Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər və sevgi: Kimləri eşq həyatında nə gözləyir?
Bürclər və sevgi: Kimləri eşq həyatında nə gözləyir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 37913
Səs ver:
Yay gəlir. Qan qaynayan yay daha çox sevgi fəsli kimi də adlanır. Bəs bürclər və sevgi hissləri arasında hər hansı bağlılıq var? Hansı bürcün sevgi həyatı daha rəngarəngdir?

Qoç

Qoçlar komplimentləri, həyat eşqi olan insanları sevirlər. Fəaldırlar. Qoçun aktiv həyat tərzini nəzərə alaraq onunla birlikdə olmaq üçün hər şeyə hazır olmaq lazımdır. Fərqliliklər qoçların diqqətini tez çəkir. Qoçlar bəzən çox qısqanc olurlar. Onlar qarşı tərəfin vaxtının böyük hissəsini onlar üçün ayrılmasını tələb edirlər. Qoç birlikdə olduğu insana rəhbərlik etməkdən, ona məsləhət verməkdən, yön göstərməkdən məmnun olur. Ürəyi açıq olduqları üçün fikirlərini, duyğularını rahatlıqla həyat yoldaşları ilə bölüşə bilirlər. Qoç ilə münasibətləri bitirmək üçün ən yaxşı yol ona əmr verməyə, başçılıq etməyə çalışmaqdır. Azadlığı sevən qoçlar əslində çox etibarlı, sadiq və həyacan verməyi bacaran həyat yoldaşıdır.

Buğa

Buğanın qarşısındakına hisslərini bildirməsi uzun zaman ala bilər. Onlar olduqca səbirli insanlardırlar. Buğa ilə birikdə olmaq üçün ilk növbədə səbirli və sakit olmağı öyrənmək lazımdır. Gözəl şam yeməyi, romantik musiqi, güllər buğanın daha tez təsir altına düşməsinə kömək edəcək. Buğanın insana sakitlik verən aurası var. Bu bürcdən olan insanların sadiqliyindən heç bir şübhə olmamalıdır. Əslində bu bürc altında doğulanlar çox ehtiraslı və həssas olurlar. Ona dəyər verən insanlarla gözəl anlar yaşaya bilirlər.

Əkizlər

Əkizlərin sevgi həyatları ikili ola bilər. Onlarla münasibətə başlamamışdan əvvəl bunu nəzərə almaq lazımdır. Onlar gülməyi, əylənməyi, yenilikləri təcrübə etməyi çox sevirlər. Əkizlər dürüstlüyə və səmimiyyətə böyük önəm verirlər. Onlar mübahisə etsə belə fikirlərini azad ifadə edən insanları sevirlər. Əkizlər bəzən sərt danışdıqları üçün həssas insanlarla o qədər də yaxşı yola getmirlər. Onlara yaxınlaşmaq üçün qısqandırmaq üsulundan istifadəni ağlınıza belə gətirməyin.

Xərçəng

Xərçəngdən heç vaxt ilk addımı atmasını gözləmək lazım deyil. Xasiyyətçə utancaq və passiv olan xərçəng sevgidə də eyni yolu seçir. Xərçənglər ənənəviliyə bağlı olduğyu üçün ilk görüşdə teatr və ya romanti yemək onların özlərini daha rahat hiss etməsinə kömək edəcək. Onlar hər fürsətdə tərif eşitməkdən, dəyərləndirildiklərini bilməkdən xoşbəxt olurlar. Xərçəng rədd edilməkdən çox qorxur. Onların ən kiçik məsələlərdə belə yox cavabı eşitməsi dərindən sarsılmalarına səbəb ola bilər. Onların mükəmməl bir yaddaşı var və çox qısqancdırlar. Hər hansı səhv onunla olan münasibətin bitməsinə səbəb ola bilər. Həyat yoldaşının sevgisinə və hörmətinə dəfələrlə artıq cavab vermək iqtiarındadır.

Şir

Şir kompilementləri və tərifi çox sevir. Onun rəğbətini qazanmağın ən asan yolu onun müsbət cəhətlərini saymaqdır. Əslində xaricdən görünən qürurlu bürcün altında romantik və çox həssas bir ruh gizlənə bilər. Şirin ilk görüşdə güvənini qazanmaq üçün hər şeyin ən yaxşısı olmalıdır. Çünki şirlər ən yaxşı şeylərə layiq olduqlarını düşünürlər. Yaradıcı, ağıllı, istənilən mövzuda debatlar apara bilən insanları onları tez cəlb edir. Şir lierliyi sevir. Gözəl bir münasibət üçün ideal həyat yoldaşıdır. Əlbətdə istədiyi şərtlər olarsa.

Qız

Bu bürc altında doğulanlar yaxşı natiqlik qabiliyyəti olan insanları sevirlər. Onlar ünsiyyət qurmağı, ətrafında ağıllı, intelektual inanların olmasına böyük önəm verir. Yaxşı müansibətin başlaması üçün onunla keyfiyyətli və sakit yerdə görüşməyə çalışın. Onlarla istənilən mövzuda danışmaq olar. Ancaq ilk gündən gizli, məhrəm mövzulardan danışmaqdan, sirləri paylaşmaqdan, problemləri ortaya tökülməsindən xoşlamırlar. Qızlar planlı hərəkət etməyi sevir. Həyatını paylaşmağa hazır olduğu insanı tapdığına əmin olduqda onu xoşbəxt etmək üçün əlindən gələni edəcəklər. Kənardan o qədər bilinməsədə qızlar olduqca səmini, istiqanlı və dürüstdürlər.

Tərəzi

Tərəzilər sevməyi və sevilməyi çox sevirlər. Anadangəlmə romantik olan tərəzilər sevgi münasibətlərində də olduqca uğurludurlar. İnsana yaxınlığı, nəzakəti sayəsində onunla birlikdə zamanın necə keçdiyinin fərqində belə olmaq mümkün deyil. Onların ğbətini qazanmağın ən asan yolu komplimentdən keçir. Əgər o bu təriflərin səmimiliyinə inanarsa ilk addımın uğurlu atıldığını demək olar. Zövqü yaxşı olan tərəzilər hər şeyin ən yaxşısından xoşlanır və həyat yoldaşlarınında belə olmasına diqqət edir. Asan idarə edilən tərəzilər hamı tərəfindən çox sevilir. Söz verməyi xoşlamasalar da, verdikləri sözü mütləq yerinə yetirilər.

Əqrəb

Əqrəb sevgiyə hamıdan çox dəyər verir. Onlar bu münasibətlərdə ziyan görməkdən çox qorxurlar. Bunun üçündə daha ehtiyatlı olmağa çalışırlar. Əgər əqrəblə bir münasibət başlayıbsa o həyat yoldaşı, ailəsi üçün əlindən gələni edəcək. Əqrəb onu dinləyən başa düşən insanın axtarışındadır. Onun qarşısındakı hörmətsizlik edərsə, ona yaxşı davranmazsa asanlıqla hücuma keçə bilər. Əqrəb həyatını birləşdirəcəyi insane qarşı çox qısqancdır.

Oxatan

Oxatan həyata əyləncə kimi baxır. Xəyal qurmağı, yeni münasibətləri çox sevir, ən önəmli xüsusiyyətlərindən biri zarafatçıl olmasıdır. Oxatan sevgiyə də bir məcara kimi baxır. Bu bürc altında doğulan insanlar çox şeylə maraqlandığı üçün qarşısındakı insanın intelektual olmasına önəm verir. Adətən qarşısının nə düşündüyünə önəm vermədən öz fikirlərini bildirməyə çalışır. Qısqanc, gəzməyi sevməyən, evdə oturmaqdan xoşlanan insanla oxatanın birlikdə olması mümkün deyil. Oxatanla darıxmaq olmaz.

Oğlaq

Bu bürcün altında doğulanlar çox biruzə verməsələrdə lüksu sevirlər. Onlar pulun gözəl həyatın ən başlıca amili olduğuna inanan insanlardır. Oğlaqın sevgisini qazanamaq o qədərdə asan deyil. Ancaq münasibətlərini həddindən çox ciddi qəbul edir. Birlikdə olduğu insanın qürurunu qırmamaq üçün, onu sevindirmək, xoşbəxt etmək üçün əlindən gələni etməyə çalışır. Onlar çox ehtiraslı və sevgi dolu həyat yoldaşı olurlar.

Dolça

Bəzən soyuq, özündən razı kimi görünsədə əslində insanlara qiymət verən, onları düşünən olurlar. Humanitar xasiyyətə malik olan dolçaların diqqətini intelektual insanlar cəlb edirlər. Açıq fikirli olan dolça tənqidə açıqdır və ona hörmətlə yanaşır. Onlar heç vaxt həddindən çox qısqanclığa və həssaslığa yol vermirlər. Dolçanın bir insana güvənməsi ən önəmli amil vaxtdır. Dayanmadan səhvlərindən, uğursuzluqlardan danışan partnyor Dolçanı özündən çıxara, onun özünün bədbin hiss etməsinə yol aça bilər. Qarşı tərəf sədaqətini qoruduğu müddətdə oda sədaqətli qalacaq. Dolça da Tərəzi kimi söz verməyi sevmir. Ancaq verdiyi sözü mütləq yerinə yetirir. Dolçaların bəzən artan tələbkarlığı münasibətlərdə soyuqluğa səbəb ola bilər.

Balıq

İlk görüşdə Balıq insanı nəzakəti, diqqəti ilə özünə heyran edə bilər. Ancaq real həyatda onlar demək olar ki, reallıqdan uzaq, xəyal aləmində yaşayırlar. Asanlaıqla aşiq olmağa və sevməyə meyillidirlər. Balıqlar doğru insanı tapana kimi çox münasibət yaşaya bilər.Onlar üçün özünü etibarlı şəxsin yanında hiss etmək vacibdir. Əgər balığa sevgi, nəzakət ilə yaxınlaşıla bunun müqabilində də inanılmaz hörmət, sevgi, sədaqət görmək mümkündür. Balıq sevgisi üçün hər şeyi etməyə hazır olan insandır. Əgər sevirsə bütün enerjisini, gücünü, vaxtını qarşı tərəfə sərf edə biər. Sevdiyi insanın hər bir istəyini, qərarını oda asanlıqla qəbul edə bilər.


Şərhlər:
Baxılıb: 37913
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz