Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xaosun övladları: “Ulduz”lar və seks-simvollar
Xaosun övladları: “Ulduz”lar və seks-simvollar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6887
Səs ver:
"Onun alnına yazılıb", "taleyi belə imiş", "onun bəxti gətirmir" və ya "köynəkdə doğulub", "bəxti gətirir", "taledən qaçmaq olmaz" bu cür deyimlər bütün xalqlarda mövcuddur. "Tale", "qismət", "alın yazısı" və sairənin nə olduğunu çoxları özünəməxsus tərzdə başa düşür. Hal-hazırda "tale" sözünün əvəzində "karma" sözünü (bəzən varisliyi də bu cür adlandırırlar) işlədirlər, lakin bu sözün mənası daha genişdir.
Ağır karma
"Ağır karma" anlayışının mahiyyəti ondan ibarətdir ki, həmin adam özünün karma tapşırıqlarının quludur və bu tapşırıqların həyata keçməsi həqiqətdən çox uzaqdır. Bu insan keçmişdə buraxdığı səhvləri və günahları kompensasiya etmək üçün yeni əlavə tapşırıqlar alır (variant: "ağır karma" ailəvi karmadır - ailəvi "lənət"dir). Ən azı bu, əvvəlki dövrlərdə buraxılan və "yenidən işlənməyə" ehtiyacı olan səhvlərə və yayınmalara şamil edilir. Real həyatda isə "ağır karma" özünün mövcudluğunu insan həyatına vurduğu zərbələrdə göstərir.
Halbuki həmin kəs bütün bunlara layiq deyil. Ağır və ekstremal situasiyalarda, çətinliklərlə və pisliklərlə qarşılaşanda onun davranışı incə aləmdə müəyyən fasilələrlə müşayiət olunur. Nəticədə isə insan ya situasiyadan vicdanla çıxır ("karmik telləri" qarışdırır), ya da özünün vəziyyətini daha da ağırlaşdırır.
Karmik tellər
Öz-özlüyündə karmik telləri adi tel kimi də qəbul etmək olar. Mahiyyət etibarilə "karmik tel" insanın səhvləri, yanlışlıqları, zəifliyi və s. ilə bağlı olan, karmik tapşırığın yerinə yetirilməsindən sonra yaranan tullantıdır. Hər bir addım incə aləmdə özünün əksini tapır və karmik proqramda izlərini buraxır. İradə azadlığı ondan ibarətdir ki, insan özünün (bəzən hətta başqasının da) həyatının durumunu, ritmini, aksentini dəyişə bilər.
Çətin - xüsusən də bir neçə təcəssüm dövründə yaranan karmik telləri dərhal aradan qaldırmaq olmaz. Bu, müəyyən qurbanlarla bağlı olan ciddi və xoşagəlməz zəhmət tələb edir.
Karmik və genetik irs bir qayda olaraq bütöv bir tamı təşkil edir. Buna baxmayaraq, ailədə elə hallar da ola bilər ki, yeni doğulmuş körpə heç bir valideynə və ya onlardan birinə oxşamasın. Yəni, karmik tellərlə bağlı olmasın. Lakin bu cür hallar istisna təşkil edir və bu, ayrıca bir söhbətin mövzusudur. "Nəsillikcə" ötürülən karmik tellərdən zaman keçdikcə ailə lənəti formalaşır (o cümlədən ölkə və xalqların lənəti yaranır). Çünki ailə, insanın öz ölkəsinə və etnosuna bağlılığının birbaşa vasitəsidir. Bu, müharibə və kataklizm dövrlərində daha aydın görünür. Qismən sülh şəraitində isə daha şəffaf müşahidə olunur.
Dünyada elə varlıqlar da var ki, onlar həm qüssə, həm sevinc, həm peşmançılıq, həm də xoşbəxtlik görən insanlardan zahiri cəhətdən heç nə ilə fərqlənmirlər. Lakin bu məxluqlar "incə aləmlə" qarşılıqlı münasibətinə görə digər insanlardan, ümumiyyətlə, bəşəriyyətdən kəskin surətdə fərqlənirlər. Dünyaya göz açandan bu cür adamların Qoruyucu Mələkləri olmur. Hətta şəyatinlər də onlara baş qoşmurlar. Çünki bu cür adamları hər hansı bir pis hərəkətə həvəsləndirməyə lüzum yoxdur. Ona görə ki, onlar həyatda öz qəti və dönməz seçimlərini ediblər. Belələrinin üç növü məlumdur:
- Mütləqin (Ağ Ayın) Övladları;
- Xaosa qulluq edənlər;
- Tarazlıq Övladları.
Onların hamısı adi insanlardan fərqli olaraq həm maddi, həm də mənəvi aləmə daha güclü təsir edirlər. Onu da qeyd edək ki, onların bu cür burulğanlı hadisələrə meylliliyi onların öz iradələrindən asılı deyil. Onlar heç vaxt əllərini əllərinin üstünə qoyub küncdə otura bilməzlər. Ən azı ona görə ki, bu, düşünülmüş və əvvəlki mərhələlərdə edilmiş seçimin nəticəsidir.
Mütləqin Övladları
Mütləqin Övladları öz karmik proqramını yerinə yetirmiş bir ruhu təcəssüm edirlər. Lakin onlar, Yer kürəsinə həddindən artıq bağlıdırlar (ola bilsin ki, öz nəslinə və ya ölkəsinə bağlıdırlar). Bu cür ürək Ulu Yaradanın dərgahında sakitləşmək əvəzinə Yerə qayıdır, könüllü surətdə maddi mövcudluğun bütün əzab-əziyyətlərinə qatlanır ki, Yerdəki insanları haqq yoluna çıxarsın. Ağ Ayın Övladları - peyğəmbərlər, müqəddəslər və ya müdriklər olur. Onlar hansısa ali biliyə malik olurlar ki, bu da onlara gələcəkdən xəbər verməyə, insanlara şəfa gətirməyə, dünyada digər möcüzələr və müqəddəs sənət əsərləri yaratmağa imkan verir. Özlərinin Qoruyucu Mələklərinin olmasına baxmayaraq, onlar özləri insanlar üçün qoruyucu mələk ola bilirlər.
Onlar həyatda öz məqsədlərini başa düşən insanlara və Xaosa - şeytana xidmət edənlərin təsiri altına düşə biləcək adamlara kömək edirlər. Adətən bu müqəddəslər anadangəlmə və ya erkən yaşlarında yaranmış sağalmaz xəstəliklərdən əziyyət çəkirlər. Onların əksəriyyəti ətrafdakılar üçün qeyri-adi, fanatik və hətta cəmiyyət üçün yararsız da görünə bilirlər.
Ağ Ayın Övladları
Adətən Ağ Ayın Övladları Balıqlar, Oxatan və Oğlaq bürcündə günorta vaxtı anadan olan insanlar olur və bir qayda olaraq yalqız yaşayırlar. Belələri həm elmdə, həm də ezoterikada qabarıq şəkildə şəffaf qabiliyyətlərə malik kişilər olur. Zahiri görünüşləri də çox müxtəlifdir: onlar həm yaraşıqlı cəngavərə, həm də küçədə yaşayan sərsərilərə bənzəyirlər. Lakin bütün hallarda hamısı diqqətçəkən, nəzərəçarpandırlar.
Belələri əsasən hər hansı məşhur nəslin nümayəndələri olur. Çox nadir hallarda "Yer" ierarxiyasında hansısa nailiyyət əldə edə bilirlər. Çünki onların xarakteri ətrafdakılarla heç cür uyuşmur. Zahirən bu şəxslərin əksəriyyəti orta və ya yüksək orta boylu olur, əsəbi davranır və gözəl səsə malik olurlar. Bu cür insanların arasından çoxlu sayda məşhur şairlər və müğənnilər çıxır. Onlar öz yaradıcılıqları ilə insanlara ən ülvi hissləri aşılayır, hamını Tanrıya inama çağırırlar. Bununla yanaşı Ağ Ayın Övladları adi həyatda o qədər də səmimi, xoşagələn olmur, yaratdıqları, oynadıqları obrazlardan və ya mistik açıqlamalar zamanı həyatda göründükləri kimi olmurlar.
Qara Ayın Övladları
Xaosun idarəsi altında olanlar (Qara Ayın Övladları) qəti surətdə və birdəfəlik planetar şeytanın tərəfinə keçən, həmçinin Yerdəki karmik tapşırıqların yerinə yetirilməsini pozmaq üçün planetimizə qayıdan insanlardır. Qara Ayın Övladları əslində "qara müəllimlər" və yalançı peyğəmbərlərdir. Onlar həyatda müəyyən möcüzələr də törədə bilirlər. Lakin bu möcüzələr primitiv olur. Məhz Qara Ayın Övladları hər hansı məqsədin yerinə yetirildiyi anda peyda olur və insanı şeytanın ağuşuna sığınmağa məcbur edir. Əsəbi halda kimisə cəzalandırmaq və ya kimdənsə intiqam almaq fikrinə düşən bu insanların ətrafında həmişə şeytan dolaşır və onlara hər vəchlə fitva verir. Qara Ayın Övladlarının idarəsi altında çoxlu sayda şeytan övladları var və onlar Yerdəki insanları, qurbanları "qara müəllimlərlə" görüşdürür, onları pis yola çəkirlər.
Qara Ayın Övladlarının əksəriyyəti Xərçəng, Qız və Qoç bürclərində gecəyarı doğulan insanlar olur. Onlar "yumşaq", xoşagələn cazibədarlığa malikdirlər, həmçinin ətrafdakıların diqqətini hər an özlərinə cəlb edirlər. Onlar orta və aşağı-orta boyludur, zarafatcıl, gülməli, ağıllı, yaraşıqlıdır, başlıcası, qeyri-adi iştaha malikdirlər. Belələrinin ətrafında həmişə çoxlu sayda insan olur.
Çünki onlar məhz insanların eşitmək istədikləri şeyləri deyirlər. Qara Ayın Övladları gələcəkdən xəbər vermək istedadına da malikdirlər və adətən magiyaya meylli olurlar. Öz arzusu ilə öyrənmək istəyənlərə magiya dərsləri keçirlər. Belələri bir qayda olaraq cəmiyyətdə kifayət qədər möhkəm bir post tutur və özlərindən sonra böyük bir məktəb qoyub gedirlər.
Mütləqin Övladlarından fərqli olaraq Xaosun Övladları möhkəm müdafiəyə malikdir və maddi aləmdə mövcudluğa həmişə hazır olurlar. Bundan əlavə Yer ierarxiyasında əsasən yüksək vəzifələr tutur, "ulduz", seks-simvol və bu kimi şəxslərdən olurlar. Qara Ayın Övladları təmənnasız qəhrəmanlıq nümunələri də göstərə bilirlər. Lakin bunu bütün cəmiyyət üçün yox, buna maraq göstərən insanların naminə edirlər...
Siz də onların hər birini tanımağa çalışın və Ağ İşığa doğru gedənlərdən olun ki, Tanrı hər birinizi müjdələsin, inşallah!


Şərhlər:
Baxılıb: 6887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz