Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı bürclə necə yola getmək lazımdır?
Hansı bürclə necə yola getmək lazımdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5170
Səs ver:
Həyat yoldaşınız, sevgiliniz və dostlarınızla sağlam münasibət qurmaq üçün astrologiyanın gücündən siz də faydalanın.

Qoç bürcü – Cəsarətli insanlara heyranlıq duyurlar. Tənqiddən qorxmadan cəsur davranırlar. Romantika ilə nazı şişirtməyi xoşlayırlar. Onları gözləmədən qərar verin. Xarici görünüşdə heç bir problem olmamalıdır.

Buğa bürcü – Nəzakətli və duyğusal anlardan xoşlanırlar. Xoşbəxt və sevincli olmaları üçün özünə qarşı diqqət hiss etməlidir. Bir şeyi çox bəyəndikləri zaman ona sahib olmaq üçün əlləşirlər. Lakin narahatlıq hiss etdikləri zaman asanlıqla imtina edə bilərlər. İnsanlarla münasibətdə qarşılıqlı nəzakət qaydaları birinci şərtdir.

Əkizlər bürcü – Heç bir şey haqqında məlumatınız yoxdursa,  ən azından maraq göstərməlisiniz. Qeyri-adi hadisələrə maraq göstərərək onun marağını çəkə bilərsiniz. Sevgi və duyğularınızı özünüzdə saxlayın. Diqqətin çoxu onları boğur. Həyatları boyu digər yarılarını axtarırlar.

Xərçəng bürcü – Onlarla yaxşı yola getmək üçün hər bir şeyə tez cavab vermək lazımdır. Tez-tez dəyişən hərəkətlərinə qarşı duyğusal və anlayışlı olmağa çalışın. Ona bağlandığını hiss etdirinvə ehtiyacı olduğu zaman sizi tərk etmək imkansız olacaq. Sizi qorumasına icazə verin. Duyğusal görünməsə də, romantik cəhətləri də var.

Şir bürcü – Onları ancaq istəklərinə uyğun idarə etmək olar. Onları tərifləyib yüksəltmək cəsarətləndirir. Şirləri tənqid etməyə çalışmayın. Üzdə göstərməsə belə, qəlbi qırılır. Məntiqli, istiqanlı və dürüst olmağa çalışın. Sevdiyinin başqa bir insan haqqında düşünməsi şirləri qısqandırır.

Qız bürcü – Dəqiq, həssas və məsuliyyətli olmağa çalışın. Hadisələri ümumi deyil, detallarına qədər izah edin. Yanında sabit həyat yoldaşı və güvən duyğusunu hər zaman hiss etmək istəyir. Aranızda olan hadisələri başqasına danışıb güvən duyğusunu itirməyin.

Tərəzi bürcü – Hadisələrə hər iki tərəfin mövqeyini qoruyub münasibət bildirin. Nəzakətli və normal davranmaq onlarla münasibətin əsas açarıdır. Gülərüz və şən insan onların əhvalını qaldırır. Səliqəli geyim onların diqqətini çəkir. Onların həyat tərzi ilə bağlı tənqidlərini bildirməyin.

Əqrəb bürcü – Həyatda əldə etdiyi təcrübələr əsasında qərar verir. Həssas ürəkli olduğunu heç kimə göstərmək istəmir və duyğularının yanlış anlaşılmasından qorxur. Çox qısqancdır.
Onu qısqandırsanız, itirə bilərsiniz. Soyuq və uzaq davrandıqlarını qətiyyən deməyin.

Oxatan bürcü – Azadlıq barəsində diqqətli olun. Onu əldə etmək üçün rahat buraxın. Nəzarət altında saxlamağa çalışmayın. Bu hiss onları dəli edir.

Oğlaq bürcü – Həmişə düzgün və təmkinli davranın. Tələsməyin, duyğularını sizə açmaq üçün zaman lazımdır. Səbirli olun. Sizə ehtiyacı olan anları fürsətdən qaçırmayın. Sizə xoş gələn hərəkətlərini tərifləyin və istiqanlı olun.

Dolça bürcü – Həqiqəti axtarmağa çalışın. Şablon və primitiv fikirlərdən xoşu gəlmir. Dəyişkən və idealist olmağa çalışın. Azadlığını əlindən almağa çalışmayın. İnsanlarla fikir mübadiləsi aparıb ünsiyyət qurmağına mane olmayın.

Balıq bürcü – Zərif və ümidlə dolu olun. Onunla bir bütün olmağa çalışın. Duyğularınızı ona açıq şəkildə ifadə edin. Onun uğrunda fədakarlıq edə bilən həyat yoldaşı axtarır. Onun güvənini qazanın və yalan danışmayın.


Şərhlər:
Baxılıb: 5170
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz