Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürcünə görə harada tanış ola bilərsən?
Bürcünə görə harada tanış ola bilərsən?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4733
Səs ver:
Hər bürcün öz sevgisini tapa biləcəyi tale önəmli məkanlar var. Yarınızı harada axtarmalı?

Qoç
Onlar üçün ideal tanışlıq və görüş məkanı sakit yerlər, ev, ailə ola bilər. Yaxşı olar ki, Qoçlar qohum-tanışın məsləhət etdiyi biri ilə görüşsün. Eləcə də doğulduqları ərazidə öz bəxtlərinə qovuşa bilərlər. Ev əşyaları, mebel mağazalarında da onları xoş sürprizlər gözləyə bilər. Bir sözlə, Qoçları uzaq və yad ellər cəlb etmir. Qanı çəkən yerdə öz yarını tapacaq.

Buğa
Onlar incəsənət və yaradıcılıqla bağlı məkanlarda – səyahətlərdə, sərgilərdə, yaradıcılıq gecələrində, məşhurların konsertlərində, muzeylərdə, əntiq dükanlarında olmaqdan böyük zövq aldıqları kimi, oradakı tanışlığa da mühüm önəm verirlər.

Əkizlər
Onlar kafe, restoran, toy və s. məclislərdə özlərini yaxşı hiss etdikləri üçün belə yerlərdə gözləri öz yarını axtaracaq. Eləcə də gəzinti yerlərində tanışlıq müsbət nəticə verəcək. Əkizlər heyvanat və nəbatət aləminin vurğunudurlar. Əgər küçədə Əkizlərlə tanış olmaq şansı düşərsə, bir qızılgüllə özünüzü ona sevdirə bilərsiniz.

Xərçəng
Onlar öz yarlarını qaynar iş həyatının içində tapacaqlar. Çox çalışıb, yaxşı qazanmağa meyilli Xərçənglərin taleyini pulun özü həll edəcək. Xərçənglər tanışlığa mehriban düşmənçiliklə başlayırlar. Onun ayağını bilə-bilə tapdalamaq, növbəsinə keçmək və itələmək kifayətdir ki, tanışlıq üçün zəmin yaransın.

Şir
Çox orijinal məkanlar onları cəlb edir: yoqa klubu, bahalı restoran, istirahət mərkəzi, idman yarışı, elm mərkəzi və s. Şirlər səyahətə meyilli olub, vaxtlarının çoxunu yolda keçirdikləri üçün öz yarlarını avtobusda, təyyarədə və qatarda tapa bilərlər. Onların diqqətini cəlb etmək üçün qarşı tərəf harada olmasından asılı olmayaraq gözəl və şık görünməlidir.

Qız
Ciddi bürcdür, elə buna görə də taleyin qismətini kifayət qədər ciddi yerlərdə:elm-təhsil mərkəzlərində, dini məkanlarda, ziyarətgahlarda, kurs və leksiyalarda, kitabxana və kitab mağazasında, ekskursiyalarda tapacaqlar. Onun gözləri özü kimi sakit, rahat, klassik geyimli, əlində heç olmasa bir qəzet tutmuş insan cəlb edəcək.

Tərəzi
Ədalət nişanəsi Tərəziləri elə dövlət idarələri, hüquq və qanunla bağlı orqanlarda da taleyüklü görüş gözləyir. Nazirlik, müxtəlif təşkilatlar, konfranslar, notarius, vəkil məsləhətxanası və s. Onlar toyda da kimisə gözaltı edə bilərlər, çünki gəlin-bəy yanında şahid olmağı çox sevirlər.

Əqrəb
Onlar hər cəhətdən olduğu kimi, tanışlıq və nikah məsələsində qeyri-adi dərəcədə unikaldırlar. Məkan və vaxtın onlar üçün fərqi yoxdur, gərək onların istəyi olsun. Ən yaxşı variant gözlənilməyən tanışlıqdır. Əqrəb uzun müddət gözünün önündə olan, lakin fikir vermədiyi birini də qəfildən sevə bilər.

Oxatan
Öz bəxtlərini su ilə bağlı yerlərdə-dənizkənarı, çimərlik, sauna, akvarium və balıq mağazası və ya ən adi şəhər fontanının yanında tapacaqlar. Sahil, körpu və basseyn kənarında olan istənilən kəs onların diqqətini cəlb edəcək. Narın yağışın altında xoş tanışlıq onları gözləyir.

Oğlaq
Onları isti, qızmar, qanın coşduğu havalarda tanışlıq gözləyə bilər. İdman və musiqi yarışmaları, siyasi tədbirlər, kinoteatr, konsert, diskoteka onları öz yarına qovuşduracaq. Oğlağın diqqətini dəliqanlı biri cəlb edəcək.

Dolça
Seçim birdir-təbiət, yenə də təbiət...Ola bilər şəhərkənarı bağ, meşə, ola bilsin sadəcə park, ya da zoopark. Günəşin ilıq şüası, quşların səsi və gözəl gözləri ilə bunları seyr edən insan Dolçanı cəlb edəcək.

Balıqlar
Onlar elə yolüstü, nəqliyyatda tanış olacaqlar: dayanacaq, vağzal, liman, aeroport və s. Kimisə qarşılayıb, kimisə yola salanda da diqqətli olmalıdırlar. Balıqlar uşaqların olduğu yeri də sevirlər. Əgər kimisə qucağında uşaq görsə, ona diqqət yetirəcək. Əlbəttə, gərək həmin insan subay ola.



Şərhlər:
Baxılıb: 4733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz