Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilinizin bürcü münasibətlərinizə necə təsir edir?
Sevgilinizin bürcü münasibətlərinizə necə təsir edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9953
Səs ver:
Sevgilinizi tanıdığınızı zənn edirsiniz? O halda onu bir də bürcündən tanımağa başlayın.

Sevgiliniz qoç bürcüdürsə?

Oyun qurmağına icazə verin!

Cəsur və qoçaq qoç bürcü ilə xoşbəxt olmaq üçün onunla ayaqlaşmaq lazımdır. Qoçların ən sevdiyi iş dalaşmaq və mübraizə aparmaqdır. Səbəbin nə olmasından asılı olmayataq, rəqiblə qarşılaşanda mübarizə aparmaq arzusu hərəkətə keçir və qazanana qədər əl çəkmir. Buna görə də sevgini oyuna çevirib uzun müddət davam etməsini təmin edə bilərsiniz.

Alternativ hədiyyə seçimləri: Üz, dəriyə qulluq dəsti, almaz qaşlı üzüklər, idman ləvazimatları, alt geyimləri, xəncər, alışqan və.s hədiyyə edə bilərsiniz.

Yola getdiyi bürclər: Oxatanlar, əkizlər və dolçalarla əyləncəli dostluqlar qurarlar. Xərçəng və oğlaq bürcləri ilə mübarizə aparmağı sevsə də, bir müddətdən sonra sıxılırlar. Tərəzilərlə yola getmirlər.

Sevgiliniz buğa bürcüdürsə?

Ona günən verin!

Buğa bürcünün nümayəndələri sakit və qərarlı olur. Verdiyi qərarlardan əmin olmandan addım atmır. Onunla məcara yaşamaq istəyirsinizsə, bu fikri başınızda çıxarın. Çünki buğalar özlərini təhlükəsiz hiss etdiyi insana etibar edir. Bu mövzuda çox inadçıdır. Sevgiliniz buğa bürcüdürsə, onun xoşuna gələn və bihuş edən ətirlər hədiyyə edə bilərsiniz.

Alternativ hədiyyə seçimləri: Lüks və konfortlu restoranda axşam yeməyi, qırmızı şərab, nadir güllər, bahalı çanta, qadınlar üçün makiyaj dəsti, tüllü bluzlar, alt geyimləri, şokolad və.s….

Yola getdiyi bürclər: Qız və oğlaq bürcünün nümayəndələri ilə yaxşı yola gedirlər, onların yanında özlərini təhlükəsiz hiss edirlər. Amma ehtiraslı və çılğın münasibət axtarırlarsa, balıqlar, əqrəblər və xərçənglərlə münasibət qura bilərlər.

Sevgiliniz əkizlər bürcüdürsə?

Yağışın altında gəzməyi öyrənin!

Əkizlər bürcü dəyişkən və aktivdir. Hər zaman axtarışda olur və yeni şeylər öyrənmək istəyirlər. Son dərəcə güclü zehnləri olur. Hər şeyi öyrənməyə həvəs göstərirlər. Getdikləri hər yerə öyrəşə bilirlər. Əgər bu insanı itirmək istəmirsinizsə, təkcə sizlə deyil, dünyada baş verən hər şeylə maraqlandığını qəbul edin. Buna görə qısqanclıq səhnələri çıxarıb ona təzyiq göstərməyə çalışmayın. Onun maraq dairəsini məhdudlaşdırmağa çalışmayın.

Alternativ hədiyyə seçimləri: Kitab, qəzet, ünsiyyət vasitələri, elektronik cihazlar, konsertə bilet, kiçik, amma əlverişli yol çantaları, qeyd dəftəri, mobil telefon, gündəlik geyimlər, fərqli idman ayaqqabıları…

Yola getdiyi bürclər: Tərəzi və dolça bürcləri onların maraq dairəsinə uyğyun bürclərdir. Məcəra axtarırlarsa, şir, oxatan və qoç bürcü uyğun gələ bilər.

Sevgilin xərçəng bürcüdürsə?

Duyğusal və həssas olmağa çalışın!

Xərçəng bürcləri ailəsinin rahatlğını və təhlükəsizliyini təmin edir. Xərçənglər olduqca dərin duyğlara sahibdir, həssas və küsəyən bürcdür. Ona axtardığı sevgini, qayğını verə bilsəniz, sonsuza qədər birlikdə xoşbəxt həyat sürə bilərsiniz. Xərçəng bürcləri axtardığı huzuru tapdıqdan sonra sizinlə ana şəfqəti ilə maraqlanacaq və xoşunuza gələn fədakarlıqları etməkdən çəkinməyəcək.

Alternativ hədiyyə seçimləri: Qadınlar üçün mirvaridən hazırlanan, aksessuarlar, qızıl ya gümüş qolbaqlar, fotoaparat, bahalı saat, çiçək və.s Kişilər üçün idman geyimləri, idman alətləri, musiqi alətləri, bahalı qələm və.s…

Yola getdiyi bürclər: Əqrəblər və balıqlarla duyğusallığı paylaşırlar. Qız, oğlaq və buğalarla isə yaxşı əylənə bilrilər. doçla və oxatan bürclərindən uzaq dursalar, yaxşıdır.

Sevgiliniz şir bürcüdürsə?

Şir bürcü hər zaman öndə olmağı, hamı tərəfindən sevilməyi istəyən bürcdür. İdarə etməyi də çox xoşlayır. Sevginizin uzun müddətli olmasını istəyisinizsə, şir bürcünü idarə etməyə çalışmayın. Onun sizi idarə etməsinə icazə verin. Bu zaman mərdliyi qarşısında heyrətə düşə bilərsiniz.

Alternativ hədiyyə seçimləri: Bahalı və eleqant olan hər şey xoşuna gəlir. Bahalı olması mütləq deyil, görüntüsünün gözəl olmağı da kifayətdir. Brilliant, almaz, qızıl hədiyyə etməklə onları xoşbəxt edə bilərsiniz. Romantik olduqları üçün şərab və qırmızı güllər də onların ürəyincə olacaq. Xrustal qablar, dəyərli tablolarlar da hədiyyə seçimləri arasında olmalıdır.

Yola getdiyi bürclər: Tərəzilər, dolçalar və əkizlərlə yaxşı yola gedir. Oxatan bürcü isə onun məcaraçı tərəflərinə xitab edə bilər. Qoçla dalaşmadıqları və lider olmağa çalışmadıqları müddət ərzində uzun ömürlü münasibət qura bilərlər.

Sevgiliniz qız bürcüdürsə?

Tənqidlərinə qulaq asın!

Qız bürcləri nizamlı-intizamlı, çalışqan və həmişə planlı şəkildə hərəkət etməyi xoşlayır. Hər xırda detallara diqqət edir və tənqid edirlər. Amma tənqidlərində adətən haqlı olurlar. Təndiqləri hər şeyin yüksək səviyyədə olması istədiyində doğur. Onun tənqidlərini nəzərə alsanız və sinirləmədən dinləyə bilsəniz, münasibətləriniz qaydasında gedər. Duyğusal deyillər, amma sizin duyğusallığınız və şəfqətli rəftarınız onların xoşuna gələr.

Alternativ hədiyyə seçimləri: Qadınlar üçün mətbəx elektronik avadanlıqları, mobil telefonlar, netbook, bahalı geyimlər, ətəklər, pencəklər, bir sözlə istifadə edə və xoşuna gələn hər şeyi hədiyyə edə bilərsiniz. Kişilərə kitab, tünd köynəklər, əlcək və.s

Yola getdiyi bürclər: Oğlaqlar və buğalarla yaxşı anlaşırlar. Xərçəng və əqrəblərsə onları həyəcanlandırmağın yollarını yaxşı bilir.

Sevgiliniz tərəzi bürcüdürsə?

Tarazlığı saxlayın!

Tərəzilər aşiq olanda son dərəcə nəzakətli və romantik olurlar. Münasibətlərində tarazlığı qorumaq onlar üçün çox əhəmiyyətlidir. Onların sərbəstliyini məhdudlaşdırmayın və özünüzə nəzarət etməyi öyrənin. Tərəzilər dava-dalaşdan və çoxluq olan yerdən xoşlanmırlar. Siz ciddi problem çıxarmadığınız müddətdə aranızda heç bir mübahisə olmayacaq.

Alternative hədiyyə seçimləri: Rəngli olmağı sevən tərəzilər hər cür aksessuarları bəyənir. Gümüş, qızıl qolbaqlar, saç lentləri, kiçik çantalar, pul qabıları və.s həm qadın, həm də kişilər üçün əla seçim ola bilər. Parfumlər, dəri üçün krem dəstləri, gecə geyimləri, ev əşyaları, romantik axşam yeməyi onları həddindən artıq sevindirər.

Yola getidyi bürclər: Dolça və əkizlər bürcü ilə çox əylənirlər. Oxatan və şir bürcü ilə uzun müddət davam edən münasibətlər qura bilərlər. Qoçların onlardan öyrənə bildiyi çox şey var. Balıqlar və buğalarla aralarında problemlər ola bilər.

Sevgiliniz əqrəb bürcüdürsə?

Səmimi və olduğunuz kimi olun!

Əqrəb bürcünün nümayəndələri ehtiraslı və cinsəlliyə düşkün biridir. Aşırı ehtiraslı və qısqanc olduğu üçün bitməyən şübhələri ilə sizi sıxa və narahat edə bilərlər. Əslində, əqrəb bürcünün nümayəndələri həyatın bütün həqiqətlərini üzə çıxarmaq istəyir. Həqiqəti ən çılpaq şəkildə üzə çıxardıqdan sonra rahatlığa qovuşa bilər. Bu xüsusiyyətini anlayışla qarşılarsanız, aranızda heç bir ehtiraslı sevgi məcarası yaşaya bilərsiniz

Alternativ hədiyyə seçimləri: Qadın və kişi fərq etmədən, bu bürcün nümayəndələri qara və tünd rəngləri çox xoşlayırlar. Geyim almağı düşünürsünüzsə, qətiyyən ala-bəzək rənglərə müraciət etməyin. Parfumlara da olduqca düşkündülər. Keyfiyyətli çanta, aksessuar, gümüş qolbaqlar, qara bahalı geyim, bahalı saatlar və.s xobbilərinə daxildir. Qadınları üçün seksual alt geyimləri yenə gözəl hədiyyə ola bilər.

Yola getdiyi bürclər: Buğa, balıqlar və xərçənglərlə ehtiraslı sevgi məcarası yaşayırlar. Qız və oğlaqların ona həmişə ehtiyacı olur. Dolça və qoçlarla çətin yola gedə bilirlər.

Sevgiliniz oxatan bürcüdürsə?

Çamadanınız həmişə hazır vəziyyətdə olsun!

Oxatan bürcləri həmişə çoşqulu, məcarapərəst və şən olur. Sərbəstliyinə aşırı dərəcədə düşkündür. Həyatında asanlıqla dəyişiklər edə bilər. Sahib olduqlarınızdan vaz keçə bilmirsinizsə, oxatan bürcləri sizi çətin ki, başa düşsün…

Siz də həyatın yaşanmalı məcara olduğuna inanır və sərbəstliyinə hörmətlə yanaşırsınızsa, oxatan bürcü ilə uzun müddət xoşbəxt ola bilərsiniz.

Alternativ hədiyyə seçimləri: Gəzməkdən doymaq bilmirlər. Gözəl və eqzotik səyahət, idman geyimləri, idman ayaqqabıları, rahat geyimlər, fotoaparat, kamera, xobbi kitabları, gəzməli-görməli yerlər haqqında kitablar ala bilərsiniz. Onlar mavi qaşlı aksessuarları da çox bəyənirlər.

Yola getdiyi bürclər: Həyatı qoçlar və şirlərlə paylaşmaqdan böyük zövq alırlar. Əkizlər, doçalar və tərizilərlə yaşaya biləcəkləri o qədər şey var ki… Buğa, xərçəng və balıqlarla anlaşa bilmirlər.

Sevgiliniz oğlaq bürcüdürsə?

İnamını sarsıtmayın!

Oğlaq bürcləri məsuliyyətli, səbirli və çalışqan olur. Mühafizəkardır. Sərbəstliyinizi hər şeydən üstün tutursunuzsa, oğlaqla xoşbəxt olmağınız mümkün deyil. O sizi həmişə nəzarətdə saxlamaq istəyəcək. İnam hər şeydən vacib olduğu üçün sizə olan inamını itirməməyə çalışın.

Alternativ hədiyyə seçimi: Qadınlar üçün bahalı çəkmələr, şallar, klassik amma dəbdəbəli geyim, bahalı qaşlar, saat və.s. Kişilər üçün antik əşyalar,bahalı qələm, ilan dərisindən hazırlanmış pul qabı, notebook çantası və.s

Yola gedtiyi bürclər: Buğalar və qızlarda axtardığı güvəni tapa bilərlər. Balıq bürcünün lazım olduğundan artıq xəyal pərəst olduğunu düşünə bilərlər. Xərçəng və əqrəblə ehtiraslı sevgi məcarası yaşa bilərlər.

Sevgiliniz dolça bürcüdürsə?

Orijinal olun!

Dolçalar orijinal yaradıcılıq qabiliyyətinə sahib olan tiplərdir. Dolçaların hər zaman yaradıcılıqlarını və orijinallığını üzə çıxarmağa ehtiyacı var. Bunlara icazə versəniz və yaradıcılığına hörmətlə yanaşsanız, sizin onu idarə etməyinə icazə verə bilərlər. Amma qısqanclıqdan dolayı ona mane olsanız, buz kimi, inadçı və sizə qətiyyən boyun əyməyən bir insanla qarşılaşa bilərsiniz.

Alternative hədiyyə seçimləri: Dolçalar elektronik və texnologiyaya aşırı düşkündür. Fotoaparat, notebook və.s kimi elektronik avadanlıq hədiyyə edə bilərsiniz. Qadınlarını maraqlı, fərqli olan hər növ əşya və ya geyim xoşbəxt edə bilər. Həmişə sizi təəccübləndirməyə qadir olan bu insanı romantik axşam yeməyinə dəvət etməklə bu dəfə siz onu sevindirə bilərsiniz. Hədiyyə seçərkən klassik olan hər şeydən uzaq durun.

Yola getdiyi bürclər: Əkizlər və tərəzi bürcü ilə rahat yola gedirlər. Qoç, şir və oxatan bürcləri iıə xoşbəxt olma ehtimalları yüksəkdir. Xərçəng, buğa və qız bürcləri ilə münasibətləri o qədər də uğurlu alınmır.

Sevgiliniz balıq bürcüdürsə?

Xəyallarını reallaşdırın!

Həssas, şəfqətli və hər kəsi düşünən balıqlar olduqca xəyalpərəstdilər. Balığın qərarsızlığı və fikrini tez-tez dəyişdirməsi sizi bezdirə bilər. Realist insansınızsa, onun xəyalpərəstliyi ilə sizin dünyanız arasında böyük fərq var. Amma balıqlar hər mühitə çox tez alışırlar, buna görə də sizi başa düşə və duyğularınızı hiss edə bilərlər. Sizi həqiqətən sevirsə, heç düşünmədən öz istəklərini ikinci plana atmağa qadirdir. Onun bu fədakarlığı qarşısında bir az romantik və nəzakətli olmanız bəs edir.

Alternativ hədiyyə seçimləri: Kişilər üçün fotoaparat, kamera, idman geyimləri, İpod və.s… Qadınları romantik axşam yeməyinə aparsanız, bundan çox məmnun qalarlar. Gözəl ayaqqabılar. Yumşaq dəsmallar və oyuncaqlar, qalın corablar və.s onları sevindirmək üçün bəs edir.

Yola getdiyi bürclər: Xərçənglər və əqrəblər onların xəyal dünyasını qidanladıra bilər. Qız bürcü ilə aralarında münaqişə yaşanır. Buğalarla romantizmi paylaşa bilərlər. Şir və əkizlərlə yola gedə bilmirlər.


Şərhlər:
Baxılıb: 9953
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz