyyətə gətirməniz, şübhəli vəziyyətlərdən qaçınmanız və ən əhəmiyyətlisi realist və uyğun davranmanız çox əhəmiyyətlidir. Birlikdə eşq həyatınız ortaq səyahətlər və ruhi və ya mədəni, yüksək təhsillə bağlı maraqlarınızla dəstəklənilməlidir. Subay Dolçalar uzaq məsafədən biriləriylə əlaqə yaşaya bilər. Sentyabr 2016 boyunca Dolçanın mali evlərində iki tutulma reallaşacaq (Günəş və Ay) bu evlər Merkurinin tərəddüd etməsindən və Neptunun baş qarışdırmasından təsirlənəcək. Buna görə pulunuzla nə etdiyinizə, hara qoyduğunuza, necə xərclədiyinizə və sərmayə qoyduğunuza diqqət yetirməlisiniz. Əslində iş təşəbbüsləri və əhəmiyyətli maliyyə hərəkətləri üçün həqiqətən yaxşı bir zaman deyil. Sentyabr 2016 boyunca ən yaxşısı haqq hesabınızı yaxşılaşdırın, borclarınızı ödəyin və əgər sizə ödənməsi üçün gecikdirilmiş pul və ya məbləğ varsa onları yığın. Professional olaraq, Sentyabr 2016 işlər, araşdırma, mədəni və ya ruhi fəaliyyətlər üçün mükəmməl bir aydır. Komanda, qrup işində və ya yaxşı strukturlu təşkilatlarda işinizi ən yaxşı şəkildə görəcəksiniz. Bu dövr tipik olmayan və fokuslanmağa istiqamətli problemlər, enerjinizdəki dalğalanmalar və hərəkət koordinasiyanız üçün çox yaxşı olmayan nəticələr doğuracaq bir dövrdür. 2016 Sentyabr ayının ortalarında reallaşacaq olan Ay tutulması da Dolçalara gözlənilməz və ya pis sürprizlər gətirə bilər. Mümkün ola bildiyincə ifratdan və qəribəliklərdən uzaq mütəşəkkil bir həyat sürməyə çalışın!
1 sentyabr 2016 15:16
# 99
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Fidan ALYEVA
Bu qenayete geldim ki cetin ay olacaq menimcun yeni baliqlar ucun
1 sentyabr 2016 14:08
# 98
.O.F.S.
narmiwka_15
Qoç - Sentyabr 2016 - da Böyük Xeyirxah Yupiter Qoçun cütlər evinə girəcək və 2017 Oktyabr ayına qədər orada qalacaq. Siz bir illiyinə və ya daha uzun müddətdə fürsətlərdən və sizə açılan qapılardan faydalanacaqsınız. Yupiter əlaqənizin çiçəklənməsinə gətirib çıxaracaq və ya əgər axtardığınız yeni bir eşqsə, sizə yeni eşq gətirəcək. Ümumiyyətlə Yupiter insanların cütlər evində olduğu zaman insanlar aşiq olar, nişanlanar, evlənər və ya mükəmməl ortaq hədəflərə çata bilər. Bəzi vəziyyətlərdə hətta səhv və stressli əlaqələrdən də xilas ola bilərlər. Lakin ümumi danışsaq ən əhəmiyyətli şey fürsətlər və onların sizi nə qədər məmnun etdiyi ilə əlaqəlidir. 23 Sentyabra qədər Kiçik Xeyirxah və eşq planeti Venera Qoçun eşq evindən keçəcək. Beləliklə Qoçları xoşbəxt bir ay gözləyir, xüsusilə 9 - 23 Sentyabr aralığında. Yupiterin 9 Sentyabr 2016 - da Qoçun ortaqlıqlar evinə girməsi professional əlaqələrdə 13 aylıq bir fürsət vəziyyəti yaradacaq. Əməkdaşlıq, iş ortaqlığı, müqavilələrlə əlaqədar işlərdə Sentyabr Qoçlar üçün yeni bir mərhələnin başlanğıcı hesab olunur. Bu baxımdan Yupiter Venera qovuşmasına görə Sentyabr 2016 əksəriyyətlə ümid verici görünür. Venera da Qoçun pul evinin idarəçisi olduğuna görə, maddi mənada da bir qazancdan bəhs etmək olar. Çox çalışacaqsınız, lakin işlər çox da problemsiz getməyəcək. Sentyabr boyunca Qoçun iş evində Merkurinin retrograd etməsi sizə əlavə intellektual, səyahətlə, sənədlərlə və ünsiyyətlə bağlı stress yaşada bilər. Yaxşı xəbər budur ki, Sentyabrın sonuna doğru Qoçun idarəçisi Mars az qala doqquz aydır retrograt hərəkəti səbəbiylə qaldığı çətin sahədən xilas olur. Dərsinizi aldınız və yeni perspektivlər sizin üçün açıqdır. Sentyabr 2016 boyunca Merkurinin Qoçun sağlamlıq evlərinin birində retrograt hərəkətini nəzərə alsaq, bəzi sağlamlıq problemləriniz ola bilər. Əsəbilik, tənəffüs problemləri, qəza riski bunlardan bəziləridir. Bu eyni zamanda tibbi sənədlər arxasında qaçacağınız və ya bəzi müalicələri və ya diaqnozları davam etdirməniz lazım gələn bir dövr mənasına da gələ bilər. Hər baxımdan sağlamlığınıza diqqətlə yanaşmalı və özünüzə diqqət yetirməlisiniz.

teki her wey yaxwi olsun ewq falan istemirem esas derdim iwim yaxwi getsin))
1 sentyabr 2016 13:01
# 97
Be Happy))
Elya98
Bu ay menim ucun cox cetin kececek deyesen.
Inwallah herwey yaxwi olar
1 sentyabr 2016 12:34
# 96
Mrs.Pianist
Tereziyem. InsAllah yaxsi olar cunki yeni heyataa baslayiram sentyabrda)
1 sentyabr 2016 11:57
# 95
Acısı çox olan qizların guluşu gozel olur.!
NURANE
Allahim komey olsun mene Amin dua
1 sentyabr 2016 11:04
# 94
zalimin zulmu varsa seveninde Allahi var
S.Heydarova
İnşallah yaxşı keçər.
1 sentyabr 2016 10:50
# 93
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
MODABAZ
Xerceng---- ınsalallah bu ay her wey ıstedıyım kımı olar :-)
1 sentyabr 2016 10:47
# 92
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz