Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilinizlə bürcünə görə necə davranmalı?
Sevgilinizlə bürcünə görə necə davranmalı?
Göndərən: C_E
Şərhlər:
Baxılıb: 7029
Səs ver:
Qoç Eşqi
Əgər bir Qoça aşiqsinizsə onun daim nazını çəkməlisiz; həyatınızın mərkəzinə qoymalısınız.
Özünə inamı yüksək olan Qoç bürcü insanı, sevgilisindən də eyni xüsusiyyəti gözləyər. Onu davamlı sizin üçün mübarizə etməyə məcbur edin. Ayrıca sərhədləriniz daxilində sizi istiqamətləndirməsinə icazə verin.
Səhvlərindən dərs almasını bilən Qoç insanına izah etmək istədiyinizi, eyhamlardan istifadə etmədən yalnızca həqiqətləri söyləyin.

Buğa Eşqi
Sevgiliniz buğa bürcündəndirsə onunla nikaha qədər gedə biləcəyinizə əmin ola bilərsiniz.Buğa bürcü insanı dəyişmələri sevməz və dolayısilə vərdişlərinizi ona görə adaptasiya etmək məcburiyyətində qalarsınız. Sevgilisinin baxımlı olmasından xoşlanmaqla birlikdə, onun üçün edəcəyiniz jestlər də ona olan sevginizi sübut etmək adına əhəmiyyətlidir.
Damaq zövqünə düşkündür və bu səbəblə də sizdən mətbəxdə möcüzələr yaratmanızı gözləməsi çox normaldır.
Öküz ilə əlaqənizdə hər vaxt dəqiq olun. Onu şübhəyə sala biləcək davranışlardan qaçın.

Əkizlər Eşqi
Əkizlər bürcü insanı ilə yaşadığınız əlaqədə sizi sıx bir romantikliyin gözlədiyi deyilə bilməz. Davamlı göz qarşısında olmaq və şişirdilmək istəyən birisinizsə bu bürcün sizə görə olduğu deyilə bilməz.
Azadlığına çox düşkün olan və ağlı istiqamətində hərəkət edən Əkizlər bürcünü həyəcanlandırmağı bacara bilsəniz onu yanınızda tutmağı da qarantiləmiş olarsınız.
Adından aydın ola biləcəyi kimi Əkizlər bürcü cüt xarakterlidir və nə vaxt hansı xarakterdə davranacağını əsla təxmin edə bilməzsiniz. Başından bəri onu bu cüt xarakterli istiqamətiylə sevdinizsə o zaman Əkizlər bürcü tam sizə görə deyə bilərik.

Xərçəng Eşqi
Xərçəng bürcü güvənmədiyi insanlara qarşı bağlı qutu olan bir bürcdür. Sizə tam olaraq açıla bilməsi üçün tanıması və güvənməsi şərtdir. Sevdiyi adamı əl üstündə tutaraq özünü ona həsr edən Xərçənglər etibarı sarsıldığında eyni ölçüdə tündxasiyyətləşib xariciləşə bilər. Həyatının ilk əsnasında iştirak etmək üçün böyük bir səbirlə sizə güvənə biləcəyini sübut etməniz kifayətdir.
Xoşbəxt olmaq üçün sizin xoşbəxtliyinizi tələb edəcək olan Xərçəng insanından nə istədiyinizi açıqca ifadə etməniz və onun da istəklərini öyrənməniz şərtdir.
Evinə,ailəsinə bağlı olan Xərçənglər, birlikdə edəcəyiniz hər cür fəaliyyətə romantik bir enerji qatmağı bacara bilərlər.

Şir Eşqi
Aslan bürcünün eşqini canlı tutmaq üçün, onun, sizin uğrunuza etdiklərinin fərqində olub hər vaxt təqdir etməniz lazımdır. Çöldən baxılınca çox sərbəst görünsələr də əslində çox utancaqdırlar.İcazə almaq onlar üçün çox əhəmiyyətlidir.
Şirlər birlikdə olacaqları adamı seçərkən onu başqalarından ayıran xüsusiyyətlərinin olmasını seçərlər. Şirlər, ikiniz birlikdəykən göz qamaşdırmaq istəyərlər. Bir dəfə eşqini qazandığınız Şir sizə xəyanət etməyi düşünməz. Əlaqənizi möhkəmləndirmək onun üçün təbii bir qabiliyyətdir.

Qız Eşqi
Kiçik detallara çox əhəmiyyət verən Qızlar, böyük bir fədakarlıqla kəşf edilməkdən və gözləmələri istiqamətində istiqamətləndirilməkdən çox xoşlanarlar.
Sizi tənqid etdiyi zaman bunu sırf tənqid etmək üçün deyil, sizdəki potensialı görüb sizi bunu istifadə etməyə təşviq etmək üçün edərlər.
İntellektual dünya görüşü sizi görməməzlikdən gəlməsinə və ya əhəmiyyətsiz hesab etməsinə səbəb olmaz. Yenə də hiss etdikləriniz haqqında daha dəqiq və açıqlayıcı olmanız aranızdakı ünsiyyətin güclü olması baxımından əhəmiyyətlidir.

Tərəzi Eşqi
Tərəzi bürcündəki sevgilinizi davamlı dinləyin və ona diqqət yetirib qayğı göstərin. Zamanla özünü sizə ən xüsusi detallara qədər açdığını görüb çaşa bilərsiniz. Lakin bu vəziyyətin sizə xüsusi olmadığını, bütün tanışlarına eyni dərəcədə yaxınlıq və bağlılıq göstərdiyini anladığınızda xəyal qırıqlığına uğramanız mümkündür.
Hər kəsə qarşı bərabər məsafədə dayanmağa çalışar; lakin iki atəş arasında qalmaqdan xilas ola bilməz. Doğruları tapmaq üçün bütün variantları sınamaq məcburiyyətindədir. Sadə şeylərdən xoşlanmayan Tərəzi bürcü, zövqünə güvənilməsinə də son dərəcə əhəmiyyət verər.

Əqrəb Eşqi
Hər hərəkətinizi dərinliyinə qədər analiz edə bilər və gözündən heç bir şey qaçmaz. Bu səbəblə Əqrəbdən sirr saxlamağa cəhd etməyin belə! Sevdiyi insandan gözlədiyi maraq və sevgi həmişə ən üst səviyyədədir. Əqrəblə əlaqənizdə, öz duyğularınızdan bəhs etmək də daxil olmaq üzrə hər vaxt dürüst davranın.
Siz ifadə edə bilməsəniz də o sizdəki bütün duyğu dəyişikliklərini hiss edə bilər. Bağlılıq və sədaqət onun üçün bir əlaqənin olmazsa olmazlarındandır; və etdiyiniz hər hansı bir səhvi əsla unutmaz.
Səhvinizi bağışlasa belə bunu hər fürsətdə dilə gətirməkdən geri qalmaz.

Oxatan Eşqi
Dürüstlüyə çox əhəmiyyət verən Oxatan bürcü insanı üçün müstəqillik də imtina edilməzdir. Öz başına vaxt keçirməkdən xoşlanar və qısqanclığı sevməz. Bir çox sahədə fikir və təcrübə sahibi olduğunu gördüyünüzdə çaşmaq yerinə onun maraqlı söhbətinə daxil olmalısınız.
Oxatan bürcünün başı davamlı məşğul olunacaq bir şeylə doludur. Yalan danışmağa da deyilməsinə də dözümü yoxdur.Arxasında qaçdığı bir çox proyektdə müvəffəqiyyətli olmaq üçün çalışarkən sizin də dəstəyinizi gözləyər.
Oxatan bürcü ilə çox əyləncəli və hərəkətli bir əlaqə sizi gözləyir.

Oğlaq Eşqi
Oğlaq bürcü "iş düşkünü" sinifinin bir nömrəli üzvüdür. Pulun tək məqsədiymiş kimi görünməsinə aldanmayın. Sizi, ən üst səviyyədə xoşbəxt edə bilmək üçün bu qədər çox çalışdığına əmin ola bilər; dəstəyinizlə siz də onu xoşbəxt edə bilərsiniz. Üzərinizə çox düşmür ola bilər; lakin əslində hər vaxt ağlındasınız.
Oğlaq bürcü insanıyla uzun nəfəsli bir əlaqə düşünürsünüzsə, kariyera hədəflərini əsla kiçik hesab etməməli və ona bu yolda hər vaxt tam dəstək verməlisiniz. Bu müddət sizi uzun müddət yorsa da yolun sonunda özünüzü çox yüksək yerlərdə tapa bilərsiniz. Bir insanı tənqid edərək əslində ona yaxşılıq etdiyindən əmindir; bu səbəblə bəzən tənqidin sərhədini aşmasına çaşmayın.

Dolça Eşqi
Azadlıq mövzusunda ən kiçik bir taviz belə verməyəcək olan Dolçanın bu xüsusiyyətinə anlayış göstərməniz birlikdə olmanız üçün kifayətdir. Dünyanı fərqli bir ölçüdən görər və fərqliliyini təsdiqləmənizi istər.
Ətrafındakı potensial gözəllikləri və mükəmməllikləri kəşf etmə qabiliyyəti vardır; və mövcud vəziyyətdən özünə də pay çıxararaq hərəkətə keçmək məcburiyyətində hiss edər. Son dərəcə xoşgörünüş sahibi olan Dolça, eyni xoşgörünüşü qarşısındakı insandan görə bilməyəndə dözə bilməz.

Balıq Eşqi
Balıq bürcü, hər ehtiyacınız olduğunda etibarla sığına biləcəyiniz bir sığınacaq kimidir. Sizi, sonunda xoşbəxt olacağınıza əmin olduğu hər cür müddətdə dəstəkləyəcək. Balıq bürcü insanını içinizdən gələrək aldığınız kiçik hədiyyələrinizlə belə xoşbəxt edə bilərsiniz.
Çox içinə dönük yaşadığı deyilə bilməsə də siz öyrənmək istəmədikcə sizə çətinliklərindən ya da nələr hiss etdiyindən bəhs etmək istəməz; və paylaşa bilmədiyi bütün çətinliklər onunla birlikdə süründürülər.
Yaşadıqlarını analiz etmək və özü üçün nəticələr çıxarmaq üçün hərdənbir ehtiyac duyduğu tək qalma istəyinə xoşgörüşlə yaxınlaşmalısınız. Tək qalmaq onun üçün bir növ dərman kimidir.
Davadan və yüksək səsli müzakirələrdən nifrət edər. Nəzakət onun üçün imtina edilməzdir. Aranızdakı ünsiyyət qüvvətli olduğu müddətcə birlikdə gözəl bir əlaqə yaşayacağınızdan əmin ola bilərsiniz.


Şərhlər:
Baxılıb: 7029
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz