Hava Bakıda hava 18°C
USD 0.7845 AZN
EUR 1.0687 AZN
RUB 0.0235 AZN
TRY 0.3582 AZN
Söhbət otağı
Əziz uşaqlar, bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.
Əziz uşaqlar,  bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.
Müəllif: Ayten Melek
Şərhlər: 5
Baxılıb: 1452
Paylaş:
Səs ver:
(səs: 0)

 

 

 

 

Əziz xanimlar saytimizda ovladi olan xanimlari nəzərə alib bu gündən olara az da olsa komək etmək istədim. Sizlərə təqdim etdiyim növbəti layihem ancaq uşaqlarımızın bilik əldə etməsi üçün nəzərdə tutulub.Şairlərimiz,caylar,texnika,heyvanlar aləmi və sair məlumatlarla uşaqlarinizi maarifləndirməyə komək edəcəm.

 

 

 Abdulla Saiq

 (1881-1959)

 Görkəmli şair, ədib, müəllim və dramaturq Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə) Azərbaycan gənclərinin səmimi dostu və sevimli müəllimi olmuşdur. Abdulla Şaiq eyni zamanda müdrik bir qoca idi. Dostları ona "Mirzə", "Şaiq müəllim", məktəblilər isə "Şaiq baba" deyə müraciət edərdilər. Azərbaycan balalarını savadlı, bilikli, sağlam görmək Abdulla Şaiqin ən böyük arzusu idi.  

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq olur. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazır, yarımçıq "Əsrimizin qəhrəmanları" romanını tamamlayır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirir, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir.

Azərbaycan Demokratik Respublikası dövründə A.Şaiq poeziya yönümündə daha həvəslə çalışır, Ə.Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırır. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun "Vətənin yanıq səsi" şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilir.

 Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər" şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. "Ülkərin nuru ilə ziyalanan", "Uçan nəğməsi ilə havalanan", "Xoş kölgəsində səfalanan" istiqlal şairinin cümhuriyyət sevinci ürəklərə sərinlik gətirir.

 

 

 Abbas Səhhət

 (1874-1918)

20-ci əsr Azərbaycan şerinin görkəmli simalarından olan Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə) xalqın maariflənməsi uğrunda böyük işlər görmüşdür. Abbas Səhhət bir şair, həkim ( o, Tehran Universitetinin Tibb fakültəsini bitirmişdi) və müəllim kimi məktəblər, kitabxanalar açılmasına çalışmış, şeir və səhnə əsərləri yazmış, rus, eləcə də Avropa şairlərinin əsərlərindən tərcümələr etmişdir. Onun ən böyük xidmətlərindən biri böyük şairimiz M.Ə.Sabirin şeirlərini ilk dəfə "Hophopnamə" adı ilə çap etdirməsidir. Abbas Səhhətin uşaqlar üçün yazdığı "Cücələrim", "Ana və oğul", "Qaranquş balaları", "Yaz", "Quşlar", "İki uşaq", "Tənbəl" kimi şeirlərini məktəblilər sevə-sevə oxuyur və əzbərləyirlər. Abbas Səhhətin Gəncə şəhərində büstü qoyulmuşdur.

 

Əziz uşaqlar,  bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.

 Abşeron yarımadası 

Azərbaycan Respublikasının şərqində yerləşən Abşeron yarımadası Baş Qafqaz silsiləsinin bir növ Xəzərə doğru uzanan davamıdır. Dünya xəritəsində bu yarımada çox kiçik görünsə də, onun ərazisində Avropanın, demək olar ki, bütün cırtdan dövlətlərini (Andorra, Monako, Lixtenşteyn, San-Marino, Malta) yerləşdirmək mümkün olardı. 

   Abşeron qədim torpaqdır. Binəqədi yaxınlığında aparılmış qazıntılar nəticəsində tapılan bitki və heyvan qalıqları göstərir ki, Abşeronun hazırkı ərazisi milyon illər bundan əvvəl müxtəlif bitki və heyvanlarla zəngin olmuşdur. 

   Abşeron yarımadası lap qədimlərdən öz nefti və qazı ilə məşhurlaşmışdır. Azərbaycanın ən iri sənaye müəssisələri, ən böyük elmi idarələri, mədəni-maarif ocaqları, ən sıx dəmiryol şəbəkəsi, ən böyük aeroportu Abşeron yarımadasındadır. Abşeronda ilk elektrik dəmir yolu 1926-cı ildə çəkilmişdir.

 

P.S.İnşallah beyenersiz bu layihəni...

 


(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1452
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
PRETTY_GIRL
OXUYUN USAQLAR OXUYANLAR AG GUNE CIXDI QALDIZ SIZ))
16 sentyabr 2012 00:20
# 5
DUYMAQ ISTEMEYEN QEDER PIS KAR YOXDUR!...




F. E. 45
________________________________________

S. A. S 446
Offline
Balacam_Esmer
PUREВ LOVE,
menim esqimde ne esqmiw be insani alim eleyir qoyur 23
aasss yalvarma gelen deyilem sene yox deyirem niye anlamirsan geceleri yatmazan ne yazar eger men seni sevmiremse 23 05
15 sentyabr 2012 21:12
# 4
heart Şəxsiyyətimlə, Rəftarımı Səhv Salmayın. Şəxsiyyətim Kim Olduğuma, Rəftarım Kim Olduğunuza Bağlıdır. heart

heart Hər Kəs İlk Baxışda Aşiq Olmaq İstərkən, Mən Son Baxışda Aşiq Olmağı Arzuladım. heart

heart ............Sadəcə_Mən.......Yenədə_Mən............ heart
Offline
Ayten Melek
sadece_men,
senin esqin ilham verirda mene canim yox ay qiz 5 e gucle yatiram 23

vusales,
ayy bagisliyin canim 17
15 sentyabr 2012 21:04
# 3
ALLAHım! Məni bu yalan dünyadan qurtar! Məni sevgi ölkəsinə, xoşbəxtlik ölkəsinə, məni cənnətinə apar Yarəb! Ya Nur! Aləmləri və könülləri işıqlandıran! Nur üstünə nur olan ALLAHım! Nurunla nurlandır üzümü... Nurunla nurlandır bədənimi... Nurunla nurlandır ürəyimi... Ya ALLAH! Ya ALLAH! Ya ALLAH! Ey Ən Böyük Sevgili! Mən Səni çox sevirəm ya Rəbbim, nə olar Sən də məni sev! Heç kim sevməsin məni, Sən sev məni ALLAHım, Sən sev məni!...

STATUSLAR HƏFTƏNİN YALNIZ VƏ YALNIZ 6-CI GÜNLƏRİ VERİLİR...
DİQQƏT! HƏR ŞƏNBƏ GÜNLƏRİ SÖHBƏT OTAĞININ ŞƏRHLƏRİ SİLİNDİKDƏN SONRA STATUSLAR VERİLƏCƏKDİR.
SÖHBƏT OTAĞINA YAZILMIŞ ŞƏRHLƏR STATUS VERİLƏRKƏN NƏZƏRƏ ALINMIR.
Offline
vusales
canim balam yoxdu ama yene de tesekkur. bir de 1ci sekilde casmisan abbas sehhet yazmisan abdulla saiqdi
15 sentyabr 2012 20:54
# 2
Offline
Balacam_Esmer
bala sen yatirsan umumiyyetlee 23 bu qeder lahiyeni meqaleni ne vaxt hazirlayirsan her gun yeni bir sey icad edirsen basqa isin guzun yoxdu senin 23 08
15 sentyabr 2012 20:36
# 1
heart Şəxsiyyətimlə, Rəftarımı Səhv Salmayın. Şəxsiyyətim Kim Olduğuma, Rəftarım Kim Olduğunuza Bağlıdır. heart

heart Hər Kəs İlk Baxışda Aşiq Olmaq İstərkən, Mən Son Baxışda Aşiq Olmağı Arzuladım. heart

heart ............Sadəcə_Mən.......Yenədə_Mən............ heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz
Digər layihələr